Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-141/2025 23.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Çilingir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11 oölunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)-597/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin X2rşı “hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla, sosial sığorta haqqı kimi ödədiyi məbləğin sosial sığorta stajına daxil edilməsi və yaranmış fərqin pensiya təyin olunan tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-597/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin X1rşı “hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla, sosial sığorta haqqı kimi ödədiyi məbləğin sosial sığorta stajına daxil edilməsi və yaranmış fərqin pensiya təyin olunan tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə iddiaçının olduğu kimi saxlanılması, cavabdeh kimi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının qəbul edilməsi, Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin X10 Filialının cavabdeh sırasından çıxarılması, iddia tələbinə “2009-cu il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)-597/2024 nömrəli qərarı (hakim Şahəli Musayev) iddia təmin edilmiş, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot X5rşı “2009-cu il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin X10 Filialının nümayəndəsi X3 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-597/2024 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən ləğv edilməli və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçı iddia ərizəsində xx.xx.2009-cu il tarixdə 20 (iyirmi) manat məcburi dövlət sosial sığorta haqqı ödədiyini iddia edir və həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək xx.xx.2009-cu il tarixdə Fondun Cəlilabad rayon şöbəsinə (mdss əyinatlı) 20,00 manat ödədiyinə görə ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qeyd olunan ərizəyə Mərkəzi Filial tərəfindən verilmiş **********4 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Nazirliyin elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri” bölümündəiddiaçıya aid “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçot məlumatları aşkar edilməmişdir. İddiaçı tərəfindən 2009-cu il üzrə məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat”lara (bundan sonra - Forma B2) uyğun “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (bundan sonra - Forma B3) təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında əks olunmamışdır. Həmçinin müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Həmçinin Qanunun 13.2-ci maddəsinə və Nazirliyin Kollegiyasının 26 fevral 2021-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nın 2.1-ci bəndinə əsasən “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lərin sığortaçıda uçota alınması, uçotdan çıxarılması, həmçinin uçot məlumatlarına hər hansı dəyişikliyin edilməsi Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Mərkəzi Filial tərəfindən İddiaçı sığortaedən (torpaq mülkiyyətçisi) kimi uçota alınmağı məsələsinə baxılması üçün mülkiyyətində olan torpaq sahəsinə dair təsdiqedici sənədlərlə birlikdə yaşayış yeri üzrə Dövlət Vergi Xidmətinə müraciət edə biləcəyi izah olunmuşdur. Qeyd olunanlara əsasən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(120)-597/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Cavabdehin nümayəndəsi Nümayəndə1 yazılı vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək, iddiaçının tələbini yerinə yetirdiklərini, odur ki, apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin X10 Filialının səlahiyyəlti nümayəndəsi İddiaçı tələbini icra etdiklərin bildirmiş və apellyasiya baxışı üzrə icraata xitam verilməsini xahiş edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)-597/2024 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin X10 Filialının nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad rəsmi olaraq təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməyə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-141/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-141/2025
23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver