Məhkəmə qərarları › İş №2-1(106)-126/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-126/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-126/2024 24.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Hüseynzadə Firuzə Amil qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 01 sentyabr 2023-ci il tarixli, 2-1(120)-1049/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 01 sentyabr 2023-ci il tarixli, 2-1(120)-1049/2023 nömrəli qərarı ilə İddiaçı işlədiyi illər iş stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, 1957-ci ildə anadan olmuş, 1973-cü il tarixdən İmişli rayonunun Aranlı (keçmiş Lenin adına) kolxozunda işə başlamış və 1976-cı il tarixədək (hərbi xidmətə gedənədək) kolxozda fəaliyyət göstərmişdir. O, xx.xx.1976xx.xx.1978-ci illərdə 2 il hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 1978-ci il tarixdən 1997-ci il tarixədək İmişli rayonunun Aranlı (keçmiş Lenin adına) kolxozunda müxtəlif vəzifələrdə fəaliyyətini davam etdirmiş, xx.xx.2018-xx.xx.2018-ci illərdə İmişli rayon Kənd Təsərrüfatı idarəsində baş məsləhətçi işləmiş, xx.xx.2018-ci il tarixdən hazıra kimi isə İmişli Dövlət Aqrar inkişaf Mərkəzində baş məsləhətçi işləyir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1973-1982-ci illərdə kolxozda işləməyinə dair arxiv sənədlərinin olmaması, 1983-cü, 1984-cü, 1990-cı, 1992-ci, 1993-cü və 1996-cı illərdə minimum adam günlərinin müəyyən edilməsinin mümkün olmaması və 1994-cü və 1995-ci illərin adam günü və əməkhaqqı cədvəllərində qaralama olduğu əsas gətirilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1976-cı il tarixdən 1978-ci il tarixədək olan hərbi xidmət dövrü də daxil olmaqla İddiaçı mübahisəsiz 05 il 10 ay sosial sığorta stajı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb edilən müddətdən (25 ildən) az olduğundan, o cümlədən fərdi hesabında pensiya kapitalı yetərli olmadığından cavabdeh orqan tərəfindən yaşa görə əmək pensiyası təyin edilməsindən haqlı olaraq imtina edilmişdir. Belə ki, cavabdeh orqana təqdim edilən xx.xx.2022-ci il tarixli № 72 nömrəli arayışa əsasən İmişli rayon Aranlı (keçmiş Lenin adına) kolxozun 1973-cü il tarixdən 1982-ci il tarixədək olan arxiv sənədlərində iddiaçının adına rast gəlinməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən İmişli rayon Aranlı kolxozunun 1983-cü, 1984-cü, 1990-cı, 1992-ci, 1993-cü və 1996-cı illərin minimum adam günlərini müəyyən etmək mümkün olmadığından, 1994-cü və 1995-ci illərin adam günü və əməkhaqqı cədvəllərində qaralamalar olduğundan həmin dövrlərin İddiaçı sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının həqiqətən də həmin müəssisələrdə çalışdığı barədə məlumatlar arxivdə tapılmamış, eləcə də keçirilmiş qarşılıqlı yoxlama aktından da məlum olmuşdur ki, iddiaçının sözügedən müəssisədə fəaliyyəti barədə qeyd edilmiş məlumatlarda qaralamalar mövcuddur. Prosessual məsələlər Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Hüseynzadə Firuzə Amil qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəllilərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, 1973cü il tarixdən 1976-cı il tarixdə hərbi xidmətə gedənədək və 1978-ci il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra 1997-ci il tarixədək fasiləsiz olaraq İmişli rayonu Aranlı (keçmiş Lenin adına) kolxozunda müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İmişli rayon Kənd Təsərrüfatı İdarəsində heyvandarlıq sektorunda baş məsləhətçi vəzifəsində, xx.xx.2018-ci il tarixdən hal-hazıradək isə İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunda baş məsləhətçi vəzifəsində işləyir. İşlədiyi illər və vəzifələr əmək kitabçasında qeyd edilmişdir. Arxiv sənədlərinin olmaması, qorunub saxlanılmaması və qaralamaların olması onun əmək pensiyası almaq hüququnun pozulması ilə nəticələnə bilməz. Qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində doğulmuş, İmişli rayonu, Aranlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus AZE ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü il tarixdən Lenin adına (İmişli rayonu, Aranlı kolxozu) kolxozda kolxoz üzvlüyünə qəbul edilmiş, elə həmin tarixdən də çoban vəzifəsində fəaliyyətə başlamış, xx.xx.1978-ci il tarixdən sahə zootexniki vəzifəsinə təyin edilmiş, xx.xx.1982-ci il tarixdən-xx.xx.1992-ci il tarixədək Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək heyvandarlıq üzrə sədr müavini vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İmişli rayon Kənd Təsərrüfatı İdarəsində heyvandarlıq sektorunda baş məsləhətçi vəzifəsində, xx.xx.2018-ci il tarixdən hal-hazıradək isə İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunda baş məsləhətçi işləyir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 338 nömrəli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. İşdə olan Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının şöbə müdiri F.Ş.Gülüşov tərəfindən təsdiq edilmiş, həmin filialın baş mütəxəssisi Qasımov Elmir Elsevər oğlunun, böyük mütəxəssisi Mustafayev Alim Böyükağa oğlunun və arxivin müdiri Hüseynov Elşən Allahyar oğlunun imzaladıqları xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı İmişli rayonu Aranlı (keçmiş Lenin adına) kolxozunda 1983cü, 1984-cü, 1986-cı, 1990-cı, 1992-1996-cı illəri əhatə edən əmək stajını yerində qarşılıqlı yoxlamaqla vətəndaşın əmək fəaliyyətinə dair məlumatlar kolxozun son hesablaşma kitablarında 1983-cü il üçün adam günü qeyd edilməməklə 1920 manat əməkhaqqı, 1984-cü il üçün adam günü qeyd edilməməklə 1152 manat əməkhaqqı, 1986cı il üçün adam günü qeyd edilməməklə 1440 manat əməkhaqqı, 1990-cı il üçün adam günü qeyd edilməməklə 2162 manat əməkhaqqı, 1992-ci il üçün adam günü qeyd edilməməklə 24581 manat əməkhaqqı, 1993-cü il üçün adam günü qeyd edilməməklə 208800 manat əməkhaqqı, 1994-cü il üçün 365 adam günü qeyd edilməklə 260420 manat əməkhaqqı, 1995-ci il üçün 363 adam günü qeyd edilməklə 736500 manat əməkhaqqı, 1996-cı il üçün adam günü qeyd edilməməklə 756000 manat əməkhaqqı qeyd edildiyi müəyyən edilmişdir. Aktın qeyd hissəsində qeyd edilmişdir ki, 1984-cü il üzrə əməkhaqqı sütununa kağız vərəqəsi yapışdırılıb və üzərinə qeydlər edilmişdir. 1992-ci və 1993-cü illərdə vətəndaşın adının qarşısına – adam günü hissəsinə boşluq işarəsi qoyulmuşdur və başqa qeydiyyat aparılmamışdır. 1994-cü və 1995-ci illər üzrə adam günü və əməkhaqqı sadə qələmin üzərində adi qələmlə yazılmışdır. 1996-cı il üzrə əmək haqqı sadə qələmlə yazılmışdır. İşdə olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə və hərbi xidmət haqqında arayışa əsasən İddiaçı ümumi sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 05 il 10 ay təşkil edir. Bu isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb edilən müddətdən ( 25 ildən) az olduğundan, o cümlədən fərdi hesabında pensiya kapitalı az olduğundan, həmçinin cavabdeh orqana təqdim edilən xx.xx.2022-ci il tarixli № 72 nömrəli arayışa əsasən İmişli rayon Aranlı (keçmiş Lenin adına) kolxozun 1973-cü il tarixdən 1982-ci il tarixədək olan arxiv sənədlərində iddiaçının adına rast gəlinmədiyindən, Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən İmişli rayonu Aranlı kolxozunun 1983-cü, 1984-cü, 1990-cı, 1992-ci, 1993-cü və 1996-cı illərin minimum adam günlərini müəyyən etmək mümkün olmadığından, 1994-cü və 1995ci illərin adam günü və əmək haqqı cədvəllərində qaralama olduğundan həmin dövrlərin İddiaçı sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbəri baxımından mümkün hesab edilmədiyindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Adıçəkilən şəxsin təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət illəri, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Pensiya altsisteminə əsasən 3 il 11 ay olmaqla ümumilikdə 5 il 10 ay mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İmişli Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 72 nömrəli arxiv arayışına əsasən İddiaçı 1973- 1982-ci illərdə arxiv sənədlərində adına rast gəlinmədiyindən, 1983-1984-cü, 1986-cı, 1990-cı, 1992-1993-cü və 1996-cı illərdə minimum adam günlərini müəyyən etmək mümkün olmadığından, 1994-1995-ci illərin adam günü və əməkhaqqı cədvəllərində qaralama olduğundan sözügedən illər mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. İddiaçı 5 il 10 ay sığorta stajına uyğun olaraq 1784,99 manat, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5264,57 manat, ümumilikdə 7049,56 manat pensiya kapitalı olmaqla pensiya yaşına çatdığı tarixdə qanunvericilikdə tələb olunan 34560 manat pensiya kapitalından azdır. İşdə olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 233 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 72 nömrəli arayış 24 işdən ibarət olmaqla 1-ci fondda mühafizə olunan və saxlanılan İmişli rayonunda 1996-cı ilin sonlarınadək fəaliyyət göstərmiş Aranlı (keçmiş Lenin adına) kolxozunun son hesablaşma kitablarına əsasən olduğu kimi yazılmışdır. Bu kitablarda 1983-cü, 1984-cü, 1986-cı, 1990-cı və 1996-cı illərdə adam günləri qismən qeyd edilmişdir. İşdə olan Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri (Kənd-Qida-İş) Həmkarlar İttifaqı Federasiyası Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri Həmkarlar İttifaqı İmişli rayon Komitəsinin xx.xx.2022-ci il tarixli, 86 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək İmişli rayon Lenin adına kolxozda kolxoz Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 3-17-1/2-8047/2023 nömrəli məktubdan və ona əlavə olunmuş sənədlərin surətindən görünür ki, Niftalıyev Tahir Məhəmməd oğluna, Məlikov Fəxri Yavər oğluna və Teymurov Allahyar Əyyub oğluna pensiya təyin olunarkən onların İmişli rayonunun Aranlı kolxozunda işlədiyi illər nəzərə alınmışdır. İşdə olan seriya AZE 02387278 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Teymurov Allahyar Əyyub oğlu xx.xx.1953-cü il tarixdə İmişli rayonu, Aranlı kəndində doğulmuş, İmişli rayonu, Aranlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Teymurov Allahyar Əyyub oğluna məxsus АЗЕ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, Teymurov Allahyar Əyyub oğlu xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək İmişli rayon Lenin adına kolxozda kolxoz üzvlüyünə qəbul edilməklə hesabdar vəzifəsində işləmiş, 1973-cü il tarixdən 1975-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1982-ci il tarixədək İmişli rayon Lenin adına kolxozda hesabdar vəzifəsində işləmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək İmişli rayon Lenin adına kolxozda zootexnik vəzifəsinə təyin olunmuş, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək İmişli rayon Lenin adına kolxozda KP Partiya Təşkilatı komitəsində katib vəzifəsində işləmiş, xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixədək İmişli rayon Lenin adına kolxozda baş zootexnik vəzifəsində işləmişdir. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş Teymurov Allahyar Əyyub oğlu ifadəsində bildirmişdir ki, ixtisasca zootexnikdir, xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək İmişli rayon Lenin adına kolxozda kolxoz üzvlüyünə qəbul edilməklə hesabdar vəzifəsində işləmiş, 1973-cü il tarixdən 1975-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1982-ci il tarixədək İmişli rayon Lenin adına kolxozda hesabdar vəzifəsində işləmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək İmişli rayon Lenin adına kolxozda zootexnik vəzifəsində işləmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək İmişli rayon Lenin adına kolxozda KP Partiya Təşkilatı komitəsində katib vəzifəsində işləmiş, xx.xx.1987-ci il tarixdən İmişli rayon Lenin adına kolxozda baş zootexnik vəzifəsinə təyin edilmiş və xx.xx.1997-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. Hazırkı iş üzrə iddiaçı olan İddiaçı da həmin dövrlərdə İmişli rayon Lenin adına kolxozda çoban, sahə zootexniki, kolxoz Həmkarlar Komitəsinin sədri, kolxoz sədrinin müavini kimi müxtəlif vəzifələrdə işləmiş və əmək haqqı almışdır. İşdə olan seriya AZE 02384120 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Niftalıyev Tahir Məhəmməd oğlu xx.xx.1949cu il tarixdə İmişli rayonu, Aranlı kəndində doğulmuş, İmişli rayonu, Aranlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Niftalıyev Tahir Məhəmməd oğluna məxsus АЗЕ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, Niftalıyev Tahir Məhəmməd oğlu xx.xx.1974-cü ildən xx.xx.1997-ci ilə kimi İmişli rayon Lenin adına kolxozda baş baytar həkim vəzifəsində işləmişdir. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş Niftalıyev Tahir Məhəmməd oğlu ifadəsində bildirmişdir ki,ixtisasca baytar həkimdir. O, xx.xx.1974-cü ildən xx.xx.1997-ci ilə kimi İmişli rayon Lenin adına kolxozda baş baytar həkim vəzifəsində işləmişdir. Hazırkı iş üzrə iddiaçı olan İddiaçı da həmin dövrlərdə İmişli rayon Lenin adına kolxozda çoban, sahə zootexniki, həmkarlar komitəsinin sədri, kolxoz sədrinin müavini kimi müxtəlif vəzifələrdə işləmiş və əmək haqqı almışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı — əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. 25 ildən artıq sığorta stajı olduğundan o, qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun olması iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetir. İddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixədək ümumilikdə kolxozda işlədiyi dövrdə xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü də daxil olmaqla ümumilikdə 23 il 4 ay 12 gün sosial sığorta stajı vardır. Belə ki, iddiaçı xx.xx.1973-cü il tarixdən Lenin adına (İmişli rayonu Aranlı kolxozu) kolxozda kolxoz üzvlüyünə qəbul edilmiş, elə həmin tarixdən də çoban vəzifəsində fəaliyyətə başlamış və xx.xx.1976-cı il tarixdə hərbi xidmətə gedənədək (2 il 9 ay 27 gün) çoban vəzifəsində işləmiş, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək (1 il 11 ay) hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra kolxozda fəaliyyətini davam etdirmiş, xx.xx.1978-ci il tarixdən sahə zootexniki vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilmiş, xx.xx.1992-ci il tarixdə heyvandarlıq üzrə sədr müavini vəzifəsinə keçirilmiş xx.xx.1997-ci il tarixədək (fasiləsiz olaraq 18 il 7 ay 15 gün) həmin vəzifədə işləmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (1 ay 11 gün) İmişli rayon Kənd Təsərrüfatı İdarəsində heyvandarlıq sektorunda baş məsləhətçi vəzifəsində işləmiş, xx.xx.2018-ci il tarixdən hal-hazıradək (65 yaşı tamam olanadək, yəni xx.xx.2022-ci il tarixədək 3 il 9 ay 20 gün) İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunda baş məsləhətçi işləyir. Belə olan halda, iddiaçının ümumilikdə 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Tərəflər arasında mübahisə iddiaçının əmək kitabçasına əsasən İmişli rayon Aranlı (keçmiş Lenin adına) kolxozunda 1973-cü il tarixdən 1982-ci il tarixədək, 1983-cü, 1984cü, 1990-cı, 1992-ci, 1993-cü və 1996-cı illər və 1994-1995-ci illərdə işlədiyi müddətə münasibətdə meydana çıxmışdır. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, qeyd edilən tarixlərdə arxiv sənədlərində iddiaçının adına rast gəlinməməsi, minimum adam günlərini müəyyən etmək mümkün olmadığından, adam günü və əmək haqqı cədvəllərində qaralama olduğundan həmin dövrlərin İddiaçı sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı üçün həmin müddət sosial sığorta stajı kimi nəzərə alına bilməz. Belə olan halda da, iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması nəticəsində iddiaçının mübahisələndirilən dövrlərdə onun əmək kitabçasına əsasən kolxozda işlədiyi müəyyən edilmişdir. Bu, iş materiallarına əlavə edilmiş sənədlərlə, o cümlədən şahid ifadələri ilə öz təsdiqini tapır. Sözügedən kolxozun müvafiq sənədlərinin qorunub saxlanılmamasına, həmin sənədlərin dövlət arxiv idarələrinə təhvil verilməməsinə görə həmin kolxozun işçisi olmuş iddiaçı məsuliyyət daşımır və həmin hal iddiaçının əmək pensiyası hüququndan məhrum edilməsinə əsas verə bilməz. Həmçinin iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixədək sözügedən kolxozda işlədiyini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən kolxozda işləmədiyinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1049/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar