Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-121/2023 03.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6rşı «pensiyanın dayandırıldığı vaxtdan bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(120)720/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. Ona 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarı ilə pensiyası dayandırılmış və bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli məktubla məlumat verilmişdir. Daha sonra iddiaçı pensiyasının bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, ancaq müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat X6rşı “güzəştli şərtlərlə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, 16 mart 2015-ci il tarixdə 52 yaşı tamam olduğu vaxtda ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı 03 mart 2021-ci il tarixdə ona pensiya ödənişinin dayandırılması barədə rəsmi məlumat təqdim etmişdir. Cavabdehə pensiya ödənişinin dayandırılması ilə bağlı sənədlər təqdim edərək ona ödənilən pensiyanın davam etdirilməsi barədə müraciət etmişdir. Cavabdeh qanunsuz olaraq müraciətinə imtina təqdim edərək bildirmişdir ki, araşdırmanın nəticəsində onun işlədiyi vəzifə baş tibb bacısı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin vərəm və infeksion idarələrində, bölmələrində kabinetləri “a” bəndində orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Beləliklə cavabdehin təqdim etdiyi imtina məktubundan görünür ki, iddiaçının işlədiyi vəzifə baş tibb bacısı vəzifəsi olduğundan ona ödənilən pensiya dayandırılmışdır. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, o Neftçala Rayon Mərkəzi Xəstəxanasında 02 sentyabr 1985-ci il tarixdən hal-hazıradək Yoluxucu Xəstəliklər şöbəsində tibb bacısı və böyük tibb bacısı vəzifəsində işləyir. Onun 16 mart 2015-ci il tarixdə 52 yaşı tamam olduğu vaxtda güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təyin edilmişdir. İddiaçının böyük tibb bacısı vəzifəsində işləməyi Neftçala Rayon Mərkəzi Xəstəxanasının 05 mart 2021-ci il tarixli, 471 saylı arayışı ilə təsdiq olunur. Həmin arayışda iddiaçının əmək kitabçasında səhvən baş tibb bacısı qeyd edilməsi göstərilmiş və böyük tibb bacısı vəzifəsində işləməsi qeyd edilmişdir. Onun əmək şəraiti zərərli və hansı vəzifədə işləməyi faktını iş yeri təsdiq etmişdir. Lakin, iddiaçının cavabdehə rəsmi sənədləri təqdim etməyinə baxmayaraq, inzibati orqan öz vəzifəsini layiqincə icra etməyərək heç bir araşdırma aparmadan pensiyanın ödənilməsini təmin etməmişdir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, onun ümumilikdə əmək stajı 36 (otuz altı) ildən çox təşkil edir və onun 16 mart 2015-ci il tarixdə 52 yaşı tamam olan zaman güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmış və ona pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında Qanunun” 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetini tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə, kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, iddiaçının 52 yaşı 2015-ci il tarixdə tamam olduğundan onun həmin tarixdə umumi 20 ildən artıq iş stajı olmuş bu müddətin 10 ildən artıq hissəsini həmin işlərdə əmək stajının güzəştli şərtlərlə böyük tibb bacısı vəzifəsi təşkil edir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Azərbaycan Respublikası Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi Neftçala rayon X5 Hüquqi şəxsi Neftçala Rayon Mərkəzi Xəstəxanasının 05 mart 2021-ci il tarixli arayışından görünür ki, iddiaçı hal-hazıra kimi yoluxucu xəstəliklər şöbəsində böyük tibb bacısı vəzifəsində işləyir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin vərəm və infeksion idarələrində, bölmələrində kabinetləri “a” bəndində orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 24.0.3-cü maddəsinə əsasən cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə sığorta stajına daxil edilir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına ərizə müraciət edərək əmək pensiyasının qanunsuz dayandırıldığını və ödənilməsini xahiş etmişdir. Ona 21 sentyabr 2021-ci il tarixdə əsassız olaraq imtina verərək bildirilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası almasına əmək stajı olmadığından qanunsuz olaraq imtina verilmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13- cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 i l i ş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Beləliklə, iddiaçının qanunvericiliklə qorunan hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddiaçı 03 mart 2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filalına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı 03 mart 2021-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Bundan başqa iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinə “iddiaçının xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququnun bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası- qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 63 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının qanununun 64.1 -ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanununun 63.1 -ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “icra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. İddiaçının cavabdeh quruma təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 23 il 11 ay 20 gün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) vərəm və infeksion idarələrində, bölmələrində kabinetləri (a) bəndində orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2”na əsasən səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödənişi dərəcələri diapazonunda baş tibb bacısı vəzifəsi rəhbərlər bölməsində nəzərdə tutulmuşdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən onun təqdim etdiyi 18 noyabr 1981-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1985xx.xx.1989-cu il tarixlər arasındakı dövr ərzində Neftçala Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində palata tibb bacısı, xx.xx.1989-cu il tarixdən bugünədək baş tibb bacısı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi baş tibb bacısı vəzifəsi Nazirlər Kabinetinin sözügedən siyahısı üzrə müəyyən edilmiş orta və kiçik tibb heyətinə aid deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 10 ildən az (4 il 1 ay 29 gün) təşkil edir. Qeyd olunan uyğunsuzluqlara baxmayaraq, iddiaçıya Dövlət Sosial Müdaifə Fondunun Neftçala rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və İddiaçı iddia ərizəsindən də göründüyü kimi, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası qanunvericiliyin tələbləri pozularaq təyin edilmiş və bu səbəbdən də dayandırılmışdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat X6rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı 03 mart 2021-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2022-cı il tarixli, 2-1(120)-720/2022 saylı qərarı ilə (hakim S.F.Həsənov) iddia təmin edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(120)-720/2022 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur. Hesab edilir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-720/2022 nömrəli qərarı qanunazidd və əsassız olduğundan ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, Şirvan İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam, hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Birinci instansiya məhkəməsi qərarı belə əsaslandırmışdır ki, iddiaçının ümumi sığorta stajı 20 ildən çox təşkil edir. Güzəştli əmək stajına münasibətdə isə iddiaçının əmək kitabçasındakı vəzifənin baş tibb bacısı yazılmasına baxmayaraq, o, böyük tibb bacısı vəzifəsini yerinə yetirmişdir. Beləliklə, məhkəmə iddiaçının güzəştli iş stajının 10 ildən artıq olduğu qənaətinə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 63 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların : kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. İddiaçının cavabdeh quruma təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 23 il 11 ay 20 gün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial idarələri bölməsinin (19) vərəm və infeksion idarələrində, bölmələrində kabinetləri (a) bəndində orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2”na əsasən səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödənişi dərəcələri diapazonunda baş tibb bacısı vəzifəsi rəhbərlər bölməsində nəzərdə tutulmuşdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən onun təqdim etdiyi 18 noyabr 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1985 xx.xx.1989-cu il tarixlər arasındakı dövr ərzində Naftçala Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində palata tibb bacısı, xx.xx.1989-cu il tarixdən hal-hazırkı tarixədək baş tibb bacısı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi baş tibb bacısı vəzifəsi Nazirlər Kabinetinin sözügedən siyahısı üzrə müəyyən edilmiş orta və kiçik tibb heyətinə aid deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 10 ildən az (4 il 1 ay 29 gün) təşkil edir. Qeyd olunan uyğunsuzluqlara baxmayaraq iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və İddiaçı iddia ərizəsindən də göründüyü kimi, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası qanunvericiliyin tələbləri pozularaq təyin edilmiş və bu səbəbdən dayandırılmışdır. Qeyd olunanlardan bir daha aydın olur ki, iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-720/2022 nömrəli qərarını ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-720/2022 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, cavabdehin imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli və işə yenidən baxılması üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra cavabdehin xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarı ilə onun pensiyası dayandırılmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********6 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarından görünür ki, xidməti araşdırma nəticəsində İddiaçı xx.xx.2015-ci il tarixdən təyin olunmuş əmək pensiyası dayandırılmışdır. İnzibati işin apellyasiya məhkəməsindəki icraatı zamanı cavabdehə xx.xx.2021-ci il tarixli, **********6 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarın qüvvədə olub-olmaması barədə sorğu ünvanlamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 31 mart 2023-cü il tarixli, 3-17-1/2-66583/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021ci il tarixli, **********6 nömrəli qərar hal-hazıradək qüvvədədir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hüquqi marağı dəqiq müəyyən edilməmişdir. Belə ki, nə qədər ki, əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərar hüquqi qüvvəsini saxlayır, iddiaçının hüquqi marağı tələb edir ki, həmin qərar mübahiləndirilsin (ləğv edilsin). Başqa sözlə, həmin qərar mübahisləndirilmədən birbaşa pensiyanın bərpa edilməsinə dair qaldırılmış iddiaya (faktiki xarakterli hərəkətlərin edilməsinə-öhdəliyin icrası haqqında iddia) iddiaçının hüquqi marağı mövcud deyildir. Çünki həmin qərar qüvvədə olduğu halda pensiyanın bərpa edilməsini tələb etmək əhəmiyyətsiz olacaqdır. Təsadüfi deyildir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddələrin tələbləri baxımından yuxarıda qeyd olunan xüsusata işə baxan birinci instansiya məhkəməsi tərəfindən diqqət yetirilməmiş və iddiaçının hüquqi marağı dəqiq müəyyən edilməmişdir. Başqa sözlə, işə yenidən baxacaq birinci instansiya məhkəməsi iddiaçıya münasibətdə əlverişsiz olan xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarın mübahisə predmetinə çevrilməsi istiqamətində ona hüquqi yardım göstərməlidir. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında şifahi vəsatət verərək hazırkı iddia tələbinə “əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərar ləğv edilməsi və pensiya məbləğinin dayandırıldığı tarixdən ödənilməsi” kimi baxılmasını xahiş etmişdir. Qeyd olunan vəsatətə münasibətdə məhkəmə tərkibi aşağıdakıları qeyd edir: İlk növbədə qeyd etmək lazımdır ki, işə baxan birinci instansiya məhkəməsi yekun məhkəmə aktında iddia tələbinin hansı iddia növünə aid olmasını qeyd etməmiş, eyni zamanda iddianın mümkünlüyünə dair (ümumi və xüsusi mümkünlük şərtlərinə) heç bir hüquqi dəyərləndirmə aparmamışdır. Bununla belə, birinci instansiya məhkəməsinin yekun məhkəmə aktının məzmunundan müəyyən olunur ki, hakim iddia tələbinə öhdəliyin icrası haqqında iddia növündə baxaraq cavabdehin faktiki xarakterli hərəkətlərinə hüquqi qiymət vermişdir. Məhkəmə tərkibinin qənaəti isə ondan ibarətdir ki, hazırkı iddia tələbinə mübahisləndirmə haqqında iddia növündə (“əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarın ləğv edilməsi və pensiya məbləğinin dayandırıldığı tarixdən ödənilməsi”) baxılmalıdır. Nəzərə almaq lazımdır ki, mübahisləndirmə haqqında iddaya baxan zaman yekun məhkəmə aktında mübahisləndirilən qərarın ləğv edilməsi ilə yanaşı, cavabdehin üzərinə hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsi də qoyula bilər. Başqa sözlə, əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarın ləğv edilməsi və pensiya məbləğinin dayandırıldığı tarixdən ödənilməsi tələbinə mübahisləndirmə haqqında iddia çərçivəsində baxılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə (mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı) əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Yekun olaraq, məhkəmə tərkibi iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə münasabətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair 17 sentyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiya mərhələsində iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti təmin edilə bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddiaçıya hüquqi yardım göstərməmiş, bununla da ciddi prosessual pozuntuya yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2- 1(120)720/2022 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)720/2022 qərarı ləğv edilsin, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-121/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-121/2023
03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver