Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-128/2025 03.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X6, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1873/2024 nömrəli 31 oktyabr 2024-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N nömrəli hərbi hissənin tərkibində Vətən Müharibəsində mühəndis-təminatı tapşırıqlarının yerinə yetirilməsinə mülki idarə və təşkilatlardan könüllü cəlb olunmuş və şəxsən N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək mühəndis-təminatı tapşırıqlarını yerinə yetirmişdir. Qeyd etdiyi hal və vətənə xidməti N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli aktında öz əksini tapır. Bundan başqa o, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocəvənd rayonları istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinə mühəndis istehkam işlərinin görülməsində yaxından köməklik göstərməyi ilə bağlı N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 25 nömrəli arayış verilmişdir. Bundan başqa o, birinci Qarabağ müharibəsi iştirakçısıdır və birinci Qarabağ müharibəsində də iştirak etmişdir. Lakin hazırda o, hüququ olan müharibə veteranı və vəsiqəsinin verilməsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də ona hər dəfə başqa sözlərlə imtina edilir. Ona verilən imtinada qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək N və N nömrəli hərbi hissələrdə fəaliyyətiniz, şəxsi heyətin siyahısına daxil olmağınız və siyahıdan çıxarılmağınız, hansı təşkilat və müəssisədən ezamiyyətə göndərilməyiniz və ya səfərbərlikdən çağırılmağınız barədə heç bir rəsmi sənəd olmadığına görə sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Əlavə olaraq bildirir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08 maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Hesab edir ki, ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Veteranlar haqqında Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Yuxarıda qeyd olunan normativ hüquqi aktların mətnindən görünür ki, onun hərbi xidmət keçdiyi dövr ərzində müharibə zonasında xidmət keçən şəxslərə hərbi bilet əsasında müharibə veteranı adı verilir. O, hərbi xidmət keçmiş və xidmət keçməyi hərbi biletlə təsdiq olunur. Bundan əlavə, onun barəsində hərbi xidmətdən yayındığına görə cinayət işi açılmayıb. Buna görə də ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmas; xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1873/2024 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. İİ. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı, iddia ərizəsində N nömrəli hərbi hissənin tərkibində “Vətən müharibəsi”ndə mühəndis-təminatı tapşırıqlarının yerinə yetirilməsinə mülki idarə və təşkilatlardan olaraq könüllü cəlb olunduğunu, o N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək mühəndis-təminatı tapşırıqlarını yerinə yetirdiyini, “Vətən müharibəsi” zamanı Cəbrayıl, Füzuli və Xocəvənd rayonları istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinə mühəndis istehkam işlərinin görülməsində yaxından köməklik göstərməyi ilə bağlı N nömrəli hərbi hissənin xx.xx.2021 -ci il tarixli, 25 nömrəli arayış verildiyini qeyd edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə (N sentyabr 2020- 10 noyabr 2020-cı il tarixlərdə) Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etməmiş, işləməmiş, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmamışdır. Bu səbəbdən də Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə qeyd olunan qərarında iddiaçının məhkəmə araşdırması zamanı təmin edilmiş mötəbər sübut əhəmiyyəti daşıyan hərbi hissə əmrlərindən, arayışlardan və ezamiyə əmrindən iddiaçı X2 idarə etdiyi mexanizmlə birlikdə (X7 ekskavatorçu (Hitaci- 0,80) 11K-272) hərbi hissəyə ezam olunması, N sentyabr 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən “Vətən Müharibəsi” dövründə Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində N və N nömrəli hərbi hissənin atəş mövqeylərində mühəndis işlərinin görülməsində yaxından köməklik göstərməsi öz təsdiqini tapdığını əsasən götürərək iddianı təmin etmişdir. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Qərarda dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərt hərbi biletdəki qeydlərin arxiv arayışı və nizami hissə üzrə əmrlərlə də təsdiq edilməsidir. Nəzərə alınmalıdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı 30.11,2023-cü il tarixli, 3-43-11/2-1094/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 276 nömrəli arayışa əsasən, xx.xx.2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək davam etmiş “Vətən müharibəsində iştirak edərək Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində N nömrəli hərbi hissənin bölmələrinin atəş mövqeyində Səfərbərliklə verilmiş ekskovatorla mühəndis işlərinin yerinə yetirilməsində yaxından köməklik göstərdiyi, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 25 nömrəli arayışa əsasən, N sentyabr 2020-xx.xx.2020-ci il tarixlərdə “Vətən müharibəsi” zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində N nömrəli hərbi hissənin bölmələrinə mühəndis-istehkam işlərinin göürlməsində yaxından köməklik göstərdiyi qeyd edilsə də, lakin iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hası rəsmi əmək (xidməti) münasibəti və hərbi hissənin tərkibində iştirak etməsi və hərbi xidmət keçməsi həmin hərbi hissənin nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Yuxarda qeyd olunanlardan başqa Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal- hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilir. Lakin, araşdırma nəticəsində müəyyən edildi ki, iddiaçı könüllü olmuş və onunla Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hası rəsmi əmək (xidməti) münasibəti olmamışdır.Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək gedən döyüş əməliyyatlarında könüllü olunmuş şəxslərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericilikdə təsbit edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1161/2017 saylı xx.xx.2017-ci il tarixli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1873/2024 nömrəli 31 oktyabr 2024-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı və onun Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, şikayətin təmin olunmamasını, qərarın qüvvəsində saxlanılmasını xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işin hallarına əsasən məhkəmə iclasını cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.2. maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. 8.1.3.inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. -33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. -“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:
1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinintərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1 -ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1 -ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1 -ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi:
Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. İşə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşin hallarına əsasən birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edilməli, qəbul edimiş qərarın nəticələri ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmuşdur. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2021- ci il tarixli, 25 nömrəli arayışında qeyd edilmişdir ki, X7 həqiqətən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocəvənd rayonları istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinə mühəndis istehkam işlərinin görülməsində yaxından köməklik göstərmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-11/2-7-2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə daxil olmuş ərizənizə əsasən bildirilir ki, Siz və sizinlə birlikdə ərizədə adları qeyd olunmuş şəxslər “Müharibə vəteranı” vəsiqəsi ilə təmin edilməyiniz üçün, təqdim etdiyiniz sənədlər xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvanına göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatı tərəfindən Xidmətin Beyləqan rayon şöbəsinə daxil olmuş xx.xx.2022--ci il tarixli 3558 nömrəli məktuba əsasən, həmin sənədlər baxılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya göndərilmişdir. Xidmətin Beyləqan rayon şöbəsinə barənizdə məlumat daxil olduqdan sonra ünvanınıza məktub göndəriləcəkdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 1505 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəznində Veteran adları və vəsiqələrinin verilməsi üzrə komissiyanın sədrinə ünvanladığınız xx.xx.2022-ci il tarixli ərizənizə cavab olaraq bildirilir ki, siz Beyləqan rayonu sakini vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsində’’ N nömrəli hərbi hissənin ştat siyahısında deyil, X8 İdarəsinin siyahısında olduğunuza görə Sizi “Vətən müharibəsi” Veteranı adının və vəsiqəsinin verilməsi üçün N nömrəli hərbi hissənin təltif üçün təqdim olunanlar siyahısında təqdim olunmamısınız. “Vətən müharibəsi” Veteranı adının və vəsiqəsinin sizə təqdim olunması üçün qeydiyyatda olduğunuz rayon üzrə Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinə və Səfərbərlik, Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə və X8 İdarəsinə müraciət etməyiniz məqsədə uyğundur. N nömrəli hərbi hissənin tərkibində Vətən Müharibəsində mühəndis-təminatı tapşırıqlarının yerinə yetirilməsinə mülki idarə və təşkilatlardan könüllü cəlb olunmuş vətəndaşların siyahısının dəqiqləşdirilməsi barədə Aktdan çıxarışdan görünür ki, X7, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa rayonları istiqamətlərində, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə maddi-texniki təminat bölməsinin avtomobil xidməti və yanacaq xidmətinin həmçinin mühəndis-yol bölüyünün müvafiq uçot sənədlərini rəhbər tutaraq, həmçinin şəxsən iştiraklarını təsdiq edərək, N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək mühəndis-təminatı tapşırıqlarının yerinə yetirilməsinə mülki idarə və təşkilatlardan cəlb olunmuşdur. Azərbaycan Vətən Müharibəsi X3 78777 nömrəli, xx.xx.2021-ci il tarixli vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi X3 Beyləqan rayon şöbəsində üzv kimi qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli Fəxri Fərmanın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən Müharibəsi”ndə Azərbaycan Ordusuna göstərdiyi dəstəyə və fədakar əməyinə görə N nömrəli hərbi hissənin komandiri Mayis Bərxudarov tərəfindən təltif olunmuşdur. xx.xx.2020-ci il tarixli Fəxri Fərmanın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən “Vətən Müharibəsi” dövründə hərbi hissənin bölmələrinə mühəndis işlərinin görülməsində yaxından köməklik göstərdiyinə görə N nömrəli hərbi hissənin komandiri Pərviz İbrahimov tərəfindən təltif olunmuşdur. xx.xx.2021-ci il tarixli Fəxri Fərmanın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən Müharibəsi” dövründə göstərdiyi xidmətlərinə və fədakarlığına görə N nömrəli hərbi hissənin komandiriMehman Məmmədov tərəfindən təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2021- ci il tarixli, 276 nömrəli məktubunda qeyd edilmişdir ki, X4 ondan ötrü ki, o həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş “Vətən müharibəsində iştirak edərək, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinin atəş mövqeylərində Səfərbərlikdən verilmiş ekskavatorla mühəndis işlərinin yerinə yetirilməsində, həmçinin həmin tarixdə N nömrəli hərbi hissənin bölmələrində mühəndis istehkam işlərinin görülməsində yaxından köməklik göstərmişdir. İddiaçı məxsus olan 481054 nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş “Vətən müharibəsində iştirak edərək, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinin atəş mövqeylərində Səfərbərlikdən verilmiş ekskavatorla mühəndis işlərinin yerinə yetirilməsində yaxından köməklik göstərmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-11/2-1094/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 276 nömrəli arayışa əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş ‘‘Vətən müharibəsində iştirak edərək Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində N nömrəli hərbi hissənin bölmələrinin atəş mövqeyində Səfərbərliklə verilmiş ekskovatorla mühəndis işlərinin yerinə yetirilməsində yaxından köməklik göstərmişdir”, “N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021- ci il tarixli 25 nömrəli arayışa əsasən, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində N nömrəli hərbi hissənin bölmələrinə mühəndis-istehkam işlərinin göürlməsində yaxından köməklik göstərmişdir” (Əsas:- Hərbi bilet H3 № 4818054, səhifə 24-25). Əlavə olaraq bildirilir ki, İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə SHXÇDX-nin Beyləqan rayon şöbəsində məlumat aşkar edilmədi. Bu barədə aidiyyəti üzrə Füzuli Hərbi Prokurorluğuna müraciət etməyiniz məqsədə müvafiqdir. Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin Raportundan görünür ki, İddiaçı və digərləri xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş Vətən müharibəsində ekskovatorçu (buldozerçi)) vəzifəsində döyüş bölgəsi rayonlarında səfərbərliklə hərbi hissələrə verilmiş ekskovatorla (bulduzerlə) mühəndis işlərinin yerinə yetirilməsində, atəş mövqelərinin və sığınacaqların Müdafiə Nazirliyınn tabeçiliyində olan hərbi hissələrin tərkibində iştirak etmişdirlər. Həmin şəxslər sənədlərinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində yaradılmış "Müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi komissiyasına təqdim edilməsini xahiş etmişlər. Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə təqdim etdiyi iddiaçıya məxsus “uçot kartasının” təsdiq edilmiş kserosurətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən “Vətən Müharibəsi” dövründə Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində N və N nömrəli hərbi hissənin atəş mövqeylərində mühəndis işlərinin görülməsində yaxından köməklik göstərmişdir. Məhkəmə araşdırması zamanı təmin edilmiş mötəbər sübut əhəmiyyəti daşıyan hərbi hissə əmrlərindən, arayışlardan və ezamiyə əmrindən iddiaçı X2 idarə etdiyi mexanizmlə birlikdə (X9 öğlu ekskavatorçu (Hitaci-0,80) 11K-272) hərbi hissəyə ezam olunması, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən “Vətən Müharibəsi” dövründə Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində N və N nömrəli hərbi hissənin atəş mövqeylərində mühəndis işlərinin görülməsində yaxından köməklik göstərməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1873/2024 nömrəli, 31 oktyabr 2024-ci il tarixli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.