Məhkəmə qərarları › İş №2-1(106)-143/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-143/2025

04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-143/2025 04.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi),Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(120)-49/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, qərar verdi. İ. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddiaərizəsi ilə məhkəməyə müraciət edərək, “Masallı rayon Aşurlu YAİK-nın 31 iyul 1998-ci il tarixli qərarı, Masallı rayon AİK-nın 10 avqust 1998-ci il tarixli 206 saylı razılıq məktubu əsasında mərhum atası X5 Masallı rayonu Bədəlan (Aşurlu) kəndində yerləşməklə 12 avqust 1998-ci il tarixli aktla dəyərini ödəyərək ona təhkim edilmiş 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(120)- 1279/2021nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayon Aşurlu YAİK-nın 31 iyul 1998-ci il tarixli qərarı, Masallı rayon AİK-nın 10 avqust 1998-ci il tarixli 206 saylı razılıq məktubu əsasında mərhum atası X5 Masallı rayonu Bədəlan (Aşurlu) kəndində yerləşməklə 12 avqust 1998-ci il tarixli aktla dəyərini ödəyərək ona təhkim edilmiş 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Masallı Rayon Bədəlan Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(120)-162/2022 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «Masallı rayon Aşurlu YAİK-nın 31 iyul 1998-ci il tarixli qərarı, Masallı rayon AİK-nın 10 avqust 1998-ci il tarixli 206 saylı razılıq məktubu əsasında ayrılmaqla 12 avqust 1998-ci il tarixli aktla dəyərini ödənilərək təhkim edilmiş Masallı rayonu, Bədəlan (Aşurlu) kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair hüququn mərhum X7 aid edilməsi və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi baxılması qərara alınmışdır. İddia tələbinin əsaslarına görə Aşurlu X18 Komissiyasının 31 iyul 1998-ci il tarixli iclas qərarına və Masallı rayon Aqrar İslahat Komissiyasının 206 saylı 10 avqust 1998-ci il tarixli məktubuna əsasən Aşurlu YAİK-nın 12 avqust 1996-cı il tarixli satış aktı ilə təsərrüfatda olan qaraj talvarı öz hesabına sökülməklə atası X2, həmçinin qaraj talvarının yerləşdiyi 0,12 ha torpaq sahəsi ona təhkim edilmişdir. X15 həmin daşınmaz əmlakın 12 avqust 1998-ci il tarixli 01 saylı qaimə ilə nəzərdə tutulan dəyəri olan ******* manat vəsaiti Bank hesabına ödəmişdir. Lakin satış aktı ilə atasına təhkim edilmiş sözügedən qaraj talvarının yerləşdiyi torpaq sahəsinə dair onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Atası isə 2017-ci ilin noyabr ayında vəfat etmişdir. Atasının adına olan digər əmlaklara dair vərəsəlik şəhadətnaməsi verilsə də, qeyd olunan qaraj talvarının yerləşdiyi Masallı rayonu Bədəlan (Aşurlu) kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin daşınmaz əmlaka vərəsəlik şəhadətnaməsi verilməmişdir. Həmin torpaq üzərində mərhum atası X5 hüquqlarının qeydiyyatı üçün DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərkən hüququnun qeydiyyatından imtina edilərək həmin torpağın bələdiyyə mülkiyyətinə aid olması və binanın əmlak payı kimi verilməsi barədə Masallı rayon və X18 Komissiyasının qərarlarının, əmlakın təhvil-təslim aktının olmaması barədə 18 fevral 2021ci il tarixli məktub verilmişdir. Sonradan qeyd olunan torpağın bələdiyyənin balansında olmaması barədə arayış alaraq yenidən müraciət etsə də, bu dəfə 16 may 2021-ci il tarixli məktubla torpaq sahəsinə dair ilkin torpaqayırma sənədləri olmaması əsası ilə hüququn qeydiyyatından yenidən imtina edilmişdir. Halbuki sözügedən torpaq sahəsi mərhum atasına bələdiyyə yaranmamışdan əvvəl ayrılmış və satış aktı ilə qaimədə bu barədə qeydlər vardır. Bu isə cavabdehin hüququ qeydə almaqdan əsassız olaraq imtina etməsini göstərir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qanunvericiliyin tələbinə əsasən mərhum atasına torpaq sahəsi X18 Komissiyası tərəfindən 1998-ci ildə ayrıldığından həmin torpağın bələdiyyəyə aidiyyəti yoxdur və bələdiyyə tərəfindən təkrarən harrac və ya müsabiqə ilə satıla bilməz. Bu hal isə X18 Komissiyası tərəfindən mərhum atasına ayrılmış torpaqla bağlı hüquqların qeydiyyatının gözlənilən və mümkün hüquq olmasını göstərir. Bütün bunlar hüquqların dövlət qeydiyyatından imtina üçün Qanunda nəzərdə tutulmuş əsasların olmamasını göstərir. Cavabdeh təşkilat isə sözügedən torpağa hüququn qeydiyyatı ilə bağlı müraciətimi əsassız olaraq təmin etməməklə qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Şirvan İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1 (120)-1279/2021 saylı sərəncamına cavab olaraq bildirilir ki, İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən rəsmi olaraq bildirilmişdir ki, 0.12 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində saxlanılmış və iddiaçının mülkiyyətində olması barədə hüquqmüəyyənedici sənəd mövcud deyildir. Həmçinin binanın əmlak payı kimi verilməsi barədə Masallı rayon və X17 Komissiyasının qərarları və əmlakın təhviltəslim aktı təqdim edilməmişdir. Qeyd olunan sənədlərdəki çatışmamazlıqlara görə torpaq sahəsinin və qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən mümkün olmamışdır. Çatışmayan sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə təqdim edildikdən sonra yeri araşdırılmaqla, daşınmaz əmlakın qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(120)-49/2024 nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. İddiaçı məhkəmənin qərarından apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: - Birinci instаnsiyа məhkəməsi qərаrını iddiaçının qanuni istifadəsində AİK-nın qərarı ilə verilmiş 0,20 ha torpaq sahəsinin olması, mərhum B.Məmmədov barəsində Aşurlu YAİK-nın xx.xx.1998-ci il tarixli iclas qərarı və Masallı rayon AİK-nın 206 saylı xx.xx.1998ci il tarixli məktubuna dair heç bir sənəd aşkar edilməməsi ilə əsаslаndırmışdır. Lаkin nəzərə аlmаmışdır ki, tələb edilən torpaq ona RAİK-nın qərarı ilə ayrılmış torpağa heç bir aidiyyəti yoxdur. RAİK-nin məktubunun tarixi isə düzgün qeyd edilməmişdir. Hətta xx.xx.1998-ci il RAİK-nın məktubunun tarixi olduğu halda, həmin tarixli RAİK-nın qərarın olmamasına istinad edilmişdir. Halbuki ərizədə də Aşurlu YAİK-nın 31.07.198-ci il tarixli qərarından bəhs olunmuşdur. Həmin qərarın saxlanılmaması və ya məhkəmənin əldə edə bilməməsi isə iddianın təmin edilməməsi üçün əsas ola bilməzdi. Məhkəmə qeyd olunan qərarın mövcudluğunu araşdırsa da, cavabdehin onu mübahisələndirməməsini və hüququn qeydindən imtinanın əsaslarının tamamilə başqa olmasını, bu imtinanın isə Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin xx.xx.2015-ci il tаriхli Fərmаnının tələblərinə və «Dаşınmаz əmlаkın dövlət rеyеstri hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununun 15.1ci mаddəsinə uyğun olmamasını nəzərə almamış, nəticədə hüquq normalarının və hüquqlarımın pozulmasına səbəb olan qərar qəbul etmişdir. Qаnunvеriciliyin tələbinə əsаsən mərhum аtаsınа tоrpаq sаhəsi Yеrli Аqrаr İslаhаt Kоmissiyаsı tərəfindən 1998-ci ildə аyrıldığındаn həmin tоrpаğın bələdiyyəyə аidiyyəti yохdur və bələdiyyə tərəfindən təkrаrən hаrrаc və yа müsаbiqə ilə sаtılа bilməz. Bu hаl isə Yеrli Аqrаr İslаhаt Kоmissiyаsı tərəfindən mərhum аtаsınа аyrılmış tоrpаqlа bаğlı hüquqlаrın qеydiyyаtının gözlənilən və mümkün hüquq оlmаsını göstərir. Lakin məhkəmə bu barədə iddianı təmin etməməklə göstərilən qanunvericiliyin tələbini pozmuşdur. Cаvаbdеh təşkilаt isə sözügеdən tоrpаğа hüququn qеydiyyаtı ilə bаğlı mürаciətini əsаssız оlаrаq təmin еtməməklə qаnunvеriciliyin tələblərini pоzmuşdur. Qаnunvеriciliyin tələblərinə əsаsən DƏDRХ-nin 8 sаylı Cəlilаbаd Ərаzi İdаrəsi hüquqlаrın dövlət qеydiyyаtındаn imtinа üçün əsаslаrın qеyd еdildiyi «Dаşınmаz əmlаkın dövlət rеyеstri hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununun 15.1-ci mаddəsində göstərilən hаllаrın hеç biri оlmаdığındаn Аşurlu YАİK tərəfindən mərhum аtаsınа vеrilmiş tоrpаq üzərində hüquqlаrını dövlət qеydiyyаtınа аlmаlı idi. Аncаq cаvаbdеh təşkilаt bu bаrədə mürаciətimi əsаssız оlаrаq təmin еtməmişdir ki, bu dа onun həmin dаşınmаz əmlаk üzərində hüquqlаrının dövlət qеydiyyаtınа аlınmаsınа dаir hüquqlаrımı pоzmаsını göstərir. İddia ərizəsində bu barədə qeyd etməyinə baxmayaraq birinci instansiya məhkənəsi iddianı təmin etməməklə göstərilən maddi hüquq normalarını pozmuşdur.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yохdur. İş mаtеriаllаrında olan sаtış аktı, qаimə və bank ödəniş qəbzindən görünür ki, Аşurlu Yеrli Аqrаr İslаhаt Kоmissiyаsının 31 iyul 1998-ci il tаriхli iclаs qərаrınа və Mаsаllı rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 206 sаylı 10 аvqust 1998-ci il tаriхli məktubunа əsаsən Аşurlu YАİK-nın 12 аvqust 1996-cı il tаriхli sаtış аktı ilə təsərrüfаtdа оlаn qаrаj tаlvаrı öz hеsаbınа sökülməklə аtаm Məmmədоv Bаlоğlаn Хаnbаbа оğlunа sаtılmış, həmçinin qаrаj tаlvаrının yеrləşdiyi 0,12 hа tоrpаq sаhəsi оnа təhkim еdilmişdir. Аtаm Bаlоğlаn Məmmədоv həmin dаşınmаz əmlаkın 12 аvqust 1998-ci il tаriхli 01 sаylı qаimə ilə nəzərdə tutulаn dəyəri оlаn ******* mаnаt vəsаiti Bаnk hеsаbınа ödəmişdir. Yuxarıda göstərilən sənədləri iddiа ərizəsinə əlаvə еtməyinə bахmаyаrаq birinci instаnsiyа məhkəməsi fаktki оlаraq nəzərə аlmаmış, nəticədə qeyd оlunan prоsessual hüquq nоrmalarının tələlərini pоzmudur atama torpaq sahəsi YAİK-nın qərarı ilə ayrılmaqla həmin torpaqla bağlı hüququn şəxsə məxsus olmasına dair arayış verilməsi cаvаbdеhin vəzifəsi idi. Оnun bu vəzifəsini yеrinə yеtirməməsi nəticəsində pоzulmuş hüququmun bərpаsınа məhkəmədə təminаt vеrilməklə, hüquqlаrını və qаnunlа qоrunаn mаrаqlаrımı müdafiə etmək üçün məhkəməyə müraciət еtmək mənim kоnstitusiоn hüququmdur. Lаkin mübаhisələndirilən qərаrlа iddiа rədd еdilməklə hüquqları pоzulmuşdur. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tаriхli, 2- 1(120)-49/2024 sаylı qərarının ləğv ediməsini, iddiаnın təmin edilməsi bаrədə yeni qərar çıхаrılmаsını xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı və səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. -Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). -Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas təsbit olunmuşdur. -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X6rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. -Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. -Qeyd edilən Qərarın 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. -İstinad olunmuş normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. -Həmin Qərarın 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. -Qərarın 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. -Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. -Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Qanun Maddə 9.Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Aqrar islahatın əsasları haqqında” Qanun Maddə 5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1455 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyalarından müntəzəm olaraq yararlanması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 1.1. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin (bundan sonra – hüquqmüəyyənedici sənədlər) təqdim olunmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə təmin etsin; 2.2. bu Fərmanın 1.1-ci bəndinin icrası məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq islahatı ilə əlaqədar tərtib olunan və müvafiq rayon aqrar islahat komissiyaları (yerli icra hakimiyyəti orqanları) tərəfindən təsdiq olunmuş hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsində göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınır. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: İşə əlavə edilmiş xx.xx.1998-ci il tarixli, 01 saylı qaimədən görünür ki, Aşurlu YAİK tərəfindən YAİK-nin xx.xx.1998-ci il tarixli protokol qərarına əsasən, Aşurlu kənd sakini B.Məmmədova mişar daşı, 63 mm-lik forma, şifer, reyka, 400 mm-k A/s boru, iki taver məbləğləri göstərilməklə təhvil verilmişdir, malların qiyməti yekun olaraq 374500 manat qeyd edilmişdir İşdə olan xx.xx.1998-ci il tarixli satış aktına əsasən, Aşurlu YAİK-in xx.xx.1998-ci il tarixli iclas qərarına və Masallı rayon AİK-in 206 saylı, xx.xx.1998-ci il tarixli məktubuna əsasən, təsərrüfatın hesabında olan qaraj navesinə baxış keçirilmiş və baxış zamanı tikilidən alına biləcək materialların həcmi müəyyən edilərək xx.xx.1998-ci il tarixli aktla sənədləşdirilmişdir. Mütəxəssislərin xx.xx.1998-ci il tarixli aktına və Masallı rayon AİK-nın 206 saylı, xx.xx.1998-ci il tarixli razılıq məktubuna əsasən, təsərrüfatın hesabında olan qaraj talvarı Aşurlu kənd sakini X5 öz iştirakı və qüvvəsi ilə söküldü. Söküntüdən alınan inşaat materialları orta bazar qiyməti ilə qiymətləndirilərək X3. Mişar daşı, 63 mm-lik forma, şifer, reyka, 400 mm-k A/s boru, iki tavr. Sökülmüş bina altında və ətrafında olan 0.12 ha torpaq sahəsi X7 təhkim olundu. İşdə olan xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X5 vərəsəsidir. İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 818/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon Aşurlu YAİK-nin 31 iyul 1998-ci il tarixli qərarına və Masallı rayon AİK-nin 1 avqust 1998-ci il tarixli, 206 saylı razılıq məktubuna əsasən 12 avqust 1998-ci il tarixli satış aktı ilə X7 təhkim edilmiş 0,12 ha torpaq sahəsinin məkan göstəricilərini əks etdirən hər hansı bir sənəd olmadığından həmin torpaq sahəsinin sənəd üzrə yerini təyin etmək mümkün olmamışdır. X4 vərəsəsi kimi İddiaçı iddia etdiyi faktfki torpaq sahəsinin naturada yerləşmə vəziyyət, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır) -Masallı rayonu Aşurlu kəndi “Aşurlu” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə görə Masallı rayonu Aşurlu YAİK-nin 31 iyul 1998-ci il tarixli qərarına və Masallı rayon AİK-nin 10 avqust 1998-ci il tarixli, 206 saylı razılıq məktubuna əsasən 12 avqust 1998-ci il tarixli satış aktı ilə mərhum X7 təhkim edilmiş 0,12 ha torpaq sahəsinin (İddiaçı iddia etdiyi faktiki torpaq sahəsi) torpağın verilməsi barədə qərarın qəbul olunduğu vaxt kateqoriyası- yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı həyətyanı, uqodiyası-tikili altında olan torpaqlar, hüquqi statusu-bələdiyyə mülkiyyəti olan torpaq sahəsi olması müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına görə hazırkı kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı-ümumi istifadəli, uqodiyası-şərti yararsız, hüquqi statusu ilə bələdiyyə mülkiyyətinə aid edilən torpaq sahəsi olması müəyyən edilmişdir. - Masallı rayon Aşurlu Yaik-nin 31 iyul 1998-ci il tarixli qərarına və Masallı rayon AİKnin 10 avqust 1998-ci il tarixli, 206 saylı razılıq məktubuna əsasən 12 avqust 1998-ci il tarixli satış aktı ilə mərhum X7 təhkim edilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin Aşurlu kəndinin kompleks yerquruluşu layihəsində, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında öz əksini tapmadığından onun sənəd üzrə yerini müəyyən etmək, iddia edilən faktiki torpaq sahəsi ilə uyğunsuzluğu müqayisələndirmək mümkün olmamışdır. - Masallı rayon Aşurlu Yaik-nin 31 iyul 1998-ci il tarixli qərarına və Masallı rayon AİKnin 10 avqust 1998-ci il tarixli, 206 saylı razılıq məktubuna əsasən 12 avqust 1998-ci il tarixli satış aktı ilə mərhum X7 təhkim edilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin onun vərəsəsi X8 iddia etdiyi faktiki torpaq sahəsi kimi şimaldan, şərqdən fiziki sərhədlərlə, qərbdən isə ümumi istifadəli gediş-gəliş yolu iləəhatələnmiş ərazi iddiaçının nəzarətində və istifadəsində olan tikilisiz torpaq sahəsi olması müəyyən edilmişdir. - Masallı rayon Aşurlu YAİK-nin 31 iyul 1998-ci il tarixli qərarına və Masallı rayon AİKnin 10 avqust 1998-ci il tarixli, 206 saylı razılıq məktubuna əsasən 12 avqust 1998-ci il tarixli satış aktı ilə mərhum X7 təhkim edilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin (X8 iddia etdiyi faktiki 0,1148 ha torpaq sahəsinin) koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə bələdiyyə mülkiyyətinə aid edilən yaşayış məntəqələri torpaqlarının hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, Şirvan İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1 (120)-1279/2021 saylı sərəncamına cavab olaraq bildirilir ki, İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən rəsmi olaraq bildirilmişdir ki, 0.12 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində saxlanılmış və iddiaçının mülkiyyətində olması barədə hüquqmüəyyənedici sənəd mövcud deyildir. Həmçinin binanın əmlak payı kimi verilməsi barədə Masallı rayon və X17 Komissiyasının qərarları və əmlakın təhvil təslim aktı təqdim edilməmişdir. Qeyd olunan sənədlərdəki çatışmamazlıqlara görə torpaq sahəsinin və qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən mümkün olmamışdır. Çatışmayan sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə təqdim edildikdən sonra yeri araşdırılmaqla, daşınmaz əmlakın qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinəəsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan və birinci instansiya məhkəməsinin toplamış olduğu materiallardan göründüyü kimi, xx.xx.1998-ci il tarixli, 01 saylı qaimə, satış aktı və qəbzlərdə tikilidən alına biləcək materialların həcmi müəyyən edilərək xx.xx.1998-ci il tarixli aktla sənədləşdirilmiş, mütəxəssislərin xx.xx.1998-ci il tarixli aktına və Masallı rayon AİK-nın 206 saylı, xx.xx.1998-ci il tarixli razılıq məktubuna əsasən, təsərrüfatın hesabında olan qaraj talvarı Aşurlu kənd sakini X5 öz iştirakı və qüvvəsi ilə sökülmüş, söküntüdən alınan inşaat materialları orta bazar qiyməti ilə qiymətləndirilərək X1. Həmin materiallar mişar daşı, 63 mm-lik forma, şifer, reyka, 400 mm-k A/s boru, iki tavr olmuşdur. Həmin satış aktında sökülmüş bina altında və ətrafında olan 0.12 ha torpaq sahəsinin mərhum X7 təhkim olunması barədə qeyd, torpaq sahəsinin də satılması mənasına gəlməməlidir. Yəni mərhum Baloğlan Məmmədova torpaq sahəsi deyil, üzərində olan tikinitinin söküntü materialları satılmışdır. Belə olan halda cavabdehin imtinası əsaslı və qanuni hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(120)-49/2024 nömrəli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar