Məhkəmə qərarları › İş №2-1(106)-118/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-118/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-118/2024 27.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X6, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının 31.08. cavabdeh 2017-ci il tarixli, 97 nömrəli sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2543/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan inzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Başçısının xx.xx.2004-cü il tarixli 102 saylı sərəncamı ilə mərhum əri X10 50 ha qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və vəfat etdikdən sonra müddətin qalan hissəsi RİHB-nin 13 yanvar 2012-ci il tarixli 05 saylı sərəncamı ilə ona verilmişdir. Müqavilə müddəti xx.xx.2019-cu ildə bitməsinə baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı, 08 saylı icarə müqaviləsi ilə həmin torpaq sahəsinin 25 ha "xxxx" MMC şirkətinə 49 il müddətinə icarəyə verilmişdir. 25 ha torpaq sahəsinə görə ona 2500 manat kompensasiya hesablanmış, lakin o, hesablanmış kompensasiyanı almaqdan imtina etmişdir. Göründüyü kimi icarəsindədə olan torpaq sahəsinin icarə müddəti bitməmiş Cavabdeh ondan xəbərsiz xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamla icarə hüququna xitam vermiş və ona bu barədə heç bir məlumat verməmişdir. Həmin 25 ha torpaq sahəsi 2017-ci ildə "xxxx" MMC- nin icarəsinə verilsə də həmin torpaqdan o, 2022-ci ilə qədər istifadə etmiş və icarə haqqlarında ödəmişdir. Ona görə də hesab edir ki, Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamı və 08 saylı icarə müqaviləsi qanunsuz və saxtadır. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2017-ci il tarixli sərəncamın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2543/2023 saylı qərardadı ilə (hakim Hilal Nəcəfov) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2543/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə əqrar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlliləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh Başçısının xx.xx.2004-cü il tarixli 102 saylı sərəncamı ilə mərhum X10 50 ha qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və vəfat etdikdən sonra müddətin qalan hissəsi RİHB-nin 13 yanvar 2012-ci il tarixli 05 saylı sərəncamı ilə ona verilmişdir. Müqavilə müddəti xx.xx.2019-cu ildə bitməsinə baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı, 08 saylı icarə müqaviləsi ilə həmin torpaq sahəsinin 25 ha "xxxx" MMC şirkətinə 49 il müddətinə icarəyə verilmişdir. Göründüyü kimi cavabdehin icarəsində olan torpaq sahəsinin icarə müddəti bitməmiş Cavabdeh ondan xəbərsiz xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamla icarə hüququna xitam vermiş və ona bu badədə heç bir məlumat verməmişdir. Həmin 25 ha torpaq sahəsi 2017-ci ildə "xxxx" MMC-nin icarəsinə verilsə də həmin torpaqdan cavabdeh 2022-ci ilə qədər istifadə etmiş və icarə haqqlarınıda ödəmişdir. Hazırki iddia üzrə 30 günlük mübahisələndirmə müddətini üzürlü səbəbdən ötürmüşdür. Belə ki, onun Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamından məlumatı "xxxx" İVMC-nin 27 may 2022-ci il tarixdə iddia ərizəsi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət etdikdən sonra olmuşdur. Ağcabədi rayon Məhkəməsində məhkəmə çəkişməsi xx.xx.2022-ci il tarixə qədər davam etmiş və həmin tarixdə qətnamə qəbul edilmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsində mülki işə baxılaraq xx.xx.2023-cü il tarixli 2(106)-144/2023 saylı qərardadla Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsi ona aid hissədə ləğv edilmiş və iş materialları ona aid hissədə ayrılaraq məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Hal-hazırda da həmin mübahisəyə dair mülki iş Şirvan Kommersiya Məhkəməsinin icraatındadır. İddiaçı Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)- 2543/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə əqrar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-430/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun eyni məzmunlu izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2543/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun eyni məzmunlu izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2543/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2543/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2543/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi» barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Cavabdeh başçısının xx.xx.2004-cü il tarixli, 102 saylı sərəncamı ilə 15 il müddətinə icarəyə verilmiş 50.0 ha qış otlaq sahəsi üzərində icarə hüququ həmin müddətədək X5 verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, Azerbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37s saylı sərənncamı ilə Ağcabədi rayonunun inzibati ərazisinə daxil olan və əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçlrilmiş 5800 hektar torpaq (qış otlağı) sahəsinin 5403 hektarından istifadə edən 94 icarədara məxsus əmlakın dəyərinin qiymətləndirilməsini, təyinatı dəyişdirilmiş torpaq sahəsini icarəyə götürən şirkətlə icarədar arasında razılıq əsasında müəyyən edilmiş kompensasiyanın ödənilməsi öhdəliyini və bu barədə həmin torpaq sahəsindən istifadə edən icarədarlarn rayon İcra Hakimiyyətinə ünvanlanmış razılıq ərizələrini nəzərə alaraq müddəti bitmiş və bitməmiş icarə müqavilələrinə vaxtından əvvəl xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından əkinə yararlı 1000 ha torpaq sahəsi yemçiliyin inkişafı üçün 49 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmiş, torpaq icarə müqavilələrinə vaxtından əvvəl xitam verilmiş vətəndaşlara əmlaklarının dəyəri olaraq "xxxx" MMC özəl qiymətləndirmə şirkəti tərəfindən hesblanmış və əlavə edilmiş siyahıda göstərilmiş şəxslərə kompensasiyanın, icarəyə götürülmüş 1000 ha torpaq sahəsinin notariat xidmətləri rüsumun və bank xərclərinin ödənilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2017-ci il tarixli müqavilənin surətindən göünür ki, Cavabdeh "xxxx" MMC-nə Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli sərəncamına əsasən 1000 hektar torpaq sahəsini 49 il müddətinə icarəyə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamına və xx.xx.2017-ci il tarixli, 08 saylı icarə müqaviləsinə əsasən Ağcabədi rayon ərazisindən 1000.0 hektar torpaq sahəsi üzərində "xxxx" MMC-nin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündan görünür ki, "xxxx" MMC-nin icarəsində 1000.0 hektar torpaq sahəsi vardır. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Ağcəbədi rayonunun inzibati ərazisində yerləşən 102,102h.103,103h,104,105,105h.106 və 107 nömrəli qış otiaq sahələrindən (ərazidə olan hektarlar və tikinti altı ərazi hektar qeyd olunmaqla) şəkər çuğunduru, soya, buğda və qarğıdalı istehsalı məqsədilə əkin dövriyyəsinə cəlb edilməsi üçün 2500 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin iddiaçı X5 ünvanladığı 24 iyun 2021-ci il tarixli 17 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 97 nömrəli sərəncamına və “icarədarların siyahısı cədvəlinə” əsasən xx.xx.2017-ci il tarixinədək istifadənizdə olan 25 ha torpaq sahəsi üçün şirkətimiz tərəfindən sizə 2500 (iki min beş yüz) manat məbləğində kompensasiya ödənməlidir. Təəssüflər olsun ki, hazırki vaxtadək siz bank rekvizitləri barədə məlumatları bizə təqdim etmədiyiniz üçün kompensasiya məbləğini ödəyə bilməmişik. İndi yazılı müraciət edərək xahiş edirik ki, yalnız özünüzə məxsus olan bank hesabı barədə məlumatları və şəxsiyyət vəsiqənizin surətini bizə təqdim edəsiniz ki, biz kompensasiyanı sizə ödəyə bilək. (iş vərəqi 65, 67) İş materiallarında olan Cavabdeh idiaçının vəkilinə ünvanladığı məktubundan görünür ki, Cavabdeh Başçısının xx.xx.2004-cü il tarixli 102 saylı sərəncamı ilə mərhum X10 50 ha qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və vəfat etdikdən sonra müddətin qalan hissəsi RİHB-nin 13 yanvar 2012-ci il tarixli 05 saylı sərəncamı ilə X5 verilmişdir. Müqavilə müddəti xx.xx.2019-cu ildə bitməsinə baxmayaraq Zeynəb Kazımova qanunsuz olaraq həmin torpaq sahəsindən çıxmamış, qanunsuz istismara davam etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı,08 saylı icarə müqaviləsi ilə "xxxx" MMC şirkətinə uzun müddətə(49 il) icarəyə verilmişdir. 25 ha torpaq sahəsinə görə Zeynəb Kazımovaya 2500 (iki min beş yüz) manat kompensasiya hesablanmış, iakin Zeynəb Kazımova hesablanmış kompensasiyanı almaqdan imtina etmişdir. "xxxx" MMC şirkətinə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsində olan 25 ha torpaq sahəsinə və əmlakına görə hesablanmış 13 500 manat kompensasiyanı almaqdan imtina etmişdir. Zeynəb Kazımova torpağı qanunsuz təyinatını dəyişməklə istismar etdiyinə görə onunla yeni icarə müqaviləsinin bağlanması məqsədə müvafiq hesab edilməmişdir. Hər iki şirkətə torpaq sahəsi verilərkən qiymətləndiricilər tərəfindən hesablanmış kompensasiyanı alması Zeynəb Kazımovayaya dəfələrlə təklif olunmasına baxmayaraq o, imtina etmiş və torpaq sahəsini yeni təsərrüfatlara icarəyə verilməsinə baxmayaraq qanunsuz əkin işlərini davam etdirmişdir. Zeynəb Kazımovanın əraziyə aid hüquqmüəyyənedici sənədi olmadığından irəli sürdüyü tələblər əsassızdır. İddiaçı X11 tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan görünür ki, Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı ilə "xxxx" MMC şirkətinə uzun müddətə icarəyə verilmiş 25 ha torpaq sahəsinə görə Zeynəb Kazımovaya 2500 (iki min beş yüz) manat kompensasiya hesablanmış, lakin o, hesablanmış kompensasiyanı almaqdan imtina etmişdir. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(017)- 1048/2022 saylı qətnaməsindən görünür ki, "xxxx" MMC “torpaq sahəsindən çıxarılma, vurulmuş maddi ziyanın ödənilməsi, mövcud tikilinin sökülməsi və s.” tələbə dair iddia ərizəsi ilə X5 qarşı Ağcabədi rayon Məhkəməsində iddia qaldırmış və həmin iş üzrə X11 məhkəmə iclasında iştirak etmişdir. Həmin qətnamənin təsviri və əsaslandırcı hissələrindən görünür ki, hazırda mübahisələndirilən Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı və onun nəticələri barədə məlumatlar yazılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, torpaq sahəsinə görə onlara kompensasiya təklif edilmiş, lakin onlar, hesablanmış kompensasiyanı almaqdan imtina etmiş və həmin torpaq sahəsində heyvandarlıqla məşğul olmuşdur. Hazırda mübahisələndirdiyi sərəncam barədə "xxxx" MMC şirkətinin onlara qarşı qaldırılmış iddia zamanı məhkəmədə məlum olmuş, lakin məlumatı olsa da həmin sərəncamın ləğvi ilə bağlı 30 gün müddətində məhkəməyə müraciət etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ağcəbədi rayon X16 Bölməsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarında adları qeyd edilmiş X17 və X15 barəsində məhkəmənin verdiyi suala cavab olaraq izahatında bildirmişdir ki, həmin şəxlər onun qohumudur və hazırda mübahisələndirilən sərəncamla onarın, o cümlədən digər şəxlərin torpaq sahəsinin alınması və buna görə kompensasiyanın verilməsindən məlumatlı olmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı ilə "xxxx" MMC şirkətinə uzun müddətə torpaq sahəsi icarəyə verildikdən sonra sözügedən torpaq sahəsi üzərində hüququna vaxtından əvvəl xitam verilmiş şəxslərə, o cümlədən Zeynəb Kazımovaya kompensasiya hesablanmış, həmin vəsaitin verilməsi ilə bağlı onlara rəsmi məktublar göndərilmiş, hətta, cavabdehin əməkdaşları tərəfindən şifahi qaydada məlumat verilmiş, digər şəxslər kompensasiyanı alsa da, iddiaçı hesablanmış kompensasiya məbləğini almaqdan imtina etmişdir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2004-cü il tarixli 102 saylı qərarı və xx.xx.2004-cü il tarixli 102 saylı icarə müqaviləsi ilə Ağcabədi rayonun ərazisindən 110 saylı qış otlaq sahəsindən Qoyunçuluğu inkişaf etdirmək üçün 50.0 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün Ağcabədi rayon Avşar kənd sakini X10 verilmişdir. Həmin şəxsin vəfat etməsi ilə əlaqədar onun həyat yoldaşı X2 rayon İcra Hakimiyyətinə müraciət edərək həmin torpaq sahəsi üzərində icarə hüququnun ona verilməsini xahiş etmişdir. X4 müraciəti nəzərə alınmış və Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli sərəncamı ilə əvvəlki yəni, Cavabdeh başçısının xx.xx.2004-cü il tarixli, 102 saylı sərəncamı ilə 15 il müddətinə icarəyə verilmiş 50.0 ha qış otlaq sahəsi üzərində icarə hüququ həmin müddətədək (2019cu ilədək) X5 verilmişdir. Sonradan yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37s saylı sərəncamı ilə Ağcabədi rayonunun inzibati ərazisində bitkiçiliyin inkişafı ilə bağlı aqroparkın yaradılması üçün 5000,0 hektar və yemçiliyin inkişafı ilə əlaqədar 800,0 hektar torpaq (qış otlaq) sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə kateqoriyasının dəyişdirilərək dövlət ehtiyat fondu torpaqlarına keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən sərəncamından irəli gələrək Cavabdeh başçısı xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli sərəncamları qəbul edərək Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından əkinə yararlı 1000 ha torpaq sahəsi yeni təyinatına uyğun, yəni yemçiliyin inkişafı üçün, 49 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmiş və əvvəlki icarədarların torpaq icarə müqavilələrinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar "xxxx" MMC özəl qiymətləndirmə şirkəti tərəfindən kompensasiya hesablanmış və əlavə edilmiş siyahıda göstərilmiş şəxslərə kompensasiyanın, icarəyə götürülmüş 1000 ha torpaq sahəsinin notariat xidmətləri rüsumun və bank xərclərinin ödənilməsi "xxxx" MMCyə həvalə edilmişdir. "xxxx" MMC həmin sərəncamdan irəli gələrək əvvəlki icarədarlara torpaq icarə müqavilələrinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar "xxxx" MMC özəl qiymətləndirmə şirkəti tərəfindən hesablanmış kompensasiya məbləğini vermiş və həmin şəxslər həmin vəsaiti almışdır. Eyni zamanda iş materiallarında olan sənədlərdən, iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin izahatından məlum olmuşdur ki, Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli sərəncamı ilə torpaq sahəsinin "xxxx" MMC-nə verilməsi ilə əlaqədar kompensasiya ödənişinin verilməsi üçün Cavabdeh əməkdaşları tərəfindən şifahi qaydada, "xxxx" MMC tərəfindən isə həm şifahi həm də 24 iyun 2021-ci il tarixli məktubla rəsmi şəkildə iddiaçıya müraciətlər edilmişdir (bax iş vərəqi 65, 67). Lakin, iddiaçı X11 həmin vəsaiti almaqdan imtina etmişdir. Torpaq sahəsinə görə kompensasiyanın təklif edilməsi və həmin vəsaitin qəbulundan imtina edilməsi faktını iddiaçı iddia ərizəsində də təsdiq etmişdir (bax iddia ərizəsinin birinci vərəqinə). "xxxx" MMC Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli sərəncamı ilə ona verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə maneə yaradan şəxslərə o cümlədən X5 qarşı “torpaq sahəsindən çıxarılma, vurulmuş maddi ziyanın ödənilməsi, mövcud tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət edilmiş və Ağcabədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(017)- 1048/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan X11 apellaysiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-144/2023 saylı qətnaməsi ilə X4 apellaysiya şikayətinin qismən təmin edilməsi, qətnamənin ona aid hissədə ləğv edilməsi və iş materiallarının ona aid hissədə ayrılaraq məhkəmə aidiyyatı üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə də Ağcabədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsindən və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncam barədə ona qarşı qaldırılmış iddia zamanı məlumatlı olmuş (kağız daşıyıcıda görmüş), lakin həmin sərəncamın ləğvi ilə bağlı 30 gün müddətində məhkəməyə müraciət etməmişdir. İddiaçı həmin sərəncamın ləğvi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə həmin sərəncamı kağız daşıyıcıda əldə etdikdən 6 (altı) ay sonra yəni, xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İşin faktiki hallarından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddiasını müddətin keçməsi səbəbi ilə qeyri mümkün hesab etmişdir. Belə ki, Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamından sonra iddiaçı X5 və digər icarədarlara icarə hüquqlarına xitam verilməsinə görə kompensasiya məbləğinin təklif edilməsi və digər şəxslərin həmin vəsaiti alması onu deməyə əsas verir ki, iddiaçı hazırda mübahisələndirilən sərəncamın və onun nəticələrindən məlumatlı idi. Mübahisələndirilən sərəncamdan məlumatlı olmaması ilə bağlı iddiaçının irəli sürdüyü fikirləri məhkəmə kollegiyası səmimi qəbul etmir ona görə ki, həmin sərəncamla yalnız iddiaçının deyil, həmçinin digər kənd camaatının, o cümlədən onun qohumları – X17 və X7 da icarə hüquqlarına xitam verilmiş, bu əsasla həmin şəxslərə kompensasiya ödənilmiş və bu barədə iddiaçı məlumatlı olmuşdur. Hətta, mübahisələndirilən sərəncamın 2017-ci il tarixində iddiaçıya təqdim edilmədiyi və bu səbəbdən həmin sərəncamın ləğvi ilə bağlı vaxtında iddia qaldırmadığı qəbul etsək, 2022-ci il tarixində ona qarşı qaldırılmış iddia zamanı həmin sərəncamı kağız daşıyıcıda məhkəmədən əldə etmiş lakin, yenə də qanunla nəzərdə tutulmuş müddət ərzində iddia qaldırmamışdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi sərəncamdan yəni, Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamından 2017-ci il tarixindən, daha sonra 2021-ci il tarixindən (Maqro” MMC-nin iddiaçı X5 ünvanladığı 24 iyun 2021-ci il tarixli 17 nömrəli məktubundan), ən geci isə xx.xx.2022-ci il tarixindən (Ağcabədi rayon Məhkəməsinin qətnaməsinin qəbul edildiyi vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə, iddiaçı X11 inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamından şifahi qaydada məlumatlı olduğu vaxtdan 5 (beş) ildən artıq vaxt keçdikdən sonra, rəsmi qaydada yəni, xx.xx.2022-ci il tarixdən (məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan) məlumatlı olduğu vaxtdan isə 6 (altı) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göründüyü kimi, iddiaçı sözügedən sərəncamdan məlumatlı olduğu vaxtdan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət keçdikdən sonra cavabdeh inzibati orqana qarşı hazırki iddianı qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması hallarını bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçı X4 birinci instansiya məhkəməsinə təqdim etdiyi müddətin bərpası barədə ərizəsindən görünür ki, iddiaçı prosessual müddəti onun təqsiri olmadan buraxılması hallarını əsaslandıra bilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı X11 Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Bundan başqa işdən görünür ki, Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli sərəncamı ilə 15 il müddətinə X5 icarəyə verilmiş 50.0 ha qış otlaq sahəsi üzərində onun icarə hüququnun müddəti xx.xx.2019-cu il tarixinə kimi olması müəyyən edilmiş və həmin tarixdən sonra yeni müddətə onunla icarə müqaviləsi bağlanılmamışdır. Sözügedən torpaq sahəsinin təyinatının dəyişdirildiyini nəzərə alsaq, bu zaman yeni təyinat üzrə yeni müqavilənin bağlanılması məcburidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr ilə yaranır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilən hüquq normalarından görünür ki, torpaq sahəsi üzərində hüquqların əldə edilməsindən ötrü torpaq mülkiyyətçisi ilə icarədar arasında müqavilə bağlanılmalı və həmin hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Lakin, hazırki işdən görünür ki, iddiaçı ilə torpağın mülkiyyətçisi yəni, cavabdeh arasında sözügedən torpaq sahəsinin təyinatı dəyişdirildikdən sonra məqsədli təyinatına uyğun yeni müddətə müqavilə bağlanılmamışdır. Əvvəlki (xx.xx.2012-ci il tarixli) icarə müqaviləsinin qüvvədə olma müddətinin avtomatik olaraq uzadılmasının mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, bu hal o zaman baş verə bilərdi ki, torpaq sahəsinin təyinatı əvvəlki müqavilə üzrə müəyyən edilmiş təyinat olsun. Lakin, işdən görünür ki, sözügedən torpaq sahəsinin təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37s saylı sərəncamı ilə dəyişdirilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək belə qənaətə gəlir ki, hər bir torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına uyğun istifadə edilməli olduğundan, həmin təyinat üzrə müqavilə bağlanılmalı, onun istifadə qaydaları, şərtləri müəyyən edilməli və icarə müqaviləsi üzrə əldə edilmiş həmin hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Əks halda torpaq sahəsi üzərində əmlak hüquqlarının mövcudluğundan söhbət gedə bilməz. Bundan başqa işdən görünür ki, "xxxx" MMC-nin sözügedən torpaq sahəsi üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli sərəncamı ilə 15 il müddətinə icarəyə verilmiş 50.0 ha qış otlaq sahəsi üzərində X4 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Hansı ki, aşağıda qeyd edilən hüquq normalarına görə torpaq sahəsi üzərində hüquq həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra yaranır və yalnız qeydə alınmış hüquqların qorunmasına dövlət təminat verir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin həmin maddəsinin 1-1-ci bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. Həmin Məcəllənin həmin maddəsinin 3-cü bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin həmin maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərk belə qənaətə gəlir ki, hətta, iddiaçının torpaq sahəsi üzərində icarə müqaviləsi bağlanılmış olsa belə (hərçənd ki, yeni təyinat üzrə icarə müqaviləsi mövcud deyildir), X1 torpaq sahəsi üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığından və sözügedən torpaq sahəsi üzərində "xxxx" MMC-nin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındığından sonuncunun hüquqlarına üstünlük verilməli və qorunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun hazırki sərəncamla yanaşı Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli sərəncamını da mübahisələndirə bilərdi. Belə ki, həmin sərəncamın məzmunundan görünür ki, torpaq sahəsi üzərində icarə hüquqlarına vaxtından əvvəl xitam verilməsi qərara alınmışdır. Lakin, hazırda mübahsiələndirilən sərəncama münasibətdə iddianın mümkünsüz hesab olunmasına əsas olan yuxarıda qeyd edilən faktiki və hüquqi hallar xx.xx.2017-ci il tarixli sərəncama münasibətdə də mövcud olduğundan hazırki iddianın predmetinin dəyişdirilməsinə (həcminin artırılmasına) lüzum bilinməmişdir. Başqa sözlə, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli sərəncamın mübahisələndirilməsi yuxarıda qeyd edilən faktiki və hüquqi əsaslara görə iddianın mümkünlüyü ilə nəticələnmədiyindən iddia predmetinin dəyişdirilməsi təklif edilməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X4 apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2543/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar