Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-141/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(120)-1904/2022 nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin (bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, təhvil-təslim aktları, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2, Forma 3, e-qaimə fakturalar, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), aparılmış idxalixrac əməliyyatlarına dair gömrük sənədləri, mətbəələrdən alınmış ciddi hesabat blanklarının hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər üzrə bağlanmış müqavilələr, əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə (2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatlar, alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə) 2019cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə illik gəlir vergisinin yoxlanılması üçün gəlir və xərcləri təsdiq edən sənədlər, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri (icarə müqavilələri daxil olmaqla), tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri təsdiq edilmiş (imza və möhürlə) surətlərinin iddiaçıya təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 24 noyabr 2022-ci il tarixli, 2-1(120)-1904/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərarına əsasən təyin edilmiş səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin (bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, təhvil-təslim aktları, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2, Forma 3, e-qaimə fakturalar, malmaterialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), aparılmış idxalixrac əməliyyatlarına dair gömrük sənədləri, mətbəələrdən alınmış ciddi hesabat blanklarının hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər üzrə bağlanmış müqavilələr, əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə (2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatlar, alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə) 2019cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə illik gəlir vergisinin yoxlanması üçün gəlir və xərcləri təsdiq edən sənədlər, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri (icarə müqavilələri daxil olmaqla), tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri təsdiq edilmiş (imza və möhürlə) surətlərinin Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsi vəzifəsinin Cavabdeh (VÖEN **********) üzərinə qoyulması qərara alınmışdır. Qərardan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarına əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə etməklə Cavabdeh (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması keçirilir. Səyyar vergi yoxlamasına xx.xx.2022-ci il tarixdə başlanılmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli, KY221731312 nömrəli çıxarış, xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar və xx.xx.2022-ci il tarixli **********156619 nömrəli vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə xx.xx.2022-ci il tarixli, **********099000 nömrəli məktubla cavabdehin elektron poçtuna (xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuş) və kağız daşıyıcısı formasında hüquqi ünvanına göndərilmişdir. Tələbnamədə göstərilən müddətin keçməsinə baxmayaraq, tələb olunan sənədlərin təsdiq olunmuş surətləri vergi orqanına təqdim edilməmişdir. Vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün tələb olunan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin (bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, təhvil təslim aktları, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2 və Forma 3, e-qaimə fakturalar, malmaterialların hərəkəti barədə aylıq material hesabatlar, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), aparılmış idxalixrac əməliyyatlarına dair gömrük sənədləri, mətbəələrdən alınmış ciddi hesabat blanklarının hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatlar, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər üzrə bağlanmış müqavilələr, əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə (2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatlar, alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə) 2019cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatlar, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə illik gəlir vergisinin yoxlanması üçün gəlir və xərcləri təsdiq edən sənədlər, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri (icarə müqavilələri daxil olmaqla), tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri) təsdiq edilmiş (imza və möhürlə) surətlərinin təqdim olunması təklif edildi. Lakin Cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını məhkəmə qaydasında mübahisələndirdiyini əsas gətirərək tələb olunan ilkin mühasibat sənədlərinin yoxlamaya təqdim olunmasından imtina etdi. Vergi orqanı tərəfindən bu barədə xx.xx.2022-ci il tarixli sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə akt (elektron və kağız daşıyıcı formasında olmaqla) tərtib edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar və sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə akt xx.xx.2022-ci il tarixli, **********399300 nömrəli məktubla vergi ödəyicisinin elektron poçtuna və kağız daşıyıcı formasında poçt vasitəsi ilə hüquqi ünvanına göndərilmişdir. Beləliklə, səyyar vergi yoxlamasının keçirilməsi üçün yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilərək ona xx.xx.2022-ci il tarixli, **********156619 nömrəli vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə göndərilmişdir. Cavabdeh də qeyd edilən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Cavabdehin həmin iddiası üzrə yekun məhkəmə qərarı olmadığı halda birinci instansiya məhkəməsinin hazırkı iddianı təmin etməsi qanuni və əsaslı ola bilməz. Prosessual məsələlər Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İşin faktiki hallarından görünür ki, iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərarı ilə vergi ödəyicisi olan Cavabdeh mart 2019 – fevral 2022 vergi dövrünü əhatə edən fəaliyyəti üzrə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi xx.xx.2022-ci il tarixli, **********56619 nömrəli tələbnamə ilə cavabdehdən tələb olunmuş, lakin cavabdeh həmin sənədləri təqdim etməkdən imtina etmişdir. İddiaçı da bu səbəbdən məhkəmədə cavabdehə qarşı hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutların məcmusuna vergi qanunvericiliyinin müvafiq hüquq normaları daxilində hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından formal əsaslarla apellyasiya şikayəti verərək iddiaçının onun barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını məhkəmə qaydasında mübahisələndirdiyini və həmin iddia üzrə yekun məhkəmə qərarı olmadığı halda birinci instansiya məhkəməsinin hazırkı iddianı təmin etməsinin qanuni və əsaslı ola bilməyəcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, səyyar vergi yoxlaması keçirilərkən yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tələb etmək vergi orqanının hüququ və vəzifəsidir. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs də həmin sənədləri və ya elektron faylları vergi orqanına təqdim etməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(120)-1904/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-141/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-141/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver