Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-12/2024 28.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun, iddiaçı "xxxx" Publik Hüquqi Şəxsinin nümayəndələri Səmədov Şükür Rəhim oğlunun və Əkbərov Fikrət Nadir oğlunun, cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndələri Qarayev Elsevər Ələddin oğlunun və Şəfiyev Vüsal Qulam oğlunun, üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri Sadiqov Anar Bəykişi oğlunun və Nümayəndə iştirakları ilə, Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(120)-25/2022 nömrəli qərarından cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "xxxx" Publik Hüquqi Şəxsin cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı hesablaşma hesabından əsassız və qanunsuz silinmiş pul vəsaitinin iddiaçının hesablaşma hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "xxxx" Publik Hüquqi Şəxsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Publik Hüquqi Şəxsinin hesablaşma hesabından əsassız və qanunsuz silinmiş 11252,58 manat məbləğində pul vəsaitinin "xxxx" Publik Hüquqi Şəxsin Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialında olan hesablaşma hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 23 dekabr 2022-ci il tarixli, 2- 1(120)-25/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "xxxx" Publik Hüquqi Şəxsin hesablaşma hesabından silinmiş 11252,58 manat məbləğində pul vəsaitindən 10127,32 manatı iddiaçının Azərbaycan Beynəlxalq Bankı ASC-nin Lənkəran filialında olan hesablaşma hesabına qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması və ekspertiza tədqiqatının dəyəri olan 200,0 (iki yüz) manat pul vəsaitinin 50,0 (əlli) manat məbləğində hissəsinin iddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "xxxx" Publik Hüquqi Şəxsindən, 150,0 (bir yüz əlli) manat məbləğində hissəsinin isə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi qərara alınmışdır. Qərardan cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Publik Hüquqi Şəxsin hesablaşma hesabından silinmiş 11252,58 manat pul vəsaitinin əmələ gəlmə əsası xx.xx.2018-ci il tarixə yaranmış 6709,11 manat penya borcu olmuş, həmin məbləğ xx.xx.2019-cu il tarixə artırılaraq 11252,58 manat hesablanmış, xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinə əsasən silinməsi nəzərdə tutulan məbləğ olmasına baxmayaraq DSMF Lənkəran rayon şöbəsi tərəfindən həmin borcun silinməsi təmin edilməmişdir. Beləki xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinə əsasən sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may aylarında məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilsədə, xx.xx.2019-cu il tarixdən etibarən həmin yığımların təmin edilməsi Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fonduna, xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə hesabatlar və bəyannamələr təqdim etmiş, həmin hesabatlar və bəyannamələr əsasında iddiaçı tərəfindən ödənilməli sosial sığorta haqları müəyyən edilmişdir. İşdə olan sübutlarla müəyyən edilir ki, xx.xx.2019-cu il tarixinə borc 9859,14 manat olmuşdur (əsas borc 3131,25 manat, penya üzrə 6727,89 manat). 2019-cu ilin 1-ci rübü ərzində 81,64 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 136,61 manat penya hesablanmışdır. xx.xx.2019-cü il tarixinə borc 10077,39 manat olmuşdur (əsas borc 3212,89 manat, penya üzrə 6864,50 manat). İddiaçı tərəfindən xx.xx.2019-cü il tarixinə yaranmış borc 2019-cu ilin aprelin birindən on beşinə kimi ödənilmədiyindən vergi orqanı tərəfindən iddiaçının hesabına sərəncam qoyulmuş və həmin sərəncamla həm əsas, həm də penya borcu silinmişdir. Həmçinin 2019-cu ilin 2-ci rübü üzrə hesablanmış sosial sığorta haqlarının məbləğləri ilə əlaqədar xx.xx.2019-cü il tarixinə borc 10320,5 manat olmuşdur (əsas borc 10229,1 manat, penya üzrə 91,4 manat). 2019-cu ilin 3-cü və 4-cü rübü üzrə borc artaraq xx.xx.2020-ci il tarixinə 11252,59 manat olmuşdur (əsas borc 11023,04 manat, penya üzrə 229,55 manat). Prosessual məsələlər Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Şəfiyev Vüsal Qulam oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilsədə, xx.xx.2019-cu il tarixdən etibarən həmin yığımların təmin edilməsi Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fonduna, xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə hesabatlar və bəyannamələr təqdim etmiş, həmin hesabatlar və bəyannamələr əsasında iddiaçı tərəfindən ödənilməli sosial sığorta haqları müəyyən edilmişdir. İddiaçının məcburi dövlət sosial sığorta haqqı (MDSS haqqı) üzrə borcu 2018-ci ilin 3-cü rübü ərzində 276990,75 manat hesablanmış MDSS haqqı tam ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borcdan 7042,77 manat ödənilmişdir. Əlavə olaraq MDSS haqqı üzrə borca 169,52 manat penya hesablanmışdır. xx.xx.2018-ci il tarixinə borc 99147,57 manat olmuşdur (əsas borc 92438,46 manat, penya üzrə 6709,11 manat). Həmçinin 2018-ci ilin 4-cü rübü ərzində 278105,26 manat hesablanmış MDSS haqqı tam ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borcdan 89307,21 manat ödənilmişdir. Əlavə olaraq MDSS haqqı üzrə borca 18,78 manat penya hesablanmışdır. İşdə olan sübutlarla müəyyən edilir ki, xx.xx.2019-cu il tarixinə borc 9859,14 manat olmuşdur (əsas borc 3131,25 manat, penya üzrə 6727,89 manat). 2019-cu ilin 1-ci rübü ərzində 81,64 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 136,61 manat penya hesablanmışdır. xx.xx.2019-cü il tarixinə borc 10077,39 manat olmuşdur (əsas borc 3212,89 manat, penya üzrə 6864,50 manat). Digər rüblərdə olduğu kimi 2019-cu ilin 1-ci rübü üzrə hesablanmış, ödənilmiş və qalıq borcların məbləği ilə əlaqədar tərəflər arasında hər hansı mübahisə yoxdur. İddiaçıya aydın olmayan qeyrimüəyyənlik 2019-cu ilin 1-ci rübündən sonra yaranmış borcun əsas və ya penya olması ilə əlaqədardır. Lakin iddiaçı tərəfindən xx.xx.2019-cü il tarixinə yaranmış borc (10077,39 manat (əsas borc 3212,89 manat, penya üzrə 6864,50 manat)) 2019-cu ilin aprelin birindən on beşinə kimi ödənilmədiyindən vergi orqanı tərəfindən iddiaçının hesabına 2019-cu ilin aprel ayında sərəncam qoyulmuş və həmin sərəncamla həm əsas, həm də penya borcu silinmişdir. Həmçinin 2019-cu ilin aprel ayında iddiaçının hesabına sərəncam qoyulması və həmin sərəncamla həm əsas, həm də penya borcunun silinməsi ilə əlaqədar cavabdehin hərəkətləri iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin 2019-cu ilin 2-ci rübü üzrə hesablanmış sosial sığorta haqlarının məbləğləri ilə əlaqədar xx.xx.2019-cü il tarixinə borc 10320,5 manat olmuşdur (əsas borc 10229,1 manat, penya üzrə 91,4 manat). Daha sonra 2019-cu ilin 3-cü rübü ərzində 331,93 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 313,06 manat penya hesablanmışdır. Rüb ərzində penyadan 173,23 manat ödənilmişdir. xx.xx.2019-cü il tarixinə borc 10792,26 manat olmuşdur (əsas borc 10561,03 manat, penya üzrə 231,23 manat). 2019-cu ilin 4-cü rübü ərzində 462,01 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 324,6 manat penya hesablanmışdır. Rüb ərzində penyadan 326,28 manat ödənilmişdir. xx.xx.2020-ci il tarixinə borc 11252,59 manat olmuşdur (əsas borc 11023,04 manat, penya üzrə 229,55 manat). Göründüyü kimi iddiaçının mübahisələndirdiyi borc 2019-cu ilin 2-ci rübü üzrə yaranaraq xx.xx.2019-cü il tarixinə borc 10320,5 manat olmuşdur (əsas borc 10229,1 manat, penya üzrə 91,4 manat). 2019-cu ilin 3-cü və 4-cü rübü üzrə borc artaraq xx.xx.2020-ci il tarixinə 11252,59 manat olmuşdur (əsas borc 11023,04 manat, penya üzrə 229,55 manat). Qeyd edilənlər hesabatlarla öz təsdiqini tapır. Hazırda da iddiaçı 11252,59 manat borcu mübahisələndirir. Real vəziyyətdə isə tərəflər ümumi borc məbləğini mübahisələndirmirlər, yalnız iddiaçının dəlili ondan ibarət olmuşdur ki, hesablanmış borc əsas borc deyil penyadır və o borc silinməli idi. Lakin iddiaçının bu tələblə əlaqədar dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Qarayev Elsevər Ələddin oğlu məhkəmə iclasında Şəfiyev Vüsal Qulam oğlunun izahatına oxşar, eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı "xxxx" Publik Hüquqi Şəxsinin nümayəndəsi Səmədov Şükür Rəhim oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilsədə, xx.xx.2019-cu il tarixdən etibarən həmin yığımların təmin edilməsi Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fonduna, xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə hesabatlar və bəyannamələr təqdim etmiş, həmin hesabatlar və bəyannamələr əsasında iddiaçı tərəfindən ödənilməli sosial sığorta haqları müəyyən edilmişdir. 2016-2020-ci illərin rübləri üzrə iddiaçı tərəfindən ödənilməli sosial sığorta haqlarının məbləğləri ilə əlaqədar tərəflər arasında hər hansı mübahisə yoxdur. Həmin dövrlər ərzində təqdim edilmiş hesabatlar və bəyannamələr, hər rüb üzrə hesablanmış, ödənilmiş və qalıq borclar məhkəmə iclasında elan edilən cavabdehin təqdim etdiyi hesabatla eynilik təşkil edir. Onların iddia etdiyi odur ki, yaranmış borc penyadır və o, qanunvericiliyin tələblərinə uyğun silinməli idi. Həmçinin 2019-cu ilin aprel ayında iddiaçının hesabına sərəncam qoyulması və həmin sərəncamla həm əsas, həm də penya borcunun silinməsi ilə əlaqədar cavabdehin hərəkətləri iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı "xxxx" Publik Hüquqi Şəxsinin nümayəndəsi Əkbərov Fikrət Nadir oğlu məhkəmə iclasında Səmədov Şükür Rəhim oğlunun izahatına oxşar, eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Sadiqov Anar Bəykişi oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilsədə, xx.xx.2019-cu il tarixdən etibarən həmin yığımların təmin edilməsi Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fonduna, xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə hesabatlar və bəyannamələr təqdim etmiş, həmin hesabatlar və bəyannamələr əsasında iddiaçı tərəfindən ödənilməli sosial sığorta haqları müəyyən edilmişdir. İddiaçının məcburi dövlət sosial sığorta haqqı (MDSS haqqı) üzrə borcu 2018-ci ilin 3-cü rübü ərzində 276990,75 manat hesablanmış MDSS haqqı tam ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borcdan 7042,77 manat ödənilmişdir. Əlavə olaraq MDSS haqqı üzrə borca 169,52 manat penya hesablanmışdır. xx.xx.2018-ci il tarixinə borc 99147,57 manat olmuşdur (əsas borc 92438,46 manat, penya üzrə 6709,11 manat). 2018-ci ilin 3-cü rübünədək, həmçinin həmin rübdən sonrakı rüblər üzrə məcburi dövlət sosial sığorta haqqı ilə bağlı yaranmış, ödənilmiş və qalıq borcların məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yoxdur. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında Sadiqov Anar Bəykişi oğlunun izahatına oxşar, eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar tamamilə ləğv edilərək yeni qərar çıxarılmalı, iddia tələbi təmin edilməməlidir. Sosial sığorta haqqında Azərbaycan Respublikası qanununun 1.1.6-cı maddəsinə əsasən sığortaçı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Həmin qanunun 1.1.7-cı maddəsinə əsasən sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Həmin qanunun 1.1.8-ci maddəsinə əsasən sığortaolunanlar - xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. Həmin qanunun 1.1.10-cu maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqısığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. Həmin qanunun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Həmin qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək və bu qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifələridir. Həmin qanunun 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 88.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Həmin məcəllənin 88.3-cü maddəsinə əsasən cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2–88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********0 nömrəli bildirişinin surətindən görünür ki, Lənkəran RMX PHŞ-nin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə yaranmış 11252,58 manat, o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 11023,04 manat, faizlər üzrə 229,54 manat borcunun Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 gün müddətində ödənilməsi "xxxx" Publik Hüquqi Şəxsindən tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********1AS nömrəli sərəncamın surətindən görünür ki, dövlət büdcəsinə yaranmış 11252,58 manat borcunun ödənilməsini təmin etmək məqsədilə 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" Publik Hüquqi Şəxsin Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialında olan hesablaşma hesabına sərəncam qoyulmuş, bank tərəfindən 11252,58 manat məbləğində pul vəsaiti iddiaçının hesabından dövlət nəfinə silinmişdir. İş materiallarında olan iddiaçının cavabdeh inzibati orqana ünvanladığı xx.xx.2020-ci il tarixli, 119 nömrəli məktubunda 6 saylı Ərazi Vergilər Baş İdarəsinin sərəncamına əsasən Azərbaycan Beynəlxalq Bankın Lənkəran filialından 11252,58 manat məbləğində vəsaitin hesablarından silindiyi qeyd edilərək, əsası olmayan, kökü bilinməyən hesablarından silinən 11252,58 manat borcun yaranma səbəbləri haqqında məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" Publik Hüquqi Şəxsin rəhbəri Ağabala Kəlbiyevə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********786100 nömrəli məktubda müraciətdə qeyd edilən borcların yaranma səbəblərinın araşdırıldığı və nəticəsi barədə məlumat veriləcəyi qeyd edilmişdir. İş materiallarında olan iddiaçının cavabdeh inzibati orqana ünvanladığı xx.xx.2020-ci il tarixli, 2/2-188 nömrəli məktubunda 6 saylı Ərazi Vergilər Baş İdarəsinin sərancamına əsasən ABB Lənkəran filialından 11252 manat 58 qəpik vəsaiti Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən yaradılmış “Lənkəran RMX” PHŞ-nin hesablaşma hesabından əsassız silinən məbləği “Lənkəran RMX” PHŞ-nin hesabına 05 mart 2020-ci il tarixinə kimi köçürülməsinin təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ünvan ünvanlanmış 18 may 2020-ci il tarixli, **********4 nömrəli məktubunda "xxxx" PHŞ-nin (VÖEN:**********1) təqdim etdiyi hesabatlar xx.xx.2018-ci il tarixə sığorta haqları üzrə artıq ödəmə və borc barədə məlumatların təqdim edildiyi, həmçinin 2018-ci ilin 4-cü rübünün hesabatlarının vergi orqanına təqdim edildiyi qeyd edilmişdir. Məktuba əlavə edilmiş cədvəldə "xxxx" Publik Hüquqi Şəxsin xx.xx.2018-ci il tarixə sosial sığorta haqqı üzrə 92438,46 manat əsas, 6709,11 manat penya olmaqla cəmi 99147,57 manat borcu olduğu qeyd edilmişdir. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********206900 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" PHŞ-nin (VÖEN: **********) xx.xx.2020-ci il tarixə olan 11252,58 manat sosial sığorta haqları üzrə borcunun yaranma əsasları barədə məlumatın verilməsi haqqında müraciətə 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Azərbaycan Respublikasının Vergilər Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Bu səbəbdən də məktubun cavablandırılması məqsədilə qeyd edilən məsələyə münasibət bildirməsindən ötrü xx.xx.2020-ci il tarixli, **********009000 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial müdafiə Fondunun Lənkəran şəhər şöbəsinə müraciət olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi 18 may 2020-ci il tarixli, **********4 nömrəli məktubla "xxxx" PHŞ-nin xx.xx.2018-ci il tarixə sığorta haqları üzrə borc və artıqödəmə məbləğləri barədə məlumatları təqdim etmişdir. Eyni zamanda xx.xx.2018ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində hesablanmış, ödənilmiş məbləğlər və qalıq məbləğləri barədə məlumat hazırlanmışdır (məktuba əlavə olunur). Əlavə olaraq "xxxx" PHŞ-nin xx.xx.2019-cu il tarixədək aktiv bank hesabı olmadığı, sığorta haqları üzrə yaranmış borclarına görə vergi ödəyicisinə xx.xx.2020-ci il tatrixli bildiriş göndərildiyi, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən borclar bu məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədiyindən bank hesablarına icra (ödəniş) sənədi olan sərəncam qoyulduğu və bank tərəfindən sərəncamın icra edildiyi qeyd edilmişdir. Eyni zamanda şəxsi hesab vərəqəsinin xx.xx.2020-ci il tarixə olan göstəricilərinə əsasən "xxxx" PHŞ-nin dövlət büdcəsinə vergilər və sığorta haqları üzrə borcu olmadığı bildirilmişdir. Məktuba əlavə edilmiş sosial sığorta haqları üzrə borclarının açıqlanması cədvəlində "xxxx" PHŞ-nin xx.xx.2018-ci il tarixə 92438,46 manat əsas, 6709,11 manat penya olmaqla cəmi 99147,57 manat borcun olması, 2018-ci ilin 4-cü rübünə 3131,25 manat əsas, 6727,89 manat penya olmaqla cəmi 9859,14 manat borc, 2019-cu ilin 1-ci rübünə 3212,89 manat əsas, 6864,5 manat penya olmaqla cəmi 10077,39 manat borc, 2019-cu ilin 2-ci rübünə 10229,1 manat əsas, 91,4 manat cərimə olmaqla cəmi 10320,5 manat borc, 2019-cu ilin 3-cü rübünə 10561,03 manat əsas, 231,23 manat penya olmaqla cəmi 10792,26 manat borc, 2019-cu ilin 4-cü rübünə 11023,04 manat əsas, 229,55 manat penya olmaqla 11252,59 manat borc, xx.xx.2020-ci il tarixə 11023,04 manat əsas, 229,55 manat penya olmaqla 11252,59 manat borc olması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2021-ci il tarixli, 9/4651 nömrəli rəyində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarına əsasən 01.2020-ci il tarixli, **********0 nömrəli bildirişdə "xxxx" Publik Hüquqi Şəxsinə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 11252,58 manat borc məbləğinin düzgün hesablanıb-hesablanmamasını və eyni zamanda hansı məbləğdə hesablanmalı olduğunu mövcud sənədlər əsasında müəyyən etmək mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq mövcud iş materiallarında olan Lənkəran rayon Mərkəzi Xəstəxanasının 2017-2019-cu illər üzrə ƏSMF-na hesablanan və ödənilən vəsaitlər haqqında məlumatlar məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə "xxxx" Publik Hüquqi Şəxs tərəfindən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə yayınma aşkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2022-ci il tarixli, 9/3614 nömrəli rəyində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarına əsasən 01.2020-ci il tarixli, **********0 nömrəli bildirişdə "xxxx" Publik Hüquqi Şəxsinə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 11252,58 manat borc məbləğinin düzgün hesablanıb-hesablanmamasını və eyni zamanda hansı məbləğdə hesablanmalı olduğunu mövcud sənədlər əsasında müəyyən etmək mümkün deyil. Qeyd edilir ki, yuxarıda göstərilənləri nəzərə alaraq mövcud iş materiallarında olan Lənkəran rayon Mərkəzi Xəstəxanasının 2017-2019-cu illər üzrə ƏSMF-na hesablanan və ödənilən vəsaitlər haqqında məlumatlar məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə "xxxx" Publik Hüquqi Şəxs tərəfindən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə yayınma aşkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ Lənkəran rayon Mərkəzi Xəstəxanası PHŞ-nin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, PHŞ/6.58-2-2022-886 nömrəli məktubunda qeyd edilmişdir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Lənkəran rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi xx.xx.2020-ci il tarixinə qədər dövlət büdcəsi hesabına yerli büdcə tərəfindən maliyələşmişdir. Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının 16 mart 2018-ci il tarixli qanununa əsasən əvvəlki dövrlərə yəni xx.xx.2018-ci il tarixinə dövlət sosial ödənişlərinə hesablanmış penya məbləğləri silinməli halda silinməmişdir. İş materiallarında olan "xxxx" PHŞ məhkəmənin 13 iyun 2023-cü il tarixli, 2-1(106)- 180/2023 saylı məktubuna cavab olaraq bildirmişdir ki, "xxxx" PHŞ-nin sosial sığorta haqqı üzrə xx.xx.2018-ci il tarixə əsas borcu 92438,46 manat, penya məbləği 6709,11 manat olmaqla ümumilkdə 99147,57 manat qalıq borcu olmuşdur. Yaranmış əsas borc məbləği 2018-ci ilin 4-cü rübü ərzində yerli büdcə hesabına tam ödənilmiş, xx.xx.2019-cu il tarixə isə sistem tərəfindən silinməli olan penya məbləği 11252,59 manat həmin dövrlər üzrə əsas borca görə hesablanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının 16 mart 2018-ci il qanununa əsasən Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprelinədək ödənilməmiş dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam silinir. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəmənin xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin təqdim etdiyi məlumatlara əsasən "xxxx" PHŞ-nin xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində məcburi dövlət sosial sığorta haqqı (MDSS haqqı) üzrə borcun yaranma səbəbi aşağıdakı kimi olmuşdur:
1. 2016-cı ilin 4-cü rübü ərzində 42529,02 manat MDSS haqqının az ödənilməsi nəticəsində xx.xx.2017-ci il tarixinə borc 43466,35 manat olmuşdur.
2. 2017-ci ilin 1-ci rübü ərzində 256894 manat hesablanmış MDSS haqqı tam ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borcdan 8111,34 manat ödənilmişdir. xx.xx.2017-ci il tarixinə MDSS haqqı üzrə borc 35355,01 manat olmuşdur.
3. 2017-ci ilin 2-ci rübü ərzində 88087,87 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 2627,27 manat penya hesablanmışdır. xx.xx.2017-ci il tarixinə borc 126070,15 manat olmuşdur (əsas borc 123442,88 manat, penya üzrə 2627,27 manat).
4. 2017-ci ilin 3-cü rübü ərzində 253081,06 manat hesablanmış MDSS haqqı tam ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borcdan 87886,29 manat ödənilmişdir. Əlavə olaraq MDSS haqqı üzrə borca 2329,41 manat penya hesablanmışdır. xx.xx.2017-ci il tarixinə borc 40513,27 manat olmuşdur (əsas borc 35556,59 manat, penya üzrə 4956,68 manat).
5. 2017-ci ilin 4-cü rübü ərzində 251538,25 manat hesablanmış MDSS haqqı tam ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borcdan 12684,95 manat ödənilmişdir. Əlavə olaraq MDSS haqqı üzrə borca 1049,42 manat penya hesablanmışdır. xx.xx.2018-ci il tarixinə borc 28877,74 manat olmuşdur (əsas borc 22871,64 manat, penya üzrə 6006,1 manat).
6. 2018-ci ilin 1-ci rübü ərzində 255103,75 manat hesablanmış MDSS haqqı tam ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borcdan 19846,61 manat ödənilmişdir. Əlavə olaraq MDSS haqqı üzrə borca 390,16 manat penya hesablanmışdır. xx.xx.2018-ci il tarixinə borc 9421,29 manat olmuşdur (əsas borc 3025,03 manat, penya üzrə 6396,26 manat).
7. 2018-ci ilin 2-ci rübü ərzində 96456,2 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 143,33 manat penya hesablanmışdır. xx.xx.2018-ci il tarixinə borc 106020,82 manat olmuşdur (əsas borc 99481,23 manat, penya üzrə 6539,59 manat).
8. 2018-ci ilin 3-cu rübü ərzində 276990,75 manat hesablanmış MDSS haqqı tam ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borcdan 7042,77 manat ödənilmişdir. Əlavə olaraq MDSS haqqı üzrə borca 169,52 manat penya hesablanmışdır. xx.xx.2018-ci il tarixinə borc 99147,57 manat olmuşdur (əsas borc 92438,46 manat, penya üzrə 6709,11 manat). 6 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmiş bəyannamələrə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində məcburi dövlət sosial sığorta haqqı (MDSS haqqı) üzrə borcun yaranma səbəbi aşağıdakı kimi olmuşdur:
1. 2018-ci ilin 4-cü rübü ərzində 278105,26 manat hesablanmış MDSS haqqı tam ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borcdan 89307,21 manat ödənilmişdir. Əlavə olaraq MDSS haqqı üzrə borca 18,78 manat penya hesablanmışdır. xx.xx.2019-cu il tarixinə borc 9859,14 manat olmuşdur (əsas borc 3131,25 manat, penya üzrə 6727,89 manat).
2. 2019-cu ilin 1-ci rübü ərzində 81,64 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 136,61 manat penya hesablanmışdır. xx.xx.2019-cü il tarixinə borc 10077,39 manat olmuşdur (əsas borc 3212,89 manat, penya üzrə 6864,50 manat).
3. 2019-cu ilin 2-ci rübü ərzində 7016,21 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 117,11 manat penya hesablanmışdır. Rüb ərzində penyadan 6890,21 manat ödənilmişdir. xx.xx.2019-cü il tarixinə borc 10320,5 manat olmuşdur (əsas borc 10229,1 manat, penya üzrə 91,4 manat).
4. 2019-cu ilin 3-cü rübü ərzində 331,93 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 313,06 manat penya hesablanmışdır. Rüb ərzində penyadan 173,23 manat ödənilmişdir. xx.xx.2019-cü il tarixinə borc 10792,26 manat olmuşdur (əsas borc 10561,03 manat, penya üzrə 231,23 manat).
5. 2019-cu ilin 4-cü rübü ərzində 462,01 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 324,6 manat penya hesablanmışdır. Rüb ərzində penyadan 326,28 manat ödənilmişdir. xx.xx.2020-ci il tarixinə borc 11252,59 manat olmuşdur (əsas borc 11023,04 manat, penya üzrə 229,55 manat). Şirvan İnzibati Məhkəməsi iddianı qismən təmin edərək qərarını onunla əsaslandırmışdır ki, "xxxx" publik hüquqi şəxsin hesablaşma hesabından vergi orqanının xx.xx.2020-ci il tarixli, **********1AS nömrəli sərəncamına əsasən silinmiş 11252,58 manat məbləğində pul vəsaiti iddiaçının xx.xx.2018-ci il tarixə yaranmış və ödənilməmiş 6396,26 manat penya borcunun artırılması nəticəsində yaranmış borc məbləğidir. xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinə əsasən sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may aylarında məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir. Şirvan İnzibati Məhkəməsi “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinin hazırkı mübahisə üzrə iddiaçıya münasibətdə tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Beləliklə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam dolğun araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası müəyyən etdi ki, sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilsədə, xx.xx.2019-cu il tarixdən etibarən həmin yığımların təmin edilməsi Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fonduna, xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə hesabatlar və bəyannamələr təqdim etmiş, həmin hesabatlar və bəyannamələr əsasında iddiaçı tərəfindən ödənilməli sosial sığorta haqları müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin müəyyən etdi ki, iddiaçının məcburi dövlət sosial sığorta haqqı (MDSS haqqı) üzrə borcu 2018-ci ilin 3-cü rübü ərzində 276990,75 manat hesablanmış MDSS haqqı tam ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borcdan 7042,77 manat ödənilmişdir. Əlavə olaraq MDSS haqqı üzrə borca 169,52 manat penya hesablanmışdır. xx.xx.2018-ci il tarixinə borc 99147,57 manat olmuşdur (əsas borc 92438,46 manat, penya üzrə 6709,11 manat). 2018-ci ilin 3-cü rübünədək, həmçinin həmin rübdən sonrakı rüblər üzrə məcburi dövlət sosial sığorta haqqı ilə bağlı yaranmış və ödənilmiş borcların məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yoxdur. Həmçinin 2018-ci ilin 4-cü rübü ərzində 278105,26 manat hesablanmış MDSS haqqı tam ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borcdan 89307,21 manat ödənilmişdir. Əlavə olaraq MDSS haqqı üzrə borca 18,78 manat penya hesablanmışdır. xx.xx.2019-cu il tarixinə borc 9859,14 manat olmuşdur (əsas borc 3131,25 manat, penya üzrə 6727,89 manat). 2019-cu ilin 1-ci rübü ərzində 81,64 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 136,61 manat penya hesablanmışdır. xx.xx.2019-cü il tarixinə borc 10077,39 manat olmuşdur (əsas borc 3212,89 manat, penya üzrə 6864,50 manat). 2019-cu ilin 2-ci rübü ərzində 7016,21 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 117,11 manat penya hesablanmışdır. Rüb ərzində penyadan 6890,21 manat ödənilmişdir. xx.xx.2019-cü il tarixinə borc 10320,5 manat olmuşdur (əsas borc 10229,1 manat, penya üzrə 91,4 manat). İddiaçı xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fonduna, xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə hesabatlar və bəyannamələr təqdim etmiş, həmin hesabatlar və bəyannamələr əsasında iddiaçı tərəfindən ödənilməli sosial sığorta haqları müəyyən edilmişdir. 2016-2020-ci illərin rübləri üzrə iddiaçı tərəfindən ödənilməli sosial sığorta haqlarının məbləğləri ilə əlaqədar tərəflər arasında hər hansı mübahisə yoxdur. Həmin dövrlər ərzində təqdim edilmiş hesabatlar və bəyannamələr, hər rüb üzrə hesablanmış, ödənilmiş və qalıq borclar məhkəmə iclasında elan edilərək tərəflərin arasında müqayisəli şəkildə araşdırıldı, araşdırılan məbləğlər ilə əlaqədar tərəflər arasında hər hansı fikir ayrılığı və ziddiyyətlər müəyyən edilmədi. İddiaçının iddia etdiyi odur ki, yaranmış borc penyadır və o, qanunvericiliyin tələblərinə uyğun silinməli idi. İşdə olan sübutlarla müəyyən edilir ki, xx.xx.2019-cu il tarixinə borc 9859,14 manat olmuşdur (əsas borc 3131,25 manat, penya üzrə 6727,89 manat). 2019-cu ilin 1-ci rübü ərzində 81,64 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 136,61 manat penya hesablanmışdır. xx.xx.2019-cü il tarixinə borc 10077,39 manat olmuşdur (əsas borc 3212,89 manat, penya üzrə 6864,50 manat). Təkrarən qeyd edirik ki, digər rüblərdə olduğu kimi 2019-cu ilin 1-ci rübü üzrə hesablanmış, ödənilmiş və qalıq borcların məbləği ilə əlaqədar tərəflər arasında hər hansı mübahisə yoxdur. İddiaçıya aydın olmayan qeyri-müəyyənlik 2019-cu ilin 1-ci rübündən sonra yaranmış borcun əsas və ya penya olması ilə əlaqədardır. Lakin iddiaçı tərəfindən xx.xx.2019-cü il tarixinə yaranmış borc (10077,39 manat (əsas borc 3212,89 manat, penya üzrə 6864,50 manat)) 2019-cu ilin aprelin birindən on beşinə kimi ödənilmədiyindən vergi orqanı tərəfindən iddiaçının hesabına 2019-cu ilin aprel ayında sərəncam qoyulmuş və həmin sərəncamla həm əsas, həm də penya borcu silinmişdir. Həmçinin 2019-cu ilin aprel ayında iddiaçının hesabına sərəncam qoyulması və həmin sərəncamla həm əsas, həm də penya borcunun silinməsi ilə əlaqədar cavabdehin hərəkətləri iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin 2019-cu ilin 2-ci rübü üzrə hesablanmış sosial sığorta haqlarının məbləğləri ilə əlaqədar xx.xx.2019-cü il tarixinə borc 10320,5 manat olmuşdur (əsas borc 10229,1 manat, penya üzrə 91,4 manat). Daha sonra 2019-cu ilin 3-cü rübü ərzində 331,93 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 313,06 manat penya hesablanmışdır. Rüb ərzində penyadan 173,23 manat ödənilmişdir. xx.xx.2019-cü il tarixinə borc 10792,26 manat olmuşdur (əsas borc 10561,03 manat, penya üzrə 231,23 manat). 2019-cu ilin 4-cü rübü ərzində 462,01 manat MDSS haqqı az ödənilmiş, əlavə olaraq MDSS haqqı üzrə borca 324,6 manat penya hesablanmışdır. Rüb ərzində penyadan 326,28 manat ödənilmişdir. xx.xx.2020-ci il tarixinə borc 11252,59 manat olmuşdur (əsas borc 11023,04 manat, penya üzrə 229,55 manat). Göründüyü kimi iddiaçının mübahisələndirdiyi borc 2019-cu ilin 2-ci rübü üzrə yaranaraq xx.xx.2019-cü il tarixinə borc 10320,5 manat olmuşdur (əsas borc 10229,1 manat, penya üzrə 91,4 manat). 2019-cu ilin 3-cü və 4-cü rübü üzrə borc artaraq xx.xx.2020-ci il tarixinə 11252,59 manat olmuşdur (əsas borc 11023,04 manat, penya üzrə 229,55 manat). Hazırda da iddiaçı 11252,59 manat borcu mübahisələndirir. Lakin ekspert dəqiq hesablama aparmadan, sadə riyazi hesablamanı həyata keçirmədən, mühasibatlığın həyata keçirilməsi üçün sənədlərə diqqət yetirmədən və heç bir əsaslandırma aparmadan qeyri müəyyən rəylər vermişdir. Real vəziyyətdə isə tərəflər ümumi borc məbləğini mübahisələndirmirlər, yalnız iddiaçının dəlili ondan ibarət olmuşdur ki, hesablanmış borc əsas borc deyil penyadır və o borc silinməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları ilə iddiaçının haqlı olduğu müəyyən edilmir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(120)-25/2022 nömrəli qərarı ləğv edilməli, iddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxs "xxxx" Publik Hüquqi Şəxsin cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı hesablaşma hesabından silinmiş 11252,58 manat məbləğində pul vəsaitinin iddiaçının hesablaşma hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaiti iddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxs "xxxx" Publik Hüquqi Şəxsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(120)-25/2022 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxs "xxxx" Publik Hüquqi Şəxsin cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı hesablaşma hesabından silinmiş 11252,58 manat məbləğində pul vəsaitinin iddiaçının hesablaşma hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaiti iddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxs "xxxx" Publik Hüquqi Şəxsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.