Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-148/2025 15.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Hüseynov Fikrət Çilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı4 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2-1(120)-48/2024 nömrəli qərarından ücüncü şəxs Mirzəyev Əziz Xubalı oğlu və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, kollegiya qərardad qəbul etdi. İ.İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2-1(120)-1252/2021 saylı qərardadı ilə Mirzəyev Əziz Xubalı oğlu, X4, X19, X26, X24, X21, X22, X23 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(120)-1252/2021 saylı qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Mirzəyev Əziz Xubalı oğlunun adına tərtib edilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışın və onun əlavəsi olan plan ölçü sənədinin X13 və onun ailə üzvlərinə Yardımlı rayon X17 xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı və JN 024A kod 80407038 nömrəli şəhadətnaməsi ilə verilmiş 1,72 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə (Yardımlı rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(038)-06/2016 nömrəli qətnaməsi ilə ayrılmış 0,33 ha istisna olmaqla) ləğv edilməsi” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(120)-48/2024 saylı qərardadı ilə, iddia tələbinə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Mirzəyev Əziz Xubalı oğlu və onun ailə üzvlərinə verilmiş 0,39 hektar torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2-1(120)-48/2024 saylı qərardadı ilə iddia tələbinə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Mirzəyev Əziz Xubalı oğlunun adına (xüsusi mülkiyyətinə) verilmiş MA seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixdə qeydə alınmış 0,39 hektar torpaq sahəsinə aid hissədə çıxarışın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddia ərizəsində qeyd olunan hallara əsasən, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 17/1 saylı qərarına əsasən JN 024 A, kod 80407038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mərhum X8, X6, Əhmədova (Mirzəyeva) Rəna Məmmədağa qızına, İddiaçı4, İddiaçı2 və Əfıyyədin Hacıağa oğluna fərdi yaşayış, həyətyanı torpaq sahəsi, fərdi kollektiv və kollektiv bağlar salmaq məqsədilə 1,72 ha torpaq sahəsi verilmişdir. X13 öz ailə üzvləri ilə Şirvan şəhərinə köçdükdən sonra Mirzəyev Əziz Xubalı oğlu həmin 1,72 ha torpaq sahəsini zəbt edərək istifadə etmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(038)-06/2016 saylı qətnaməsi ilə Mirzəyev Əziz Xubalı oğlunun istifadəsində olan 1,72 ha torpaq sahəsinin şimal-qərb hissəsindən 0,33 ha torpaq sahəsi ayrılaraq X6 verilmişdir. Onlar dəfələrlə Mirzəyev Əziz Xubalı oğluna zəbt etdiyi faktiki istifadə etdiyi onların və mərhum X7 birgə mülkiyyyətlərində olan 1.39 ha torpaq sahəsindən istifadə etmək istədikləri üçün çıxmasını tələb etsələr də o, buna məhəl qoymamışdır. Onlara məlum oldu ki, Cəlilabad 8 saylı Ərazi idrəsinin kadastr üzrə mütəxəssisi ilə İddiaçı4 arasında şəxsi münasibət olmaqla, onların mülkiyyət hüquqlarını pozmuşdur. X13 xx.xx.2018-ci ildə vəfat etmiş və onlar onun qanuni vərəsələridirlər. Mirzəyev Əziz Xubalı oğlunun adına 05 may 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan çıxarışın verilməsinə əsas olan sənədlərdən, mübahisəli torpaq sahəsinin planından və Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin komleks yerquruluşu layihəsindən çıxarışdan göründüyü kimi, JN 023B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Mirzəyev Əziz Xubalı oğluna və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.39 ha həyətyanı torpaq sahəsi yerləşmə vəziyyətinə görə, JN 024 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum X8, İddiaçı1, İddiaçı4, İddiaçı2 və Əfiyyədin Hacıağa oğluna mülkiyyətinə verilmiş torpaq sahəsinin məhkəmə qətnaməsindən qalan 1.42 ha hissəsi ilə həmsərhəd yerləşsə də, Mirzəyev Əziz Xubalı oğlu JN 023 B kontur üzrə mülkiyyətinə verilmiş torpaq sahəsində deyil, iddiaçıların mülkiyyətinə verilmiş JN 024 A kontur üzrə iddiaçıların mülkiyyətində olan 1.42 ha torpaq sahəsini zəbt etməklə üzərində fərdi yaşayış evi və həyətyanı tikililər inşa etmiş və ona DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səhvən daşınmaz əmlakın (fərdi yaşayış evi) qeydiyyatı haqqında 05 may 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan MA seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Göründüyü kimi Mirzəyev Əziz Xubalı oğlu özünə verilmiş torpaq sahəsində deyil, iddiaçıların mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt edərək orada fərdi yaşayış evi və digər tikililər inşa etmişdir. Halhazırda mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətində olmasına əsasən Mirzəyev Əziz Xubalı oğluna JN 023B kontur üzrə mülkiyyətinə verilmiş şəhadətnaməyə əsasən ƏMDK DƏDRXnin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən Mirzəyev Əziz Xubalı oğlunun adına verilmiş 05 may 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq iddiaçılar tərəfindən DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən Mirzəyev Əziz Xubalı oğlunun adına verilmiş 05 may 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsindən ötrü DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər. DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsindən iddiaçılara göndərilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda tələbin təmin olunmasından imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia ərizəsi təmin edilmiş, Yardımlı rayonu, Dəryavar kəndində Mirzəyev Əziz Xubalı (Xubali) oğlunun adına (xüsusi mülkiyyətinə) verilmiş daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmış MA seriyalı, ******* saylı, ********** reyestr nömrəli, xx.xx.2011-ci il tarixdə qeydə alınmış 0,39 hektar torpaq sahəsinə aid hissədə çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan ücüncü şəxs Mirzəyev Əziz Xubalı oğlu, o cümlədən onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayətləri verilmişdir. İİ. Apellyasiya şikayətlərinin dəlilləri: Üçüncü şəxs Əziz Mirzəyevin apellyasiya şikayətində qeyd olunanlara görə, mübahisələndirilən torpaq sahəsinə mülkiyyət hüququna dair MA seriyalı, ******* saylı, ********** reyestr nömrəli, xx.xx.2011-ci il tarixində qeydə alınmış 0,39 hektar torpaq sahəsinə aid hissədə çıxarış dövlət orqanı tərəfindən ölçülüb-biçilərək verilmişdir. Lakin 20 il keçdikdən sonra məhkəmə həmin sənədin ləğv edilməsi barədə qərar qəbul edir. Həmin torpaq sahəsində Əziz Mirzəyevin yaşayış sahəsi vardır və uzun müddətdir, ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsində yaşayır. İddiaçıların onunla şəxsi-qərəzli olduğu üçün əvəz çıxmağa çalışırlar. Aidiyyəti orqanlar isə mübahisəyə yanlış mövqedən qiymət verirlər. Mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakla bağlı iddia müddəti 6 ildir. Mübahisəli torpağın Əziz Mirzəyevin mülkiyyətimə verilməsi isə 13 ildən artıqdır. Eyni predmet və eyni əsaslar üzrə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, Şirvan Apellyasiya Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2021- ci il tarixli qanuni qüvvəsini almış qərarı mövcuddur. Məhkəmə qərar qəbul edərkən qeyd edilən məhkəmə aktlarına istinad etsədə, eyni əsaslar üzrə iddianın yolverməzliyini nəzərə almamışdır. Şirvan İnzibati məhkəməsi 2-1(120)-48/2024 saylı ,11 oktyabr 2024-cü il tarixli qərarı qəbul edərkən işin hallarını düzgün araşdırmamış, vətəndaş hüququnun pozulmasını nəzərə almamışdır. Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsinin 0,83 ha hissəsi Yardımlı Ravon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(038)06/2016 saylı qətnaməsinə əsasən cavabdeh X5 istifadəsinə verilmişdir. Həmçinin, kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə X9 və onun ailə üzvlərinə JN 0024 KOD 80407038 nömrəli "Torpağa mülkiyvəl hüququna dair Dövlət Aktı" ilə xx.xx.2000-ci ildə 0,23 ha torpaq sahəsi ayrılmışdır. Cavabdeh X10 faktiki olaraq orada yaşamır. Lakin torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə istifadə edir (ot əkir, biçir, mal-qara otarır). Yardımlı RİHB-nın xx.xx.1997-ci il tarixli, 07 Saylı Sərəncamına əsasən, Əziz Mirzəyevə fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 Saylı ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci ildə dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli MA ******* saylı Çıxarış verilmişdir. Bundan başqa, "Göyərçin" Kooperativinin xx.xx.1999-cu il tarixli protokol qərarına əsasən Əziz Mirzəyevə 1,0 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 Saylı ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cıı il tarixli, C-201 nömrəli sxemdən görünür ki, faktiki istifadəsində (ailə üzvlərində birlikdə) 2,3160 ha həyətyanı torpaq sahəsi vardır. Amma torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edildiyinə görə, mülkiyyət hüququ üzrə Əziz Mirzəyevə məxsus 0,39 ha hissənin 0,33 ha hissəsi qanunsuz istifadədə qalır. Cavabdehdən torpaq sahənin boşaldılmasını tələb etsə də, heç bir nəticə verməmiş, cavabdehin həyat yoldaşı tərəfindən dəfələrlə təhqir olunmuş və Yardımlı RPŞ-ə və Daxili İşlər Nazirliyinin 102 Qanar Xəttinə şikayətləri olmuşdur. Göstərilənlətə əsasən, Şirvan İnzibati Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-48/2024 nömrəli tarixli qərarının ləğv edilməsi, iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İİİ. Prosses iştirakçılarının izahatları: İddiaçılar İddiaçı1, İddiaçı4 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, şikayətlərin təmin olunmamasını, qərarın qüvvəsində saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxsə, cavabdehə və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. Lakin üçüncü şəxs Əziz Mirzəyev əvvəllər iştirak etdiyi məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. İşin hallarına əsasən məhkəmə işə üçüncü şəxsin, cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən Qanun: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. «Torpaq islahatı haqqında» AR Qanununun: -9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; -10-cu maddəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan RespublikasınınDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. V. Məhkəmənin mövqeyi: İPM-in 82-ci maddəsinin tələbi üzrə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin iddiaçılara ünvanladığı 20 may 2021-ci il tarixli **********69 nömrəli məktubda göstərilmişdir ki, təqdim edilmiş daşınmaz əmlakın hüquqmüəyyənedici sənədləri əsasında Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən Yardımlı rayonu, Dəryavar kəndində 0.39 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Mirzəyev Əziz Xubalı oğlunun adına çıxarış və texniki pasport verilmişdir. Daşınmaz əmlakın hüquqmüəyyənedici sənədinin ləğv edilməsi və torpaq sahəsi üzərində yaranmış mübahisənin həlli Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.Yuxarıda göstərilənlərə əsasən ərizənizdə göstərilən tələbin icrası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün deyildir. -Kod 80407038, JN-024A nömrəli, şəhadətnamənin surətindən görünür ki, Yardımlı rayonu, Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 17/1 saylı qərarı ilə X13, X14, İddiaçı4, X11, İddiaçı2 və X2 1.72 ha torpaq sahəsi verilmişdir. -AZ-İ №992535 nömrəli, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində ölmüşdür. -İV-ЖГ №291752 nömrəli, xx.xx.1987-ci il tarixli nigah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X14 nikaha daxil olmuşlar. Nikahdan sonra qadın Mirzəyeva soyadını götürmüşdür. -Yardımlı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 129 nömrəli məktubunda göstərilmişdir ki, Yardımlı rayonu, Aqrar İslahat Komissiyasının Dəryavar kəndi üzrə islahat komissiyasının protokolları, Yardımlı rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Hal-hazırda Yardımlı rayon Dövlət Arxivində saxlanılmır. Mirzəyev Əziz Xubalı oğlu ilə X8 ayrılmış torpaq sahəsinə dair Aqrar İslahat Komissiyasının 11 noyabr 1988-ci il tarixli, 17/1 saylı qərarı Yardımlı rayon Dövlət Arxivində aşkarlanmadı. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********07 nömrəli məktubda göstərilmişdir ki, sorğuda qeyd edilmiş **********39-10301 reyestr mömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məktuba sənəd qoşması olaraq əlavə edilir. -**********39-10301reyestr nömrəli xx.xx.2011-ci il tarixli, 01 intentar nömrəli AR ƏMDK yanında DƏDRX Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən, Yardımlı rayon Dəryavar kəndində yerləşən fərdi yaşayış evi Mirzəyev Əziz Xubalı oğlunun adına qeydə alınmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Yardımlı rayon Dəryavar kəndində yerləşən 0.39 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Mirzəyev Əziz Xubalı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Kod 80407038, JN-023B nömrəli, şəhadətnamənin surətindən görünür ki, Yardımlı rayonu, Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 17/1 saylı qərarı ilə Mirzəyev Əziz Xubalı oğlu, X4, X19, X26, X24, X21, X22 və X15 0.39 ha torpaq sahəsi verilmişdir. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmədinin xx.xx.2021-ci il tarixli, **********88 nömrəli məktubunda göstərilmişdir ki, müraciətinizlə əlaqədar JN-023B KOD- 80407038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və onun verilməsinə əsas olan sənədlərin, xx.xx.2011-cı il tarixli çıxarışın, Yardımlı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli Qərarının və adlı siyahılardan çıxarışın təsdiq olunmuş surəti təqdim edilir. -Yardımlı rayonu, Aqrar İslahat Komissiyasının Yardımlı rayon Dəryavar kəndində Vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə 23-cü sırada Mirzəyev Əziz Xubalı oğlu, X4, X19, X26, X24, X21, X22 və X12 adları qeyd edilmişdir. 24-cü sırada isə X13, X14, İddiaçı4, X11, İddiaçı2 və X1 adları qeyd edilmişdir. -Yardımlı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(038)-06/2016 nömrəli qətnaməsindən görünür ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 17/1 saylı qərarı ilə X8 və onun ailə üzvlərinə verilmiş (Torpaq mülkiyyətinə verilməsinə dair JN-024A KOD80407038 nömrəli şəhadətnamə) 1,72 hektar torpaq sahəsinin şimal-qərb hissəsindən 0,33 (sıfır tam otuz üç) ha torpaq sahəsi ayrılaraq X6 verilməsi və zəbt edilmiş torpaq sahəsi Mirzəyev Əziz Xubalı oğlunun qanunsuz sahibliyindən azad edilməsi qərara alınmışdır. - Yardımlı Rayon Məhkəməsinin 2(038)-248/2019 nömrəli, xx.xx.2019-cu il tarixli ekspertiza təyin edilməsi barədə qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hazırladığı xx.xx.2019-cu il tarixli 23752 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTl-nin mühəndisləri Rauf Əzizovun və Malik Mahmudovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 17/1 saylı qərarı ilə JN 024A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X8 (mərhum), İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsindən hər birinə düşən sahənin ayrı-ayrılıqda parametrlərinin (ölçülərinin), sərhədlərinin müəyyənləşdirilməsi, pay bölgüsü planının hazırlanması mütəxəssisin səlahiyyətlərinə aid olmamasına baxmayaraq Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yerquruluşu layihəsi materialının yerəuyğun yerləşmə vəziyyətinə görə JN 024A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X8 (mərhum) və iddiaçılara mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin məhkəmə qətnaməsindən sonra qalan 1,42 ha hissəsində mövcud olan əsas və köməkçi tikililərin yerləşmə vəziyyəti, ölçüləri müəyyənləşdirilərək tərtib edilmiş mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisləri Rauf Əzizovun və Malik Mahmudovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yerquruluşu layihəsi materialının yerəuyğun yerləşmə vəziyyətinə və Torpağın mülkiyyətə verilməsinə dair JN 024A nömrəli Şəhadətnaməyə görə mərhum Mirzəyev Häcıağa Xubalı oğluna və iddiaçılara mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin məhkəmə qətnaməsindən sonra qalan 1,42 ha hissəsinin 0,43 hektaradək hissəsi cavabdeh Mirzəyev Əziz Xubalı oğluna **********39-10301 reyestr nömrəli Çıxarışla mülkiyyətə verilmiş 0.39 ha (cizgi daxilində 0,4468 ha) həyətyanı torpaq sahəsinin 0,43 hektaradək olan hissəsi ilə üst-üstə düşür. Cavabdeh Mirzəyev Əziz Xubalı oğluna adına **********39-10301 reyestr nömrəli Çıxarışla qeydiyyata alınmış və faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin yerəuyğun yerləşmə vəziyyəti, ölçüləri müəyyənləşdiriliərək tərtib edilmiş planda və Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisləri Rauf Əzizovun və Malik Mahmudovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yerquruluşu layihəsi materialının yerəuyğun yerləşmə vəziyyətinə və Torpağın mülkiyyətə verilməsinə dair JN 024A nömrəli Şəhadətnaməyə görə X8 (mərhum) və iddiaçılara mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinə naturada mövcud olan, plana alınmış gediş-gəliş yolunun yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş planda və Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yerquruluşu layihəsindən çıxarışda öz əksini tapmışdır. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmədinin xx.xx.2021-ci il tarixli, **********59 nömrəli məktubunda göstərilmişdir ki, mütəxəssis rəyinin təqdim edilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bundan əvvəl Yardımlı Rayon Məhkəməsi tərəfindən daxil olan xx.xx.2019-cu il tarixli, 2(038)-248/2019 nömrəli müraciətinə cavab olaraq Xidmət tərəfindən xx.xx.2019cu il tarixində **********71 nömrəli məktub ilə müvafiq məlumat Yardımlı Rayon Məhkəməsinə və surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Yardımlı rayon Dəryavar kəndində yerləşən 0.30 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Yardımlı Rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qərardan görünür ki, 11 oktyabr 2017-ci il tarixdə qeyd olunan icra sənədi tam icra edilməklə Yardımlı Rayon Aqrar islahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 17/1 saylı qərarı ilə X8 və onun ailə üzvlərinə verilmiş (torpağın mülkiyyətə verilməsinə dair JN-Q24A kod 80407038 nömrəli şəhadətnamə) 1,72 ha torpaq sahəsinin şimal- qərb hissəsindən 0,33 ha torpaq sahəsinin 0,03 ha hissəsi borclu Mirzəyev Əziz Xubalı oğlunun mülkiyyətində olan 0,39 ha torpaq sahəsinin üzərinə düşdüyünə görə yerləşməsi mümkün olmadığından tələbkarın nümayəndəsi X3 razılığı ilə 0.33 ha əvəzinə 0.30 ha torpaq sahəsi mütəxəssisin iştirakı ilə ayrılaraq X6 verilməklə zəbt edilmiş torpaq sahəsi Mirzəyev Əziz Xubalı oğlunun qanunsuz sahibliyindən azad edilmiş və bu barədə akt tərtib edilmişdir. - Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5180/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Mirzəyev Əziz Xubalı oğlunun kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021ci il tarixli, 2(106)-404/2021 saylı qətnaməsi ləğv edilməsi və iddiaçı Mirzəyev Əziz Xubalı oğlunun cavabdeh İddiaçı1 və digərlərinə qarşı “Yardımlı rayonu, Dəryavar kəndində yerləşən 1,72 ha torpaq sahəsinə dair X8 və ailə üzvlərinə Yardımlı rayon AİK-nın 11 noyabr 1998-ci il tarixli, 17/1 saylı qərarına əsasən verilmiş JN-024 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi” iddiasına dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. -Yardımlı rayon Məhkəməsinin Şirvan İnzibati məhkəməsinə ünvanladığı xx.xx.2024cü il tarixli, 49 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı X5 cavabdehlər X8 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən ona çatan 0,33 ha torpaq sahəsinin ayrılıb verilməsi, Mirzəyev Əziz Xubalı oğluna qarşı zəbt etdiyi torpaq sahəsini boşaltması və 2000 manat məbləğində dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası Yardımlı Rayon Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(038)- 06/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra sənədi tam icra edilmiş və Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilərək icra sənədi Məhkəməyə qaytarılmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin məhkəməyə ünvanladığı 24 may 2024-cü il tarixli 3-21-3-44/2- 2586/2024 nömrəli məktubda göstərilmişdir ki, 1998-ci ildə Yardımlı rayonunda aparılan Aqrar İslahat zamanı X8 və onun ailə üzvlərinə Yardımlı rayonu, Dəryavar kəndində 1.72 ha torpaq sahəsinin X7 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair" JN- 024A, Kod: 80407038 nömrəli şəhadətnamənin, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-024A, Kod: 80407038 nömrəli şəhadətnamənin DWG xəritəsinin, DBF siyahısının, və “Torpağa mülkiyyət, torpaqdan daimi istifadə hüququna dair Dövlət aktlarının, Torpağın mülkiyyətə verilməsinə dair və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin qeydiyyat” kitabındakı adının qeydə alındığı səhifənin təsdiq edilmiş surətləri göndərilmişdir. -Yardımlı Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(038)-11/2020 nömrəli qətnamədən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən cavabdeh Mirzəyev Əziz Xubalı oğlunun adına verilmiş 05 may 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan MA seriya ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport etibarsız hesab edilərək iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətiərinə verilmiş 1.39 ha pay torpaq sahəsi cavabdeh Mirzəyev Əziz Xubalı oğlunun qanunsuz sahibliyindən azad edilsin, qanunsuz zəbt edilmiş ərazidə inşa edilmiş tikililər cavabdeh Mirzəyev Əziz Xubalı oğlunun hesabına sökülməsi və cavabdeh həmin torpaq sahəsindən çıxarılması qərara alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 10/8769 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyinə əsasən, Yardımlı rayonu Dəryavar kəndi ərazisində Mirzəyev Əziz Xubalı oğluna **********39- 10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin planının” elektron baza materialında yerləşmə vəziyyətinə görə mülkiyyətə verilmiş 0,39 ha (cizgi daxilində 0,4468 ha) həyətyanı torpaq sahəsinin və bu torpaq sahəsinin hüdudları daxilində mövcud olan fərdi yaşayış evinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında və Yardımlı rayonu Dəryavarkəndi “Dəryavar” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən Çıxarışda göstərilmişdir). Yardımlı rayonu Dəryavar kəndi erazisində **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin planı”nın elektron baza materialında yerləşmə və faktiki istifadə vəziyyəti ilə Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi baza materialı arasında uyğunsuzluqların olduğu müəyyən edildi. Uyğunsuzluqlara görə Yardımlı rayonu Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı, Torpağın mülkiyyətə verilməsinə dair JN-024A və JN-023B nömrəli Şəhadətnamələr əsasında müvafiq olaraq mərhum X8 və onun ailə üzvlərinə, Mirzəyev Əziz Xubalı oğluna və onun ailə üzvlərinə mülkiyyətə verilmiş 1,72 ha (1,39 ha) və 0,39 ha həyətyanı torpaq sahələrinin hansı koordinatlarda yerləşməsini, üst-üstə düşməsini və müqayisəli tərzdə araşdırıb qərardadda qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən Yardımlı rayonu Dəryavar kəndi ərazisində **********3910301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin plan”nın elektron baza materialının döngə nöqtələrinin koordinatlarına görə Mirzəyev Əziz Xubalı oğluna mülkiyyətə verilmiş 0,39 ha (cizgi daxilində 0,4468 ha) həyətyanı torpag sahəsinin onun taktiki istifadəsi kimi plana alınmış 1,94 ha olan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7901 nömrəli ekspert rəyindən görünür ki, Yardımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı, torpağın mülkiyyətə verilməsinə dair JN-024A KOD 80407038 nömrəli şəhadətnamə əsasında X8 və onun ailə üzvlərinə ayrılmış, 1,72 ha torpaq sahəsinin Yardımlı rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(038)-06/2016 nömrəli qətnaməsindən sonra qalan 1.39 ha hissəsinin və Yardımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı, torpağın mülkiyyətə verilməsinə dair JN-023B KOD 80407038 nömrəli Şəhadətnamə əsasında Mirzəyev Əziz Xubalı oğluna və onun ailə üzvlərinə ayrılmış 0,39 ha torpaq sahəsinin, o cümlədən seriya MA ******* nömrəli çıxarış və xx.xx.2011-ci il tarixli, 01 inventar nömrəli texniki pasport əsasında Mirzəyev Əziz Xubalı oğlunun adına qeydiyyata alınmış 0,39 ha torpaq sahəsinin və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin (hər bir sənəd üzrə ayrıayrılıqda göstərilməklə) sxemi və koordinatları iş materiallarında olan (səh 220) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyinə və xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 2510/2023 saylı mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planına əsasən, JN-24A və JN-23B nömrəli şəhadətnamələrin kompleks yerquruluşu xəritəsinin elektron baza məlumatında yerləşmə möygeyi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 2510/2023 saylı mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatı materialında JN-23B nömrəli şəhadətnamənin yerləşmə mövqeyi əks olunmadığından göstərilmədiyindən JN-024AKOD 80407038 nömrəli şəhadətnamə əsasında X8 və onun ailə üzvlərinə ayrılmış, 1,72 ha torpaq sahəsinin Yardımlı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(038)-06/2016 nömrəli qətnaməsindən sonra qalan 1.39 ha hissəsinin koordinatları ilə Yardımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı, torpağın mülkiyyətə verilməsinə dair JN-023B KOD 80407038 nömrəli şəhadətnamə əsasında Mirzəyev Əziz Xubalı oğluna və onun ailə üzvlərinə ayrılmış 0,39 ha torpaq sahəsinin koordinatları üst-üstə düşüb-düşməməsi barədə tədqiqat aparmaq mümkün olmamışdır. Qeyd olunur ki, xx.xx.2023-cü il tarixli, 3- 21-3-44/2-2510/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilənlərə əsasən, Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatı materialında JN-Q24A nömrəli şəhadətnaməyə əsasında X7 (mərhum) və iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 24A saylı 1,41 ha torpaq sahəsi ilə **********39-10301 reyestr nömrəli çıxarışa əsasən Mirzəyev Əziz Xubalı oğlunun mülkiyyətinə verilmiş 0,39 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 2510/2023 saylı mütəxəssis əsasən, Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatı materialında JN-024A nömrəli şəhadətnaməyə görə X7 (mərhum) və iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 24A saylı 1,41 ha iddia olunan həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2510/2023 saylı mütəxəssis rəyinə əsasən, **********39-10301 reyestr nömrəli Çıxarış və Texniki Pasporta əsasən Mirzəyev Əziz Xubalı oğlunun mülkiyyətinə verilmiş 0,39 ha həyətyanı torpaq sahəsi Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatlarına əsasən X7 (mərhum) və iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş iddia olunan 1,41 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir.Mirzəyev Əziz Xubalı oğlunun adına tərtib edilmiş seriya MA ******* nömrəli çıxarış və xx.xx.2011-ci il tarixli, 01 inventar nömrəli texniki pasportda torpaq sahəsinin 0,39 ha (faktiki isə 0,42 ha) təşkil etdiyi, torpaq sahəsinin eninin 51 metr (35metr), uzunluğunun 110 metr (91,5metr) təşkil etdiyi göstərilmişdir. Lakin Yardımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-023B KOD 80407038 nömrəli şəhadətnamədə torpaq sahəsinin ölçüləri və koordinatları qeyd olunmamışdır. Bu səbəbdən də həmin torpaq sahəsinin koordinatlar üzrə üst-üstə düşübdüşməməsini, eyni zamanda texniki pasportun ilkin hüquqmüəyyənedici sənədinə-Yardımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı, torpağın mülkiyyətə verilməsinə dair JN-023B KOD 80407038 nömrəli şəhadətnaməyə uyğun düzgün tərtib edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2510/2023 saylı mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında qeyd olunanlara əsasən, seriya MA 0195885, **********39 reyestr nömrəli çıxarış və xx.xx.2011-ci il tarixli, 01 inventar nömrəli texniki pasport əsasında Mirzəyev Əziz Xubalı oğluna və onun ailə üzvlərinin adına qeydə alınmış 0,39 ha torpaq sahəsinin faktiki vəziyyətidə cizgi daxilində 0,4468 ha təşkil etdiyi müəyyən olunmuşdur. -“Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatı” materialında JN-024A nömrəli şəhadətnaməyə əsasında X7 (mərhum) və iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 24A saylı 1,41 ha torpaq sahəsi ilə **********39- 10301 reyestr nömrəli çıxarışa əsasən Mirzəyev Əziz Xubalı oğlunun mülkiyyətinə verilmiş 0,39 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi, 1998-ci ildə Yardımlı rayonunda aparılan Aqrar İslahat zamanı X8 və onun ailə üzvlərinə Yardımlı rayonu, Dəryavar kəndində 1.72 ha torpaq sahəsinin X7 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair" JN-024A, Kod: 80407038 nömrəli şəhadətnamənin, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-024A, Kod: 80407038 nömrəli şəhadətnamənin DWG xəritəsinin, DBF siyahısının, və “Torpağa mülkiyyət, torpaqdan daimi istifadə hüququna dair Dövlət aktlarının, Torpağın mülkiyyətə verilməsinə dair və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin qeydiyyat” kitabındakı adının qeydə alınmışdır. Mütəxəssis və ekspert rəyləri nəticəsində iddiaçıların adına verilmiş JN-024A nömrəli şəhadətnamə əsasında X7 (mərhum) və iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 24A saylı 1,41 ha torpaq sahəsi ilə **********39- 10301 reyestr nömrəli çıxarışa əsasən Mirzəyev Əziz Xubalı oğlunun mülkiyyətinə verilmiş 0,39 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşmüşdür. Mirzəyev Əziz Xubalı oğlu isə fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə çıxarış əldə etmək üçün cavabdeh orqana müraciət etdikdə texniki pasportu və ilkin hüquqmüəyyənedici sənədi- Yardımlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-023B KOD 80407038 nömrəli şəhadətnaməsini təqdim etmişdir. Lakin keçirilmiş ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, JN-23B nömrəli şəhadətnamənin yerləşmə mövqeyi əks olunmamışdır. X31 Xubalı oğlunun adına tərtib edilmiş seriya MA ******* nömrəli çıxarış və xx.xx.2011-ci il tarixli, 01 inventar nömrəli texniki pasportda torpaq sahəsinin 0,39 ha (faktiki isə 0,42 ha) təşkil etdiyi, torpaq sahəsinin eninin 51 metr (35metr), uzunluğunun 110 metr (91,5metr) təşkil etdiyi göstərilmişdir. İşin qeyd olunan materialarına əsasən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas yoxdur, yəni cavabdeh inzibati orqanın daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmış MA seriyalı, ******* saylı, ********** reyestr nömrəli, xx.xx.2011-ci il tarixdə qeydə alınmış 0,39 hektar torpaq sahəsinə aid hissədə çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından imtinası əsassızdır. Belə ki, cavabdeh tərəfin hərəkətsizliyi nəticəsində iddiaçı tərəfin mülkiyyət hüquqları pozulmaqda davam edir. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq, bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunmaqla şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2-1(120)-48/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 01 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-148/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-148/2025
15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver