Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-12/2025 27.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(120)-1613/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdə təyin edilmiş 2-ci dərəcə əlillik səbəbinin “Ümumi xəstəlik ilə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 23 may 2023-cü il tarixli, 2- 1(120)-1613/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə qərar (göndəriş) verilməsinə baxmayaraq müvafiq Əsasnamənin tələbləri pozulmuş, düzgün olmayaraq əlilliyin səbəbinin dəyişdirilməsindən imtina edilmişdir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. İddiaçıya cavabdeh inzibati orqan tərəfindən müddətsiz ikinci dərəcəli əlillik təyin edilsə də, əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş və müharibə zamanı hərbi əməliyyatların gedişində partlayış nəticəsində bədənində qəlpələr (yad cisimlər) və yaralanmalar olmuşdur, indiyə kimi müharibə zamanı aldığı qəlpələr bədənində qalmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cıil tarixli, 213 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarətlər aldığından və hərbi travma olduğundan ona 3-cü qrup Qarabağ əlili əlillik dərəcəsi təyin edilmişdir. Lakin 2021-ci ilin avqust ayından əsasız olaraq əlillik müavinətinin verilməsi dayandırılmışdır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində yenidən yoxlanışdan keçdikdən sonra ona “ümumi xəstəlik” səbəbindən müddətsiz (mülki əsaslarla) 2-ci dərəcə əlillik təyin edilmişdir. Həmin qəlpələr Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə alınmışdır, ancaq cavabdeh tərəfindən əsassız olaraq ona mülki qaydada əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarətlər aldığından və hərbi travma olduğundan ona Qarabağ əlili əlillik dərəcəsi təyin edilməsini xahiş etmişdir. Lakin Agentlikdən ona formal cavab verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan obarət olmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-ci il tarixli 213 nömrəli Qərar tərtib olunmuşdur. Həmin qərarda “Sağ sarğı və bud nahiyyəsinin çoxlu qəlpə yaraları, bud sümüyünün ostomiyeliti. Sağ diz oynağı və sarğı nahivvəsində qəlpə varası. Bud sümüyünün xroniki osteomieliti” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyənləşdirilmişdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Asaqı ətrafın açıq yaralanmasının nəticələri Açaqı ətraflarda odlu silah yaralanmasımdan sonrakı qalıq əlamətləri Digər posttravmatik koksartrozlar, Digər posttravmatik koksartrozlar Saq bud çanaq oynağının postrarmatik konsartrozu. Oynaqların kontrakturası, Sol bud-çanaq oynağının ,saq diz oynağının kontrakturası.” Anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri müəyyən edilmir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’ yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tibb müəssisəsinin 0220003AAW4J nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, vətəndaşın şikayəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 213 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Saq ayağın V barmağının qəlpə varası. Saq dizaltı çuxurun kor qəlpə varası. Saq sağrı və bud nahivvəsinin çoxlu qəlpə yaraları, bud sümüyünün osteomiveliti” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı vəziyyətinin obyektiv müayinəsinə təcili yardım işçilərinin vasitəsilə xərəkdə gətirilmişdir. Xəstə emosional gərgin, konfliktə meylli olmuş, hərbi qərarda və tibbi sənədlərdə qeyd olunmuş diaqnozlara uyğun bud-çanaq oynağında funksional sınaqların aparılmasına imkan verməmişdir. Vətəndaşın hər iki əli və sağ bud nahiyyəsi sarğıda olduğundan sarğı altında olan nahiyyələri müayinə etmək mümkün olmamışdır. Həyat yoldaşı vətəndaşın psixi problemləri olduğunu və dəfələrlə özünə qəsd etdiyini bildirmişdir. Anamnestik məlumatlara əsasən, xəstə özü-özünü yandırdığından 5 saylı X3 şöbəsində stasionar müalicədədir, lakin komissiyaya buna dair təsdiqləyici sənəd təqdim olunmamışdır. Müayinəyə sağ bud-çanaq oynağının xx.xx.2019-cu və xx.xx.2021-ci il tarixli rentgenoqrammaları təqdim edilmiş, hər iki rentgenoqrammada bud-çanaq oynağının ətraf yumşaq toxumalarında kiçik ölçülü yad cisimlər, sümük tamlığının pozulmaması və oynaq yarığının açıqlığı müəyyən edilmişdir. Təqdim olunmuş X4 xx.xx.2021-xx.xx.2021 -ci il tarixli 4749/1143 nömrəli Xəstəlik tarixindən çıxarışında diaqnoz “İdiopatik epilepsiya, teztez təkrarlanan generalizə olunmuş qıcolmalarla (avda 12 dəfə). Kəllədaxilli hipertenziva, koqnitiv funksiyanın zəifləməsi. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Odlu silah yaralanmasından sonrakı sol çanaq və diz oynadı ətrafı yumsaq toxumanın metal qəlpələri, sad diz oynağının kəskin kontrakturası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunmuşdur. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021 -ci il tarixli 2843/21 nömrəli Xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (travma) mənşəli şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmişdir. Təqdim edilmiş AR SN Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli Baş beyin KT müayinəsinin nəticəsi “Retroserebellar sahədə 23x17 mm araxnoidal kista. Yan mədəciklərdə minimal assimetriya (s>d)” kimi qiymətləndirilmişdir. Hazırda əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə 34 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş, İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4. bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Bu qərardan narazı olduğu üçün əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı emosional gərgin, konfliktə meylli olmuş, sağ dizin arxasında, sol sağrıda əməliyyat çapıqiarı, hərbi qərarda və tibbi sənədlərdə qeyd olunmuş diaqnozlara uyğun sağ diz oynağında funksional sınaqların aparılmasına imkan verməmişdir. Anamnestik məlumatlara əsasən xəstə özü-özünü yandırmış, özünə dəfələrlə xəsarət yetirdiyini ifadə etmişdir. Təqdim olunmuş X4 xx.xx.2021-xx.xx.2021-ci il tarixli 4749/1143 nömrəli Xəstəlik tarixindən çıxarışında diaqnoz “İdiopatik epilepsiva, tez-tez təkrarlanan qeneralizə olunmuş qıcolmalarla (avda 12 dəfə). Kəllədaxilli hipertenziva, koqnitiv funksiyanın zəifləməsi. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Odlu silah yaralanmasından sonrakı sol çanaq və diz oynağı ətrafı yumsaq toxumanın metal qəlpələri, saq diz oynağının kəskin kontrakturası, daimi aqrı sindromu və davaq-hərəkət funksiyasının pozulması’’ kimi qeyd olunmuşdur. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021 -ci il tarixli 2843/21 nömrəli Xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (travma) mənşəli şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmişdir. Təqdim edilmiş AR SN Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli Baş beyin KT müayinəsinin nəticəsi “Retroserebellar sahədə 23x17 mm araxnoidal kista. Yan mədəciklərdə minimal assimetriya (s>d)” kimi qiymətləndirilmişdir. Hazırda əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Hərbi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar 2.4.4. bəndinə müvafiq olaraq müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Yenidən əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir və Ümumi xəstəlik səbəbi ilə əlaqədar xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi ekspertiza təyin etməmiş, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 2.1. şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. - 7.2-ci bəndinin a) yarımbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı çıxarır. «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 213 nömrəli Qərarının məzmunundan görünür ki, İddiaçı Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Azərbaycan Dövlət Həkimlərin Təkmiləşdirilməsi İnstitutunun klinikasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ ayağın V barmağının qəlpə yarası. Sağ dizaltı çuxurun kor qəlpə yarası” və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağcabədi rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmanın nəticəsi - diaqnoz: “Sağ sağrı və bud nahiyyəsinin çoxlu qəlpə yaraları, bud sümüyünün ostomiyeliti” və xx.xx.1994-cü ildə aldığı, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Əli Bayramlı şəhər mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ ayağın V barmağının qəlpə yarası. Sağ dizaltı çuxurun kor qəlpə yarası” və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Ağcabədi rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmanın nəticəsi - diaqnoz: ”Sağ diz oynağı və sağrı nahiyyəsində qəlpə yarası. Bud sümüyünün xroniki osteomiyeliti” “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. -Əlillik alt sistemindən çıxarışdan görünür ki, Tibbi sosial ekspet komissiyasının 25 iyul 2022-ci il tarixli **********7 nömrəli qərarı ilə İddiaçı ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, Tibbi Sosial Ekspert komissiyası (bundan sonra - TSEK) tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya müddətsiz əlillik müəyyən olunmuşdur; əlillik qrupu: 2-ci dərəcə əlillik; əlilliyin səbəbi: ümumi xəstəlik. -Dövlət Tibbi-Sosial Ekspertiza və X1 sosial ekspet komissiyasının 14 noyabr 2022ci il tarixli **********5 nömrəli qərarı ilə İddiaçı barəsində hərbi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli ümumi xəstəlik ilə əlaqədar 2.4.4 bəndinə müvafiq olaraq müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. -Dövlət Tibbi-Sosial Ekspertiza və X1 sosial ekspet komissiyasının 06 mart 2023-cü il tarixli 3-17-4/3-3-1396/2023 nömrəli qərarı ilə İddiaçı barəsində xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli ümumi xəstəlik ilə əlaqədar 2.4.4 bəndinə müvafiq olaraq müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-5252/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdə “ümumi xəstəlik” səbəbilə bir il müddətinə ilkin təyin edilmiş üçüncü dərəcə əlillik hər dəfə bir il olmaqla xx.xx.2016-cı il tarixinə kimi qüvvədə saxlanılmışdır. Sonrakı dövrdə vətəndaşın əlillik vəziyyəti xx.xx.2016-cı ildə qiymətləndirilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 (beş) il müddətinə (xx.xx.2021-ci il tarixədək) üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra vətəndaşın əlillik vəziyyəti Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 0220003AAVDC və 0220003AAW4J nömrəli göndərişləri əsasında müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə elektron qiymətləndirilmiş və əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi ətraflı qeyd edilmədiyindən, həmçinin ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə olunması məsləhət görüldüyündən, hər iki halda “Göndərişin natamam doldurulması” səbəbindən dövlət tibb müəssisəsinə geri göndərilmişdir. Növbəti dəfə şəxsin əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0220003AAW4J nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə Agentliyin Tibbi-sosial ekspert komissiyasında əyani müayinə yolu ilə qiymətləndirilmişdir. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə İddiaçı müraciəti əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada təkrar əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində əsas xəstəlik üzrə əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən xx.xx.2022-ci il tarixdən “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Qərardan narazı qalan vətəndaş əlillik vəziyyətinin yenidən qiymətləndirməsi məqsədilə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada yenidən əyani müayinə olunmuş və əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq hərbi səbəbdən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmiş, “ümumi xəstəlik” səbəbindən isə xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. Şərh olunan və iş materiallarında olan digər sənədlərlə (əlillik alt sistemindən çıxarışlar) müəyyən edilir ki, iddiaçıya 2002-ci ildən 2021-ci il tarixədək sümük-əzələ sisteminin xəstəlikləri (Sağ sağrı və bud nahiyyəsinin çoxlu qəlpə yaraları, bud sümüyünün ostomiyeliti və s.) diaqnozu əsasında AR ərazi bütövlüyünyn müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlillik təyin edilmiş, 2021-ci ildə növbəti əlillik təyinatı zamanı 3 fərqli tarixdə təqdim edilmiş tibbi göndərişlər əsasında 2 dəfə “göndərişin natamam doldurulması” və sonuncu dəfə “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli tibbi göndərişdə fərqli diaqnoz (sinir siteminin xəstəlikləri-üzvi mənşəli şəxsiyyət pozuntusu) qeyd edilmiş və bu əsasla ümumi xəstəlik səbəb əlaqəsi ilə müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı qeyd olunan təyinat üzrə əlilliyin səbəb əlaqəsindən narazı qalaraq, səbəb əlaqəsinin “AR ərazi bütövlüyünyn müdafiəsi ilə əlaqədar” qeyd edilməsini tələb etsə də, cavabdeh dəfələrlə bu tələbin təmin olunmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 213 nömrəli Qərarının məzmunundan çıxış edərək, hesab etmişdir ki, həmin qərarda iddiaçının aldığı travmanın səbəb əlaqəsi “AR ərazi bütövlüyünyn müdafiəsi ilə əlaqədar” qeyd edilmişdirsə, sonrakı dönəmdə aparılan əlillik təyinatı da məhz həmin qərara söykənməlidir. Lakin nəzərə almamışdır ki, növbəti əlillik təyinatı üçün təqdim edilmiş tibbi göndərişdəki (xx.xx.2022-ci il) diaqnoz sözügedən qərarda qeyd edilmiş patofunksional pozuntularla eynilik təşkil etmir, əksinə tamamilə fərqli orqanların pozuntularıdır və bu halda həmin pozuntuların məhz AR ərazi bütövlüyünyn müdafiəsi ilə əlaqədar alınmış travmalarla səbəli əlaqəsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertizaların nəticəsi olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli T07/2024 nömrəli, xx.xx.2024-cü il tarixli T200/2024 nömrəli, xx.xx.2024-cü il tarixli T440/2024 nömrəli və xx.xx.2025-ci il tarixli T52/2025 nömrəli rəylərlə iddiaçının orqanizmində olan sinir sisteminin xəstəliklərinin döyüşlərdə alınmış travmalarla səbəbli əlaqəsinin müəyyən edilməsi mümkün olmamış, həmçinin həmin rəylərdə bu qəbildən olan səbəbli əlaqənin müəyyən edilməsinin Hərbi Həkim Komissiyasının səlahiyyələrinə aid olduğu bildirilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadında qoyulmuş suallara cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilir ki, nazirliyin BKH-nın psixiatriya bölməsinin rəisinin və baş nevroloqunun birgə rəyinə əsasən iddiaçıda olan baş beyinin üzvi xəstəliyinin və onun psixi ağırlaşmasının İddiaçı 1992-ci ildə aldığı xəsarətlə əlaqəsi yoxdur. Qeyd olunan sənəd müvafiq olaraq rəy şəklində təqdim edilməsə də, məktubun məzmunundan görünür ki, yekun nəticə iki fərqli sahə üzrə mütəxəssislər tərəfindən verilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan məktubun məzmununda şərh olunmuş nəticəni mötəbər hesab edir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, iddia əsaslı deyil və birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(120)-1613/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-12/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-12/2025
27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver