Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-126/2023 05.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(120)-1008/2023 nömrəli qərardadından iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Ağcabədi rayon Xocavənd bələdiyyəsinə qarşı siyahıya alınmış əmlakın satılması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi cavabdeh Ağcabədi rayon Xocavənd bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8229,38 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 16028 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 30 yanvar 2023-cü il tarixli, 2-1(120)-1008/2023 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Ağcabədi rayon Xocavənd bələdiyyəsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8229,38 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 16028 manat məbləğində siyahıya alınmış əmlakının satılması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardan iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının birinci instansiya məhkəməsinin qərardadından verdiyi apellyasiya şikayətinin geri qaytarılmasını və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məhkəmə kollegiyası iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayətindən imtinasını iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayətini geri götürdüyündən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 88-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(120)-1008/2023 nömrəli qərardadından iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin verdiyi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilsin və onun apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-126/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-126/2023
05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver