Məhkəmə qərarları › İş №2-1(106)-13/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-13/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-13/2025 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ##### 2023-cü il tarixli, 2- 1(120)- ***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Iş materiallarında olan: -Imişli rayon Telişli bələdiyyəsinin ## ###### 2024-cü il tarixli Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubunda bildirilir ki, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Mərhum iddiaçı ilə bağlı Imişli rayon Telişli bələdiyyəsinin arxivində heç bir sənəd yoxdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Imişli Regional “ASAN“ Xidmət Mərkəzində Notariat ofisinin ##.##.2024-cü il tarixli, *** nömrəli, həmçinin ##.##.2024-cü il tarixli, *** nömrəli məktublarında bildirilir ki, “Elektron notariat” X10 baxış keçirilmiş və İddiaçı adına istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilmədiyi müəyyən edilmişdir. -Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə inzibati işin icraatının sıradan çıxmış (ölmüş) iddiaçının hüquqi varisləri müəyyən edilənədək dayandırılması qərara alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Imişli Regional “ASAN“ Xidmət Mərkəzində Notariat ofisinin ##.##.2025-ci il tarixli, ** nömrəli məktubunda qeyd edilmişdir ki, Imişli Regional “ASAN“ Xidmət Mərkəzində Notariat ofisinin “Elektron notariat” informasiya sistemində ##.##.2023-cü il tarixli vəfat etmiş İddiaçı qalan miras əmlaka dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və həmçinin onun vərəsələri barədə heç bir məlumat aşkar edilməmişdir. -Imişli Rayon Icra Hakimiyyəti başçısının Telişli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məktubunda bildirilir ki, X1, X3, X2 mərhum İddiaçı vərəsələridir. -Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli məktubunda İddiaçı ailə üzvləri X1, X3, X2 hüquqi yardım edilmiş, mərhum İddiaçı qanun üzrə vərəsələrinin hüquqi varis kimi tanınmaq və inzibati işin baxılaraq yekun qərar qəbul edilməsində prosessual status qazanmaq hüquqları olduğu izah edilmişdir. -Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə məhkəmənin təşəbbüsü ilə inzibati iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. -Həmçinin Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsi qərara alınmışdır. Mərhum İddiaçı hüquqi varisləri (ailə üzvləri) məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə prosesində iştirak etməmişlər. Həmçinin məhkəmə tərəfindən onlara ünvanlanmış hüquqi yardım məktublarına münasibət bildirməmişlər. Bütün bu hallar onu deməyə əsas verir ki, mərhum İddiaçı ailə üzvlərinin inzibati işin icraatının davam etdirilməsində hüquqi maraqları yoxdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mərhum İddiaçı cavabdeh cavabdeh1 qarşı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55-ci, 82-ci və 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar