Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-142/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(120)-254/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və uşağın sağlamlıq imkanlarının məhdud hesab edilməsi edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi, övladı X3 yetkinlik yaşına çatanadək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə 14 Saylı Birləşmiş şəhər Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 25 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-254/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının X8 barəsində xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı övladı X3 yetkinlik yaşına çatanadək, yəni xx.xx.2026-cı il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının X8 barəsində xx.xx.2021-ci il tarixli qərarı qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin “3. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları” bölməsinin əhatə dairəsinə daxil edilmiş “3.1.39. dayaq-hərəkət aparatı orqanlarının nəzərəçarpan, dayanıqlı bərpaolunmazpozulmaları (G80.0-G80.9, A80, B91, Q05, Q06.2-Q06.4, Q65-Q66, Q67.5-Q68.8, Q71-Q74, Q76-Q79, M08, M41, S10-S39, R26, R27)” bəndi üzrə xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Bu Əsasnamənin 3.1.1.–3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. Həmçinin qeyd edilir ki, X3 xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin əhatə dairəsinə daxil edilmiş “13.5.1 çökmüş döş qəfəsi-Q67.6” xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Qərardan cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il təvəllüdlü oğlu X8 anadangəlmə ürək qüsurludur və döş qəfəsinin deformasiya problemləri var. Travmatoloji Mərkəzdən 3-cü dərəcəli diaqnoz ilə, ikincə dərəcəli metrol qapaq prolapsi fəsadları müəyyən edilmişdir. Oğlunda tez-tez boğulma və təngənəfəslik halları baş verməkdədir. Uşağın daimi qayğı və nəzarətə ehtiyacı olduğu üçün, o, işləyə bilmir. Həm də oğlunun müalicəsi üçün pula ehtiyacı vardır. Başqa heç bir yerdən gəliri və köməyi yoxdur. Oğlunun əlilliyinin müəyyən olunması və pensiya təyin edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Həkim Məsləhət Komissiyasına müraciət etmiş, lakin əlillik təyinatından imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan obarət olmuşdur ki, X3 əlillik vəziyyətinə Bakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Çökmüş döş qəfəsi, Döş qəfəsinin anadangəlmə qıfvari deformasiyası (ll-lll dərəcə) ilə əlaqədar onurğanın Th 1-12 fəqərələrdə sağdan sola İİ dərəcə, bel fəqərələrində soldan sağa İİ dərəcə skolioz qeyd olunur; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstəlik 2008-də başlayıb, 2022-ci ilə kimi bərpa müalicələri yoxdur, ətraflı müayinə olunmayıb, diaqnoz və ağırlaşmalar əvəzinə subyektiv müayinələr yazılıb” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, xəstəliyin 2008-ci ildən başlandığı qeyd olunsa da, 2022-ci ildək heç bir ambulator və ya stasionar müayinə barədə qeyd yoxdur. Heç bir müalicə almadığına görə iddiaçının övladının əlilliyin qiymətləndirilməsi mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasf’nın 1.5. -ci bəndində nəzərdə tutulduğu kimi 6 aylıq müalicəsini başa çatdırdıqdan sonra yeni Forma 88 göndərməsi tövsiyyə olunur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, X4 olan patofunksional pozuntular əlillik təyinatına əsas vermədiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T45/2023 saylı rəydə göstərilmişdir ki, H.N.Ağayevin tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndəriş tam doldurulmuş və qeyd edilmiş diaqnoz xəstənin stasionarlarda müayinə və müalicəsi zamanı obyektiv, kliniki, laboratorinstrumental müayinələrin əsasında müəyyən edilmiş, müalicə tədbirləri əsasən də bərpa idman müalicəsi xəstəliyə uyğun aparıldığından onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. H.N.Ağayevin qeyd edilən diaqnozla əlaqədar mütəmadi idman bərpa müalicəsinə ehtiyacı vardır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 20 avqust 2024-cü il tarixli, T537 saylı rəydə göstərilmişdir ki, H.N.Ağayevin iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına 14 nömrəli Birləşmiş şəhər xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli göndərişdə qeyd edilmiş “Çökmüş döş qəfəsi, döş qəfəsinin anadangəlmə qıfvari deformasiyası (İİ-İİİ dərəcə) ilə əlaqədar olmayan Thl-12 fəqərələrdə sağdan sola İİ dərəcə, bel fəqərələrində soldan sağa İİ dərəcə skolioz” diaqnoz xəstənin stasionarlarda müayinə və müalicəsi zamanı obyektiv, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmiş, müalicə tədbirləri, əsasən də bərpa idman müalicəsi xəstəliyə uyğun aparıldığından onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. X1 10 kodu ilə göstərilməsi hər bir ixtisas sahəsi üzrə mütəxəssis həkimlərin səlahiy¬yətlərinə aiddir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Həmin meyarların 3.1.39-cu (dayaq-hərəkət aparatı orqanlarının nəzərəçarpan, dayanıqlı bərpaolunmaz pozulmaları (G80.0-G80.9, A80, B91, Q05, Q06.2-Q06.4, Q65- Q66, Q67.5-Q68.8, Q71-Q74, Q76-Q79, M08, M41, S10-S39, R26, R27) və 3.1.44-cü bəndləri (onurğanın və döş qəfəsinin İİ dərəcəli tənəffüs çatışmazlığı və ya dayaq-hərəkət aparatının nəzərəçarpan funksiya pozuntusu ilə müşayiət olunan İİİ-İV dərəcəli deformasiyaları (J96, R06-R06.8, R07.1, M40-M43) 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğunu müəyyən etmək üçün əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 13.5.1.2-ci bəndinə əsasən “döş qəfəsinin deformasiyası (skolioz; kifoskolioz İİİ-İV mərhələ), əyilmə bucağı 650-dən çox olduqda və ya onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu ilə” diaqnozu orqanizmin funksiyalarının 50-70 faiz pozulması əsası ilə müddətsiz əillik təyinatına əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq səhiyyə müəssisəsi və ekspertlər tərəfindən iddiaçının övladının orqanizmində müəyyən edilmiş patofunksional pozuntular yuxarıda qeyd edilmiş həm 2022-ci il iyulun 1-dək qüvvədə olmuş, həm də həmin tarixdən sonra qəbul edilmiş meyarlarla müqayisəli təhlil edildikdə müəyyən olunur ki, həmin pozuntulara əsasən qoyulmuş diaqnozların heç biri əlillik təyinatına əsas vermir. Yəni, 1-ci instansiya məhkəməsinin qərarında iddiaçının övladının orqnizmində müəyyən edilmiş patofunksional pozuntuların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin “3.1.39-cu bəndinə (“dayaq-hərəkət aparatı orqanlarının nəzərəçarpan, dayanıqlı bərpaolunmaz pozulmaları”) uyğun gəlməsi qeyd olunsa da, əslində həmin xəstəliklər qeyd olunan bəndlə deyil, 3.1.44-cü bəndlə (“onurğanın və döş qəfəsinin İİ dərəcəli tənəffüs çatışmazlığı və ya dayaq-hərəkət aparatının nəzərəçarpan funksiya pozuntusu ilə müşayiət olunan İİİ-İV dərəcəli deformasiyaları” (J96, R06-R06.8, R07.1, M40-M43)) qismən uyğunluq təşkil edir. Əvvala ona görə ki, iddiaçının övladının dayaqhərəkət aparatı orqanları ilə deyil, ekspert rəyinə və digər sənədlərə əsasən döş qəfəsinin deformasiyası ilə bağlı tibbi qüsurları var. Bu qüsurlar isə İİ-İİİ dərəcəli olduğundan sözügedən meyarların 3.1.44-cü bəndinə əsasən əlillik təyinatına əsas vermir. Həmçinin qeyd olunur ki, sözügedən diaqnoz birinci instansiya məhkəməsinin qərarında qeyd olunanların əksinə olaraq, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.5.1.2-ci (“çökmüş döş qəfəsi-Q67.6”) bəndi ilə də uyğunluq təşkil etmir. Belə ki, həmin bənddə də əlillik təyinatı üçün xəstəliyin İİİ-İV dərəcə ağırlaşması tələb olunur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh orqanın ilkin imtinası göndərişin natamam doldurulması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” gəldiyi qənaətə görə (bənd 22) məhkəmələr tərəfindən qeyd edilən halda əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə işlərə baxarkən, ilk növbədə, göndərişdəki məlumatların natamamlığının və ya yanlışlığının nəyi ehtiva etdiyi aydınlaşdırılmalıdır. Əgər həqiqətən belə bir natamamlıq və ya yanlışlığın olması müəyyən edilərsə, bu halın TSEK tərəfindən aradan qaldırılmasının mümkünlüyü nəzərə alınmaqla diferensiasiyası aparılmalı, belə bir imkanın mövcudluğu halında, məhkəmə İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində təsbit edilən imkandan istifadə etməklə göndərişdə olan natamamlıq və ya yanlışlığın aradan qaldırılmasının təmin edilməsi və şəxsin əlilliyinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə müvafiq əsaslar göstərilməklə yekun qərarın (təmin və ya imtina haqqında) qəbul edilməsi üçün müəyyən müddət təyin etməlidir. Əgər imtina qərarında göstərilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı natamamlıq və ya yanlışlıq kimi bildirilən halların mövcud olmadığı müəyyən edilirsə, bu halda, cavabdehin hərəkəti əlilliyin müəyyən edilməsindən imtina kimi qiymətləndirilməli və mübahisəyə mahiyyəti üzrə baxılmaqla müvafiq qərar qəbul olunmalıdır. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, məhkəmənin qərardadının icrası ilə bağlı H.Ağayev Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinə olunmuş, nəticə etibarilə əlillik təyinatından imtina edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin “Göndərişin natamam doldurulması” əsası ilə verilmiş imtinası artıq araşdırma əhəmiyyətini itirmişdir və cavabdehin məhz bu hərəkətsizliyi müstəvisində iddianın mahiyyətinə qiymət verilməsi məqsədəuyğun deyildir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, iddia əsaslı deyil və birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(120)-254/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və uşağın sağlamlıq imkanlarının məhdud hesab edilməsi edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-142/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-142/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver