Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-145/2023 13.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(120)1727/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş, xx.xx.1976-cı il tarixdən hal-hazıra kimi müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh onun 12 il 6 ay güzəştli iş stajının olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, xx.xx.1958-ci il tarixdə Salyan rayonunun Rəncbər kəndində anadan olmuş, xx.xx.1976-cı il tarixdən hal-hazıra kimi işləməklə 46 ildən çox əmək stajı vardır. xx.xx.1975-xx.xx.1976-cı il tarixə kimi peşə məktəbində əyani oxumuş, xx.xx.1977-xx.xx.1980-cı illərdə hərbi xidmətdə olmuş, xx.xx.1981-xx.xx.1986-cı il tarixə kimi Bakı Dəmiryolu İdarəsinin X7 “refrijerator-mexanik” və sonradan xx.xx.1991xx.xx.2018-ci il tarixə kimi Azərbaycan Dəmir Yolları Ekspress MMC-də “böyük (rəhbər) refrijerator- mexanik” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan xx.xx.2015-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, arxiv arayışını, hərbi biletin notarial təsdiq edilmiş sürətini və güzəştli arayışını əlavə edərək ona, xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubla cavab verərək təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi xx.xx.2006-cı il tarixədək onun güzəştli iş stajını 12 il 06 aydan az (04 il 04 ay 4 gün (xx.xx.1981- xx.xx.1986-ci il tarixləri arasındakı dövrləri)) təşkil edir. Buna da səbəb kimi xx.xx.1991-xx.xx.2018-ci il tarixə kimi Azərbaycan Dəmir Yolları Ekspress MMC-də “böyük (rəhbər) refrijerator-mexanik” vəzifələrində işləməyidir. Cavabdeh xx.xx.2006-cı il tarixə kimi xüsusi iş stajının 12 il 06 aydan az olduğuna əsas kimi xx.xx.1981-xx.xx.1986-ci il tarixləri arasındakı dövrlər və ümumilikdə 04 il 04 ay 04 gün təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Lakin cavabdeh maddi hüquq normalarının tətbiqi baxımından səhvə yol verir. Cavabdeh güzəştli iş stajının hesablanmasında səhvə yol vermişdir. Belə ki, cavabdeh xx.xx.2006-cı il tarixə kimi güzəştli iş stajının 12 il 06 aydan az (04 il 04 ay 04 gün (xx.xx.1981-xx.xx.1986-cı il tarixləri arasındakı dövrləri)) təşkil etdiyini və imtinasında qeyd etdiyi dövrləri güzəştli iş stajı kimi qəbul etmiş, lakin digər dövrləri, yəni xx.xx.1991xx.xx.2018-ci illərdə işlədiyi dövrləri güzəştli iş stajı kimi qəbul etməmişdir. Belə ki, cavabdeh güzəştli iş stajı kimi qəbul etmədiyi dövrləri səbəb kimi onun “böyük (rəhbər) refrijerator-mexanik” işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinin və göstəricilərin” siyahısının nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmadığını göstərmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinin və göstəricilərin” 2 nömrəli Siyahısının XXVİİİ nəqliyyat bölməsinin “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000-23598)” vəzifələri cəm halında qeyd edilmişdir. Cavabdeh tərəfindən hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (Qeyd: 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (57 yaş), 2) xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Qanunla tələb olunan üçüncü şərt ödənilmir. İddiaçı tərəfindən təqdim edilən arayışa əsasən güzəştli iş stajı 12 il 6 aydan az, 04 il 04 ay 04 gün (xx.xx.1981xx.xx.1986-cı il tarixləri arasındakı dövr) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinə əsasən, şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Lakin iddiaçı tərəfindən mübahisələndirilən dövrlər üzrə arayış təqdim olunmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, İddiaçı xx.xx.1986xx.xx.2006-cı il tarixləri arasındakı dövrdə "xxxx" MMC-də işlədiyi refrijerator qatarlarının rəhbərləri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XXVİİİ Nəqliyyat bölməsində; həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmamışdır. İddiaçı iddia ərizəsində onun böyük (rəhbər) refrijerator-mexanik vəzifəsində gördüyü işlərin refrijeratormexanik vəzifəsinin gördüyü işlərlə eynilik təşkil etdiyini qeyd etmişdir. Lakin "xxxx" MMCnin X9 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 39 nömrəli arayışda İddiaçı güzəştli iş stajı 04 il 04 ay 07 gün (xx.xx.1981-xx.xx.1986) təşkil etdiyi qeyd olunmuşdur. Göründüyü kimi, "xxxx" MMC İddiaçı xx.xx.1986-xx.xx.2006-ci il tarixlərdə işlədiyi refrijerator qatarlarının rəhbərləri vəzifəsini əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aid etməmişdir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunvericilik tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2-1(120)-1727/2022 saylı qərarı ilə (hakim H.N.Nəcəfov) iddia təmin olunmuş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Şirvan inzibati Məhkəməsinin 2-1(120)-1727/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir və iddiaçının iddiasının təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək işiədiyi “refrijerator seksiyasının rəhbər mexaniki” vəzifəsi həmin müəssisənin mexaniki vəzifəsi ilə eyni zərərli amillərə məruz qalır və vəzifə təlimatları da eynilik təşkil edir. Məhkəmənin qənaətinə görə iddiaçının işlədiyi “mexanik” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işiərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 23001000—23598 kod altında nəzərdə tutulduğundan iddiaçının xx.xx.1991 – xx.xx.2018-ci il tarixədək işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamış və "xxxx" MMC-i X9 iddiaçı ilə bağlı təqdim etdiyi arayışla kifayətlənərək güzəştli iş stajının 04 il 04 ay 04 gün olduğunu bildirmişdir. Həmçinin məhkəmə bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Məhkəmə yuxarıda qeyd edilən əsaslara istinad edərək qərara almışdır ki, İddiaçı iddia tələbi təmin edilməli və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı xx.xx.2015- ci il tarixdən təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondunun Xüsusi şərtlərlə rəyinat üzrə mərkəzi Tİliəiına həvalə edilməlidir. Lakin məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildiririk ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin (Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı) tələblərinə uyğun olaraq Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası nüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müraciət edən şəxs tərəfindən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı məxsus əmək kitabçasına əsasən, onun xx.xx.1981-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC X7 işləməsinə baxmayaraq, Filiala, o cümlədən məhkəməyə müraciəti zamanı İddiaçı tərəfindən təqdim edilmiş 16 iyul 2021-ci il tarixli 39 nömrəli "xxxx" MMC X8 arayışında onun güzəştli iş stajının 04 il 04 ay 07 gün (xx.xx.1981-xx.xx.1986) təşkil etdiyi qeyd olunmuşdur. Göründüyü kimi "xxxx" MMC İddiaçı xx.xx.1986-xx.xx.2006-ci il tarixlərdə işlədiyi refrijerator qatarlarının rəhbərləri vəzifəsini əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aid etməmişdir. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 23001000—23598 kod altında "xxxx" MMC X8 arayışında da olduğu kimi refrijerator qatarların (seksiyaların) mexanikləri nəzərdə tutulmuşdur. “Refrijerator qatarların (seksiyaların) rəhbər mexanikləri” müvafiq siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən xx.xx.1991-xx.xx.2018-ci il tarixədək refrijerator qatarların (seksiyaların) rəhbər mexanikləri işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alına bilməz. Məhkəmə bu halları araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibatı hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (120)-1727/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazında bildirmişdir ki, cavabdehin apellyasiya şikayətindən də görünür ki, onun ümumi iş stajı mübahisələndirilmir. Cavabdeh yalnız onun xx.xx.1986-xx.xx.2018-ci ilədək "xxxx" Exspress MMC-nin X7 “refrejator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi)” vəzifəsini güzəştli iş stajı kimi qəbul etmir və bunu onunla əsaslandırır ki, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı 2 №-li Siyahısında qeyd edilməyib, həmçinin bildirir ki, onun işlədiyi xx.xx.1981-xx.xx.1986-cı il tarixə kimi “refrijator seksiyaların (qatarının) mexaniki” vəzifəsi güzəştli iş stajı olduğundan 04 il 04 ay 07 gün zərərli işdə çalışmasına dair güzəştli arayış verilmişdir, lakin onun xx.xx.1986-xx.xx.2018-ci ilədək "xxxx" Exspress MMC-nin X7 “refrejator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi)” vəzifəsi barədə həmin arayışda qeyd edilməmişdir. Bu səbəbdən də hesab edir ki, həmin vəzifə güzəştli iş stajı kimi qəbul edilə bilməz. Cavabdehin onun xx.xx.1981- xx.xx.1986-cı il tarixə kimi “refrijator seksiyaların (qatarının) mexaniki” vəzifəsi zərərli iş stajına dair işlədiyi müəssisə tərəfindən arayışda yalnız 04 il 04 ay 07 gün güzəştli iş stajının göstərilməsinə münasibət bildirmək istəyir. Belə ki, o, işlədiyi "xxxx" Exspress MMC-nin X8 kadrlar şöbəsinə ərizə ilə müraciət edərək onun xx.xx.1981-xx.xx.1986-cı il tarixə kimi “refrijator seksiyaların (qatramm) mexaniki” vəzifəsinə və xx.xx.1986-xx.xx.2018-ci ilədək "xxxx" Exspress MMC-nin X7 “refrejator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi)” vəzifəsinə dair zərərli iş stajı barədə güzəştli arayış verilməsini xahiş etmişdir. Lakin kadrlardan ona bildirmişlər ki, kadrlar tərəfindən yalnız xx.xx.1981xx.xx.1986-cı il tarixə kimi “refrijator seksiyaların (qatarının) mexaniki” vəzifəsinin zərərli iş stajı barədə güzəştli arayış verilə bilinməsini bildirmişlər. Bunu onunla əsaslandırmışlar ki, kadrlar yalnız “refrijator seksiyaların (qatarının) mexaniki” vəzifəsinin zərərli olması barədə güzəştli arayış verə bilər, çünki onun işlədiyi xx.xx.1986-xx.xx.2018-ci ilədək "xxxx" Exspress MMC-nin X7 “refrejator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi)” vəzifəsi yalnız "xxxx" Exspress MMC tərəfindən verilməsi və yaxud müvafiq tapşırıq əsasında verilməsi mümkün olduğu halda verilə bilər. Çünki, “refrejator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi)” vəzifəsi deponun tabe olduğu MMC-nin səlahiyyətindədir. Ona görə də deponun kadrları tərəfindən yalnız xx.xx.1981xx.xx.1986-cı il tarixə kimi “refrijator seksiyaların (qatarının) mexaniki” vəzifəsinə dair güzəştli arayış verilməsini həyata keçirə bilər, lakin hər hansı səlahiyyətli orqan tərəfindən MMC- yə sorğu verilərsə sorğuya cavab verilməklə “refrejator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi)” vəzifəsinə dair açıqlama verə bilər. X4 tərəfindən verilmiş sorğuya əsasən "xxxx" Exspress MMC-nin X8 xx.xx.2022-ci il tarixli, AEXP1760- 22 №-li məktubundan görünür ki, o, xx.xx.1981-xx.xx.1986-cı ilədək “refrijator seksiyaların (qatarının) mexaniki”, xx.xx.1986-xx.xx.1990-cı ilədək “refrijator seksiyasının rəisi”, xx.xx.1991-xx.xx.2018-ci ilədək “refrejator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi)” vəzifəsində çalışmışdır. Məktubda vəzifələrlə bağlı açıqlama verilərək qeyd edilmişdir ki, “refrijator seksiyaların (qatarının) mexaniki” və “refrejator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi)” vəzifələri üzrə öhdəliklər arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifələrin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni vəzifə təlimatı (ADY/VT-103 №, xx.xx.2020-ci il tarixli) məktuba əlavə edilmişdir. O, cavabdeh tərəfindən mübahisələndirdiyi və qəbul etmədiyi xx.xx.1986xx.xx.2006-cı illəri güzəştli iş stajı kimi qəbul etmədiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən əsassız imtina etmişdir. Cavabdeh istər iddia ərizəsinə etirazda, istərsə də apellyasiya şikayətində məhz onun işlədiyi xx.xx.1986xx.xx.2006-cı illər üzrə “refrejator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi)” vəzifəsini əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aid edilibedilməməsinin müəyyən edilməsi iddianın həllində, yəni iddiaçının güzəştli iş stajının müəyyən edilməsində mühüm rol oynadığını vurğulayır. Lakin cavabdeh "xxxx" Exspress MMC-nin X8 xx.xx.2022-ci il tarixli, AEXP1760-22 №-li məktubunda “refrijator seksiyaların (qatarının) mexaniki” və “refrejator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi)” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifələrin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni vəzifə təlimatı üzrə çalışmasına dair açıqlamasına əhəmiyyət verməmişdir. Bunu apellyasiya şikayətində qəbul etməməsinin səbəblərini açıqlamamış, əksinə həmin halları sübut etmək əvəzinə formal mülahizə xarakterli sözlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş maddi hüquq normalarının düzgün tətbiq edilmədiyindən ləğvi üçün əsas olduğunu bildirmişdir. Halbuki, cavabdeh Azərbaycan respublikası İPM-nin 14.3-cü maddəsinin tələblərinə əsasən konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyündən sübut etməli və həmin halları qanunvericiliyin normalarına əsasən əsaslandırmalıdır. Cavabdeh apellyasiya şikayətində əsas kimi qeyd edilən mübhisəli dövrün, yəni xx.xx.1981-xx.xx.1986-cı ilədək “refrijator seksiyaların (qatarının) mexaniki” vəzifəsinin xx.xx.1986- xx.xx.2006-cı illər üzrə “refrejator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi)” vəzifəsi ilə eynilik təşkil etmədiyini və işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilər”-in 2 №-li Siyahısında kod altında nəzərdə tutulmadığını bildirsə də, lakin XXVİİİ. Nəqliyyat bölməsinin “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000— 23598)” vəzifələri cəm halında qeyd edilmişdir. Bu o deməkdir ki, mexaniklər dedikdə bütün adda mexaniklər gedir, yəni böyük mexaniklər də həmin vəzifəyə aiddir. Çünki, o, böyük (rəhbər) refrijerator-mexanik vəzifəsində gördüyü işlər eyni ilə refrijerator-mexanik vəzifəsinin gördüyü işlərdən ibarətdir və sadəcə ifadə baxımından fərqlənir. Həmin qeyd edilən “Refrejator seksiyasının rəhbər mexaniki” və “Refrejator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifələrin iş şəraiti eynilik təşkil etdiyi öz təsdiqini tapmışdır. Bu hal Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən qurumun bütün rayon və şəhər şöbələrinə ünvanlanan xx.xx.2007-ci il tarixli, xx/xx-3402 №-li məktubun 6-cı bəndində də qeyd edilmişdir ki, “Siyahıya işçilərin adları ümumi adda daxil edilmişdirsə, bu halda bütün peşələrdə çalışan işçilərin o cümlədən baş, böyük mütəxəssislər və onların köməkçilərinin güzəştli şərtlərlə pensiya hüququ vardır.” İnzibati icraatda iddiaçının üzərinə əmək kitabçasmdakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə ziddir. Belə ki, onun əmək kitabçasında qeyd edilən müvafiq dövr üzrə iş stajının həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Bu hal birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin apellyasiya şikayətindən müəyyən olunur ki, cavabdeh inzibati orqan onun müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamış və "xxxx" MMC X8 onunla bağlı təqdim etdiyi arayışla kifayətlənərək güzəştli iş stajının 04 il 04 ay 07 gün olduğunu bildirmişdir. Halbuki, qeyd edilən arayışda onun xx.xx.1981 - xx.xx.1986-cı ilədək işlədiyi dövrə münasibət bildirmişdir. Cavabdeh inzibati orqan tərəfindən mübahisəli kimi qeyd edilən dövrlə bağlı hər hansı qeyd aparılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Lakin mən iddiaçının hüququ göründüyü kimi 2015-ci il tarixdə yaranmışdır və xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-da güzəştli arayış barədə norma qeyd edilməmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təminatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Mən İddiaçı hüququ 2015ci il tarixdə yarandığından mənə münasibətdə bu Qaydalar tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011 -ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş və “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikası qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları mənim pensiya hüququm yaranan tarixdə qüvvədə olmuşdur. Həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir. Bütün bunlara baxmayaraq cavabdeh orqana güzəştli arayış təqdim edilmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (120)-1727/2022 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1727/2022 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı oğu apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (iddiaçının 57 yaşının tamam olduğu vaxt qüvvədə olan redaksiya). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 67-ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə 13. Redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İnzibati Prosessual Məcəllə Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı ilədək 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı tələb olunur. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələb olunan yaş həddinə, yəni 57 yaşına çatmasını, azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisləndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, cavabdehin apellyasiya şikayətində aşağıdakılar qeyd olunmuşdur: “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 23001000—23598 kod altında "xxxx" MMC X8 arayışında da olduğu kimi refrijerator qatarların (seksiyaların) mexanikləri nəzərdə tutulmuşdur. “Refrijerator qatarların (seksiyaların) rəhbər mexanikləri” müvafiq siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən xx.xx.1991-xx.xx.2018-ci il tarixədək refrijerator qatarların (seksiyaların) rəhbər mexanikləri işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alına bilməz”. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xx.xx.1991-xx.xx.2018-ci illərdəki işlədiyi “Refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki” vəzifəsi mübahisələndirilir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X8 xx.xx.2022-ci il tarixli, AEXP1760-22 nömrəli məktubunda aşağıdakılar qeyd edilmişdir: “İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək Refrijerator seksiyasının mexaniki, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək Refrijerator seksiyasının rəisi, xx.xx.1991-ci ildən xx.xx.2018-ci ilədək Refrijerator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi) vəzifələrində çalışmışdır. “Refrijerator seksiyasının rəhbər mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifələrin iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. İddiaçı məxsus olan vəzifə təlimatı (ADY/VT-103 nömrəli, xx.xx.2020-ci il tarixli) məktuba əlavə edilmişdir. "xxxx" Express LLC-nin xx.xx.2022-ci il tarixli, AEXP1760-22 nömrəli məktubundan müəyyən olunur ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixində təsdiq olunmuş yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar, adın dəyişdirilməsi nəticəsində “X8 refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi “X8 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki” kimi adlandırılmışdır. Hər iki ad eyni vəzifəyə aiddir”. Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan (iş vərəqi 87-88, 91-92) “X8 refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin mexaniki”nin vəzifə təlimatının 6-7,9,14-cü bəndləri ilə “X8 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki”nin vəzifə təlimatının 7,12,16-cı bəndlərini müqayisəli təhlil etdikdə müəyyən olunur ki, onların (mexanik və böyük mexanik) icra etdiyi funksional vəzifə (iş) demək olar ki, eynilik təşkil edir, hətta mexanikə münasibətdə böyük mexanik daha məsuliyyətli vəzifəni icra edir. Nəzərə almaq lazımdır ki, oxşar işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının xx.xx.1991-xx.xx.2018-ci illərdəki işlədiyi “Refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur. Cavabdehin güzəştli arayışın təqdim edilməməsi dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Məhkəmə tərkibi hesab edir ki, güzəştli arayışın təqdim edilməməsi iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnun realizə edilməsinə, başqa sözlə, mübahisləndirilən dövrün güzəştli iş stajı kimi nəzərə alınmasına maneə təşkil etməməlidir. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı təhsil və hərbi xidmət illəri, eyni zamanda əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla tələb olunan 25 il ümumi sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını topladığından o, 57 yaşdan pensiya təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(120)- 1727/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-145/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-145/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver