Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-115/2025 22.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2-1(120)- 605/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, qərar qəbul etdi. İ.İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 6594.82 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30.000 manat məbləğində siyahıya alınmış əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədilə cavabdehə bildiriş verilmişdir. Lakin cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən öhdəliyin yerinə yetirilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Qərar əsasında cavabdehin xx.xx.2023-cü il tarixə yaranan 6594,82 manat borcuna görə 30000 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Siyahıya alınmış əmlakın siyahısı Protokola əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 6594,82 manat məbləğində ödənilməmiş borcu qalmışdır . Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 6594,82 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30000 manat dəyərində siyahıya alınmış əmlakının satılması barədə Qərar qəbul edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2-1(120)-605/2024 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 6594.82 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30.000 manat məbləğində siyahıya alınmış İmişli şəhəri, T.İsmayılov küçəsi ünvanında yerləşən əmlak kompleksinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh (VÖEN: **********) dövlət büdcəsinə ödənilməmiş 6594 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən 30000 manat məbləğində avtonəqliyyat vasitəsi siyahıya alınmışdır. Cavabdehin mülkiyyətində olan 30000 manat məbləğində “İmişli şəhrəri, T.İsmayılov küçəsi ünvanında yerləşən əmlak kompleksi” daşınmaz əmlakın satılması barədə qərar qəbul edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(120)-605/2024 nömrəli qərarı ilə iddiaçının iddia tələbi rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, iddia tələbi əmlakın dəyəri arasında ciddi uyğunsuzluq vardır, yəni mütənasiblik prinsipi pozulmuşdur, digər tərəfdən məhkəmənin sorğusu əsasında məhkəməyə göndərlilmiş Azərbaycan Respublikpsı Ədliyyə Nazirliyi Bakı şəhəri 23 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 2323 nöm məktubuna əlavə olunmuş Cavabdeh ilə X1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ N1173096 nömrəli daşınmaz əmlakın alqı-satqi müqaviləsindən görünür ki, sözü gedən daşınmaz əmlak "xxxx" MMC-yə satılmasını əsas gətirərək iddianı rədd edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə iddia tələbini təmin etməməklə vergi ödəyicisi olan Cavabdeh vergi borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(120) 605/2024 nömrəli qərarı qanuni və əsaslı deyil. Belə ki, qəbul edilər qərar iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıql münasibətinə uyğun əsaslandırılmamış, məhkəmə iddiaçı tərəfin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri hərtərəfli, tam və obyektiv tədqiq etməmişdir. Cavabdeh vergi orqanı tərəfindən əmlakın siyahıya alınması ilə bağlı sənədlərin təqdim edilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş və qeyd olunan əmlakın (əmlakla'in siyahıya alınması məqsədilə hüquqi şəxsin məsul şəxsi şəxsiyyətini təsdiq edən sənədi və həmir avtonəqliyyat vasitəsinin texniki sənədlərini təqdim etməklə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə dəvət olunmuşdur. Əmlaka dair qeyd edilən sənədləri təqdim etmədiyi təqdirdə, borcun məcburi qaydada daşınmaz əmlaka yönəldilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Göndərilmiş xəbərdarlıq məktubuna baxmayaraq cavabdeh vergi orqanın rəsmi şəkildə göndərmiş olduğu çağırışa məhəl qoymamış və avtonəqliyata vasitəsini siyahıya almaya təqdim etməmişdir. Sözügedən əmlak xx.xx.2024-cü il tarixli, AN-İ N1173096 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdar çıxarılaraq "xxxx" MMCyə satılmış və rəsmiləşdirilmişdir, yəni vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak protokol (xx.xx.2023-cü il tarixli, **********1 nömrəli) əsasına siyahıya alındıqdan sonra digər şəxsin adma özgəninkiləşdirilmişdir və siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsi qanunla qadağandır. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 1(120)-605/2024 nömrəli qərarın ləğv edilməsi, cavabdehə məxsus siyahıya alınmış əmlakının satılmasına dair qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçının səlahiyyətli nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin istinad olunmuş maddələrində qeyd olunmuşdur: -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin istinad olunmuş maddələrində qeyd olunmuşdur; -1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. -23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: - (23.1.8) qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; - (23.1.15-1) hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. Həmin Məcəllənin 23.1.15-1ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. -89.5-ci maddəyə əsasən, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəyə əsasən, əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. -89.11-ci maddəyə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. -90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. -90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: - İş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun Dövlət Sosial Müdafiə Fonduna 6594.82 manat məbləğində borcu yaranmışdır. -İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2023-cü il tarixli, **********1 nömrəli qərarı əsasında xx.xx.2023-cü il tarixli protokol və həmin protokola əlavə ilə İmişli şəhəri, T.İsmayılov küçəsi ünvanında yerləşən əmlak siyahıya alınmışdır. -İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. -İş materiallarına əlavə olunan məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3nin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-45/2-3278/2024 nömrəli məktubuna əlavə olunmuş qeydiyyat nömrəsi, ********** nömrəli, xx.xx.2017-ci il tarixli, **********71-12301 reyestr nömrəli çıxarışdan görünür ki, 97,60 kv.m əmlak kompleksi kimi müəssisə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. -İş materiallarına əlavə olunan məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 23 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 2323 nömrəli məktubuna əlavə olunmuş Cavabdeh ilə X1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ №1173096 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İmişli şəhəri, T.İsmayılov küçəsi ünvanında yerləşən 60,70 kv.m əmlak kompleksi "xxxx" MMC-nə satılmışdır. Apellyasiya baxışında siyahıya alınmış əmlakın satışından sonra qalan 36,9 kv.m əmlakın dəyəri ilə bağlı iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X3 6 Saylı Beyləqan Ərazi İdarəsinə sorğular verilmişdir - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin 19 may 2025-ci il tarixli, 3-21-2-9/2-104944/2025 saylı məlumatdan görünür ki, məhkəmə sorğusu ilə əldə olunmuş məlumatda siyahıya alınmış əmlakın alqı satqı müqaviləsi ilə satılması həmin əmlakın Cavabdeh məxsusluğu sübut olunur. Lakin sözügedən əmlak xx.xx.2024-cü il tarixli, AN-İ N1173096 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılaraq "xxxx" MMC-yə satılmış və rəsmiləşdirilmişdir yəni vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak protokol (xx.xx.2023-cü il tarixli, **********1 nömrəli) əsasında siyahıya alındıqdan sonra digər şəxsin adına özgəninkiləşdirilmişdir və siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsi qanunla qadağandır və cavabdeh siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X3 6 Saylı Beyləqan Ərazi İdarəsi 3-21-3-45/2-6120/2025 saylı, 7 oktyabr 2025-ci il tarixli sorğuya baxılması barədə məktubdan müəyyən olunur ki, sorğuda qeyd edilən əmlak kompleksinin yerdə qalan (satılmış) 36,90 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin 01 dekabr 2025-ci il tarixli, 3-21-2-9/2-226840/2025 saylı məlumatdan görünür ki, məhkəmə sorğusu ilə əldə olunmuş məlumatda siyahıya alınmış əmlakın alqısatqı müqaviləsi ilə satılması həmin əmlakın Cavabdeh məxsusluğu sübut olunur. Lakin, sözügedən əmlakın 60.7 kv. metrlik sahəsi xx.xx.2024-cü il tarixli, AN-İ N1173096 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılaraq "xxxx" MMC-yə satılmış və rəsmiləşdirilmişdir yəni vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak protokol (xx.xx.2023-cü il tarixli, **********1 nömrəli) əsasında siyahıya alındıqdan sonra digər şəxsin adına özgəninkiləşdirilmişdir. Həmin əmlakın vergi ödəyicisinin adında qalan 36.9 kv. metrlik hissəsinə isə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çıxarış verilmədiyinə görə həmin əmlakın tərəfimizdən qiymətləndirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, siyahıya alınmış əmlakın 60,7 kv.m hissəsi faktiki olaraq satılmış, qalan 36,9 kv.m sahənin dəyəri və yeni siyaıya alınması ilə bağlı iddiaçı tərəf heç bir sübut təqdim etməmişdir. Belə olan halda başqa şəxsin mülkiyyətində olan əmlakın satılması mülkiyyət hüquqi ilə bağlı qanunun tələblərini pozmuş olar. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2-1(120)-605/2024 nömrəli qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-115/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-115/2025
22.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver