Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-119/2024 30.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(120)-483/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müddətsiz təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətsiz birinci dərəcəli əlilliklə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 12 sentyabr 2023-cü il tarixli, 2-1(120)-483/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir ki, xəstəlikdən əziyyət çəkir, TSEK-də komissiyadan keçirilərək ona üçüncü dərəcəli əlillik təyin edilmişdir. Xəstəliyi getdikcə ağırlaşmağa başlamış, 29 dekabr 2021-ci il tarixində müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Ona təyin edilən ikinci dərəcə əlilliklə razı deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun şəkildə TSEK-na 04 mart 2022-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. TSEK-sı qaydaları kobud şəkildə pozularaq müraciətinə cavab verməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin üzvi xəstəliyinin nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin üzvi xəstəliyinin nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin üzvi xəstəliyi nəticəsində kəskin nəzərəçarpan ağıl zəifliyi, davranış pozğunluqları.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin keçirilmiş üzvi xəstəliyinin davamlı qalıqları. Davranış pozğunluğu ilə. davraniş pozuntusu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Mərkəzi sinir sisteminin keçirilmiş üzvi xəstəliyinin davamlı qalıqları.Davranış pozğunluğu ilə. davraniş pozuntusu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Xəstəliklərin Beynəlxalq Təsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, MSS-nin xəstəliyi nəticəsində dərin şəxsiyyət dəyişkənliyi, psixotik əlamətlərlə müşayət olunan psixipatabənzər davranış pozuntuları və nəzərə çarpan ağıl zəifliyi ilə. Xəstə xx.xx.2021-ci il tarixdə (NQ420) Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının-həkim psixiatr komissiyası tərəfindən müayinə olunmuş və bir daha diaqnoz öz təsdiqini tapmışdır. İQ əmsalı-17% Ağırlaşma Davranış pozğunluğu, Davranış pozğunluğu; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Səhiyyə Nazirliyinin reyesterində aldığı dərman haqqında hec bir məlumat yoxdur” səbəbi ilə imtina verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəlik...; Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, MSS-nin xəstəliyi nəticəsində dərin şəxsiyyət dəyişkənliyi, psixotik əlamətlərlə müşayət olunan psixipatabənzər davranış pozuntuları və nəzərə çarpan ağıl zəifliyi ilə. İQ əmsalı-17%. Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə., Çox ağır əqli gerilik.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.4. emosional- iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F6...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına əsasən iddiaçının əlillik dərəcəsi İİ qrup kimi qiymətləndirilmiş və iddiaçının FORMA 88-də qeyd edilən diaqnoz İ qrup əlillik dərəcəsi kimi qiymətləndirilməyə əsas vermir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində o, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 04 oktyabr 2022-ci il tarixli, T454/2022 saylı rəydə göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfndən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsində tərtib edilmiş 0340003AAZM0 saylı (088 JV2-İİ Formada) qeyd edilən “V sinif - psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06-baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli... Tibbi-sosial yardım və reabilitasiya vasitələri: ixtisaslaşmış müalicə. Diaqnozun mətni: baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, MSS-nin xəstəliyi nəticəsində dərin şəxsiyyət dəyişkənliyi, psixotik əlamətlərlə müşayiət olunan psixopatabənzər davranış pozuntuları və nəzərəçarpan ağıl zəifliyi ilə, İQ əmsalı-17%, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, çox ağır əqli gerilik. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllılıq (demensiya) (F6...” diaqnozu aparılmış kliniki və instrumental müayinələrin əsasmda müəyyən olunmuşdur. Hal-hazırda əyani müayinə zamanı aşkar edilən patofunksional dəyişikliklər əlillik dərəcəsinin dəyişməsinə əsas vermir. -Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi tərəfindən təqqim edilmiş 14 fevral 2023-cü il tarixli, 20 nömrəli rəydə göstərilmişdir ki, İddiaçı “Psixi Sağlamlıq Mərkəzi”ndə xx.xx.2023-cü il tarixdə müayinə zamanı “Dərin dərəcəli əqli gerilik kobud davranış pozuntuları ilə F73.1.” müəyyən edilmişdir. Hazırda onun diaqnozda göstərilən xəstəliklərlə əlaqədar kənar şəxslərin köməyinə və qulluğuna ehtiyacı var. -Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş 22 iyun 2023-cü il tarixli, T 399 nömrəli rəydə göstərilmişdir ki, İddiaçı tibbi sənədlərinə əsasən o, hazırda “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, MSS-nin xəstəliyi nəticəsində dərin şəxsiyyət dəyişkənliyi, psixotik əlamətlərlə müşayiət olunan psixopatabənzər davranış pozuntuları və nəzərəçarpan ağıl zəifliyi ilə, İQ əmsalı-17%, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, çox ağır əqli gerilik. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllılıq (demensiya) (F6...” diaqnozundakı xəstəliklərdən əziyyət çəkir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 926 nömrəli arayışında iddiaçıya qoyulmuş diaqnoz “Dərin dərəcəli əqli gerilik kobud davranış pozuntuları ilə F73.1. Kənar şəxslərin köməyinə və qulluğuna ehtiyacı var.” Kimi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş 14 fevral 2023-cü il tarixli, 20 nömrəli rəy istisna olmaqla digər rəylər (04 oktyabr 2022-ci il tarixli və 22 iyun 2023-cü il tarixli) üzrə müayinələr cavabdeh qurumun nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Həmçinin 14 fevral 2023-cü il tarixli, 20 nömrəli rəydə yuxarıda qeyd edilmiş “Psixi Sağlamlıq Mərkəzi” Publik Hüquqi Şəxsin gəldiyi nəticəyə istinad edilmişdir. Odur ki, məhkəmə kollegiyası 04 oktyabr 2022-ci il tarixli və 22 iyun 2023-cü il tarixli rəylər üzrə gəlinmiş nəticədə cavabdeh qurumun nümayəndələrinin maraqlı olması ehtimalını nəzərə alınaraq 14 fevral 2023-cü il tarixli rəyi daha mötəbər hesab edir. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.13cü bəndində “etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79)” diaqnozu birinci dərəcə əlillik təyinatına əsas verir. Yuxarıda qeyd olunan “Psixi Sağlamlıq Mərkəzi” Publik Hüquqi Şəxsinin rəyində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş 14 fevral 2023-cü il tarixli, 20 nömrəli rəydə iddiaçıya qoyulmuş diaqnoz “F73.1” kodu ilə qiymətləndirilməsinə, eyni zamanda müvafiq səhiyyə müsəssisəsinin göndərişində də həmin kodun yazılmasına və İQ əmsalının 17% göstərilməsinə baxmayaraq, cavabdeh orqan müvafiq sahə üzrə ixtisaslaşmış qurumun gəldiyi nəticəyə qiymət vermədən əsassız qərar qəbul etmişdir. Xüsusilə qeyd edilməlidir ki, yuxarıda qeyd olunan müvafiq Əsasnamə”nin 2.1.13-cü bəndində birinci dərəcə əlilliyin təyini üçün tələb olunan meyarlardan biri kimi İQ əmsalının 35%-dən aşağı olması qeyd edilmişdir. Cavabdeh qurum iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edərkən diaqnozunda İQ əmsalının 17% qeyd edilməsinə baxmayaraq əsassız olaraq əlilliyin ikinci dərəcə olması qənaətinə gəlmişdir. Həmçinin qeyd edilməlidir ki, yuxarıda sadalanan xüsusatlar nəzər alınaraq məhkəmə kollegiyası tərəfindən müvafiq qərardad qəbul edilərək, cavabdehə yenidən inzibati icraatın aparılması həvalə edilsə də cavabdeh öz qərarında “Psixi Sağlamlıq Mərkəzi” Publik Hüquqi Şəxsin rəyinə tənqidi yanaşmasının tibbi əsaslarını şərh etmədən, eyni zamanda gəldiyi nəticənin hansı sahə üzrə mütəxəssisin (adı, soyadı, təcrübəsi, ixtisası) rəyi ilə əsaslandırdığını göstərmədən iddiaçıya təyin edilmiş əlillk dərəcəsinin əvvəlki vəziyyətdə (2-ci dərəcə) saxlanılması qərarına gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. İddiaçıya əlillik təyinatı zamanı və əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1.13-cü bəndinə əsasən etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79) birinci dərəcə əlillik təyinatına əsas verir. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(120)-483/2023 nömrəli qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(120)-483/2023 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 29 dekabr 2021-ci il tarixdə təyin edilmiş əlilliyin dərəcəsi dəyişdirilərək, müddətsiz birinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-119/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-119/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver