Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-14/2024 21.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X22 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X8 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “evə dair hüquqlarının dövlət qeydiyyatına alınması, həmin evə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(120)-450/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X5 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli order əsasında verilmiş Şirvan şəhəri, Nizami küçəsi, 65 ünvanında yerləşən evə dair hüquqlarının dövlət qeydiyyatına alınması, həmin evə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X9 uzun müddət X16 zavodunda işləmişdir. Zavod işçilərinin yaşaması üçün barak tipli evlər inşa edib onların istifadəsinə verilmişdir. Həmin barak tipli evlərdən həyat yoldaşına da verilmiş və onlar ailəliklə uzun müddətdir ki, həmin evdə yaşayırlar. Həyat yoldaşı X9 xx.xx.2011-ci ildə vəfat etmişdir. Hal-hazırda uzun müddət yaşadıqları qeyd olunan barak tipli evi öz adına özəlləşdirmək istəyir. Bildirir ki, zavodun işçiləri tərəfındən bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edilmiş, ərizəyə X18 Resursların Artırılması və Mühafızəsi Departamentinin direktoru R.Həsənovun xx.xx.2015-ci il tarixli məktubu ilə cavab verilmiş və məktubda sakinlərin istifadəsində olan evin özəlləşdirmə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafıq qaydada özəlləşdirilməsinə etiraz etmədikləri, bunun mənzillərini özəlləşdirməyən sakinlərə də şamil olunduğu bildirilmişdir. Qeyd edir ki, zavodun bir neçə sakini tərəfındən eyni məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət olunmuş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli, 2-1(86)-181/2016 saylı qərarına əsasən iddia tələbləri təmin edilmiş və nərə balıq zavodu ərazisində yerləşən mənzilə dair çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Eyni məzmunlu iddia tələbi üzrə artıq qanuni qüvvəsini almış və icra olunmuş analoji məhkəmə qərarı vardır. Bildirir ki, o, mərhum həyat yoldaşı X5 order əsasında verilmiş və uzun illərdir istifadəsində olan yaşadığı Şirvan şəhəri, Nizami küçəsi, 65 saylı evin özəlləşdirilərək evə dair texniki pasportun və çıxarışın verilməsi məqsədilə DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfındən ona 26 iyul 2021-ci il tarixli məktubla cavab verilmiş və müraciətinin təmin olunmasından imtina edildiyi qeyd olunmuşdur. Həmin məktubda onun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu imtina onun inzibati məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Cavabdeh tərəfindən qeyd edilən hərəkətlə konstitutsion hüququ pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, X11 yaşadığı Şirvan şəhəri, Nizami küçəsi, 65 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi ilə bağlı müraciət etmişdir. Ərizənin icrası zamanı təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, sözügedən mənzil “X16” zavodu tərəfindən verilimiş və mənzilə dair icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi təqdim olunmamışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi əlavə edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Belə ki, iddia ərizəsindəki qeyd olunan mənzil verilərkən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsinin verilməsi haqqında müvafiq XDS İcraiyyə Komitəsinə (hal-hazırda İHnin mənzil-məişət komissiyasına) məlumat verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən isə yaşayış sahəsi verilməsi haqqında qərar əsasında müvafiq XDS İcraiyyə Komitəsi (hal-hazırda İH-nin mənzil məişət komissiyası) order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(120)-450/2023 saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X18 Resursların Artırılması və Mühafizəsi Departamentinin xx.xx.2015ci il tarixli 16/626 nömrəli məktubunun surətində “X23 artırma zavodunun yaşayış sahəsində inşa edilmiş və zavod işçilərinin istifadəsinə verilmiş 21 fin tipli evlərdən 12-sinin zavodun o dövrdə tabe olduğu X3 idarəsinin 11 sentyabr 1991 -ci il tarixli PK-91 saylı razılıq məktubuna əsasən sakinlər tərəfindən özəlləşdirildiyi, qalan evlərin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada özəlləşdirilməsinə etiraz etmədikləri, bunun mənzillərini özəlləşdirməyən sakinlərə də şamil olunduğu bildirilmişdir. Göründüyü kimi X23 artırma zavodu həmkarlar təşkilatının 28 sentyabr 2010-cu il tarixli, 01 nömrəli qərarı ilə Nizami küçəsi, 65 ünvanında yerləşən 3 otaqdan ibarət mənzil sahəsi 5 nəfər ailə üzvləri ilə birlikdə yaşaması üçün X4 istifadəsinə verilmişdir. Lakin məhkəmə X23 artırma zavodu tərəfindən verilmiş 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli orderi, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi X18 Resursların Artırılması və Mühafizəsi Departamentinin xx.xx.2015-ci il tarixli, 16/626 nömrəli razılıq məktubunu heç bir hüquqi nəticə doğurmayan sənəd kimi hesab etmiş və sadalanan qanunvericilik aktlarına əsasən tələb olunan sənədlərin təqdim olunmasını təmin etməməsini əsas gətirmişdir. Qeyd edim ki, həmin mənzil sahəsini əldə etmək üçün order verilmişdir və müvafiq dövət orqanı tərəfindən də özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Hesab edirəm ki məhkəmənin əsaslandırması əsassızdır. Belə ki, X23 artırma zavodu həmkarlar təşkilatının 28 sentyabr 2010-cu il tarixli, 01 nömrəli qərarı ilə Nizami küçəsi, 65 ünvanında yerləşən 3 otaqdan ibarət mənzil sahəsi 5 nəfər ailə üzvləri ilə birlikdə yaşaması üçün X4 istifadəsinə verilmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyi X18 Resursların Artırılması və Mühafizəsi Departamentinin xx.xx.2015-ci il tarixli 16/626 nömrəli məktubu ilə “X23 artırma zavodunun yaşayış sahəsində inşa edilmiş və zavod işçilərinin istifadəsinə verilmiş 21 fin tipli evlərdən 12-sinin zavodun o dövrdə tabe olduğu Cənubi- X10 idarəsinin 11 sentyabr 1991-ci il tarixli PK-91 saylı razılıq məktubuna əsasən sakinlər tərəfindən özəlləşdirildiyi, qalan evlərin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada özəlləşdirilməsinə etiraz etmədikləri, bunun mənzillərini özəlləşdirməyən sakinlərə də şamil olunduğu bildirilmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(120)-450/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(120)-450/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etidirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993-cü il tarixli 463 nömrəli Qanunun: M a d d ə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: ...; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; ... M a d d ə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. M a d d ə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. M a d d ə 8. ... Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi (24 fevral 2015-ci il tarixli 1199-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə kimi olan redaksiya) Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:
3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il tarixli Qərarı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021cı il tarixli Qərarı.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. İddiaçının tələbi “mərhum həyat yoldaşı X5 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli order əsasında verilmiş Şirvan şəhəri, Nizami küçəsi, 65 ünvanında yerləşən evə dair hüquqlarının dövlət qeydiyyatına alınması, həmin evə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, qanunverici mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları kimi qanuna zidd olmayan müqavilə və əqdlərin, habelə dövlət orqanlarının və bələdiyyələrin aktlarının mövcudluğunu, digər tərəfdən, yaşayış sahəsi üzərində hüquqların əldə edilməsi, yaranmış hüquqların qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün yaşayış sahəsinin mülkiyyətçisi ilə vətəndaş (kirayəçi) arasında sosial kirayə müqaviləsinin bağlanmasını tələb edir. X23 artırma zavodu 5 nəfər ailə üzvləri ilə birlikdə X4 istifadəsinə Şirvan şəhəri, Nizami küçəsi, 65 ünvanında yerləşən 3 otaqdan ibarət mənzil sahəsinin verilməsi barədə zavodun həmkarlar təşkilatının qəbul etdiyi 28 sentyabr 2010-cu il tarixli, 01 nömrəli qərarını qeyd olunan yaşayış sahəsinə köçmək üçün yeganə əsas olan sosial kirayə müqaviləsinin bağlanması üçün həmin müqavilənin bağlanmasında müstəsna hüquqa malik, dövlətin adından fəaliyyət göstərən və səlahiyyətli dövlət orqanı olan Şirvan Şəhər İcra Hakimiyyətinin mənzil məişət komissiyasına göndərməli olduğu halda bunu etməmiş, səlahiyyətlərini aşaraq X5 Nizami küçəsi, 65 ünvanında yerləşən 3 otaqdan ibarət mənzil sahəsi üzrə heç bir hüquqi nəticə yaratmayan 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli order vermiş, bununla da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan Əli Bayramlı (Şirvan) ŞRPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE Seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1936-cı il tarixdə Salyan rayonunun Bankə qəsəbəsində doğulmuş, yaşayış yeri Əli Bayramlı (Şirvan) şəhəri, Nizami küçəsi, ev 65-dir. İş materiallarında olan X23 artırma zavodunun möhürü ilə təsdiq olunmuş 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli orderin surətindən görünür ki, X23 artırma zavodu həmkarlar təşkilatının 28 sentyabr 2010-cu il tarixli, 01 nömrəli qərarı ilə Nizami küçəsi, 65 ünvanında yerləşən 3 otaqdan ibarət mənzil sahəsi 5 nəfər (həyat yoldaşı X11 və s) ailə üzvləri ilə birlikdə yaşaması üçün X4 istifadəsinə verilmişdir. İş materiallarında olan 26 yanvar 2011-ci il tarixli, AZ-İ 451401 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi X18 Resursların Artırılması və Mühafızəsi Departamentinin xx.xx.2015-ci il tarixli 16/626 nömrəli məktubunun surətində “X23 artırma zavodunun yaşayış sahəsində inşa edilmiş və zavod işçilərinin istifadəsinə verilmiş 21 fin tipli evlərdən 12-sinin zavodun o dövrdə tabe olduğu X3 İdarəsinin 11 sentyabr 1991-ci il tarixli PK-91 saylı razılıq məktubuna əsasən sakinlər tərəfindən özəlləşdirildiyi, qalan evlərin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafıq qaydada özəlləşdirilməsinə etiraz etmədikləri, bunun mənzillərini özəlləşdirməyən sakinlərə də şamil olunduğu bildirilmişdir. İş materialarına əlavə edilmiş cavabdeh təşkilatın iddiaçıya ünvanlanladığı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” 26 iyul 2021-ci il tarixli, **********92 nömrəli bildirişində aşağıdakılar bildirilmişdir: Sizin mənzilə dair hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildiririk ki, ərizəniz Ərazi İdarəsində araşdırılmış, müəyyən edilmişdir ki, X23 artıtma zavodunun rəhbərliyi tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli, 160 saylı Order və X18 Resursların Artırılması və Mühafizəsi Departamentinin qeyd olunan mənzillərin özəlləşdirilməsinə etiraz etməməsi barədə məktubu təqdim olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi tələb olunur. Sizin təqdim etdiyiniz sənədlər toplusuna baxış keçirilən zaman müvafiq icra hakimiyyəti orqanının sərəncamının və mənzil kirayə müqaviləsinin əlavə olunmaması müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, 13 saylı Ərazi İdarəsində sözügedən mənzilə və ya mənzillərin yerləşdiyi binalara dair hüquqmüəyyənedici sənədlər yoxdur. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizədə qeyd olunan mənzil üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Qeyd olunan mənzilə dair tələb olunan sənədlərin əsli tam şəkildə təqdim olunacağı təqdirdə müraciətin icrası istiqamətində qanunamüvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan X6 Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 09 avqust 2024cü il tarixli, 06 saylı saylı iclas protokolunun qərar hissəsindən görünür ki, C.Cavadov adına X14 və X16 zavodunun balansında olan yaşayış evlərində uzun müddət yaşayan vətəndaşlar tərəfindən həmin evlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi məqsədəmüvafiq hesab edilmiş, X14 və X16 zavodunun balansında olan yaşayış evlərində uzun müddət yaşayan vətəndaşlara həmin evlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilməsinə və müvafiq sənədləşmə işlərinin aparılmasına dəstək məqsədilə onlara müvafiq arayışların verilməsinin təmin edilməsi qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan məlum olur ki, X23 artırma zavodu həmkarlar təşkilatının 28 sentyabr 2010cu il tarixli, 01 nömrəli qərarı ilə Şirvan şəhəri, Nizami küçəsi, 65 ünvanında yerləşən 3 otaqdan ibarət 36 kv.m. mənzil sahəsi iddiaçının mərhum əri X5 verilmişdir. Həmin mənzilə dair X4 adına X23 artırma zavodu tərəfindən 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli order verilmişdir. X9 xx.xx.2011-ci ildə vəfat etmişdir. İş materiallarında olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan görünür ki, iddiaçı və onun ailə üzvləri uzun müddət həmin mənzildə yaşamış və hazırda da yaşamaqdadır. İddiaçı X2 Nərə Balıq artırma zavodu həmkarlar təşkilatının 28 sentyabr 2010-cu il tarixli, 01 nömrəli qərarı və X23 artırma zavodunun 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli orderi ilə mərhum həyat yoldaşı X5 verilmiş Şirvan şəhəri, Nizami küçəsi, 65 ünvanında yerləşən evə dair hüquqlarının dövlət qeydiyyatına alınması, həmin evə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh təşkilat isə ərizədə qeyd olunan tələbi icra etməkdən imtina etmiş, buna səbəb kimi iddiaçının təqdim etdiyi sənədlərə müvafiq icra hakimiyyəti orqanının sərəncamının, order və ya mənzil kirayə müqaviləsinin əlavə olunmadığını göstərmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan X23 artırma zavodunun 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli orderi ilə mərhum həyat yoldaşı X5 verilmiş Şirvan şəhəri, Nizami küçəsi, 65 ünvanında yerləşən mənzil sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.11-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən mənzil sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, sözügedən mənzil sahəsi iddiaçının mərhum həyat yoldaşına X23 artırma zavodunun 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli orderi əsasında verilmişdir. Həmin sənəd qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin sənəd hüquqların qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədin qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, X23 artırma zavodunun 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli orderi mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Mülki Məcəllənin 139-1.1.1-ci və 139-1.1.11-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci, 8.0.11-ci və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, X23 artırma zavodunun 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli orderi həmin mənzil sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mənzil sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassız olmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı məktubunda imtinanın əsas səbəbi kimi iddiaçının təqdim etdiyi sənədlərə müvafiq icra hakimiyyəti orqanının sərəncamının, order və ya mənzil kirayə müqaviləsinin əlavə olunmadığı göstərilmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasına münasibətdə qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993-cü il tarixli 463 nömrəli Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədləri mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və mənzil sahəsinin orderi varıdır. İddiaçı həmin sənədlərin əsillərini məhkəməyə təqdim etmiş və məhkəmə həmin sənədləri iş materiallarına əlavə etmişdir. Həmin sənədlər hüququn qeydə alınması üçün əsasdır və yuxarıda qeyd edilən hüquq normalarına görə mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd qeyd edir ki, iddiaçının tələbinin hüquqi əsası olan X23 artırma zavodunun 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli orderin tarixi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindikdən (2009-cu il oktyabrın 1dən) sonrakı tarixə təsadüf etsədə, bu hal həmin mənzil sahəsi üzərində iddiaçının hüquqların dövlət qeydiyyatının aparılmasından imtina üçün əsas deyildir. Çünki, işin mübahisələndirilməyən hallarına görə iddiaçının mərhum əri X1 Nərə Balıq artırma zavodunun əməkdaşı olmuş, sözügedən mənzil iddiaçının mərhum ərinə 2009-cu il oktyabrın 1-dək faktiki olaraq verilmiş və iddiaçının mərhum əri ailə üzvləri ilə, o cümlədən iddiaçı ilə birlikdə uzun müddət yəni, vəfat etdiyi günə kimi həmin mənzildə mülkiyyətçi hüququ ilə yaşamış, mənzildən təyiantı üzrə istifadə etmişdir. Hazırda da iddiaçı digər ailə üvləri ilə birlikdə həmin mənzildə yaşamaqdadır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993-cü il tarixli 463 nömrəli Qanunun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunmasıdır. Hazırda da iddiaçı uzun müddət yaşadığı mənzili özəlləşdirmək niyyətindədir. Məhkəmənin sorğusu əsasında təqdim edilən X6 Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 09 avqust 2024-cü il tarixli, 06 saylı saylı iclas protokolunun qərar hissəsindən görünür ki, C.Cavadov adına X14 və X16 zavodunun balansında olan yaşayış evlərində uzun müddət yaşayan vətəndaşlar tərəfindən həmin evlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi məqsədəmüvafiq hesab edilmiş, X14 və X16 zavodunun balansında olan yaşayış evlərində uzun müddət yaşayan vətəndaşlara həmin evlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilməsinə və müvafiq sənədləşmə işlərinin aparılmasına dəstək məqsədilə onlara müvafiq arayışların verilməsinin təmin edilməsi qeyd edilmişdir. Təsadüfi deyildir ki, sözügedən mənzilin balans saxlayıcısı olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X18 Resursların Artırılması və Mühafızəsi Departamentinin xx.xx.2015-ci il tarixli 16/626 nömrəli məktubu ilə və X6 Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 09 avqust 2024-cü il tarixli, 06 saylı saylı iclas protokolunun qərarı ilə istifadə olunan həmin mənzillər (o cümlədən iddiaçının istifadəsində olan mənzil) onun istifadəçiləri tərəfindən özəlləşdirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-14-24/2- 652/2024 saylı məktubun məzmunundan görünür ki, X23 artırma zavodunun 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli orderin verilməsinə əsas olan sənədlər, o cümlədən Həmkarlar İttifaqı Komitəsinin qərarı arxivdə aşkar olumasa da, həmin məsələ ilə əlaqədar təkrarən X6 Xidmətinin Həmkarlar İttifaqı Komitəsi qərar qəbul etmişdir. Hətta, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından və təqdim etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-14/2-1888- D-xx-xx/2024 saylı məktubundan görünür ki, Nazirlik tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilərək, X23 artırma zavodunun balansında uzun müddət yaşayış olan binaların həmin mənzildə məskunlaşmış sakinlərin mülkiyyətinə verilməsi xahiş edilmişdir. Qeyd olunanlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, Şirvan şəhəri, Nizami küçəsi, 65 ünvanında yerləşən 3 otaqdan ibarət 36 kv.m. mənzil sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ötrü təqdim etidiyi orderin tarixi 2009-cu il oktyabrın 1-dən sonrakı tarixə təsadüf etsədə, bu hal həmin mənzil sahəsi üzərində iddiaçının hüquqların dövlət qeydiyyatının aparılmasından imtina üçün əsas deyildir. Başqa sözlə, Şirvan şəhəri, Nizami küçəsi, 65 ünvanında yerləşən 3 otaqdan ibarət 36 kv.m. mənzil sahəsi üzərində iddiaçının hüquqları order əsasında 2009-cu il oktyabrın 1-dən sonrakı tarixdə rəsmiləşsə də, əslində həmin mənzil üzərində hüququ 2009-cu il oktyabrın 1-ə qədər yaranmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın X23 artırma zavodunun 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli orderi ilə X5 5 nəfərdən ibarət ailə tərkibi ilə birlikdə verilmiş Şirvan şəhəri, Nizami küçəsi, 65 ünvanında yerləşən 3 otaqdan ibarət 36 kv.m. mənzil sahəsinin iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından, həmin daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsindən imtina etməsinin hüquqi əsası yoxdur. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi mənzil səlahiyyətli orqanın – X23 artırma zavodunun 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli orderi əsasında verilmişdir və həmin order hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan orderə və orderə qədər həmin orderi verən qurumun hərəkətlərinə etimad göstərək mənzildən təyinatı üzrə istifadə etmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı mənzilə təxminən 30 ildən çox müddət ərzində fasiləsiz və etirazsız sahiblik etdiyindən onun həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Lakin, inzibati orqan qanunun bu tələblərinə əməl etməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün olmamış, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun deyildir. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur.
Nəticəvi hissə:
Beləliklə, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(120)-450/2023 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. X23 artırma zavodunun 28 sentyabr 2010-cu il tarixli, 160 nömrəli orderi əsasında verilmiş ünvan 1 ünvan nəzərə alınmaqla) yerləşən mənzil sahəsi üzərində iddiaçı X8 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və bu barədə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.