Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-133/2024 29.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi iddiaçının nümayəndəsi X25 iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad rayonu Quruzma Bələdiyyəsinə qarşı “Sabirabad rayonu Quruzma Bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(120)-321/2023 saylı qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Sabirabad rayonu Quruzma Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu Quruzma Bələdiyyəsinin 15 noyabr 2021ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd aktının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Sabirabad rayonu Quruzma Bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd qərarın ləğv olunması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 06 iyul 2022-ci il tarixli qərardadı ilə X10, X28 və X29 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu, Quruzma bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında qəbul olunmuş aktlar inzibati nəzarət qaydasında baxılarkən müəyyən olunmuşdur ki, 3-cü məsələ üzrə qəbul olunmuş qərara əsasən X7 icarə qaydasında istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 19 ha örüş torpaq sahəsinin X2 verilməsi ilə bağlı razılıq verilmiş və onunla X28 ilə (X10 əvəzinə) xx.xx.2021-ci il tarixli torpaq icarə hüququnun subicarə müqaviləsi bağlanılmışdır. Məlumat üçün bildiririk ki, vətəndaş Rafiq Məmmədov və digərlərinin torpaq mübahisəsi barədə İddiaçınə daxil olmuş kollektiv müraciət üzrə aparılan araşdırma zamanı əldə edilmiş sənədlərin tədqiqi əsasında müəyyən olunmuşdur ki, bələdiyyə mülkiyyətinə 19.0 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X8, 10 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X12, 43 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X21, 35 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X13, 70 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X14, 70 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X26, 40 ha torpaq sahəsi xx.xx.2002-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə “Polad” K/F təsərrüfatına (cəmi 307 ha) icarəyə verilmiş, bələdiyyəyə aid 432 ha örüş sahəsi isə Aydın Əhmədov tərəfindən zəbt edilmişdir. Bundan başqa Sabirabad rayonu, Qəzli (indiki Quruzma) bələdiyyəsinin 02 iyun 2005-ci il tarixli, 05 saylı qərarı ilə X17 icarə qaydasında istifadəsinə verilmiş 43 ha torpaq sahəsinin 23 ha hissəsinə aid icarə hüquqlarının X3 razılıq verilməsi barədə Sabirabad rayonu, Quruzma bələdiyyəsinin 30 yanvar 2018-ci il tarixli, 01 saylı qərarı əsasında 23 ha torpaq sahəsini X4 və X30 ilə X22 arasında 14 fevral 2018-ci il tarixdə torpaq icarə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, X17 icarə qaydasında istifadəsində qalmış 20 ha torpaq sahəsi də 14 fevral 2018-ci il tarixli torpaq icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən X1. Beləliklə, aparılmış araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan örüş torpaq sahələrinin qanunsuz olaraq icarə qaydasında istifadəyə verilməsi halları aşkar olunmuş, bələdiyyə mülkiyyətinə aid zəbt olunmuş 432 ha örüş sahəsinin zəbtdən azad olunması və həmin sahənin bələdiyyənin sahibliyinə qaytarılması istiqamətində hər hansı zəruri tədbirlər görülmədiyi müəyyən olunmuşdur. Müraciətə baxılmasının nəticəsi olaraq, ayrı-ayrı şəxslərin icarəsinə ayrılmış 307 ha örüş sahəsinə dair icarə müqavilələrinin etibarsız hesab olunması, vətəndaş Aydın Əhmədov tərəfindən zəbt olunmuş bələdiyyə mülkiyyətinə aid 432 ha torpaq sahəsinin zəbtdən azad olunması və həmin sahənin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı idarə tərəfindən Quruzma bələdiyyəsinə təklif verilmişdir. Sabirabad rayonu, Quruzma bələdiyyəsinin 01 oktyabr 2020-ci il tarixli, 11 saylı iclasında təklif məktubu müzakirə olunmuş və təklif təmin edilərək, icarə müqavilələrinin etibarsız hesab olunması və ümumilikdə 307 ha örüş torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılmasının təmin edilməsi, eləcə də zəbt olunmuş bələdiyyə mülkiyyətinə aid 432 ha torpaq sahəsinin zəbtdən azad olunması və həmin sahənin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı Sabirabad Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bundan başqa, icraat zamanı müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il tarixli icarə müqaviləsində torpaq sahəsinin subicarə yerilməsi ilə bağlı şərtlər nəzərdə tutulmamışdır. İnzibati nəzarət icraatının nəticəsi olaraq, İdarə tərəfindən Sabirabad rayonu, Quruzma bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd aktın ləğv edilməsi ilə bağlı Quruzma bələdiyyəsinə təklif verilmişdir. 02 fevral 2022-ci il tarixdə İddiaçınə daxil olmuş Quruzma bələdiyyəsinin 26 yanvar 2022-ci il tarixli, 03 saylı iclas prtokoluna inzibati nəzarət qaydasında baxılarkən təklifin təmin edilmədiyi müəyyən olunmuşdur. “Bələdiyyələri fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə xx.xx.2003-cü il tarixli, 922 nömrəli fərmanın 2-ci bəndində göstərilir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir”. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Bundan başqa həmin Qanunun 8.5-ci maddəsinə əsasən İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48.4-cü maddəsinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləri bələdiyyələr tərəfindən torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərin qorunması, eləcə də torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsidir. Həmin Qanunun 4.0.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək bələdiyyələrin səlahiyyətinə aid edilmişdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 30 avqust 2023-ci il tarixli, 2-1(120)-321/2023 saylı qərаrı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia tələbinin dəlilləri üzrə əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, Şirvan İnzibati məhkəməsi belə nəticəyə gəlmişdir ki, müqavilədə 19.0 ha torpaq sahəsinin icarəyə (və ya subicarəyə) verilməsnin qadağan edilməsi nəzərdə tutulmamışdır. Həmin qərarın qəbul edilməsində qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilmədiyindən iddia təmin edilməmişdir. Bələdiyyə torpaqlarından istifadəyə və onların mühafizəsinə nəzarət funksiyalarının həyata keçirilməsinin üsul və vasitələri isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsində təsbit edilmişdir. Həmin normanın tələblərinə əsasən bələdiyyələr torpaq qanunvericiliyinin pozulması hallarının qarşısını qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmələrə müraciət etmək, iddia qaldırmaq, aşkar edilmiş qanun pozuntuları aradan qaldırılanadək görülən işlərin icrasını dayandırılması təklifi ilə müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək və qanunvericilikdə müəyyən edilmiş digər yollarla həyata keçirirlər. Göstərilənlərə əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin özbaşına tutulması, eləcə də torpaq sahəsi üzərində qanunsuz tikinti işləri aparılması müəyyən olunduqda, bunula əlaqədar həmin məsələlər üzrə cinayət işinin istintaqını aparan orqan qarşısında məsələ qaldırılmalı, eyni zamanda təqsirkar şəxs və ya şəxslərdən ağlabatan müddət ərzində ilkin vəziyyətin bərpa edilməsi və torpaq sahəsinin qaytarılması tələb olunmalı, müəyyən olunmuş müddət ərzində bu tələblər yerinə yetirilmədiyi halda həmin tədbirlərin məcburi qaydada icrasının təmin edilməsindən ötrü aidiyyati məhkəmədə iddia qaldırılmalıdır. Bələdiyyə mülkiyyətinə aid örüş torpaq sahələrinə münasibətdə qeyd olunan hallar üzrə bildirilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən yay və qış torpaq otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq 10 ildən 15 ilədək verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi, torpaqlardan haqqı ödənilməklə istifadə olunması bələdiyyə torpaqlarının idarə edilməsininəsas prinsiplərindən hesab olunur. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliynə uyğun olaraq aidiyyatı üzrə geri qaytarılmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi isə qanunsuz istifadədə olan bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin geri qaytarılması üzrə tədbirlər görmək müvafiq bələdiyyələrin üzərinə düşür. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2023-ci il tarixli, 2-1(120)-321/2023 saylı qərаrının ləğv edilməsi və Sabirabad rayonu Quruzma Bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-445/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X36 apellyasiya şikayətini müdafiə edərək Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2023-ci il tarixli, 2-1(120)- 321/2023 saylı qərаrının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsasə olmuş səbəblər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2023-ci il tarixli, 2-1(120)-321/2023 saylı qərаrı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Birinci instansiyası məhkəməsi iddianı rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sabirabad rayonu, Quruzma bələdiyyəsi ilə X10 arasında bağlanmış 20 fevral 2012-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, həmin müqavilədə 19,0 ha torpaq sahəsinin icarəyə (və ya subicarəyə) verilməsinin qadağan edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə işə aid halların və faktların hərtərəfli tədqiq olunmasına yönəlmiş, obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən, iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən və xüsusilə də şübhələri susmağa məcbur edən həcmdə araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli Seriya MA ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sabirabad rayonunun Quruzma kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 19,0 hektar torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Sabirabad rayonu Quruzma Bələdiyyəsinə məxsusdur. İş materiallarında olan Sabirabad Torpaq hərrac və müsabiqə komissiyasında 17 fevral 2012-ci il tarixdə 72 nömrə ilə qeydiyyata alınan şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayonu Quruzma Bələdiyyəsinin mülkiyyətində olan 19,0 hektar torpaq sahəsinin 15 il müddətinə icarə qaydasında əldə edilməsi ilə bağlı Sabirabad Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 17 fevral 2012-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi X10 olmuşdur. İş materiallarında olan 20 fevral 2012-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, Sabirabad Torpaq hərrac və müsabiqə komissiyasının 17 fevral 2012-ci il tarixli 72 nömrəli şəhadətnaməsinə əsasən Sabirabad rayonu Quruzma Bələdiyyəsinin mülkiyyətində olan 19,0 hektar torpaq sahəsi üzrə Quruzma Bələdiyyəsi ilə X10 arasında 15 il müddətinə, hər il üçün 140 manat ödəməklə “Torpaq icarəsi müqaviləsi” bağlanmışdır. İş materiallarında olan Sabirabad rayonu, Quruzma bələdiyyəsinin 15 noyabr 2021ci il tarixli protokol qərarından görünür ki, X7 icarəsinə verilmiş 19 ha torpaq sahəsi xx.xx.2014-cü ildə X23 etibarnamə əsasında istifadəyə verilmiş, X18 müraciəti əsasında özünün razılğı ilə Quruzma kənd sakini X5 verilmişdir. İş materiallarında olan X10 ilə X29 arasında bağlanmış xx.xx.2021-ci il tarixli torpaq icarə hüququnun sub icarə müqaviləsindən görünür ki, X10 20 fevral 2012-ci il tarixli müqavilə əsasında onun icarəsinə verilmiş Sabirabad rayonu Quruzma kəndində yerləşən 19 ha torpaq sahəsi üzərindəki xx.xx.2012-ci il tarixdən xx.xx.2027-ci il tarixədək olan icarə hüququnu Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olan X24 hər il üçün 140 (bir yüz qırx) manata sub icarəyə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 98/464 nömrəli məktubdan görünür ki, İddiaçı Sabirabad rayonu Quruzma Bələdiyyəsinin “15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd qərarın ləğv olunması”nı cavabdeh inzibati orqana təklif etmiş, təklifin müzakirə olunması və qəbul edilmiş qərarın bir surətinin 5 iş günündən gec olmayaraq İddiaçınə göndərilməsi cavabdehdən tələb olunmuşdur. İş materiallarında olan Sabirabad rayonu Quruzma Bələdiyyəsinin 26 yanvar 2022ci il tarixli, 03 saylı iclas protokolundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 98/464 nömrəli məktubu “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə müvafiq olaraq bələdiyyə iclasında müzakirə olunmuş, ləğv edilməsi tələb olunan 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd qərarın qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarında olan Sabirabad rayonu, Quruzma Bələdiyyəsinin 01 oktyabr 2020-ci il tarixli, 11 saylı iclasının protokolunda əks olunan İddiaçı 24 sentyabr 2020-ci il tarixli, 1351/kol-422 saylı təklif məktubundan görünür ki, Quruzma Bələdiyyəsinə aid 20 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli icarə müqaviləsi əsasında 49 il müddətinə X11, 19.0 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X8, 10 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə 15 il müddətinə X12, 43 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X21, 35 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X13, 70 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X14, 70 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X26, 40 ha torpaq sahəsi xx.xx.2002-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə “Polad” K/F təsərrüfatına (cəmi 307 ha) icarəyə verilmişdir. Eyni zamanda bələdiyyyəyə aid 432 ha örüş sahəsi isə Aydın Əhmədov tərəfindən zəbt edilmişdir. Aparılmış araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan örüş torpaq sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin icarə qaydasında istifadəsinə verilməsi halları aşkar olunmuş, bələdiyyə mülkiyyətinə aid zəbt olunmuş 432 ha örüş sahəsinin zəbtdən azad olunması və həmin sahənin bələdiyyənin sahibliyinə qaytarılması istiqamətində hər hansı zəruri tədbirlər görülmədiyi müəyyən olunmuşdur. Təklif məktubunda yuxarıda göstərilən icarə müqavilələrinin etibarsız hesab edilməsi və ümumilikdə 307 ha örüş torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılmasının təmin edilməsi, eyni zamanda vətəndaş Aydın Əhmədov tərəfindən zəbt olunmuş bələdiyyə mülkiyyətinə aid 432 ha torpaq sahəsinin zəbtdən azad olunması və həmin sahənin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilməsi təklif edilmişdir. İş materiallarında olan Sabirabad rayonu, Quruzma Bələdiyyəsinin 01 oktyabr 2020-ci il tarixli, 11 saylı protokol qərarından görünür ki, Quruzma bələdiyyəsinin mülkiyyətinə aid 20 ha torpaq sahəsinin X11 icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli icarə müqaviləsi, 19.0 ha torpaq sahəsinin X8 icarəyə verilməsinə dair xx.xx.2012-ci il tarixli icarə müqaviləsi, 10 ha torpaq sahəsinin X12 verilməsinə dair xx.xx.2020-ci il tarixli, 43 ha torpaq sahəsinin X21 verilməsinə dair xx.xx.2005-ci il tarixli icarə müqaviləsi, 35 ha torpaq sahəsinin X13 icarəyə verilməsinə dair xx.xx.2006-cı il tarixli icarə müqaviləsi, 70 ha torpaq sahəsinin X14 icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli icarə müqaviləsi, 70 ha torpaq sahəsinin X26 icarəyə verilməsinə dair xx.xx.2019-cu il tarixli icarə müqaviləsi və 40 ha torpaq sahəsinin “Polad” K/F təsərrüfatına icarəyə verilməsinə dair xx.xx.2002-ci il tarixli icarə müqaviləsi etibarsız hesab olunmuş və ümumilikdə 307 ha örüş torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılmasının təmin edilməsi qərara alınmışdır. Beləliklə iş materiallarında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan müəyyən olnur ki, Sabirabad rayonu Quruzma Bələdiyyəsinin mülkiyyətində olan 19,0 hektar torpaq sahəsi 20 fevral 2012-ci il tarixli icarə müqaviləsi əsasında X7 icarəsinə verilmişdir. Həmin icarə müqaviləsi əsasında icarə hüququna malik X7 xx.xx.2014-cü ildən etibarnamə üzrə nümayəndəsi X9 Bələdiyyəsinə müraciət edərək, X7 qanuni əsaslarla icarə hüququnu əldə etdiyi Quruzma Bələdiyyəsinin mülkiyyətində olan 19,0 hektar torpaq sahəsinin icarəçinin razılığı ilə X2 verilməsini xahiş etmiş, Quruzma Bələdiyyəsi mülkiyyətində olan 19,0 hektar torpaq sahəsinin X2 verilməsi barədə 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərar qəbul etmiş, həmin qərar əsasında X7 xx.xx.2014-cü ildən etibarnamə üzrə nümayəndəsi X28 icarəçinin adından X29 ilə 23 noyabr 2021-ci il tarixli “torpaq icarə hüququnun subicarə müqaviləsi” bağlamış və sonuncu həmin torpaq sahəsi üzrə icarə hüququnun icarəsini 23 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən Sabirabad rayonu, Quruzma Bələdiyyəsinə 24 sentyabr 2020-ci il tarixli, 1351/kol-422 saylı təklif məktubu göndərilmiş və həmin təklif əsasında Sabirabad rayonu, Quruzma Bələdiyyəsi 01 oktyabr 2020-ci il tarixli, 11 saylı qərar qəbul edərək 19.0 ha torpaq sahəsinin 15 il müddətinə X8 verilməsi ilə bağlı xx.xx.2012-ci il tarixli icarə müqaviləsi etibarsız hesab etmiş və ümumilikdə 307 ha örüş torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılmasının təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilməsi qərara alınmışdır. Başqa sözlə, Quruzma bələdiyyəsinin mülkiyyətində olan 19.0 ha torpaq sahəsinin Quruzma kənd sakini X5 verilməsinə əsas olan xx.xx.2012-ci il tarixli icarə müqaviləsi Quruzma Bələdiyyəsinin 01 oktyabr 2020-ci il tarixli, 11 saylı iclasının protokolu ilə etibarsız hesab edilmişdir. Quruzma bələdiyyəsinin mülkiyyətində olan 19.0 ha torpaq sahəsinin Quruzma kənd sakini X5 verilməsinin əsasında xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin olduğunu və həmin müqavilənin Sabirabad rayonu, Quruzma Bələdiyyəsinin 01 oktyabr 2020-ci il tarixli, 11 saylı iclasının protokolu (qərarı) ilə etibarsız hesab edildiyini nəzərə alsaq, “subicarə müqaviləsi” bağlandığı zaman yəni, 23 noyabr 2021-ci il tarixdə xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin qüvvədə olub-olmaması və ya Sabirabad rayonu, Quruzma Bələdiyyəsinin 01 oktyabr 2020-ci il tarixli, 11 saylı iclasının protokolunun (qərarının) ləğv edilib-edilməməsi, qüvvədən düşüb-düşməməsi həmçinin həmin qərarın 1.3-cü bəndində göstərilən məsələlərin həll edilib-edilməməsi aydınlaşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxan zaman yuxarıda göstərilən halları araşdırmamış, beləliklə də “işin hallarının araşdırılması” prinsipinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən “məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur”. Məhkəmə kolegiyasının mövqeyinə görə işə təkrara baxan birinci instansiya məhkəməsi iddiaçının qeyd etdiyi həmin dəlillər üzrə müvafiq araşdırma aparmalı, bununla bağlı təqdim etdiyi sənədləri tədqiq etməli, zərurət yaranarsa sorğular verməli və sübutlar tələb etməli və bundan sonra gəldiyi nəticəni əsaslandırmalıdır. Yuxarıda qeyd edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan halları, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 03 sentyabr 2023-ci il tarixli, e-2-1(120)-2881/2023 saylı qərаrı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2023-ci il tarixli, 2-1(120)-321/2023 saylı qərаrı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-133/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-133/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver