Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-149/2025 11.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Çilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X8, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-89/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, qərardad qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamın və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamın və bu sərəncam əsasında İmişli rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 40 saylı torpaq icarəsi haqqında müqavilənin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(120)-89/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Məhkəmə tərəfindən İddiaçı hüquqi yardım edilmişdir. İddiaçı tərəfindən prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, həmin bu sərəncamlar ona İmişli rayon İcra Hakimiyyəti tərəfindən vaxtında təqdim edilməmişdir. O, bu sərəncamlardan yalnız "xxxx" MMC-nin ona və digər şəxslərə qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş maddi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərkən xəbər tutmuşdur. O və digər şəxslər "xxxx" MMC-nin bu iddia ərizəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin bu sərəncamların ləğv edilməsi və İmişli rayon İcra Hakimiyyəti Başçısı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 40 saylı torpaq sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə ərizə vermişdilər. Lakin məhkəmə tərəfindən ilkin iddia təmin edilmiş və İmişli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1483/2021 saylı qətnaməsi ilə"xxxx" MMC-nin iddiası təmin edilmiş və onların həmin bu torpaq sahələrindən çıxarılması qət edilmişdir. Bu qətnamədən narazı qaldığı üçün Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və İmişli rayon məhkəməsinin qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsində işə baxılan zaman onların qarşılıqlı iddia ərizəsi, yəni mübahisə predmeti olan sərəncamların ləğvi ilə əlaqədar iddianın Şirvan İnzibati Məhkəməsinə aid olması izah edilmiş və bununla əlaqədar inzibati məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Həmin vaxtda, yəni apellyasiya şikayətinin baxılması zamanı - 2021 -ci ilin oktyabr ayında bu barədə məlumat aldıqdan sonra hal-hazırki iddia ərizəsi ilə Şirvan nzibati Məhkəməsinə müraciət etmişdir. 2021-ci ilə kimi ümumiyyətlə belə bir sərəncamın olmasından xəbərsiz olmuşlar. Belə ki, onunla İmişli RİH arasında torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar xx.xx.2016-cı il tarixli 19 saylı müqavilə bağlanmış və bu müqavilənin müddəti 25 il üçün nəzərdə tutulmuşdur. Təbii ki, torpaq sahəsindən istifadə müddəti bitmədiyi üçün onlar belə bir qərarın qəbul ediləcəyini ağlına belə gətirmirdi. Yalnız 2021-ci ilin oktyabr ayında bu sərəncamların ləğvi ilə əlaqədar inzibati məhkəməyə müraciət etməli olması ona bildirilmişdir. Ona görə də hesab edir ki, onun hal-hazırki iddia ilə bağlı məhkəməyə müraciət etməsi ilə əlaqədar iddia müddəti bərpa edilməlidir. “İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 112 saylı və xx.xx.2017-ci il tarixli 214 saylı sərəncamlarınnın ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmə müddətinin ötürülməsini üzürlü hesab edərək, həmin müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2-1(120)-3363/2024 nömrəli qərardadı ilə İddiaçı iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin bu qərardadı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qərardadın əsaslandırıcı hissəsində bu sərəncamlardan 2017-ci ildə məlumatlı olduğunu və həmin müddətdən dörd il keçdikdən sonra hal-hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bunu onun xx.xx.2024-cü il tarixində məhkəmə iclası zamanı onun işlə əlaqədar verdiyi izahatın təhrif olunmuş şəkildə qərardadda əksini tapmışdır. Belə ki, iddia ərizəsi ilə əlaqədar keçirilən heç bir məhkəmə iclasında bu sərəncamlardan xəbərdar olduğunu və ya həmin sərəncamları təqdim edilməmişdir. Belə ki, həmin illərdə Respublikanın bütün ərazisində əkinə yararlı sahələrin həcmi artırılır və müxtəlif kateqoriyalı torpaq sahələrinin təyinatı dəyişilərək əkin altına verilirdi. Həmin vaxtda İmişli rayon icra hakimiyyətinin keçmiş icra başçısı Vilyam Vəliyev həm ona, həm də digər torpaq istifadəçilərinə bildirmişdir ki, istifadəsində olan torpaq sahələri prezidentin fərmanı ilə onlardan alınaraq əkin əkiləcəkdir, həmin torpaq sahəsini müvəqqəti olaraq boşaldaraq onlara təhvil vermişdir. Lakin bir müddət sonra işlərin sonrakı gedişi göstərdi ki, həm o, həm də digər torpaq istifadəçiləri icra başçısı tərəfindən aldadılmışlar. Yəni, həmin torpaq sahəsi onlardan alındıqdan sonra dövlət ehtiyacları üçün deyil, İmişli rayonunda vəzifədə işləyən bir şəxsin şəxsi maraqları üçün istifadəyə verilmişdir. Etirazını bildirərək həmin torpaq sahəsini yenidən öz istifadəsinə qaytarmışdır. Həmin vaxtdan bugünkü bu torpaq sahələri onun istifadəsindədir. Yalnız 2021-ci ildə "xxxx" MMC tərəfindən həm ona, həm də digər şəxslərə qarşı torpaq sahəsindən çıxarılma barədə məhkəməyə iddia ərizəsi verdikdən sonra o həmin bu sərəncamları rəsmi qaydada əldə etmiş və həmin vaxt belə bir sərəncamların qəbul edildiyindən xəbər tutmuşdur. Həmin vaxt bu sərəncamların ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət etmiş, lakin həm məhkəmə tərəfindən bu iddianın inzibati məhkəməyə aid olması bildirilmiş və ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Yəni, həmin bu mübahisə predmeti olan sərəncamlardan o faktiki olaraq 2021-ci ildə xəbər tutmuş və İmişli rayon məhkəməsində olan sənədlərin içərisindən əldə etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-89/2024 saylı qərardadının ləğv edilməsi və iddia müddətinin ötürülməmiş hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İİİ. Prosses iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:https://e-qanun.az/framework/46956 - inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikə. Maddı 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
V. Məhkəmənin mövqeyi:
Apellasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmamışdır. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İşdə olan sənədlərdən məlum olur ki, İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sənəncamı ilə heyvandarlığın inkişafı üçün İmişli rayonunun 94 saylı dövlət qış otlaq fondundan 68,0 ha torpaq sahəsi X1 müvvəqqəti istifadəsinə verilmiş, bu barədə 23 avqust 2016-cı il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Bundan sonra İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 214 saylı sənəncamı ilə "xxxx" MMC-nin rəhbərliyinin müraciəti nəzərə alınaraq və Cəmiyyətə kənd təsərrüfatı bitkilərinin əkilib becəsilməsi məqsədi ilə, rayonun Aranlı, Hacırüstəmli və Qulubəyli kəndləri yaxınlığında yerləşən 86, 93, 94, 95, 96h, 97 saylı dövlət qış otlaq sahələrindən 2600,0 ha torpaq sahəsi ayrılıb icarəyə verilməsi qərara alınmışdır. Bundan başqa İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sənəncamı ilə İmişli rayon İcra Hakimiyyəti başçısının "İbrahim" K/M-nə (rəhbəri X11) 387,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə 29 aprel 2000-ci il tarixli, 89 saylı sərəncamı, X7 205,8 ha otlaq sahəsinin icarəyə verilməsi barədə 29 iyul 2006-cı il tarixli, 179 saylı sərəncamı və 29 iyul 2006-cı il tarixli, 43 saylı icarə müqaviləsi, X2 68,0 ha otlaq sahəsinin icarəyə verilməsi 23 avqust 2016-cı il tarixli, 146 saylı sərəncamı və 23 avqust 2016-cı il tarixli, 19 saylı icarə müqaviləsi, X5 50,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə 17 mart 2009-cu il tarixli, 47 saylı sərəncamı və 17 mart 2009-cu il tarixli, 2 saylı icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilmiş və cavabdehlər "İbrahim" K/M, X9, X3 və X4 həmin torpaq sahəsindən istifadə hüquqlarına xitam verilmişdir. Birinci instansiya məhkəmsində təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 11 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi 68 ha torpaq sahəsi onun faktiki istifadəsindədir və "xxxx" MMC-nin icarəsinə verilmiş 2153,90 ha hissəsi ilə üst-üstə düşür. Göründüyü kimi, iddiaçı X1 68 ha torpaq sahəsindən icarə hüququ əsası ilə istifadə hüququna dair iqtisadi marağı mövcuddur, həmin hüququnun pozulmasını iddia etməsi üçün subyektiv əsas vardır. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı məhz ona qarşı "xxxx" MMC-nin 2021-ci ilin may ayında torpaq sahəsindən çıxarılma barədə iddiasından dərhal sonra İmişli rayon məhkəməsində 2021-ci ildə qarşılıqlı iddia qaldırmaqla, hüquqi marağını müdafiə etməyə çalışmış, lakin məhkəmə aidiyyəti qaydalarına əməl edilməmişdir. İmişli Rayon Məhkəməsi aidiyyət qaydalarına əməl etmədən həmin iddianı icraata qəbul edərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın təmin olunmaması barədə 23 avqsut 2021-ci il tarixdə qətnamə qəbul etmiş, qətnamədən verilmiş apellyasiya şikayətinin araşdırılması mərhələsində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilmiş və mübahisəyə baxılması üçün materiallar məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ilkin və qarşılıqlı iddialar baxılmamış saxlanılmışdır. Lakin həmin müddət ərzində 28 oktyabr 2021-ci il tarixdə iddiaçı X3 hazırkı tələblə Şirvan İnzibati məhkəməsinə müraicət etmişdir. Göründüyü kimi, Şirvan İnzibati Məhkəməsində üç ildən artıq araşdırma aparıldıqdan sonra iddianın mümkünsüzlüyü barədə qərardad qəbul edilmişdir. Həmin qərardad onunla əsaslandırılmışdır ki, “Həmin sərəncamların iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Hazırda mübahisələndirilən sərəncamları qəbul edildikdən sonra 4 ilə yaxın müddət ərzində mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin sərəncamlar barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz.” “...məhkəmə araşdırması zamanı iddiaçı mübahisələndirilən sərəncamlar barədə məlumatlı olmamasına dair sübut təqdim edə bilməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçıya inzibati aktla bağlı hüquqi yardım edilmiş və İddiaçı məhkəmə iclasında 2017-ci il tarixdə "xxxx" MMC tərəfindən başqa torpaq sahəsi verilməsi vədi ilə aldadıldığını, bundan sonra mübahisəli torpaq sahəsindən aldanıb çıxdığını, "xxxx" MMCnin ona digər hissədə verdiyi torpaq sahəsindən 2-3 il istifadə etdiyini, ona həmin torpaq sahəsini adına sənədləşdirilməsi ilə bağlı vədlərinə inanaraq bir müddət gözlədiyini, sonradan heç bir nəticə olmadığını görərək iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etdiyini, bundan sonra "xxxx" MMC tərəfindən verilmiş torpaq sahəsindən onu çıxarıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır.” Beləliklə birinci instansiya məhkəməsinin mövqeyinə görə, “...iddiaçının mübahisələndirdiyi İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamları en geci 2017-ci il tarixdən məlumatlı olduğundan və prosessual müddətin axımı həmin sərəncamlardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2021-ci il tarixdə (zərf məhkəmənin dəftərxanasına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur) məhkəməyə daxil olmuşdur. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarından məlumatlı olduğu vaxtdan 4 ilə yaxın vaxt keçdikdən sonra müraciət etmişdir”. Qərardadda qeyd olunmuş xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclasının videoyazısına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, məzmun baxımından qərardadda qeyd olunanlar düzgün olsa da, iddiaçının nümayəndəsi aşkar qeyd edir ki, razılaşmaya əsasən ona başqa yerdən torpaq versələr də, sonradan oradan çıxarılmışdır. Bundan başqa ötən müddətdə iddiaçının icarəsinə verilmiş torpaq sahəsindən halhazıradək istifadə etməsi, 2021-ci ilin may ayına qədər torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahisənin olmaması əsas verir ki, iddiaçı mübahisə predmetinin əsasını təşkil edən sərəncamlardan məlumatsız olmuşlar. 2017-ci ildə iddiaçı tərəfə başqa ərazindən torpaq sahəsinin verilməsinin təklif edilməsi, həmin sərəncamın verilməsindən məlumatlı olması kimi qiymətləndirilə bilməz. Ona görə də 2021-ci ilin may ayına qədər olan müddətin ötürülməsi həm cavabdehin razılaşmaya əməl etməməsi, həmçinin də mübahisələndirilən sərəncamlardan iddiaçının məlumatlı olmaması səbəbi ilə üzürlü hal kimi nəzərə alınmalıdır. Göstərilən vəziyyətdə aşkar haldır ki, iddiaçının müddətlə bağlı vəsatəti tam və hərtərəfli araşdırlmamışdır. Ona görə də müddətin ötürülməsi ilə bağlı vəsatətin dəlilləri yenidən obyektiv və hərtərəfli araşdırılmaqla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.7.1. və 87.7.2-ci maddələrinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: -inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; -inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, mübahisələndirilən qərardadın ləğv olunması üçün prosessual əsas müəyyən olunur. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-89/2024 nömrəli nömrəli qərardadı ləğv edilsin. İnzibati icraat materialları məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.