Məhkəmə qərarları › İş №2-1(106)-15/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-15/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-15/2025 22.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X4 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(120)-81/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahələrinə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ləğv olunmuş Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə iddiaçının mülkiyyətinə verilmiş inzibati məişət binasının - 839,0 m2, təmir blokunun - 107,6 m2, sahə daxili istilik şəbəkəsinin -129,8 m2, elektrik yarımstansiyasının və əməliyat KİP (G1, G 2) – 218,9 m2 hissələrinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tаriхli, 2-1(120)-1186/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 30 may 2023-cü il tarixli, 2- 1(120)-81/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, həmçinin 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 131 nömrəli sərəncamının əsasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmışdır. İddiaçı Şərifov X3 tikinti materiallarının səhmlərinin 98,54% sahibi olmuşdur. Səhmdar Cəmiyyətin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli ümumi yığıncağının protokolu ilə Bəhrəmtəpə tikinti materialları” ASC ləğv edilmiş, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə aktda göstərilən əmlaklar İddiaçı mülkiyyətinə verilmişdir. Ləğv olunmuş Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə iddiaçının mülkiyyətinə verilmiş inzibati məişət binasının - 839,0 m2, təmir blokunun - 107,6 m2, sahə daxili istilik şəbəkəsinin -129,8 m2, elektrik yarımstansiyasının və əməliyat KİP (G1, G 2) – 218,9 m2 hissələrinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Cəmiyyətin fəaliyyətinə xitam verilməsi zamanı bütün kreditorlarla hesablaşdıqdan sonra cəmiyyətin əmlakının qalan məbləğindən təsisçilərin və ya səhmdarların ümumi yığıncağının qərarına uyğun istifadə edilir. Cəmiyyətin qalan əmlakını satmaq qərara alınarsa, onun kollektivinə bu əmlakı almaqda üstünlük verilir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin səhmlərinin 98,54% sahibi olmuşdur. Həmin Səhmdar Cəmiyyətin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli ümumi yığıncağının protokolu, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı, xx.xx.2019-cu il tarixli, qalıq əmlakının bölünməsi planını əks etdirən hesabatda və s. sənədlərə əsasən cəmiyyəytin əmlakı ona verilmiş və cəmiyyət ləğv edilmişdir. 8 saylı Ərazi Vergilər İdarəsinin verdiyi **********2 nömrəli bildirişi, AR Milli Depozit Mərkəzinin xx.xx.2019-cu il tarixli aktı, AR Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli arayışı əsasında "xxxx" səhmdar cəmiyyəti ləğv olunmuş və həmin qurum Azərbaycan Respublikası Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Bu sənədlər əsasında onun şəxsi mülkiyyətinə verilmiş əmlaka çıxarış almaq üçün cavabdehə müraciət etmiş və bütün zəruri sənədləri təqdim etmiş, lakin imtina edilmişdir. Cavabdehin imtina aktının dəlilləri ondan ibarət olmuşdur ki, "xxxx" Acıq Səhmdar Cəmiyyətinin adına ayrılmış Əmlak kompleksi kimi müəssisəsinin iddiaçının mülkiyyətinə ayrılmasına dair hər hansı hüquqmüəyyən edici sənəd təqdim olunmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən müraciətin icrasından imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçıya verilmiş əmlakların yerində müayinəsi zamanı bir çox tikililərin sökülərək dağıdıldığı, yararsız vəziyyətdə olmaqla, qapı və pəncərələrinin, dam örtüyünün olmadığı, yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, suallara cavab olaraq bildirmişdir ki, qeydə alınması tələb olunan əmlaklar konstruktiv elementlər baxımından istismara yararlıdır, qapı və pəncərələr qoyuldugu halda istifadəyə yararlı vəziyyətə gələ bilər. İddiaçı həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ləğv olunmuş "xxxx" ASC-nin əmlakı olmuş və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə İddiaçı verilmiş 496.0 kv.m inzibati məişət binasından, 107,6 kv.m təmir blokundan, 129,8 kv.m sahə daxili istilik şəbəkəsindən, 218,9 kv.m elektrik yarımstansiyası və əməliyat KİP-dən (G1, G 2) ibarət tikililərə İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, eyni zamanda iş üzrə ekspertiza xərcinin ona aid edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 131 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, ləğv edilmiş “Azərsutikinti” Dövlət Konserninin tabeliyində olmuş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən Bəhrəmtəpə Qum-Çınqıl zavodunun bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılması, "xxxx" açıq səhmdar cəmiyyətinin nizamnamə kapitalı ********** (bir milyard bir yüz səksən dörd milyon iki yüz yetmiş min) manat həçmində müəyyənləşdirilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) və nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 04 aprel 2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, "xxxx" ASC-nin ləğv edilməsi haqqında cəmiyyətin səhmdarlarının ümumi yığıncağının 08 avqust 2018-ci il tarixli qərarına müvafiq olaraq qiymətli kağızların dövlət reyestrində həmin səhmdar cəmiyyətinin səhmlərinin dövriyyədən çıxarılması barədə qeydlər edilmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolundan görünür ki, Bəhrəmtəpə tikinti materialları” ASC-nin əmlaklarının bir hissəsinin (inzibati məişət binası - 839,0 m2, təmir bloku - 107,6 m2, sahə daxili istilik şəbəkəsi -129,8 m2, elektrik yarımstansiyası və əməliyat KİP (G1, G 2) – 218,9 m2) İddiaçı verilməsi qərara alınmışdır. -xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar siyahıda göstərilən əmlakı İddiaçı təhvil verilmişdir. -kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********72 nömrəli bildirişdən görünür ki, xx.xx.2001-ci il tarixdə D-3224 №-ilə (VÖEN №**********) dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) xx.xx.2019 tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8762 nömrəli ekspert rəyində ekspert müəyyən etmişdir ki, iddia tələbində göstərilən əmlaklar (İnzibati məişət binası 839.0 kv.m, təmir bloku-107.6 kv.m, sahə daxili istilik şəbəkəsi - 129.8 kv.m, elektrik yarımstansiyası və əməliyyat KİP (G1, G2)-218.9 kv.m) əvvəllər Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və sonradan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə İddiaçı mülkiyyətinə verilmiş əmlakların sırasına daxildir. Ləğv olunmuş Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və sonradan xx.xx.2019-cu il tarixli, təhvil-təslim aktı ilə İddiaçı mülkiyyətinə verilmiş iddia tələbində göstərilən əmlaklar (inzibati məişət binası 839.0 kv.m (faktiki olaraq 496.0 kv.m-dır), sahə daxili istilik şəbəkəsi – 129.8 kv.m, elektrik yarımstansiyası və əməliyyat KİP (G1, G2)-218.9 kv.m) və təmir blokunun 107.6 kv.m ərazisinin hüdudları müəyyən edilmədiyinə görə təmir blokunun faktiki olaraq naturada olan 1190.60 kv.m olan ərazisinin hüdudları ölçülməklə yerləşdikləri torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. Həmin əmlakların yerləşdikləri torpaq sahələri Dövlət mülkiyyətində olmaqla, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid tikinti altında olan torpaq sahəsidir. Həmin əmlaklar hal-hazırda yararsız halda mövcuddur və işlək vəziyyətdə deyildir. Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə qeyd olunan əmlakın istifadəyə yararsız və ya yararlı hissələrinin müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizaya cavab olaraq, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7913 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiq olunan tikililərin uzun müddət istismar olunduğu və köhnəlmiş vəziyyətdə olduğu qeyd edilmiş, nəticə hissəsində isə Fövqəladə Hallar Nazirliyinin TTNDA-dən rəyin alınmalı olduğu bildirilimişdir. Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə yenidən ekspertiza təyin edilməklə, Fövqəladə Hallar Nazirliyinin TTNDA-nin mütəxəssislərinin iştirakı ilə rəy verilməsi barədə göstəriş verilsə də, həmin qurumdan mütəxəssis ayrılmasının mümkün olmadığı bildirilmiş və iş rəy verilmədən geri qaytarılmışdır. Buna baxmayaraq, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7913 nömrəli ekspert rəyinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, qeydə alınması tələb olunan tikililərin bəzilərinin qapı və pəncərələri olmasa da, divarları dayanıqlı vəziyyətdədir, dam örtükləri vardır. Bu hal həmin tikililərin hazırki vəziyyətdə istismara yararsız olmasını deməyə əsas versə də, təmir-bərpa işlərinin nəticəsində istismarını istisna etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki mübahisə sözügedən tikililərin ilkin qeydiyyatı ilə bağlı deyil, mülkiyyətçinin dəyişməsi ilə bağlı yeni sahibin adına qeydiyyatla bağlıdır. Başqa sözlə, həmin əmlaklar əvvəllər hüquqi şəxsin mülkiyyətində olduğundan və bununla bağlı hər-hansı mübahisə olmadığından hazırda mülkiyyət hüququ üzrə subyektin dəyişməsi onun qeydə alınmasına mane olmamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (maddə 8.0.1) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə ilə razılaşsa da qərarının nəticə hissəsinə münasibətdə qeyd edir ki, müvafiq ekspert rəyində iddiaçıya verilmiş inzibati məişət binasının ölçüsünün 839.0 kv.m deyil, faktiki olaraq 496.0 kv.m olması müəyyən edildiyindən, həmin əmlakın ölçüsünə münasibətdə qərar dəyişdirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2-1(120)-952/2023 nömrəli qərarı dəyişdirilməlidir. Həmçinin qeyd edilməlidir ki, işin apellyasiya icraatı zamanı ekspertiza təyin edilmiş və ekspert rəyinin verilməsi üçün 100 (bir yüz əlli) manat məhkəmə xərci yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məcəllənin qeyd olunan tələbini və iddiaçının müvafiq razılığını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2-1(120)-952/2023 nömrəli qərarı qeydə alınması tələb olunan əmlakın ölçüsünə aid hissədə dəyişdirilsin. Ləğv olunmuş "xxxx" ASC-nin əmlakı olmuş və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə İddiaçı verilmiş 496.0 kv.m inzibati məişət binasından, 107,6 kv.m təmir blokundan, 129,8 kv.m sahə daxili istilik şəbəkəsindən, 218,9 kv.m elektrik yarımstansiyası və əməliyat KİP-dən (G1, G 2) ibarət tikililərə İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar