Məhkəmə qərarları › İş №2-1(106)-140/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-140/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-140/2024 01.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2-1(120)-667/2023 nömrəli qərarından cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********414700 nömrəli qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********414700 nömrəli qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 01 sentyabr 2023-cü il tarixli, 2-1(120)-667/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 5 saylı Ərazi Vergilər İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********414700 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci il mənfəət vergisi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********414700 nömrəli qərara əsasən analoji olaraq kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə 31167,56 manat vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış mənfəət vergisi məbləği əsassız və qanunsuz olaraq hesablanmışdır. "xxxx" MMC tərəfindən 5 saylı Ərazi Vergilər İdarəsinin uyğunsuzluq məktubu ilə əlaqədar bildirilmişdir ki, cəmiyyətin ƏDV qeydiyyat tarixinin xx.xx.2013-cü il olmasına baxmayaraq cəmiyyətə məxsus obyekt (anbar) xx.xx.2021-ci il tarixdə vergi qeydiyyatına alınmışdır. "xxxx" MMC xx.xx.2011-ci il tarixdə vergi ödəyicisi kimi, xx.xx.2013-cü ildə ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçisi 1-ci Qarabağ müharibəsinin veteranı X1r. Yarandığı gündən halhazıradək cəmiyyətin direktoru X4 olmuşdur. Fəaliyyəti dövründə cəmiyyət əsasən “Salyan OİL" (VÖEN **********) şirkətinə mal satışı ilə məşğul olmuşdur. 2021-ci il ərzində cəmiyyət yalnız "0" dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatlar aparmış, cəmiyyətin ümumi dövriyyəsi 761314,10 manat olmuşdur. Yarandığı gündən hal-hazıradək cəmiyyət tərəfindən dövlət büdcəsinə ödənilmiş vergi məbləği 76108,47 manat olmuşdur. Cəmiyyətin 2 (iki) nəfər işçisi vardır ki, onların əmək haqqı məbləğləri bütün dövrlərdə Respublika üzrə minimum əmək haqqı məbləğindən yüksək olmuşdur. Cəmiyyət üzrə hazırda işçilərin aylıq əmək haqqı fondu 620,0 manat təşkil edir. Əmək haqlarından tutulan vergilərə güzəşt verilənədək, yəni, xx.xx.2019-cu ilədək cəmiyyət üzrə işçilərin əmək haqqından 936,97 manat gəlir vergisi hesablanıb ödənilmişdir. Cəmiyyət tərəfindən hesablanmış vergilər və işçilərin aylıq əmək haqqı fondundan DSMF-yə ayırmalar vaxtında və artıqlamasilə tam məbləğdə ödənilir. Belə ki, hal-hazırda cəmiyyətin vergilər üzrə dövlət büdcəsinə 1302,18 manat artıq ödəməsi vardır. Cəmiyyət tərəfindən fəaliyyəti dövründə əmtəəsiz əməliyyatlar aparılmamışdır. Cəmiyyət tərəfindən fəaliyyəti dövründə yalnız "Salyan OYL Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə (**********) və "xxxx" MMC-yə (VÖEN 1********) mal satışı həyata keçirilmişdir. Cəmiyyət xx.xx.2021-ci il tarixədək "xxxx" MMC (**********) və ”NHAO” MMC (**********) ilə, xx.xx.2021-ci il tarixədək "xxxx" MMC (**********) ilə, xx.xx.2021-ci il tarixədək "xxxx" MMC (**********) ilə, xx.xx.2021-ci il tarixədək "xxxx" MMC (**********) ilə, xx.xx.2021-ci il tarixədək "xxxx" MMC ilə (**********) qarşılıqlı əməliyyatlar aparmış və onlardan müxtəlif mallar almışdır. Aparılmış araşdırmalara görə "xxxx" MMC (**********) və ”NHAO” MMC (**********) yalnız xx.xx.2021-ci ildən, "xxxx" MMC (**********) xx.xx.2021-ci ildən, "xxxx" MMC (**********) və Apolon” MMC (**********) xx.xx.2021-ci ildən, "xxxx" MMC (**********) isə xx.xx.2021-ci ildən riskli vergi ödəyiciləri elan edilmişdir. Bildiririk ki, cəmiyyət xx.xx.2021-ci ildən sonra "xxxx" MMC (**********) və "xxxx" MMC (**********) ilə, xx.xx.2021-ci il tarixdən "xxxx" MMC (**********) ilə, xx.xx.2021-ci ildən sonra "xxxx" (**********) ilə, xx.xx.2021-ci ildən sonra "xxxx" MMC (********** )ilə, xx.xx.2021-ci ildən sonra "xxxx" MMC (**********) ilə, yəni həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri elan olunduqdan sonra onlarla heç bir əməliyyat aparmamışdır və aparmayacaqdır. Kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********496901 nömrəli), xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********496902 nömrəli) və xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********496903 nömrəli) müraciətlərin araşdırılmasının nəticəsinə əsasən Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********425900 nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən, kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli inzibati şikayətlər təmin edilməmiş, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********758100 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən iş üzrə səlahiyyətli orqan işə baxarkən və qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımı qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Prosessual məsələlər Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, mübahisələndirilən qərar hələdə qüvvədədir və mübahisələndirilmiş qərar qəbul edildikdən sonra iddiaçı tərəfindən yeni dəqiqləşdirmə bəyannaməsi təqdim edilməmişdir. 6 hüquqi şəxslə 155837,80 manat məbləğində maliyyə əməliyyatları olmuş və həmin əməliyyatlar əmtəəsiz dövriyyə əməliyyatları kimi qeydiyyata alınmışdır. Həmin hüquqi şəxslərin alış sənədlərinə, idxal sənədlərinə və elektron qaimə fakturalarına baxış keçirildikdə görünür ki, həmin hüquqi şəxslər iddiaçıya satdıqları malların qanuni sahibləri olmamışlar. Yəni iddiaçı ilə 6 hüquqi şəxs arasında əməliyyatlarla əlaqədar olan qaimə fakturalarda qeyd olunan malların həmin hüquqi şəxslərə aid olması barədə vergi orqanında heç bir məlumat yoxdur. Həmin 6 hüquqi şəxs riskli vergi ödəyicisi kimi qeydiyyata alınaraq, barələrində qərar qəbul olunmuşdur və heç biri də bu qərarı mübahisələndirməmişdir. Həmin hüquqi şəxslər riskli vergi ödəyiciləri elan edildikdən sonra (yəni onların riskli vergi ödəyiciləri olmaları barədə qərar qəbul edildikdən sonra) iddiaçı həmin 6 hüquqi şəxslə vergi əməliyyatı (yəni alqı-satqı) həyata keçirməmişdir.Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan 5 saylı Ərazi Vergilər İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********414700 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya 2021-ci il üzrə əlavə 31167,56 manat mənfəət vergisi hesablanmışdır. İşdə olan Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********453400 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İşdə olan Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********448200 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İşdə olan Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********114800 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İşdə olan Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********669000 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İşdə olan Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********667600 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İşdə olan Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********453800 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli, 9/8927 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində və təqdim edilmiş iş materiallarından göstərilənlər nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli, **********414700 saylı qərarı ilə İddiaçı MMC-yə əlavə olaraq hesablanmış vergi məbləğinin düzgün hesablanmaması müəyyən olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin onuncu fəslindəki maddələr fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan münasibətləri tənzimləyir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən onuncu fəsil gəlir vergisinin və mənfəət vergisinin məqsədləri üçün tətbiq edilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Həmin Məcəllənin 130.4-cü maddəsinə əsasən mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Məhkəmə kollegiyası müəyyən etdi ki, iddiaçı sahibkarlıq məqsədilə 6 hüquqi şəxsdən ayrı-ayrı vaxtlarda 16 elektron qaimə-faktura olmaqla mallar almış və onları digər şəxslərə satmışdır. İddiaçı qeyd edir ki, o, mübahisəli malları elektron qaimə-faktura ilə almış, eyni zamanda elektron qaimə-faktura ilə başqa şəxslərə satmışdır. Vergi orqanı onun, yəni iddiaçının mübahisəli malları hansı şəxslərə satmasını elektron məlumatlarla görə bilir. Mübahisəli 16 elektron qaimə-faktura ilə iddiaçı əməliyyatlar həyata keçirən tarixlərdə həmin 6 hüquqi şəxs riskli vergi ödəyiciləri olmamışdırlar. İddiaçı həmin 6 hüquqi şəxslə 16 elektron qaimə-faktura ilə əməliyyatlar həyata keçirdikdən sonra həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilmişdir. İddiaçı həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilməmişdən əvvəl onların riskli vergi ödəyiciləri olmalarını müəyyən edə bilməzdi. Cavabdeh isə zəruri araşdırma aparmadan iddiaçının həmin 16 elektron qaimə-faktura üzrə əmtəəsiz əməliyyatlar aparmasına istinad edərək iddiaçıya əlavə mənfəət vergisi hesablamışdır. Belə ki, həmin 16 elektron qaimə-faktura üzrə ümumilikdə 155837,8 manat dəyərində elektron qaimə-fakturaların "xxxx" MMC-nin xərclərindən silinərək 31167,56 (155837,8x20%=31167,56) manat dəyərində əlavə mənfəət vergisi hesablanmışdır. Cavabdeh ümumi formal əsaslarla apellyasiya şikayəti vermiş, lakin mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2-1(120)-667/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar