Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-130/2025 17.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialın nümayəndəsi X2 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2-1(120)-4179/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra mətndə DSMF) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmət zamanı xəsarət aldığı üçün ona sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci ildə doğulmuşdur.Hərbi xidmət zamanı xəsarət almışdır və bu səbəbdən ona 2-ci dərəcəli əlillik verilmişdir.Hazırda bununla əlaqədar olaraq ona sığorta ödənişi verilmişdir. O sığorta ödənişini almaq üçün DSMF-yə müraciət etmişdir. Ona sığorta ödənişinin aparılmasından imtina edilmişdir.Səbəb kimi əlilliyin müəyyən olunma dövrünün 3 ildən artıq müddəti əhatə etdiyi bildirilmişdir. Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz verərək, göstərmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərtib edilmiş baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair xx.xx.2024-cü il tarixli 3-25-19/2-1857/2024 nömrəli arayışa əsasən ehtiyata buraxılmışdır və ona Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya altsisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-cü il tarixdə ikinci dərəcə əlillik müəyyən edilmişdir.Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsinə əsasən dövlət icbari şəxsi sığorta sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir.Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə 40 faiz. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi müvafiq sığorta ödənişini ala bilmək üçünsığortaolunanların əlilliyi 3 il müddətində müəyyən edilməlidir. Hazırki iş üzrə İddiaçı xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldığına, xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli əlilliyi müəyyən edildiyinə görə ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.“Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.7-ci maddəsinə əsasən müraciət əsasında təyinat aparılması məqsədilə sığorta ödənişi almaq hüququ olan şəxs (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin sığortaolunanları və onların vərəsələri istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsində və 4.2- 4.5-ci bəndlərində qeyd edilən məlumatları sığorta ödənişinin verilməsi üçün qeydiyyatda olduğu yer üzrə Bölməyə və ya Mərkəzə birbaşa və ya poçt vasitəsilə şəxsən və ya nümayəndə vasitəsilə bu Qayda ilə müəyyən edilən sənədlərin əlavə olunduğu (bu Qaydanın 4.6-cı bəndinin tələbi nəzərə alınmaqla) ərizə ilə müraciət edir. Hadisə baş verdiyi anda və sığorta ödənişi almaq hüququ yarandıqdan sonra Azərbaycan Respublikasından kənarda fəaliyyətini davam etdirən sığortaolunanlar sığorta ödənişinin verilməsi üçün ərizəni və ona əlavə edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Bölməyə və ya Mərkəzə təqdim edirlər.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal DTSERA-ya göndərilir.Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Eyni zamanda bildiririk ki, xx.xx.2021-ci il tarixli 356 nömrəli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş bu dəyişiklik 25 iyul 2021ci il tarixdən qüvvəyə minmişdir.Beləliklə, DTSERA tərəfindən əlillik müəyyən edildikdən sonra müvafiq ödəmələrin aparılması Fond tərəfindən həyata keçirilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya altsisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar iddiaçıya xx.xx.2021- cü il tarixdə ikinci dərəcə əlillik müəyyən edilməsi və ehtiyata buraxılma tarixi (xx.xx.2004-cü il) nəzərə alındıqda əlilliyin müəyyən edilmə dövrü 3 ildən artıq müddəti əhatə etmiş olur. Göstərilənlərə əsasən iddiaçıya sığorta ödənişinin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Şirvan İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2-1(120)-4179/2024 nömrəli qərarı ilə iddia təmin olunmamışdır. Qeyd edilən qərardan iddiaçı Şirvan Apellyasiya məhkəməsinə şikayət vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərar poçtla xx.xx.2024-cü il tarixdə rəsmi verilmişdir. Şirvan İnzibati Məhkəməsinin qərar əsassız və qanunsuzdur. Belə ki, qərarda yalnız hakimin şəxsi mülahizəsi, cavabdehin mənafeyi əsas götürülmüş, iddiaçı kimi mənim mənafeyi nəzərə alınmamış, işin faktiki hallarına qiymət verilməmişdir. İşin məzmunu bundan ibarətdir ki, xx.xx.1981-ci ildə anadan olmuş. xx.xx.2003xx.xx.2004-cü illərdə hərbi xidmət keçmiş. Hərbi xidmət zamanı xəstələnmiş və ona 2-ci dərəcəli əlillik verilmişdir.xx.xx.2004-cü il tarixli 869 nömrəli Xəstəlik haqqında şəhadətnamə ilə təsdiq olunur ki, ona N saylı hərbi hissənin hospital hərbi həkim komissiyası tərəfindən hər iki ağ ciyərin yuxarı paylarının ocaqlı vərəmi diaqnozu qoyulmuşdur. Həmin xəstəliklə bağlı ehtiyata buraxıldıqdan hazırki vaxta kimi müayinə və müalicələri davam edir. Dəfələrlə əlillik dərəcəsi verilməsi üçün müraciət etmişə, yalnız xx.xx.2021-ci il tarixdə ona əlillik dərəcəsi verilmişdir və əllliyin hərbi xidmət zamanı aldığı xəstəliklə əlaqədar olduğu təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək aldığı xəstəliyə görə sığorta ödənişi verilməsini xahiş etdim. Lakin cavabdeh təşkilat ehtiyata buraxıldığı xx.xx.2004-cü il tarixdən əlillik müəyyən edilən xx.xx.2021-ci il tarixədək 3 ildən artıq müddət keçdiyinə görə ona sığorta ödənişinin verilməsindən imtina etmişdir. Cavabdehin həmin hərəkəti qanuna ziddir. Belə ki, onun əlilliynin hərbi xidmət zamanı aldığı xəstəlik-xəsarətlə əlaqədar olması qanuni hüquqi sənədlərlə təsdiq olunur. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanunu ilə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası müəyyən edilmişdir. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat sığorta edilir. Adıçəkiən Qanunun 3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir. Məhkəmə aldığı xəstəliyin müddətini nəzərə alıb həmin şirkəti də tərəf kimi işə cəlb etməli olduğu halda, bunu etməmişdir. Cavabdehin cavabı ona görə düzgün deyildir ki, əlilllik gec müəyyən olunsa da, onun hərbi xidmət zamanı xəstəlik-travma almağı rəsmi sənədlərlə təsdiq olunur və buna görə sığorta haqqı verilməlidir. Hərbi xidmətdə aldığı xəstəliyə, travmaya görə hər il müalicə olunmalıdır. Lakin müalicə olunmağa maddi imkanı yoxdur. Həmin Qanunun 4 – cü maddəsinə əsasən Sığorta məbləğinin və sığorta haqqının minimum miqdarı ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda:- İ qrup əlilliyə görə- 80 faiz;- İİ qrup əlilliyə görə-60 faiz;- İİİ qrup əlilliyə görə- 40 faiz;d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən:- ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda-25 faiz;- yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda- 5 faiz.Göründüyü kimi, maddənin “d” bəndində müddət nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunalara əsasən Şirvan İnzibati Məhkəməsinin 2-1(102)-4179/2024 nömrəli qərarını tam ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialın nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanuna əsasən bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) - 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda -5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanın: 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra - Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. 2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir; 2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmə aktının qanuniliyini və əsaslılığını yoxlayaraq qeyd edir ki, apellyasiya şikayəti üzrə mübahisələndirilən hallar əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətinə əsas olan sübutlar və hüquqi nəticə ilə əlaqədar qeyd edir: AR SHXÇDX-nin İmişli rayon İdarəsi tərəfindən verilmiş SX seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olmuşdur. 869 №-li, xx.xx.2004-cü il tarixli “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, 1981-ci il təvəllüdlü X1 N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz və yaralanmanın (travmaların, xəsarətin, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK qərarı: Hər iki ağ ciyərin yuxarı paylarının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində KB(-) mənfi.. Xəstəlik Hərbi Xidmət Dövründə Alınmışdır (12-ci bənd). HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s.yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəlinin” 2 “b” maddəsinin İİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi Həkim ekspertizası haqqında Əsasnam”yə qoşma) əsasən; Dinc /Dövrdə Hərbi Xidmətə Yararsız, X5 Yararlıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən verilmiş 3-25-19/2-1857/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışda (surətində) qeyd olunmuşdur ki, sığortalı İddiaçı Hərbi xidmət dövründə alınmış xəsarətlə əlaqədar xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli təyin olunmuş əlilliyə əsasən sığorta məbləği 11 000 manat müəyyən olunmuşdur. İddia tələbi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən verilmiş etirazdan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət ( toplanış) dövründə xəsarət ( yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair xx.xx.2024-cü il tarixli 3-25- 19/2-1857/2024 nömrəli arayışa əsasən xx.xx.2004-cü il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-ci il tarixində ikinci dərəcəli əlilliyi müəyyən olunmuşdur. Əlilliyin müəyyən olunma dövrü üç ildən artıq müddəti əhatə etdiyindən, sözügedən Qanunun 5ci maddəsinin “ç” bəndinə əsasən ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2004-cü il tarixdə təyin olunmuş xəstəliyə görə “Hər iki ağ ciyərin yuxarı paylarının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində KB(-) mənfi diaqnozu təyin edilsə də, iddiaçıya “Ağ ciyər vərəmi, bakteroloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, hər iki ağciyərin yuxarı ocaqlı vərəmi dağılması TÇ İİ dər qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu ilə “Hərbi xidmət dövrü ilə əlaqədar” xx.xx.2021-ci ildə ikinci dərəcəli əllik təyin olunmuşdur. İddiaçının ehtiyata buraxılma tarixi nəzərə alındıqda əlilliyin müəyyən edilmə dövrü xx.xx.1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu ilə nəzərdə tutulmuş 3 (üç) ildən artıq müddəti əhatə edir. Göründüyü kimi, iddiaçı ona verilmiş hüquqdan xx.xx.2004-cü il tarixdən sonrakı 3 il müddətində istifadə etməmiş, bununla da həmin hüququ itirmişdir. Odur ki, cavabdeh tərəfin imtinası qanuni hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2-1(120)-4179/2024 nömrəli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-130/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-130/2025
17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver