Məhkəmə qərarları › İş №2-1(106)-126/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-126/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-126/2025 03.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Çilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi XN, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 04 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-3363/N0N4 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, qərardad qəbul etdi. İ.İşin halları: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.N0N3-cü il tarixli, 368 nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin N-1(1N0)-3363/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə nazirinin müavini X3 xx.xx.N0N3-cü il tarixli, 0117 nömrəli əmrinin ləğv edilərək işinə bərpa edilməsi, məcburi iş buraxdığı ayların əmək haqqının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N017 ci il tarixli, NN nömrəli qərarla işə təyin olunmuşdur. xx.xx.N0N3-cü il tarixdə 0117 nömrəli əmrdən çıxarışla işdən azad edilərək Azərbaycan Respublikasının Qanunun 41.0.10-cu maddəsinə və İntizam Nizamnaməsinin 61-ci maddəsinin "ə" bəndinə uyğun olaraq işdən azad edilmişdir. İşdən azad edilməsi barədə xx.xx.N0N3-cü il tarixdə N saylı hərbi hissənin komandir müavini vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant tərəfindən 368 saylı əmrlə işdən azad edilmişdir. Halbuki onun barəsində Tərtər rayon hərbi prokurorluğu tərəfindən xx.xx.N0N3 cü il tarixdən 000979 qeydiyatla cinayət işinin başlanması barədə rədd qərarı verilmişdir. Həmin vaxtı Yevlax rayonunun Aran qəsəbəsində N nömrəli hərbi hissədə anbar rəisi vəzifəsində gizir hərbi rütbəsi ilə işləmişdir. 708 saylı hərbi hisənin xx.xx.N019-cu ildə, xx.xx.N0N1-ci ildə, xx.xx.N0NN-ci ildə xx.xx.N0NN-ci ildə ona fəxri fərmanlarla təltif etmişlər. Bu da onu deməyə əsas verir ki, ondan edilən şikayətlər qərəzli olub prokurorluqda da araşdırılaraq öz təsdiqini tapmamışdır hesab edir ki, o, günahsız işdən azad edilmişdir. Bu barədə xx.xx.N0N4-cü il tarixdə mediasiyaya mtiraciət etmiş, orada da razılığa gələ bilmədikləri üçün MŞG/1-00189 saylı arayışla məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə tərəfindən xx.xx.N0N4-cü il tarixli məktubla hüquqi yardım edilmişdir Şirvan İnzibati Məhkəməsinin 04 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-3363/N0N4 nömrəli qərardadı ilə İddiaçı iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini, iddia ərizəsində göstərilən əsaslarla əsaslandırmış və Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(1N0)-3363/N0N4 saylı qərardadının ləğv edilməsini, müddəti bərpa edərək işə baxılmasını xahiş etmişdir. İİİ. Prosses iştirakçılarının izahatları İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabeh tərəfin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamasını və Şirvan İnzibati Məhkəməsinin 04 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-3363/N0N4 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İV. Tətbiq edilən prosessual və maddi normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3, 3.3., 15.N., 55.3., 55.6., 8N, və 87.6.-87.8-ci maddələrində qeyd olunmuşdur: -İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. -Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. – -İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz -İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:https://e-qanun.az/framework/46956 - inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikə. - Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. V. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmamışdır. Belə ki, apellyasiya baxışında müəyyən olunmuşdur ki, İddiaçı inzibati mübahisə ilə bağlı N3 aprel N0N4-cü il tarixdə məhkəməyə müraciət edənə qədər yalnız ”005” hərbi hissə komandirinin 1N dekabr N0N3-cü il tarixli nizami hissə üzrə əmrini mübahisələndirmişdir. Həmin əmrin verilməsi üçün əsas olan Azərbaycan Respublikası Müdafiə nazirinin müavini X3 xx.xx.N0N3-cü il tarixli, 0117 nömrəli əmrinin surəti onda olmamış, ümumiyyətlə hesab etmişdir ki, onunla bağlaşma müqaviləsinə xitam verilməsinə səbəb ”005” hərbi hissə komandirinin 1N dekabr N0N3-cü il tarixli nizami hissə üzrə əmridir. Hazırda iddianın predmeti olan əmrin surəti isə cavabdeh tərəfin 07 iyul N0N4-cü il tarixli iddia ərizəsinə etiraz mülahizəsinə əlavə edilmiş və digər materiallarla birlikdə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. (səh:65; 83) Göründüyü kimi, iş icraatda olduğu dövrdə qeyd olunan əmrin surəti işə əlavə edilmiş və məhz bundan sonra ötürülmüş müddətin üzürlü hesab olunması barədə məhkəməyə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsi müddətlə bağlı məsələyə məhz iddiaçının ”005” hərbi hissə komandirinin 1N dekabr N0N3-cü il tarixli nizami hissə üzrə əmrinə münasibətdə qiymət vermişdir. Belə ki, qərardadda qeyd olunmuşdur ki, “...məhkəmə araşdırması zamanı iddiaçı mübahisələndirilən qərar barədə məlumatlı olmamasına dair sübut təqdim edə bilməmişdir, belə ki, N0N3-cü ilin iddiaçı noyabr ayının ortalarında işdən azad olunmuş, xx.xx.N0N3-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. Lakin N0N4-cü ilin yanvar ayında Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.N0N4-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir...” Halbuki, məhkəməyədək müddət ərzində iddiaçının X3 xx.xx.N0N3-cü il tarixli, 0117 nömrəli əmrinin surətindən məlumatlı olub-olmaması, qərarın surətinin onda olub-olaması müəyyən deyil, hətta belə qənaət yaranır ki, iddiaçının yalnız məhkəmə icraatı dövründə həmin qərardan məlumatı olmuşdur. Göstərilən vəziyyətdə aşkar haldır ki, iddiaçının əvvəlcədən həmin əmri mübahisələndirməsi halında mübahisəyə mahiyyəti üzrə baxmaq olardı. Lakin əmrin surətinin iddiaçıda olamaması və məhz məhkəmə icraatı dövründə məhkəməyə təqdim olunması əsas verir ki, iddiaçının müddətlə bağlı vəsatəti tam və hərtərəfli araşdırlmamışdır. Azərbaycan Respublikası İPM-nin 87.7.1. və 87.7.N-ci maddələrinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: -inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; -inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, mübahisələndirilən qərardadın ləğv olunması üçün prosessual əsas müəyyən olunur. Ona görə də apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 8N, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 04 noyabr N0N4-cü il tarixli, N-1(1N0)-3363/N0N4 nömrəli qərardadı ləğv edilsin. İnzibati icraat materialları məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar