Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-141/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçı X5, cavabdehin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2-1(120)-242/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, lakin hal-hazırda Şirvan şəhərində qeydiyyatda olmaqla yaşayır. O, iddiaçı 1978-1988-ci ilə kimi "Sabirabad rayonun Qələbə adına kolxoz”-da“koxozçu”. xx.xx.1989-xx.xx.2000-ci ilə kimi "Qazıməmməd şəhər Kommunal Miiəssəsələri Kombinatı-da “bina və qurğularının su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasivaçı" vəzifəsində və xx.xx.2000-xx.xx.2006-cı ilə kimi isə "X25-Tikinti İdarəsi"-də "laborant" vəzifəsində işləməklə ümumi 21 il 02 ay 23 gün əmək stajı vardır. Həmin əmək stajının xx.xx.1989-xx.xx.2000-ci ilə kimi “Qazıməmməd şəhər Kommunal Miiəssisələri Kombinatı-da "bina və qurğularının su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı" vəzifəsində işləməklə ağır və zərərli iş stajı olmuşdur. İşlədiyi sahə ağır iş stajı olduğuna görə hesab edir ki, ona xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş "Əmək pensiyaları haqqında" Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş "Vətəndaşalrın pensiya təminatı haqqında"Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən xx.xx.2012-ci il tarixdən 52 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X23 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında”Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1 -ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır.Bildiririk ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icrahakimiyyət* orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasınınminimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısı” nın Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) izolyasiyaçılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1989-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında su xətlərinin izolyasiyaçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Bundan başqa iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı da 20 ildən az (16 il 10 ay 3 gün (xx.xx.1989- xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə qərarı qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2-1(120)-242/2023 saylı qərarı ilə (hakim Amilya Hüseynova) iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası Məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 - ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) izolyasiyaçılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1989 xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında su xətlərinin izolyasiyaçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Beləliklə, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Qeyd edilən səbəbdən İddiaçı güzəştli iş stajı yoxdur. Həmçinin, iddiaçının 1 yanvar 2006 - cı il tarixədək ümumi iş stajı 20 ildən az - 16 il 10 ay 3 gün (xx.xx.1989 - xx.xx.2000-ci il, xx.xx.2000 - xx.xx.2001-ci il və xx.xx.2001 - xx.xx.2006 - cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq bildiririk ki, iddiaçı tərəfindən təqdim edilmiş Dövlət Arxivinin 7 yanvar 2019-cu il tarixli 3 nömrəli arayışında göstərilən iş stajı əmək kitabçasında göstərilmədiyindən, həmin dövrləri güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası “Əmək Məcəlləsi” nin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay. il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996 - cı il tarixli 186 nömrəli Qərarının 1.2 - ci bəndinə əsasən əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bu səbəbdən də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiası təmin olunmamalıdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2-1(120)-242/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X21 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2-1(120)-242/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2-1(120)-242/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyaya əsasən: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısı (əlavəsi): XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texnik təchizatı, bərpası və təmiri: izolyasiyaçılar (2290000a—12520) 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. -3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, iddiaçının tələbi ona “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək təhsil dövrü, hərbi xidmət, kolxozda işlədiyi müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı cavabdeh inzibati orqana hazırkı tələblə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etdiyindən qanunvericiliyə əsasən əmək pensiyaları müraciət edilən tarixdən əvvəlki üç il üçün (xx.xx.2021 - 3 il = xx.xx.2018) ödənildiyindən ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanıb ödənilməlidir. Mehtiyeva X4 rayon İH-nin Kommunal Müəssisələr Kombinatında işlədiyi 11 il 03 ay 27 gün «bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı» vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci i tarixli, 12 saylı Qərarının «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa gör güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin: 2 №-li Siyahısının mXXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texnik təchizatı, bərpası və təmiri: «izolyasiyaçılar (2290000a—12520)» uyğundur və siyahıda qeyd edilmişdir. Onun işlədiyi vəzifə ağır və zərərli iş stajı olduğundan, həmin koda əsasən X3 güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur və Şirvan şəhəri, A.Mustafayev küçəsi,16-da qeydiyyatda olmaqla orada yaşayır. İşdə olan iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1989-xx.xx.2000-ci ilə kimi "Qazıməmməd şəhər Kommunal Müəssəsələri Kombinatı-da “bina və qurğularının su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı" vəzifəsində və xx.xx.2000-xx.xx.2006-cı ilə kimi isə"X25-Tikinti İdarəsi"-də "labarant" vəzifəsində işləmişdir. İşdə olan Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 20 nömrəli arayışında göstərilmişdir ki, Şirvan şəhər sakini İddiaçı adıHacıqabul rayon Dövlət Arxivində fond-22-də qorunub saxlanılan Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatının 1989-2000-ci illərə aid əmr kitablarında adı bina və qurğularda su və kanalizasiya xətləri üzrə izolyasiyaçı kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X9 iddiaçıya ünvanladığı 24 fevral 2021-ci il tarixli, 49 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan (Əli- Bayramlı) şəhər 15 saylı (sonradan 3 saylı Yol Tikinti İdarəsi adlanıb) Yol-Tikinti idarəsinin 2000-2006-cı illərin əmrlər kitabında 19/K və 10/K əmrlər aşkar edilmişdir. xx.xx.2000-ci il tarixli, 19/K nömrəli əmrdə göstərilmişdir ki, İddiaçı - əmək haqqı işəmuzd sistemi ilə ödənilməklə idarəyə labarant vəzifəsinə qəbul edilmişdir. xx.xx.2006-cıil tarixli, 10/K nömrəli əmrdə göstərilmişdir ki, İddiaçı – Azərbaycan Respublikası ƏQM-nin 70-ci maddəsinin “V” bəndinə əsasən işdən azad edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 03 sentyabr 2021-ci il tarixli, **********9 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatüzrə Mərkəzi Filialına 4 iyun 2021-ci il tarixində daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” AzərbaycanRespublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinəəsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) izolyasiyaçılar vəzifəsi nəzərdə tutulmuşdur.Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1989-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında su xətlərinin izolyasiyaçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Bundan başqa 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı da 20 ildən az (16 il 10 ay 3 gün (xx.xx.1989-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il və xx.xx.2001- xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan Sabirabad rayon Dövlət arxivinin xx.xx.2019-cu il tarixli 3 nömrəli arxiv arayışından görünür ki, X7 1978-1988-ci illərdə Qələbə kolxozunda işləmişdir. İşdə olan Hacıqabul rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 8 nömrəli məktubunda göstərilmişdir ki, Hacıqabul rayonu Dövlət Arxivində fond-22- də qorunub saxlanılan Hacıqabul rayon Kommunal Müəssisələri idarəsinin 1989-2000-ci illərə aid əmr kitablarında İddiaçı adı bina və qurğularda su və kanalizasiya xətləri üzrə izolyasiyaçı kimi və məktuba əlavə olunmuş arayışda olduğu kimi qeyd edilmişdir. İşdə olan İİİ-ЖГ 423208 nömrəli nigahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 03 yanvar 1985-ci il tarixdə X12 ilə X6 arasında nigah bağlanmışdır. Nigahdan sonra qadın Mehtiyeva soyadını götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsi ilə X1 pensiya işinin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli etiraza əlavə məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X23 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əməkpensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 - ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1 -ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 2Q il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın Bina,qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) izolyasiyaçılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1989-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında su xətlərinin izolyasiyaçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Bundan başqa iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı da 20 ildən az (16 il 10 ay 3 gün (xx.xx.1989xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş Dövlət Arxivinin 7 yanvar 2019cu il tarixli 3 nömrəli arayışında göstərilən iş stajı əmək kitabçasında göstərilmədiyindən, həmin dövrləri güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası “Əmək Məcəlləsi”-nin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996 - cı il tarixli 186 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun pensiya kapitalı 21128,11 manat hesablanmışdır. 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət X9 məhkəməyəünvanladığı 09 mart 2022-ci il tarixli, 100 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan (Əli Bayramlı) şəhər 15 saylı (sonradan 3 saylı Yol Tikinti İdarəsi adlanıb) Yol Tikinti idarəsinin əmək haqqı cədvəlləri X22 filialınına təhvil verilməyib. Vətəndaş İddiaçı əmək fəaliyyəti ilə bağlı verilməsinə əsas olmuş sənədin müvafiq qaydada təsdiq olunmuş surətini təqdim edilmişdir. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-1330/2022 nömrəli, 22 sentyabr 2022- ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sabirabad rayon Dövlət Arxivində mühafizə olunan 1978-1988-ci illər üzrə “Qələbə” adına kolxozda işləməsinə dair sənədlərdə qeyd edilmiş “Sadət” adının xx.xx.1960-cı il tarixdə Sabirabad rayonu, Axtaçı Muğan kəndində anadan olmuş İddiaçı məxsus olması faktı təsdiq edilmişdir. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-1330/2022 nömrəli, 04 noyabr 2022-ciil tarixli arayışında göstərilmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1330/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ərizəçi ehtiyeva Səadət Əliyusif qızının maraqlı şəxs Milli Arxiv İdarəsinin Sabirabad rayon Dövlət Arxivinə qarşı “adın tanınması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sabirabad rayon Dövlət Arxivində mühafizə olunan 1978-1988-ci illər üzrə “Qələbə” adına kolxozda işləməsinə dair sənədlərdə qeyd edilmiş “Sadət” adının xx.xx.1960-cı il tarixdə Sabirabad rayonu, Axtaçı Muğan kəndində anadan olmuş İddiaçı məxsus olması faktı təsdiq edilmişdir. Qeyd olunan qətnamə 04 noyabr 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan İddiaçı əmək fəaliyyətinin yoxlanılmasına dair, tərtib edilmiş xx.xx.2019-cu il tarixli qarşılıqlı yoxlama aktının təsdiq edilmiş surətindəgöstərilmişdir ki, İddiaçı əmək stajı əmr kitabları və əmək haqqı cədvəlinə əsasən aparılmışdır. Əmək haqqı cədvəllərinə əsasən İddiaçı iş stajının yoxlanılması mümkün olmadığı üçün əmr kitablarında adınınqeyd olunmasına baxmayaraq təsdiq etmək mümkün olmadı. İşdə olan Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 07 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Kommunal Müəssisələri İdarəsində işləyib-işləməməsi barədə məlumatları Hacıqabul Rayon Dövlət Arxivindən əldə edə bilər.1989-2000 ci illəri əhatə edən maliyyə və digər sənədlər Dövlət arxivinə təhvil verilmişdir. İşdə olan Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 20 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı 1990-1991, 1993-1995, 1997- 1999-cu illərdə Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında işləmişdir. İşdə olan Şirvan şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 5-8/2-999/2023 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının işlədiyi qeyd edilən “su xətlərinin izolyasiyaçısı” vəzifəsinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrə aid olub-olmaması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ciil tarixli 12 nömrəli Qərarı və ya bu tarixə kimi qüvvədə olan xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf'na əsasən müəyyən edilir. İddiaçı qeyd olunan vəzifədə işləməsi, həmçinin həmin vəzifə üzrə əmək funksiyaları barədə məlumatlar Şirvan Şəhər İcra Hakimiyyətində aşkar edilmədi. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 10 may 2023-cü il tarixli, 3-17-1/2-102655/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatüzrə Mərkəzi Filialına 12 aprel 2023-cü il tarixində daxil olmuş 2-1(120)-242/2023 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır.Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərləyaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ- hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını,X20 qərarlarını, X20 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.Həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyənedilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) izolyasiyaçılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun 06.02.1 ƏSƏ-SO.05.2000-ci il tarixləri arasındakı dövr ərzində Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında su xətlərinin izolyasiyaçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi sahə yuxarıda qeyd olunan Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə uyğun deyil. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1960-cı ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun müraciətindən imtina edilmişdir. İmtinanın səbəbi iddiaçının xx.xx.1989xx.xx.2000-ci il tarixlərində Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında su xətlərinin izolyasiyaçısı vəzifəsində işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu vədigər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) izolyasiyaçılar vəzifəsi olmamasıdır. Yəni, xx.xx.1989-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında su xətlərinin izolyasiyaçısı vəzifəsində işlədiyi sahə yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının tələb olunan ümumi sığorta stajına malik olması birinci instansiya məhkəməsində işə baxılan zaman mübahisələndirilsədə, apellyasiya instansiyasında işə baxılan zaman mübahisələndirilməmişdir. Yəni, cavabdeh iddiaçının 1978-ci ildən 1988-ci ilədək “Qələbə” adına kolxozda kolxozçu işlədiyi 6 il 3 ay dövrü əvvəl qəbul etməsə də, sonradan həmin dövrü, o cümlədən xx.xx.1989-xx.xx.2000-ci il tarixlərdə Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında su xətlərinin izolyasiyaçısı vəzifəsində işlədiyi dövrü mübahisəsiz sığorta stajı kimi qəbul etmiş və iddiaçının ümumi sığorta stajının 26 il 4 ay 3 gün olduğunu qəbul etmişdir. Yuxarıda qeyd olunduğu kimi mübahisə yalnız iddiaçının xx.xx.1989-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında su xətlərinin izolyasiyaçısı vəzifəsində işlədiyi dövrün güzəştli sıorta stajı kimi qəbul edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olandigər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısıüzrə: qadınlar – 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısındanəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə kollegiyası cavabdehin pensiya təyin edilməsindən imtina edərkən gətirdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, iddiaçının xx.xx.1989-xx.xx.2000-ci illərdə Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında işlədiyi bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısının «Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» adlanan XXVİİ bölməsində nəzərdə tutulmuş «izolyasiyaçılar» (şifrə: 2290000a-12520) bəndinə uyğundur. Belə ki, işdə olan Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2021-ci il tarixli, 74 nömrəli arayışından göstərilmişdir ki, xx.xx.1989-cu i tarixdə, 07 №-li Əmrlə Hacıqabul rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatına bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı vəzifəsinə qəbul edilmişdir. Kommunal Müəssisələri Kombinatın xx.xx.2000-ci il tarixdə, 5/k №-li Əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Onun peşə və vəzifə təlimatına əsasən gördüyü işlər bina və qurğularında yerləşən zirzəmilərdən keçən su və istilik sistemlərinin, kanalizasiya (məişət texniki sularının xətlərinin təmir və bərpasından, yəni korroziyadan qorunması üçün izolyasiya (şüşə liftlərlə sarınması edilməsindən ibarət olmuşdur. İşlədiyi müddətdə ona əmək haqqıya 12-24%-ə kimi əlavə pul və məzuniyyət gününə 6 təqvim günü əlavə edilmişdir. İşlədiyi vəzifə ağır və zərərli olduğundan sabuı və süd məhsulları ilə təmin edilmişdir. Belə ki, Mehtiyeva X4 rayon İH-nin Kommunal Müəssisələr Kombinatında işlədiyi 11 il 03 ay 27 gün «bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı» vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci i tarixli, 12 saylı Qərarının «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa gör güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin: 2 №-li Siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texnik təchizatı, bərpası və təmiri: «izolyasiyaçılar (2290000a—12520)» uyğundur və siyahıda qeydedilmişdir. Onun işlədiyi vəzifə ağır və zərərli iş stajı olduğundan, həmin koda əsasən X3 güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verir. Həmçinin Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən təqdim edilmiş “bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasıyaçı”nın vəzifə təlimatında izolyaçının əsas vəzifə və funksiyasının bina və qurğularda yerləşən zirzəmilərdən keçən su və istilik sistemlərinin, kanalizasiya xətlərinin təmir və bərpasından, yəni korroziyadan qorunması üçün izolyasiya edilməsi; binaların, qurğu və avadanlıqların vaxtından əvvəl xarab olub sırdan çıxmasının qarşısını alan işləri görür, zədə və nasazlıqları aradan götürür. Müayinə siyahısı əsasında tərtib edilmiş cədvəl üzrə vaxtaşırı il ərzində bina və qurğuların profilaktik və cari təmirini, xidmət etdiyi qurğu və avadanlığın konstruktiv xüsusiyyətlərini və iş rejimini, təhlükəsizlik və yanğından mühafizə tədbir və qaydalarını təmin edən təlimatları həyata keçirir. Bundan başqa, hazırki işə oxşar digər işdə Azərbaycan Respublikası Ali Məhkəməsi 2- 1(102)-520/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarında cavabdehin mübahisələndirdiyi dövrü güzəştli sığorta stajı kimi qəbul etmişdir (iş vərəqi 230-232). Sözügedən qərardan görünür ki, həmin iş üzrə iddiaçının Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında işlədiyi bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısının «Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» adlanan XXVİİ bölməsində nəzərdə tutulmuş «izolyasiyaçılar» (şifrə: 2290000a-12520) bəndinə uyğundur. Həmin iş üzrə iddiaçı qismində iştirak edən X1 iş materiallarına əlavə edilmiş pensiya işindən görünür ki, həqiqətəndə ona Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında “izolyasiyaçı” vəzifəsində işlədiyi dövrlər nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir (iş vərəqi 112-152). Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Başqa sözlə, həmin mübahisəli müəssisədə işləyən yuxarıda qeyd edilən şəxslər ilə bağlı hazırkı mübahisəyə münasibətdə də cavabdeh eyni qaydada davranmağa və bərabər yanaşma prinsipinə əməl etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyə əsaslanaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən 52 yaşdan təyin edilməsi vəmüraciət tarixindən əvvəlki 3 il yəni, xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2-1(120)-242/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.