Məhkəmə qərarları › İş №2-1(106)-119/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-119/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-119/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlundan və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1233/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət X7 Hüquqi şəxsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı X5 təşkil etdiyi müsahibə komissiyasının xx.xx.2023-cü il tarixli qərarının nəticəsinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyi Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 16 nömrəli qərarının nəticəsinin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət X7 Hüquqi şəxsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X5 təşkil etdiyi müsahibə komissiyasının xx.xx.2023-cü il tarixli qərarının nəticəsinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyi Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 16 nömrəli qərarının nəticəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 10 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-1233/2024 nömrəli qərardadı ilə tələb cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Maliyyə Nazirliyi Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 16 nömrəli qərarının nəticəsinin ləğv edilməsi”nə dair hissədə mümkün sayılmamamışdır. X6 Məhkəməsinin (hakim P.Qurbanova) 10 oktyabr 2024-cü il tarixli, 2-1(120)- 1233/2024 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla Cavabdeh Azərbaycan Respublikasının Dövlət X7 Hüquqi Şəxsin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə mübahisənin premeti Azərbaycan Respublikasının Dövlət X7 Hüquqi şəxsinin xx.xx.2023-cü tarixində keçirilmiş namizədin iddia etdiyi vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair müsahibənin qərarıdır. İddiaçı həmin qərarı mübahisələndirmiş və məhkəmə həmin tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, X8 tərəfindən 10 aprel 2023-cü il tarixdə ümümi müsahibə elan olunmuşdur. O, da həmin müsahibədə elan olunmuş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Şəmkir rayonu üzrə X2 və xərclərin proqnozlaşdırılması sektoru, aparıcı məsləhətçi - xərclər üzrə vakant vəzifənin müsahibəsində iştirak etmək üçün elekton qaydada müraciət etmişdir. 06 iyun 2023-cü il tarixdə saat 12:20-də müsahibədə iştirak etmişdir. Müsahibə komissiyası tərəfindən onun iştirak etdiyi müsahibənin nəticəsi üzrə yekun 14 bal qiymətləndirilərək vəzifəyə uyğun hesab edilməmişdir. Müsahibənin nəticəsi ilə bağlı 08 iyun 2023-cü il tarixdə Maliyyə Nazirliyinin Apellyasiya Şurasına şikayət etmiş, 12 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyin Apellyasiya Şurasının qərarı ilə şikayəti təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, 10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Şəmkir Rayonu üzrə X2 və xərclərin proqnozlaşdırılması sektoru, aparıcı məsləhətçi - xərclər üzrə vakant vəzifə üzrə elan olunmuş ümumi müsahibədə iddiaçı iştirak etmiş, lakin vakant vəzifə üzrə müvafiq tələblərə uyğun gəlmədiyi üçün onun cavabları müsahibə komssiyası tərəfindən 14 balla qiymətləndirilmişdir. Müsahibənin nəticəsindən narazı qalan İddiaçı 08 iyun 2023-cü il tarixdə müsahibə nəticəsindən Maliyyə Nazirliyinin Apellyasiya Şurasına şikayət etmiş, 12 iyul 2023- cü il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasının qərarı ilə şikayət təmin edilmədən və müsahibə komissiyasının qərarı dəyişdirilmədən saxlanımışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 29.8-ci maddəsinə əsasən müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. Sözügedən qanunun müddəasından aydın olur ki, vəzifəyə yararlılığın müəyyən edilməsi 4 meyar əsasında - 1. şəxsin bilik səviyyəsi, 2. peşə hazırlığı, 3. ümumi dünyagörüşü, 4. barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətlər yoxlanılmaqla təyin edilir. Eyni zamanda İddiaçı qeyd etdiyi “ixtisas dərəcəsi” ilə bağlı qeyd olunur ki, həmin göstəricilər nəzərə alınmalıdır. Belə ki bu, yuxarıda qeyd edilən 4 meyarın yoxlanılması zamanı nəzərə alınan göstəricidir. Lakin, ixtisas dərəcəsi ilə bağlı müsahibədə iştirak edən namizədə hər hansı bal verilməsi nəzərədə tutulmamışdır. Araşdırma zamanı İddiaçı müsahibə zamanı bir sıra sualları cavablandıra bilmədiyi, bəzi suallara isə yanlış cavab verdiyi məlum olmuşdur. İddiaçı ilə aparılan müsahibə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası’nın tələblərinə uyğun olaraq qiymətləndirilmişdir. Həmçinin namizədin müashibəyə uyğunluğu Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydasfna 1 nömrəli əlavədə “Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair Bal Cədvəli” ilə rəsmiləşdirilir. Həmin bal cədvəlində ixtisas dərəcəsi ilə əlaqədar hər hansı bal verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətininin dəlilləri iddia ərizəsinin məzmunu ilə əsasən eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli, 16 nömrəli Qərarından görünür ki, İddiaçı şikayəti təmin edilməmiş və müsahibə komissiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu qərardan onun təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”-nın 1.1-ci bəndinə əsasən bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 28-ci və 29-cu maddələrinə əsasən, 1– 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci–yeddinci təsnifatına (yerli icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) uyğun olan dövlət qulluğu vəzifələrinin tutulması üçün yaradılan müsahibə komissiyasının reqlamentini, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmə aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydasını və keçid ballarını müəyyən edir. 5.5. Müsahibə komissiyası üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək, orta bal müəyyən edilir. Müsahibənin yekun nəticələri “Namizədin inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (2 nömrəli əlavə). 5.7. Vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edir. 6.1. Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada, Azərbaycan Respublikasının Dövlət X3 və məhkəməyə şikayət verə bilərlər. 6.2. Namizədlər tərəfindən müsahibənin nəticələrindən inzibati qaydada şikayət verilməsi Qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Normaların tələbindən göründüyü kimi müsahibənin nəticələrindən şikayət mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şurasına deyil, Azərbaycan Respublikasının Dövlət X3 verilə bilər. Odur ki, Maliyyə Nazirliyinin Apellyasiya Şurası səlahiyyətli olmadığı məsələyə baxdığından, həmin qurumun hazırda mübahisələndirilən qərarının ləğv edilməsi iddiaçının hüquqi marağına xidmət etməyəcək və onun üçün müsbət hüquqi nəticə yaratmayacaq. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1233/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar