Məhkəmə qərarları › İş №2-1(106)-136/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-136/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-136/2024 23.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ XN (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X2 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhtəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-N(N20)- 650/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adınınvə vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Verilən cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, N-N994-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N () və N saylı hərbi hissələrində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N990-xx.xx.N992-ci illərdə Sovet Sosialist Respublikasının dövründə Almaniyanın Vinisdorf şəhərində müddətli həqiqi hərbi xidmətini başa vurmuşdur. Lakin, N992-N- cü illərdə ölkədə müharibə vəziyyəti olduğu üçün, Neftçala rayon Hərbi Komisarlığı tərəfindən ehtiyatda olan çavuş kimi müddətdən artıq həqiqi hərbi xidmətə cəlb olunmuşdur və Komisarlıq tərəfindən Bakı şəhərinin Ələt qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə(X3 Qüvvələri) göndərilmişdir. xx.xx.N-cü ildə N nömrəli hərbi hissənin Astara rayonunda (984 nömrəli hərbi hissə) lakator-radarlar olan hərbi hissələrdə döyüş təlimləri keçirilən poliqonlara aparılmışlar. Astarada (984 nömrəli hərbi hissə) N5(on beş) gün qaldıqdan sonra, N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli N30 nömrəli əmrinə əsasən, elə həmin gün döyüş tapşırıqlarını yerinə yetirmək üçün onları Ağdam döyüşzonasına aparmışlar. Orada təxminən N3(on üç) gün müddətində Ağdam rayonu uğrunda gedən döyüşlərdə birbaşa iştirak etmiş, N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli N39 nömrəli əmrinə əsasən həmin döyüşlərdən salamat çıxan hərbiçi yoldaşları ilə birlikdə N nömrəli hərbi hissəyə gətirilmişlər. Xidmətlərini davam etdirmək üçün xx.xx.N994-cü il tarixdə Badamdarda yerləşən N nömrəli hərbi hissəyə göndərilmişlər. N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.N994-cü il tarixli əmri ilə ordu sıralarında ehtiyata buraxılmışlar. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin mahiyyəti iddiaçıya“Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərindəaparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır.Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir.Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi.Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, inzibati işin tam və hərtərəfli araşdırılması məqsədi ilə tərəfimizdən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilmişdir.Mərkəzi Arxivin 20 oktyabr 2022-ci il tarixli 4/2-7095 nömrəli müşayiət məktubu ilə daxil olan arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N may N- iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin yanvar-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir (arayışın surəti etiraza əlavə edilir). Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin N4.3, 48.2-ci maddələrini rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteram” adı və vəsiqəsininverilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 28 avqust 2023-cü il tarixli, 2- N(N20)-650/2023 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2- N(N20)-650/2023 nömrəli qərarının ləğv edilməsini və inzibati iş materiallarının iddia tələbinin araşdırılması və mahiyyəti üzrə qərar qəbul edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırmiş və əlavə olaraq qeyd etmişdir ki, xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir.

1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi Qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.

2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanası hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Sadalanan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Belə ki, Mərkəzi Arxivin 20 oktyabr 2022-ci il tarixli 4/2-7095 nömrəli müşayiət məktubu ilə daxil olan arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N may N- iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin yanvar-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyası tərəfindən təqdim edilmiş sənədlərə baxılmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Bununia da cavabdeh inzibati orqan tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, iddiaçının müraciəti araşdırılmış, müvafiq sənədlər əsasında qərar qəbul edilərək iddiaçıya məlumat verilmişdir. Digər tərəfdən İddiaçı tələbi ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsi olduğu halda, məhkəmə iddia tələbindən kənara çıxaraq, qərarın nəticə hissəsində iddia tələbini qismən təmin edilmə olaraq formulə etməsi və inzibati akt qəbul edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması prosessual cəhətdən əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-N(N20)-650/2023 nömrəli qərarının ləğv edilməsi və inzibati iş materiallarının iddia tələbinin araşdırılması və mahiyyəti üzrə qərar qəbul edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N6.N-ci maddəsinə əsasən, bu Məcəllənin N6.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: - 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” Müharibə veteranı adı aşağıdakı qaydada verilir: .... (N-7-ci yarımbənd) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994- cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; .... Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. ....

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:

Maddə: N. Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə N0.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə N9. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 89.N. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 90.N. İnzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə N2.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı sübutlarla qiymətləndirməyi zəruri hesab edir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-5089 nömrəli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti, başqa hərbi hissəyə keçirilməsi, habelə N nömrəli hərbi hissəyə daxil olması, hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olnur. İş materiallarında olan İddiaçı məxsus HЗ № ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N990-cı il tarixdən xx.xx.N992-ci il tarixədək Ordusu sıralarında hərbi xidmət keçmişdir və xx.xx.N994-cü il tarixdən N nömrəli hərbi hissədən tərxis olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin NN dekabr 20N9-cu il tarixli, 9/2-N9690 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N30 №-li nizami hissə üzrə əmrində (əsas: səh 278, § N, sıra 22, əmrdə atasının adı Kamal yazılmışdır) Ağdam döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yetirmək üçün göndərilərək qazan təminatından çıxarılmış N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı Kamal oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N39 №-li nizami hissə üzrə əmrində (əsas: səh 294, § N, sıra 22, əmrdə atasının adı Kamal yazılmışdır) döyüş əməliyyatları bölgəsindən qayıdaraq qazan təminatına daxil edilmişN №-li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı Kamal oğlununadı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin aprel N-cü il tarixli nizami hissə üzrə əmrlərində" və N №-li hərbi hissə komandirinin yanvar, iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkaredilməmişdir. Ərizədə İddiaçı xidmət dövrü dəqiq (aylarla) göstərilmədiyindən və N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün bu barədə əlavə araşdırma apara bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 78N nömrəli məktubunda göstərilmişdir ki, Neftçala rayon Mirqurbanlı kənd sakini xx.xx.N972-ci il təvəllüdlü İddiaçı xx.xx.N990-cı il tarixdən xx.xx.N992-ci il tarixə kimi SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N-cü il tarixdə keçmiş Neftçala rayon Hərbi Komissarlığı tərəfindən səfərbərlik üzrə həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.N-cü il tarixdən xx.xx.N994cü il tarixədək N ()saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməsi və həmin hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsi, yaralanması və s. barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-ci il tarixli,3-3-N2/2-30-N480/23 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı N-N994-cü illərdə N və N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Neftçala rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-N3-N00/2- 5340/2023 nömrəli məktubunda göstərilmişdir ki, Neftçala rayon Həsənabad qəsəbəsində anadan olmuş,Neftçala rayon Həsənabad qəsəbəsi Xanlar küçəsində qeydiyyatda olan, xx.xx.N972-ci il təvəllüdlü İddiaçı barəsində hal-hazırda Neftçala RPŞ-də məhkumluq və təqsirləndirici material aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Neftçala rayon Məhkəməsinin 2(053)-57N/2020 nömrəli, 0N sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən İddiaçı Kamal oğlunun adına verilmiş 09 iyun 2020-ci il tarixli 9/2-63NN saylı arxiv arayışının ərizəçi İddiaçı məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilmişdir. İş materiallarında olan 202N-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməmiş və Neftçala rayon Məhkəməsinin0N sentyabr 2020-ci il tarixli, 2(053)-57N/2020 nömrəli qətnaməsi dəyişdirilmədənsaxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Neftçala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli SDS-29 nömrəli məktubunda qeyd edilmişdir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-57N/2020 saylı mülki iş üzrə 0N sentyabr 2020-ci il tarixli qətnaməsi 24 yanvar 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və hal-hazırda da qanuni qüvvədədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsinin Mərkəzi Arxivinin arxiv arayışına əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N30 №-li nizam hissə üzrə əmrində (əmrdə atasının adı Kamal yazılmışdır) Ağdam döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yetirmək üçüngöndərilərək qazan təminatından çıxarılmış N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı Kamal oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin 24 05.N-cü il tarix,: N39 №-li nizamı hissə üzrə əmrində (əsas: səh

294. §N. sıra 22, əmrdə atasının ad: Kamal yazılmışdır) döyüş əməliyyatları bölgəsindən qayıdaraq qazan təminatına daxil edilmiş N N-li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı Kamal oğlunun adı qeyd edilmişdir. Məlumatlar hərbihissə komandirinin əmrlərinə əsasən yazılmış əmrlərdə atasının adı “Kamal" yazılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə xx.xx.20N9-cu iİ tarixli, 9/2-N9690 saylı məktubla ünvanına cavab göndərilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin iddiaçının döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti, başqa hərbi hissəyə keçirilməsi, habelə N nömrəli hərbi hissəyə daxil olması, hərbi xidmətinin və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığı əsas gətirilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixli, 4/3-5089 nömrəli məktubuna əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti, başqa hərbi hissəyə keçirilməsi, habelə N nömrəli hərbi hissəyə daxil olması, hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq İddiaçı Neftçala RHK-dan çağırılmış, N972ciil təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N-cü il tarixli 29 №-li əmrilə (əsas: § N, səh 55, sıra 60, əmrdə vəzifəsi göstərilməyib) “sıravi” hərbi rütbəsi verilməklə xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-İİ hərbi hissə komandirinin N0 mart N-cü il tarixli 68 №-li əmrilə çavuş İddiaçı (əsas: § N, sıra 8N) baş dizelçi-elektrik vəzifəsinə təyin olunmuşdur. N №-İİ hərbi hissə komandirinin N mayN-cü il tarixli N30 №-li əmrində sıravi İddiaçı Kamal oğlunun (əsas: § N, sıra 22, əmrdə atasının adı Kamal yazılmışdır, vəzifəsi göstərilməyib) döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam rayon döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilmiş hesab edilərək xx.xx.N-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli N39 №-li əmrində sıravi İddiaçı Kamal oğlunun (əsas: § N, sıra 22, əmrdə atasının adı Kamal yazılmışdır, vəzifəsi göstərilməyib) döyüş əməliyyatları bölgəsindən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-İİ hərbi hissə komandirinin N-N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. NN0 №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin arxiv arayışında N №-li hərbi hissə komandirinin 24 05.N-cü il tarix,: N39 №-li nizamı hissə üzrə əmrində (əsas: səh 294. § N. sıra 22, əmrdə atasının ad: Kamal yazılmışdır) döyüş əməliyyatları bölgəsindən qayıdaraq qazan təminatına daxil edilmişN N-li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı Kamal oğlunun adı qeyd edilmişdir. Məlumatlar hərbi hissə komandirinin əmrlərinə əsasən yazılmış əmrlərdə atasının adı “Kamal" yazılmışdır. Neftçala rayon Məhkəməsinin 2(053)-57N/2020 nömrəli, 0N sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən İddiaçı Kamal oğlunun adına verilmiş 09 iyun 2020-ci il tarixli 9/2-63NN saylı arxiv arayışının ərizəçi İddiaçıməxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilmişdir. Həmçininin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsindən məhkəməyə N-cü illərə dair əmrlərdən arxiv çıxarışlar daxil olmuş, N N-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N30 №-li nizam hissə üzrə əmrində N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı Kamal oğlunun (əmrdə atasının adı Kamal yazılmışdır) Ağdam döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yetirmək üçün göndərilərək qazan təminatından çıxarılması və N №-li hərbi hissə komandirinin 24 05.N-cü il tarix,: N39 №li nizamı hissə üzrə əmrində İddiaçı Kamal oğlunun (əsas: səh 294. § N. sıra 22, əmrdə atasının ad: Kamal yazılmışdır) döyüş əməliyyatları bölgəsindən qayıdaraq qazan təminatına daxil edilmiş N N-li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi adı qeyd edilməsi aşkar edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış Neftçala Rayon Məhkəməsinin qətnaməsi ilə N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli və xx.xx.N-cü il tarixli əmrlərində İddiaçı Kamal oğlunun adı göstərilmiş xx.xx.2020-ci il tarixliAzərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin arxiv arayışının ərizəçi İddiaçı məxsusluğu müəyyən olunmuşdur. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar inzibati araşdırma aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən iddiaçının müraciətinə formal cavab vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə göndərilmiş arxiv sənədlərində İddiaçı Kamal oğlunun N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli N30 №-li əmri ilə döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam rayon döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərildiyi və bu əsasla xx.xx.N-cü il tarixdən qazan təminatından çıxarıldığını, sonradan N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli N39 №-li əmri ilə döyüş əməliyyatları bölgəsindənqayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Həmçinin, İddiaçı məxsus HЗ № ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N990-cı il tarixdən xx.xx.N992-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir və xx.xx.N994-cü il tarixdən N nömrəli hərbi hissədən tərxis olunmuşdur. Lakin, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan, ziddiyyətli məqamları aydınlaşdırmadan, qeyd edilən dövlərdə müvafiq hərbi hissələrin səlahiyyətli vəzifəli şəxslərini inzibati icraata cəlb etmədən, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti, başqa hərbi hissəyə keçirilməsi, habelə N nömrəli hərbi hissəyə daxil olması, hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığını əsas gətirərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Hazırkı halda iddiaçının N-cü il tarixdən, N994-cü il tarixədək hərbi xidmətinin olub-olmamasını müəyyən etmək üçün xüsusi araşdırma aparılması tələb olunur. Cavabdeh inzibati orqan N və N nömrəli hərbi hissələri (həmin hərbi hissələr mövcud olmadıqda onları əvəz edən digər hərbi hissələri), xüsusi səlahiyyətli ixtisaslaşmış mütəxəssisələri, işin faktiki halları ilə bağlı dəqiq məlumatlar vermək imkanına malik şahidləri işə cəlb edərək digər əlaqəli mötəbər sübutlarla xüsusi araşdırma apararaq qərar qəbul etməli idi. Lakin cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan iddiaçıya imtina cavabı vermişdir. Belə olan halda da, iş üzrə lazımi faktiki hallar tam aydın müəyyən olunmadığından hazırkı mərhələdə iddiaçının iddia tələbinin təmin edilib-edilməməsi barədə məhkəmə qərarının qəbul edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan müraciəti yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi olduğu halda, məhkəmə iddia tələbindən kənara çıxaraq, qərarın nəticə hissəsində iddia tələbini qismən təmin edilmə olaraq formulə etməsi və inzibati akt qəbul edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması prosessual cəhətdən əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayaraq, qeyd edir ki, hazırki halda məhkəmə tərəfindən iddianın qismən təmin edilməsi və məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması iddia tələbindən kənara çıxma deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məhkəmə kollegiyası hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, hazırki iddia məcburetmə haqqında iddia növünə aiddir. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən görünür ki, məcburetmə haqqında iddia növünə aid mübahisəyə baxılakrən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olmadığı hallarda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoya bilər. Həmçinin yuxarıda qeyd edilən hüquq normalarının (İPM 73.3.3-cü maddəsinin) məzmunundan görünür ki, əgər məhkəmə inzibati orqanın işin faktiki hallarını kifayət qədər araşdırmadan qərar qəbul etdiyini müəyyən edərsə və məhkəmə proses çərçivəsində digər, zəruri araşdırmaları özü həyata keçirmək iqtidarında olmadıqda və yaxud məhkəmənin inzibati orqanın əvəzinə xeyli vaxt tələb edən araşdırmalar aparmalı olduğu hallarda, məhkəmə “bir qayda olaraq”, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yəni, həmin normanın məzmununa görə əgər qərar çox iş tələb edən digər araşdırmalar aparılmaqla qəbul edilməlidirsə, onda, məhkəmə onun qəbulunu inzibati orqana həvalə etməli, eyni zamanda, inzibati orqanın üzərinə qərar qəbul edərkən məhkəmənin hüquqi mövqeyini nəzərə almaq öhdəliyi qoymalıdır. Onu da qeyd etmək lazımdır ki, məhkəmə iddiaçının xeyrinə qərar qəbul etdikdən sonra məhkəmənin mövqeyi nəzərə alınmaqla inzibati orqan müraciətə yenidən baxarkən təkrar vətəndaşın ziyanına olan imtinaedici inzibati akt qəbul edərsə, iddiaçı yenə də həmin akta qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd edilənlərin ümumi təhlili ona deməyə imkan verir ki, hazırki tələb üzrə iddianın qismən təmin edilməsi və məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması iddia tələbindən kənara çıxma deyildir və bu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsinin tələbinə uyğundur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-N(N20)-650/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən N (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ N025, Bakı şəhəri,Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar