Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-127/2024 23.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Firdusi oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Həsənov Müşfiq Kamil oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarını icra etməyən cavabdehin cərimə edilməsi haqqında Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “ona xx.xx.2005-ci il tarixdə 01 nömrəli siyahı üzrə 45 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmiş və həmin qərar qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. İddiaçı 03 aprel 2023-cü il tarixdə məhkəməyə şikayət ərizəsi yazaraq, iddiaçı barəsində çıxarılmış Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(086)-2604/2019 nömrəli qərarının cavabdeh tərəfindən tam icra olunmadığını bildirmiş, məhkəmədən qərarın icrasının təmin edilməsini, əks halda həmin inzibati orqanın cərimə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “ona xx.xx.2005-ci il tarixdə 01 nömrəli siyahı üzrə 45 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(086)-2604/2019 nömrəli qərarı qanuni qüvvəsini aldığından 10 fevral 2020-ci il tarixdə icra edilməsi üçün Cavabdehnə göndərilmişdir. İddiaçı 24 yanvar 2022-ci il tarixdə məhkəməyə şikayət ərizəsi yazaraq, iddiaçı barəsində çıxarılmış Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(086)-2604/2019 nömrəli qərarının cavabdeh tərəfindən icra olunmadığını bildirmiş, məhkəmədən qərarın icrasının təmin edilməsi xahiş edilmişdir. 24 yanvar 2022-ci il tarixdə yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (surəti Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına) müraciət olunaraq, qeyd olunan məhkəmə qərarının dərhal icra olunması tələb olunmuş, məhkəmə qərarını icra etməyən cavabdehin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən 50000 (əlli min) manat cərimə edilməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 09 fevral 2022-ci il tarixli, **********9 məktubunda Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(086)-2604/2019 nömrəli qərarının 32644,80 manat fərq məbləği müəyyən edilərək ödənildiyini bildirmişdir. İddiaçı 11 noyabr 2022-ci il tarixdə məhkəməyə şikayət ərizəsi yazaraq, iddiaçı barəsində çıxarılmış Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(086)-2604/2019 nömrəli qərarının cavabdeh tərəfindən tam icra olunmadığını bildirmiş, məhkəmədən qərarın icrasının təmin edilməsi xahiş edilmişdir. 11 noyabr 2022-ci il tarixdə və 03 aprel 2023-cü il tarixdə yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (surəti Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına) müraciət olunaraq, qeyd olunan məhkəmə qərarının dərhal icra olunması tələb olunmuş, məhkəmə qərarını icra etməyən cavabdehin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən 50000 (əlli min) manat cərimə edilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı 03 aprel 2023-cü il tarixdə məhkəməyə şikayət ərizəsi yazaraq, iddiaçı barəsində çıxarılmış Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(086)-2604/2019 nömrəli qərarının cavabdeh tərəfindən tam icra olunmadığını bildirmiş, məhkəmədən qərarın icrasının təmin edilməsini, əks halda həmin inzibati orqanın cərimə edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 23 may 2023-cü il tarixli, 3-17-1/2-114787/2023 nömrəli eyni məzmunlu məktubunda Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(086)- 2604/2019 nömrəli qərarının 32644,80 manat fərq məbləği müəyyən edilərək ödənildiyini bildirmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərardadı ilə (hakim Şahəli Musayev) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə X5 İnzibati Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarını icra etmədiyi üçün 2000 (iki min manat) cərimə edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)- 2604/2019 nömrəli qərardadının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı sözügedən qərarın düzgün icra edilməməsi ilə əlaqədar yenidən məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş “X3” MMC-nin xx.xx.2023-cü il tarixli 91 nömrəli mühasibatlıq rəyində qeyd edilib ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il (ödənişin başladığı) tarixədək olan müddət ərzində əmək haqqına əsasən hesablanıb ödənilməli olan məbləğdən ödənilmiş məbləğlər çıxıldıqda hal-hazırda iddiaçıya ödənilməli olan məbləğ 90832,37 manat təşkil edir. Həmçinin rəydən görünür ki, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanmış, lakin xx.xx.2006-cı il tarixdən ödənilməli olan məbləğ tam ödənilməmiş, yəni qərar tam icra olunmamışdır. Bununla bağlı bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixdə əlavə edilmiş 32.1-1-ci maddəyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Sözügedən maddəyə xx.xx.2018-ci il tarixdə əlavə edilmiş 2-ci cümləyə əsasən həmin Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Eyni zamanda bildiririk ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarında İddiaçı xx.xx.2005ci tarixdə 1 nömrəli siyahı üzrə 45 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması göstərilsə də, fərq məbləğinin məhz həmin tarixdən hesablanaraq tam ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmamışdır. Yəni məhkəmə əmək pensiyasının hansı tarixdən və hansı qaydada yenidən hesablanmalı olmasını dəqiq ifadə etmiş, lakin keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi şərtlərini müəyyənləşdirməmişdir. Belə olan halda, keçmiş dövr üzrə fərq məbləğinin qanunvericiliyin məhkəmə qərarının qəbul olunduğu tarixdə qüvvədə olan tələblərinə uyğun qaydada hesablanaraq ödənilməsi tamamilə qanuauyğundur. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərardadının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə baxış iclasında iştirak edən iddiaçın nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərardadının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli qərarı: Bənd 25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. Bənd 26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Bənd 28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Maddə 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Hazırkı işdə ərizəçi-tələbkar 03 aprel 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, uzun müddət keçməsinə baxmayaraq onun barəsində çıxarılmış Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(086)-2604/2019 nömrəli qərarının cavabdeh tərəfindən tam icra olunmadığını bildirmiş, məhkəmədən qərarın icrasının təmin edilməsini, əks halda həmin inzibati orqanın cərimə edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “ona xx.xx.2005-ci il tarixdə 01 nömrəli siyahı üzrə 45 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmiş və həmin qərar qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Lakin, borclu (cavabdeh) tərəfindən hal-hazırki tarixədək həmin qərar tam şəkildə icra edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarının icra edilməsi üçün borcluya müddət təyin edilmiş və cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin xəbərdarlıqdan sonra da həmin qərar icra edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarı aidiyyəti şəxslər, o cümlədən cavabdeh tərəfindən vaxtında və məzmununa uyğun şəkildə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmalıdır. Məhkəmə qərarının qeyd olunan qaydada icra olunmaması (eləcə də onun icrasından əsassız yayınma) şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks təqdirdə, məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddələrində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ həmçinin inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunmasını da ehtiva edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinin müddəalarına görə, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının icrasının təminatı qismində həmçinin Cinayət Məcəlləsində 306-cı maddə nəzərdə tutulmuşdur. Həmin norma ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının qərəzli olaraq icra edilməməsinə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən olunur. Nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Cavabdeh apellyasiya şikayətində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 906,80 manat olmaqla iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə məhkəmə qərarının icrası tam başa çatdırıldığını qeyd etmişdir. Eyni zamanda cavabdeh apellyasiya şikayətində bildirir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarında İddiaçı xx.xx.2005ci tarixdə 1 nömrəli siyahı üzrə 45 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması göstərilsə də, fərq məbləğinin məhz həmin tarixdən hesablanaraq tam ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmamışdır. Belə olan halda, keçmiş dövr üzrə fərq məbləğinin qanunvericiliyin məhkəmə qərarının qəbul olunduğu tarixdə qüvvədə olan tələblərinə uyğun qaydada hesablanaraq ödənilməsi qanunauyğundur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh məhkəmə qərarını şəxsi mülahizəsinə əsasən deyil, qərarın məzmununa uyğun icra etməlidir. Belə ki, Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarında açıq-aşkar görünür ki, İddiaçı xx.xx.2005-ci tarixdə 1 nömrəli siyahı üzrə 45 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanmalıdır. Yəni, həmin qərara görə 45 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixindən hesablanmalıdır. Məhkəmə qərarında pensiya ödənişinin məhz cavabdehin apellyasiya şikayətində göstərildiyi kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun, yəni məhkəmə qərarının qəbul olunduğu dövrdə qüvvədə olan qanunvericiliyə uyğun müraciət edildiyi tarixdən əvvəlki 3 (üç) il üçün ödənilməsi barədə hər hansı bir əsaslandırma aparılmamış və bu barədə qərarın nəticəsində heçnə yazılmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə məzmun baxımından öz fikrini yalnız qərarın xüsusi əhəmiyyət kəsb edən əsaslandırma hissəsində bildirir. Məhz qərarın nəticə hissəsində əks olunan məlumatlar əsaslandırma hissəsində yazılanların xülasəsidir. Başqa sözlə, qərarın əsaslandırma hissəsi məhkəmənin qəbul etdiyi qərara (nəticəyə) necə gəldiyinin izah olunmasına xidmət edir və həmin qərarda məhkəmənin istinad etdiyi faktlar, sübutlar və hüquqi aktlar təsvir və izah (şərh) olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarının əsaslandırma hisəsindən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad etməmişdir. Hansı ki, qərar qəbul olunarkən həmin norma qüvvədə olmuş və onun tətbiq edilməsi üçün hər hansı maneə olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunarkən onun məzmunu təhrif olunmadan, qərarın nəticəsinə uyğun icra olunmalıdır. Qərarın icrasında aydın olmayan məqamlar olduğu halda isə bu barədə maraqlı tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən məhkəmədən qərara izah verilməsini xahiş edə bilərdi. İşə baxan hakim isə işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qərarını, onun məzmununu dəyişdirmədən izah etməlidir. Lakin, işdən görünür ki, Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2- 1(086)-2604/2019 nömrəli qərarına izah verilməsi ilə bağlı cavabdeh tərəfindən hazırki günə kimi məhkəməyə müraciət olunmamış və məhkəmə tərəfindən sözügedən qərarın məhz cavabdehin (borclunun) icra etdiyi şəkildə icra olunması (müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi) barədə göstərişi olmamışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)-2604/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərardadından tam formada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-127/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-127/2024
23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver