Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-147/2025 11.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-1333/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, qərar verdi. İ. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli rayonu ərazisində 1-ci sərhəd xəttində yerləşən 100.5 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatına alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizəsi əsasında Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1333/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinə “İmişli rayonu ərazisində 1-ci sərhəd xəttində yerləşən 100 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydə alınması və çıxarışın verilməsi” kimi baxılması qərara alınmışdır və İmişli rayon İcra Hakimiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İmişli rayon ərazisində 1-ci sərhəd xəttində yerləşən 100.5 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 08 may 2023-cü il tarixli ********** nömrəli yazılı müraciətdən dən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə imtina olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli imtinası aşağıdakı xüsusatlara görə əsassızdır. Belə ki, həmin 100.0 ha torpaq sahəsi İmişli rayon XDS İK-nın 15 may 1980-cı il tarixli 99 saylı qərarı və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli 1118 saylı qərarı ilə İmişli rayonuna kənd təsərrüfatı dövriyyəsinin cəlb edilmək məqsədi ilə ayrılıb verilmiş torpaq sahəsinə aiddir və həmin 1-ci sərhəd xəttində yerləşən torpaq sahəsi daimi istifadə hüququ ilə 004861 nömrəli torpağa mülkiyyət sahiblik və daimi istifadə hüququna dair dövlət aktı ilə İddiaçı ASC-nin hüquqi varisi olduğu keçmiş İmişli rayon ət kombinatına daimi istifadə hüquqi ilə verilmişdir. İddiaçı ASC Azərsanaye Dövlət Şirkətinin İmişli ət kombinatının bazasında təsis edilmişdir. İddiaçı ASC hal-hazırda həmin 100.0 ha torpaq sahəsi üzərində istifadə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hüququna malikdir. Lakin cavabdehin imtinası Taleh ASC-nin torpaq üzərində mülkiyyət hüququnu, həmçinin həmin 100.0 ha torpaq sahəsindən sahiblik, istifadə və sərəncam hüququnun pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı hesab etmişdir ki, İmişli rayon ərazisində 1-ci sərhəd xəttində yerləşən 100.5 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi qanunsuz və əsassızdır. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-1333/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, B 004861 saylı, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktına əsasən, X6 Sovetinin xx.xx.1990-cı il tarixli, 99 saylı qərarı ilə kənd təsərrüfatı məhsullatını istehsal etmək üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına İmişli rayonu ərazisində 1-ci sərhəd xəttində yerləşən 100 ha torpaq sahəsinin (yeni qaydalarda ünvan nəzərə alınmaqla) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmənin həmin qərarından apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: 100 hektar torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış və baxış zamanı torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X3 X1 məlumatlarla eyniləşdirilən zaman sözügedən torpaq sahəsinin “su fondu torpaqları” kateqoriyalı, uqodiyasının isə “çaylar və arxlar” olan ərazidə yerləşməsi və hal-hazırda örüş kimi istifadə edilməsi müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, B№ 004861 saylı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair dövlət aktı Ərazi İdarəsinin elektron məlumat bazasında və arxivində aşkar edilməmiş, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin müvafiq qərarı ilə təsdiq olunmuş İmişli rayonuna aid növbətçi xəritəsinə əsasən sözügedən torpaq sahəsi bataqlıq olan ərazidə yerləşməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış ekspert rəyində sözügedən torpaq sahəsinin sənəd üzrə koordinatlarının müəyyən edilməsinin mümkün olmadığı və torpaq sahəsinin sərhədlərinin şərti olduğunun qeyd edilməsi Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-1333/2024 nömrəli qərarında nəzərə alınmamışdır. Ekspert rəyində torpaq sahəsinin kateqoriyası-kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası-qamışlıq, mülkiyyət növü-Dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilməsi Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)- 1333/2024 nömrəli qərarında nəzərə alınmamışdır. Qərar qəbul edilərkən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilməsi və kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunması nəzərə alınmamışdır. Torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları TEKUİS məlumatlarla eyniləşdirilən zaman sözügedən torpaq sahəsinin “su fondu torpaqları” kateqoriyalı, uqodiyasının isə “çaylar və arxlar” olan ərazidə yerləşməsi və hal-hazırda örüş kimi istifadə edilməsi, B№ 004861 saylı“Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair dövlət aktı Ərazi İdarəsinin elektron məlumat bazasında və arxivində aşkar edilməməsi və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin müvafiq qərarı ilə təsdiq olunmuş İmişli rayonuna aid növbətçi xəritəsinə əsasən sözügedən torpaq sahəsi bataqlıq olan ərazidə yerləşməsi müəyyən edilməsi nəzərə alınmamışdır. Göstərilən əsaslara görə apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-1333/2024 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, şikayətin təmin olunmamasını, qərarın qüvvəsində saxlanılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini və Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-1333/2024 nömrəli qərarının ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139-1.1, 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun qeyd olunan maddələrinə əsasən; -2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. -Qeyd edilən Qərarın 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. -Həmin Qərarın 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. -Qərarın 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş hüquqi şəxsin qeydiyyatı barədə xx.xx.2023-cü il tarixli, **********882400 saylı çıxarışdan görünür ki, İddiaçı ASC xx.xx.1999-cu il tarixdən qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli məktubla 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı ASC-nin (VÖEN **********) qeydiyyat sənədlərinin surətləri təqdim edilmişdir. -İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.2-ci bəndinə əsasən, bu nizamnamə "xxxx" Dövlət Şirkətinin İmişli Ət Kombinatının bazasında təsis edilmiş İddiaçı ASC xx.xx.1999-cu il tarixdə təsdiq edilmiş nizamnaməsinin yeni redaksiyada nizamnaməsidir. -B 004861 saylı, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktına əsasən, X6 Sovetinin xx.xx.1990-cı il tarixli, 99 saylı qərarı ilə kənd təsərrüfatı məhsullatını istehsal etmək üçün İmişli Rayon Ət Kombinatının istifadəsinə ayrılmış 100.0 ha torpaq sahəsi verilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin İmişli filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48-22RA/2-163/2023 nömrəli məktubunda göstərilmişdir ki, İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 99 nömrəli Qərarı və həmin Qərarın verilməsinə əsas olan sənədlər göndərilmişdir. -İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 99 nömrəli Qərarına əsasən, Araz çayının sol sahilində olan sərhəd xətti zonasındakı 950 ha kolluq örüş sahəsinin və Puşkin sərhəd xətti zonasında olan 800 ha əkinə yararlı torpaq sahəsinin, cəmi 1750 ha torpaq sahəsi rayonun təsərrüfatlarının istifadəsinə verilmişdir. -İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 99 nömrəli Qərarına əlavədə İmişli rayonun İ sərhəd xətti zonasından torpaq ayrılmış təsərrüfatların siyahısında 10-cı sırada Ət Kombinatının yardımçı təsərrüfatına 100 ha torpaq ayrılması barədə məlumat qeyd edilmişdir. xx.xx.1990-cı il tarixli Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin nümayəndəsi R.Əliyev, İmişli Rayon Aqrokombinatının baş yerquruluşçusu Ə.Ağammədov, İmişli Rayon XDS İcraiyyə Komitəsinin baş memarı M.Sefiyev, Rayon Təbiəti mühafizə cəmiyyətinin sədri F.İskəndərov, Rayon Aqrokombinatının aparıcı yerquruluşçusu A.Məmmədov yoldaşların iştirakı iə akt imzalanaraq qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 17/10/2-105 nömrəli göstərişinə və Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin xx.xx.1990-cı il tarixli 58-9/362 nömrəli məktubuna əsasən, rayonun sərhəd xətti zonasında olan torpaq sahələrinin müəyyən hissəsini kənd təsərrüfatı dövriyyəsinə cəlb etmək və həmin sahələri kolxoz və təşkilatlara daimi təhkim etmək məqsədilə Araz çayının X7 rayonu sərhədindən başlayaraq birinci sərhəd xətti zonasında yerləşən dövlət fondu olan sahələri yoxlayıb araşdırıldıqda müəyyən etdi ki, göstərilən ərazidə 2100 ha ərazi vardır. Həmin sahənin 1150 ha göl bataqlıq-qamışlıq altındadır. Qalan 950 ha isə kollu örüş sahəsi olmaqla sahənin təmizlənməsi və hamarlanması işləri apardıqdan sonra kənd təüərrüfatında istifadə edilməsi mümkündür. Bundan əlavə Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 10/15-309 saylı məktubu ilə Puşkin sərhəddi zonasından əvvəllər İmişli rayonunun təsərrüfatları istifadəli hala salınan torpaq sahəsindən 800 ha İmişli rayonunun təsərrüfatlarına müvəqqəti istifadə üçün icazə verilən torpaq sahəsinin təsdiq edilməsi məqsədə müvafiq hesab edilmişdir. -Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1333/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1602 nömrəli ekspert rəyinə əsasən X6 Sovetinin xx.xx.1990-cı il tarixli, 99 saylı qərarı ilə İmişli Rayon Ət Kombinatına kənd təsərrüfatı məhsullatını istehsal etmək üçün istifadəsinə ayrılmış 100.0 ha torpaq sahəsinin B№004861 saylı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nda istinad nöqtələri, koordinatlar qeyd olunmadığından həmin 100.0 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddiaçı tərəfindən X6 Sovetinin xx.xx.1990-cı il tarixli, 99 saylı qərarı ilə İmişli Rayon Ət Kombinatına kənd təsərrüfatı məhsullatını istehsal etmək üçün istifadəsinə ayrılmış 100.0 ha torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Təqdim olunan torpaq sahəsinin sərhədlərinin şərti olduğu (çəpərə alınmadığı), ölçülərinin isə B№004861 saylı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nda qeyd olunduğu kimi 1000x1000 metr ölçüdə olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, X6 Sovetinin xx.xx.1990-cı il tarixli, 99 saylı qərarı ilə İmişli Rayon Ət Kombinatına kənd təsərrüfatı məhsullatını istehsal etmək üçün istifadəsinə ayrılmış 100.0 ha torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsinin kateqoriyası-kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası- qamışlıq, mülkiyyət növü- Dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. X6 Sovetinin xx.xx.1990-cı il tarixli, 99 saylı qərarı ilə İmişli Rayon Ət Kombinatına kənd təsərrüfatı məhsullatını istehsal etmək üçün istifadəsinə ayrılmış 100.0 ha torpaq sahəsinin B№004861 saylı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nda istinad nöqtələri, koordinatlar qeyd olunmadığından həmin 100.0 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmadığından müqayisəli təhlil aparmaq olmamışdır. Eyni zamanda qeyd olunur ki, iddiaçı tərəfindən təqdim olunan torpaq ölçülərinin BN 004861 saylı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nda qeyd olunduğu kimi 1000x1000 metr ölçüdə olduğu müəyyən edilmişdir. X6 Sovetinin xx.xx.1990-cı il tarixli, 99 saylı qərarı ilə İmişli Rayon Ət Kombinatına kənd təsərrüfatı məhsullatını istehsal etmək üçün istifadəsinə ayrılmış 100.0 ha torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsinin baxış zamanı boş sahə olduğu müəyyən edildi. Baxış zamanı əldə olunan məlumatlara və “kadastrportali.az” elektron baza məlumatlarına əsasən, X6 Sovetinin xx.xx.1990-cı il tarixli, 99 saylı qərarı ilə İmişli Rayon Ət Kombinatına kənd təsərrüfatı məhsullatını istehsal etmək üçün istifadəsinə ayrılmış 100.0 ha torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsinin koordinatlarının üçüncü şəxslərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin təqdim etdiyi yuxarıda tədqiq edilmiş sübutlar kifayət qədər mötəbər və əsaslıdır. 100 hektar torpaq sahəsinin İddiaçı MMC-nin faktiki istifadəsində olması, həmin istifadənin başqa şəxslərin hüquq və mənafelərinə toxunmaması mübahisəli hal deyil. Cavabdeh tərəfin imtinasının əsası kateqoriyasına görə torpaq sahəsinin su fondu torpaq sahəsinə aid olması, uqodiyasının “çaylar və arxlar” olan ərazidə yerləşməsi və halhazırda örüş kimi istifadə edilməsi, B№ 004861 saylı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktının Ərazi İdarəsinin elektron məlumat bazasında və arxivində aşkar edilməməsidir. Lakin yuxarıda isna edilmiş ekspertiza rəyi ilə müəyyən olunur ki, torpaq sahəsinin kateqoriyasının kənd təsərrüfatı təyinatlı olması, uqodiyası- qamışlıq, mülkiyyət növü dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bununla da cavabdehin etirazının əsasları təkzib olunmuşdur. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1-15.1.6-cı maddələrində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsasların dairəsi konkret olaraq göstərilmişdir. Yuxarıda həmin əsaslar qeyd olunmuşdur. İşin halları araşdırılarkən iddiaçının hüququnun qeydə alınmasından imtina üçün qanun əsas müəyyən olunmamışdır. Belə ki, qeydiyyat üçün ilkin olaraq iddiaçının torpaqdan istifadə hüququnu müəyyən edən və yuxarıda tədqiq edilmiş əsas sənədlər həmin qənaətə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərar verdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-1333/2024 nömrəli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 01 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-147/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-147/2025
11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver