Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-144/2025 27.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, İddiaçı iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1410/2024 nömrəli qərarından Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 10 avqust 2023-cü il tarixli, 3-17-4/3-1-16880/2023 saylı qərarının ona aid hissədə ləğv edilməsi və ona 10 avqust 2023-cü il tarixdən 35-60 faiz olmaqla əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1410/2024 nömrəli qərardadı ilə ərizə təmin olunmuşdur. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İİ Vətən Müharibəsinin iştirakçısıdır. Cəbrayıl və Qubadlının azadlığı uğrunda böyük şücayət göstərmişdir. Ona “X4”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Müharibənin nəticəsində xəstəlik qazanmışdır. Heç bir yerdə işləyə bilmir. İşlə bağlı hara müraciət etsə də onun xəstəliyini səbəb göstərərək onun işlə təmin olunmasından imtina edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “X1 psixatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq öz müraciətinə əsasən Respublika Psixatriya Xəstəxanasının nəznində yaradılmış həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunarkən ona üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla F07.0 diaqnozu verilmişdir. Dəfələrlə xəstəxanada müalicələr almışdır. Əlilliyin təyini ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti müraciət etsə də ona bildirilmişdir ki, diaqnoz əlillik əlamətli təyin etmir. Bu isə tam əsassızdır. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı əlilliyin təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1410/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 10 avqust 2023-cü il tarixli, 3-17-4/3-1-16880/2023 saylı qərarı ona aid hissədə ləğv edilmiş və İddiaçı 10 avqust 2023-cü il tarixdən 35- 60 faiz olmaqla əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X8 İnzibati Məhkəməsinin 2-1(120)-1410/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Neftçala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla, Keçirilmiş QKBT (xx.xx.2020-ci il müharibə zamanı) baş beyin silkələnməsindən sonrakı üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə QKBT-dan sonrakı vegetativ damar davamsızlığı, Soltərəfli koxlear nefrit, davamlı neyrosensor ağıreşitmə..."; Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir."səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Neftçala rayon sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 7980 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit. soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3 (üç) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Sağ diz nahiyəsinin dəri capığı diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Salyan rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 181/2023 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli (barotravma. kəllə-beyin travması) şəxsiyyət pozuntusu, affektiv pozuntularla. Əhvalın üzvi mənşəli affektiv pozuntusu, qarışıq epizodlarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 781 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023- xx.xx.2023-cü il tarixli 5777/2023 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, zəif eşitmədən, əsəbilikdən, yuxunun, yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyət əsnasında suallara sakit, adekvat cavab vermiş, emosional labillik və astenik-qıcıqlı əlamətlər qeyd olunmuşdur. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. kompensasiya mərhələsi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat ‘Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsi yalnız ekspertiza rəyinə əsaslanaraq vətəndaşın xeyrinə qərar qəbul etmişdir. Lakin əlillkin müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır, hazırkı işdə isə ağırlaşma yoxdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 1410/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, şikayətin təmin olunmamasını, lakin məhkmənin hüquqi yardımı ilə iddia ərizəsində dəqiqləşmə aparılaraq, əlilliyin təyinatından imtina edilməsi barədə 24 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən ona əlillik təyin olunması barədə qərar qəbul edilməsni xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işin hallarına görə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”: -1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-M6880/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Neftçala rayon sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 7980 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə '‘Keçirilmiş qapalı kəllə-beyin travması. bas-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi səxsiyət pozuntusu, davranış pozuntuları ilə keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı Barotravma (xx.xx.2020). soltərəfli xroniki koxlear nevrit. soltərəfli davamlı nevrosensor ağıreşitmə. pıçıltı nitqini sol qulaqda 3 (üç) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Sağ diz nahiyəsinin dəri capığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Salyan rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 181/2023 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli (barotravma. kəllə-bevin travması) səxsiyyət pozuntusu, affektiv pozuntularla. Əhvalın üzvi mənşəli affektiv pozuntusu, qarısıq epizodlarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 781 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023- xx.xx.2023-cü il tarixli 5777/2023 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli səxsiyyət pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, baş gicəllənmədən, zəif eşitmədən, əsəbilikdən, yuxunun, yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyət əsnasında suallara sakit, adekvat cavab vermiş, emosional labillik və astenik- qıcıqlı əlamətlər qeyd olunmuşdur. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli səxsiwət pozuntusu, depressiv daxilolmalarla, kompensasiya mərhələsi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin travma haqqında xx.xx.2021-ci il tarixli, 1322 nömrəli arayışından görünür ki, N №-li hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər (ehtiyyatdan hərbi toplanışa çağrılmış) İddiaçı Yadigar oğlu xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı Qubadlı rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma” xəsarətini almışdır. Təxirəsalınmaz yardım göstərildikdən sonra dərhal sanitar avtomobillə həkim müşaiyəti altında Füzuli xəstəxanasına təxliyyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2024-cü il tarixli 2289 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, anamnezin toplanması. Yoxlanılan şəxs İddiaçı və onu müşayiət edən qanuni nümayəndəsinin sözlərindən toplanmış, həmçinin mülki iş materialından və tibbi sənədlərdən aşağıdakı anamnestik məlumatlar əldə olunur. Anamnesis vitae (həyat anamnezi). Yoxlanılan şəxs İddiaçı 04 avqust 1987-ci il tarixdə Neftçala rayonu, Mirzəqurbanlı kəndində anadan olmuşdur. psixi xəstəliklərlə ağırlaşmayıb. İlkin psixofıziki inkişafı adi keçmişdir. Orta vaxtında gedib, orta-ixtisas təhsillidir. Evlidir. Tam müddət hərbi xidmət keçib. Vətən müharibəsində iştirak edib, “Cəbrayılın işğaldan azad edilməsinə görə”, “Vətən iştirakçısı”, “Qubadlının işğaldan azad edilməsinə görə”, “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Ağır somatoinfeksion xəstəlikləri keçirməyib, qıcolma inkar edir. Döyüşlərdə partlayış zamanı kəllə beyin travması aldığını bildirir. Zərərli vərdişlərdən siqaret çəkir, spirtli içki və narkotik vasitələrdən istifadəni inkar edir. Rəsmi heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Anamnesis morbi (xəstəlik anamnezi). Deməsinə görə döyüşlərdə kəlləbeyin travması almış, bundan sonra psixi vəziyyəti dəyişmişdir. Belə ki, əsəbi olmuş, xarici qıcıqlara qarşı həssas olmuş, gecə yuxusu pozulmuşdur. Bununla əlaqədar olaraq dəfələrlə psixiatra müraciət etdiyni bildirir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli 1322 nömrəli travma haqqında arayışında aşağıdakılar qeyd edilmişdir: “İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı Qubadlı rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma” xəsarətini almışdır”, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Salyan Mərkəzi Rayon Xəstəxanasıdan alınan xəstənin stasionar kartasından çıxarışdan məlum olur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər “Qapalı kəllə-beyin travması. Barotravma, nevrotik əlamətlərlə. Soltərəfli neyrosensor ağır eşitmə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X5 alınan və iş materiallarına daxil edilən 10 iyun 2022-ci il tarixli 5867 nömrəli arayışdan aydın olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub və onda “Üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” diaqnozu qeyd edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Salyan Rayonlararası Psixiatriya Xəstəxanasıdan alınan və iş materiallarına daxil edilən 11 oktyabr 2022-ci il tarixli 1679 nömrəli arayışdan aydın olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə həkim məsləhət komissiyası tərəfindən müayinə edilib və ona “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə. F06.7 Koqnitiv funksiyaların zəifləməsi, neyrosensor ağır eşitmə” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 alınan və iş materiallarına təqdim edilən xx.xx.2023-cü il tarixli 359 nömrəli arayışdan məlum olur ki, İddiaçı xx.xx.2023-cü il tarxidə yuxarıda adı qeyd edilən müəssisədə həkimpsixiatr komissiyasında keçmiş və onda "Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” diaqnozu qeyd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 13 may 2025-ci il tarixli, 1536 saylı rəyindən görünür ki, İddiaçı hazrıkı psixiatrik müayinə nəticəsində onda aşkar edilən “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalarla” diaqnozu psixi pozuntu “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, psixi pozuntu qiymətləndirilməsinin 7.6.2.1-ci bəndinə uyğun olaraq, əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptoplar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), daimi müşahidə zərurəti meyarlarına uyğun olması inkar edilmir. Qeyd olunan sonuncu ekspertiza rəyindən göründüyü kimi, apellyasiya şikayətinin “Əlilliyin müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır, hazırkı işdə isə ağırlaşma yoxdur.” dəlilinə cavab verilmişdir. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı ona 35-60 faiz olmaqla əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur. Belə olan halda apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunmalıdır. Lakin inzibati kollegiya iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iddiaçının ləğv olunmasını arzu etdiyi qərar Tibbi-sosial ekspert komissiyasının 24 iyul 2023-cü il tarixli, xxxxxxx0002 saylı qərardır. Həmin qərardan görünür ki, İddiaçı 13 noyabr 2022-ci il tarxli göndərişə əsasən əlavə müalicəyə ehtiyacı olması, 14 iyul 2023-cü il tarixli göndərişə əsasən əlillik əlamətinin təyin olunmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Odur ki, iddiaçının razılıq ərizəsi nəzərə alınmaqla, qərar dəyişdirilməli, iddia tələbi “Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 24 iyul 2023-cü il tarixli, xxxxxxx0002 saylı qərarı ləğv edilsin və İddiaçı 24 iyul 2023-cü il tarixdən 35-60 faiz olmaqla əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun” tələbinə uyğun təmin olunmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, lakin birinci instansiya məhkəməsinin qərarı qeyd olunan qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1410/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli nömrəli qərarı dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 24 iyul 2023-cü il tarixli, xxxxxxx0002 saylı qərarı ləğv edilsin və İddiaçı 24 iyul 2023-cü il tarixdən 35- 60 faiz olmaqla əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-144/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-144/2025
27.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver