Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-144/2023 12.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 İddiaçı və onun vəkili Vəkil1, cavabdeh Salyan rayon Şorsulu bələdiyyəsinin nümayəndəsi X2, üçüncü şəxs X1 nümayəndəsi Vəkil2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(120)-1037/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Salyan rayon Şorsulu bələdiyyəsinə qarşı torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Salyan rayon Şorsulu bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Ələt-Astara avtomobil yolunun 81,8-ci kilometrliyindən, yolun sol tərəfindən, yolun mühafizə zolağından kənar 160 m2 torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 22 dekabr 2022-ci il tarixli, 2-1(120)-1037/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Salyan rayonu Şorsulu bələdiyyəsinə (X3 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı Ələt-Astara avtomobil yolunun 81,8-ci kilometrliyindən, yolun sol tərəfindən, yolun mühafizə zolağından kənar 160 m2 torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh Salyan rayon Şorsulu bələdiyyəsinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının müraciəti əsasında cavabdeh Salyan rayon Şorsulu bələdiyyəsi mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olub-olmaması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə müraciət etmiş və mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. Cavabdeh Salyan rayon Şorsulu bələdiyyəsi rəy verilməsi üçün Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət etmişdir. Həmin Mərkəzin müvafiq rəyi gəldikdən sonra mübahisəli torpaq sahəsinə dair Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə müraciət ediləcəkdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək birinci instansiya məhkəməsinin qərardadından verdiyi apellyasiya şikayətini geri götürdüyünü bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətindən imtinasını iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, İddiaçı apellyasiya şikayətini geri götürdüyündən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 88-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(120)-1037/2022 nömrəli qərardadından İddiaçı verdiyi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilsin və onun apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-144/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-144/2023
12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver