Məhkəmə qərarları › İş №2-1(106)-117/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-117/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-117/2023 25.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-N(N20)-NN5N/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 08 dekabr 2022-ci il tarixli, 2- N(N20)-NN5N/2022 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N993-cü il tarixdən Masallı rayon hərbi komissarlığından çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 22 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil olmuş və Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün komandirin xx.xx.N997-ci il tarixli, 24 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Yanvar N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş bölgəsində xidmət etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ötrü Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətindən imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək inzibati iş materiallarının İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin araşdırılması və mahiyyəti üzrə qərar qəbul edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyası tərəfindən təqdim edilmiş sənədlərə baxılmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Bununla da, cavabdeh inzibati orqan tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, iddiaçının müraciəti araşdırılmış, müvafiq sənədlər əsasında qərar qəbul edilərək iddiaçıya məlumat verilmişdir. Digər tərəfdən iddiaçının tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi olduğu halda, məhkəmə iddia tələbindən kənara çıxaraq qərarın nəticə hissəsində iddia tələbini qismən təmin edilmə olaraq formulə etməsi və inzibati akt qəbul edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması prosessual cəhətdən əsaslı hesab edilə bilməz. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, xx.xx.N993-cü il tarixdə hərbi xidmətə getmiş, bir çox döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 7 yanvar N997-ci il tarixli əmri ilə tərxis olunmuşdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 9/2-3N53 nömrəli məktubun təsdiq edilmiş surətində qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-N6, sıra-47) xx.xx.N993-cü il tarixdən Masallı rayon hərbi komissarlığından çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 22 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil olması və Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün komandirin xx.xx.N997-ci il tarixli, 24 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Masallı rayon hərbi komissarlığından çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N fevral N993cü il tarixli, 22 nömrəli əmrilə (əsas: §-N, sıra-N30, səh-28) “sıravi” hərbi rütbəsi almaqla şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli, 24 nömrəli əmrində İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/2-N88N nömrəli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-N6, sıra-47) xx.xx.N993-cü il tarixdən Masallı rayon hərbi komissarlığından çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 22 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil olması və Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün komandirin xx.xx.N997-ci il tarixli, 24 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Masallı rayon hərbi komissarlığından çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N fevral N993-cü il tarixli, 22 nömrəli əmrilə (əsas: §-N, sıra-30, səh-28) “sıravi” hərbi rütbəsi almaqla şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N47 nömrəli əmrində (əsas: səh 29, əmrdə adı və atasının adı tam yazılmamışdır) divizionlar qrupunun hərbi qulluqçusu sıravi İddiaçı ailə vəziyəti ilə əlaqədar olaraq qısamüddətli məzuniyyətə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N57 nömrəli əmrində (əsas: səh 47, əmrdə adı və atasının adı tam yazılmamışdır) divizionlar qrupunun hərbi qulluqçusu sıravi İddiaçı qısamüddətli məzuniyyətdən qayıtması barədə məlumat vardır. Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən 2ci divizionun bölmə komandiri sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli, 20 nömrəli əmrilə (əsas: səh 48, § N, sıra 8) “kiçik çavuş” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Masallı rayon hərbi komissarlığına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətə göndərilməsi və yaralanması barədə məlumat aşkar edilməmişdir. NN0 nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda 99N (, və N ZRD) nömrəli hərbi hissənin xx.xx.N993cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4N9 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı həqiqi hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, xidmət yerini özbaşına tərk etməsi, barəsində cinayət işinin olub-olmaması barədə məlumat verilməsinə, eləcə də aidiyyəti sənədlərin təsdiq olunmuş surətlərinin Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə dair müraciətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində baxılmışdır. xx.xx.N974-cü il təvəllüdlü İddiaçı xx.xx.N993-cü il tarixdə Xidmətin Masallı rayon şöbəsi (keçmiş Masallı rayon hərbi komissarlığı) tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş, 29 yanvar N993-cü il tarixdən 25 yanvar N997-ci il tarixədək (döyüş bölgəsində yanvar N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir (qeydiyyat kartasının təsdiq olunmuş kserosurəti əlavə olunur). İddiaçı xx.xx.N997-ci il tarixdə Azərbaycan Respublikası Müdafə nazirinin xx.xx.N997-ci il tarixli, 3 nömrəli əmrinə əsasən ehtiyata buraxılmış, xx.xx.N997-ci il tarixdə hərbi vəzifəlilərin qeydiyyatına alınmışdır. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müraciətinə əsasən xidmətinin dəqiqləşdirilməsi məqsədi ilə Xidmətin Masallı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə xx.xx.2020-ci il tarixdə N74 nömrəli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən Xidmətin Masallı rayon şöbəsinə daxil olmuş xx.xx.2020-ci il tarixli, ***- **** nömrəli məktubda (təsdiq olunmuş kserosurəti əlavə olunur) əsasən İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 22 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil olması və Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün komandirin xx.xx.N997-ci il tarixli, 24 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat olduğu bildirilmiş, məktubun qeyd hissəsində isə N nömrəli hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli, 24 nömrəli əmrində İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. İddiaçı xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam veriməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Xidmətin Masallı rayon şöbəsində məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2- 2NN0 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-N6, sıra-47) xx.xx.N993-cü il tarixdən Masallı rayon hərbi komissarlığından çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 22 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil olması və Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün komandirin xx.xx.N997-ci il tarixli, 24 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Masallı rayon hərbi komissarlığından çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N fevral N993-cü il tarixli, 22 nömrəli əmrilə (əsas: §-N, sıra-30, səh-28) “sıravi” hərbi rütbəsi almaqla şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli, N47 nömrəli əmrində (əsas: səh 29, əmrdə adı və atasının adı tam yazılmamışdır) divizionlar qrupunun hərbi qulluqçusu sıravi İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq qısamüddətli məzuniyyətə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N57 nömrəli əmrində (əsas: səh 47, əmrdə adı və atasının adı tam yazılmamışdır) divizionlar qrupunun hərbi qulluqçusu sıravi İddiaçı qısamüddətli məzuniyyətdən qayıtması barədə məlumat vardır. Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən 2-ci divizionun bölmə komandiri sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli, 20 nömrəli əmrilə (əsas: səh 48, § N, sıra 8) “kiçik çavuş” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Masallı rayon hərbi komissarlığına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N993 - may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər – X8 və X6 eyni məzmunlu ifadələrində bildirmişlər ki, İddiaçı ilə birlikdə onlar N993-cü ilin yanvar ayından iyun ayına kimi N nömrəli hərbi hissəinin 6-cı divizionundan ezam olunaraq Ağdam rayonu, Güllicə kəndi istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdirlər. Hərbi hissə Ağcabədi rayonuna köçdükdən sonra İddiaçı 2-ci diviziona göndərilmişdir. Onlara Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən məhkəmənin sorğusu əsasında verilmiş xx.xx.2022-ci tarixli, NN/320N nömrəli məktuba əlavə olunmuş sənədlərdən görünür ki, şahid X2 tərəfindən xx.xx.20NN-ci il tarixli, 9N nömrəli, şahid XN tərəfindən xx.xx.20N4-cü il tarixli, N88 nömrəli protokol ilə müharibə veteranı adı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 2/2- 7648 nömrəli məktubundan və ona əlavə edilmiş məktubdan görünür ki, İddiaçı komissiyaya xx.xx.2023-cü il tarixdə müraciət etmiş və ona xidmət dövrünü aylarını, ilini və hərbi hissəni dəqiq qeyd etməklə Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinə müraciət etməsinin məqsədəuyğun olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə N2). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 7N). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N2.N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun N2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun N2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 6N-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 6N.N). Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (6N.2). İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (maddə 6N.3). İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddə 6N.4). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddələrinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.N); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). İşin faktiki hallarından görünür ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin N nömrəli hərbi hissə komandirinin N fevral N993 - may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində onun ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməməsi, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin Siyahısı”na əsasən N nömrəli hərbi hissənin ikinci divizionu döyüş əməliyyatlarında iştirak etməməsi əsas gətirilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdehin imtinasında, iddiaya qarşı verilən etirazın dəlillərində və apellyasiya şikayətinin dəlillərində N nömrəli hərbi hissə komandirinin N fevral N993 - may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməməsi, həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin Siyahısı”na əsasən N nömrəli hərbi hissənin ikinci diviziyonunun döyüş əməliyyatlarında iştirak etməməsi qeyd olunsa da, iddiaçıya məxsus hərbi biletin surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 449 nömrəli məktubundan və ona əlavə olunmuş “kartoçka”-dan, o cümlədən şahid ifadələrindən müəyyən olunur ki, İddiaçı 29 yanvar N993-cü il tarixdən 25 yanvar N997-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş və yanvar N993-cü il tarixdən N2 may N994-cü il tarixədək olan dövrlərdə döyüş bölgəsində olmuşdur. Lakin cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan formal əsaslarla imtina cavabı vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-N(N20)-NN5N/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən N (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar