Məhkəmə qərarları › İş №2-1(106)-150/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-150/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-150/2024 14.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oölu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseynov Əli oğlu, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin NN sentyabr N0N3-cü il tarixli, N-N(NN0)-303/N0N3 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Xüsusi XNrşı əmrinin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Xüsusi XNrşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin dəyişdirilməsi və əmrdə ehtiyata buraxılma əsasının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsasnamənin N56-cı maddəsinin “a” bəndi ilə (xidmət müddəti başa çatdıqda) əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin NN sentyabr N0N3-cü il tarixli, N-N(NN0)-303/N0N3 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, N8 aprel N0N9-cu ildən N saylı hərbi hissədə müddətdən artıq xidmət (MAXE) xidmət keçmişdir. Vətən müharibəsi iştirakçısıdır. Hərbi xidmətə görə Cəbrayılın, Xocavəndin, Şuşanın, Kəlbəcərin azad olunmasına və 3-cü dərəcəli xidmətdə fərqlənməyə görə medalı ilə təltif olunmuşdur. 04 yanvar N0NN-ci il tarixdə onu hərbi hissə qərargahına çağırıb hərbi biletini təqdim edərək bildirmişlər ki, N nömrəli hərbi hissə komandirinin 0N yanvar N0NN-ci il tarixli əmri ilə xidməti uyğunsusluğa görə ehtiyata buraxılmısdır. Həmin əmri qanunsuz hesab edir. Belə ki, N0NN-ci il dekabr ayının N4-dən N5-nə keçən gecə o, naryad sonrası dincələrkən xidmət yoldaşı gizir XN0 onu səsləməsi ilə yataqdan qalxmış (hərbi geyim formasında olmamışdir), Davud Rəhimli ondan çay içmək üçün şirniyyatının olub-olmamasını soruşmuş, ona şirniyyatının olduğunu demiş və əsgər yataqxanasının girişində qoyulmuş masanın arxasında onunla birgə çay içmək üçün əyləşmişdir. Söhbət edib çay içmişlər. Birdən masanın üstündəki əsgər papağına söykənmiş mobil telefonun videokamerasından çəkiliş aparıldığını görmüş və qəfil hərəkətlə obyektivdən kənarlaşmışdır. Təkidi ilə telefon söndürülmüşdür. Lakin səhəri gün ona bildirmişlər ki, gizir Davud Rəhimli “Tik-tok” sosial şəbəkəsinə canlı qoşulmuş və o da həmin canlı yayıma düşmüşdür. Bu barədə verdiyi izahatlarda da vəziyyəti olduğu kimi danışmışdır. Həmin anda çəkilişdən xəbərsiz olduğunu, hərbi geyimdə olmadığını və məlumatı olan kimi bu çəkilişə son qoymağı tələb etdiyini bildirmiş, beləliklə, XN0 hərəkətlərinə görə o da cəzalandırılmışdır. Barəsində intizam cəzası təyin edilərkən onun Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0NN8t nömrəli N8 dekabr N0N0-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə’’ 3-cü dərəcəli medalla, Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0NN-ci il tarixli, N7N6 nömrəli Sərəncamı ilə “Hərbi Xidmətlərə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0NN-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0NNci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə və Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0NN-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunması nəzərə alınmamışdır. Azərbaycan Respublikasının N994-cü il N3 sentyabr tarixli 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı XN 88-ci bəndinə (intizam cəzalarının verilmə qaydası) əsasən eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır. Xidmət yoldaşı gizir Davud Rəhimli “Tik-tok” sosial şəbəkəsinə canlı qoşulub və o da həmin canlı yayıma düşmüşdür. Bu barədə verdiyi izahatlarda da o, vəziyyəti olduğu kimi danışmış, həmin anda çəkilişdən xəbərsiz olduğunu, hərbi geyimdə olmadığını və məlumatı olan kimi bu çəkilişə son qoymağı tələb etdiyini bildirmişdir. Göründüyü kimi, mübahisələndirilən 0N yanvar N0NN-ci il tarixli, 0N ƏÇ nömrəli əmr verilərkən qanunvericiliyinin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı xidmətdə yol verdiyi intizam pozuntularına görə hərbi hissə komandanlığı tərəfindən dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Belə ki, xidməti xasiyyətnamədə iddiaçının xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, verilən tapşırıqların öhdəsindən gəlməkdə çətinlik çəkən, ixtisası üzrə bilik səviyyəsi aşağı olan, komandir və rəislərə tabe olmağı bacarmayan hərbi qulluqçu kimi göstərmişdir. İşgüzar keyfiyyətləri aşağı səviyyədə olmuş, hərb işini və hərbi nizamnamələrin tələblərini zəif bilmiş, öyrənməkdə çətinlik çəkmişdir. Bölmənin mənəvi-psixoloji və ictimai-siyasi hazırlığının yüksək səviyyədə saxlanılması üçün iş aparmamışdır. Bundan başqa iddiaçının adına hərbi hissədə xidmət müddətində tərtib olunmuş xidmət vərəqəsindən göründüyü kimi, ona otağını səliqəsiz və natəmiz saxladığına görə, bölük növbətçiliyini düzgün aparmadığına görə, dərsə çıxarkən saçı səliqəsiz olduğuna görə, yalan danışdığına görə (kafedə olduğu halda xidmətdə olduğunu demişdir), verilən tapşırığı vaxtında icra etmədiyinə görə, bölük komandirinin verdiyi tapşırığı yerinə yetirmədiyinə görə, dəfələrlə xəbərdarlıq edilməsinə və köməklik göstərilməsinə baxmayaraq fiziki hazırlıqdan (idman) nəticələrinin aşağı olmasına görə, sırada düzgün dayanmadığına görə, təyin olunmamış yerdə siqaret çəkdiyinə görə, nəzarət-buraxılış məntəqəsində növbəni düzgün təşkil etmədiyinə görə, rüb ərzində qoşun xidmətinin təşkili üzrə zəif nəticə göstərdiyinə görə və bu kimi digər çoxsaylı kobud intizam pozuntularına görə dəfələrlə komandirləri tərəfindən intizam məsuliyyətinə cəlb olunaraq cəzalandırılmışdır. Hərbi qulluqçunun intizam səviyyəsinin aşağı olması, ona qarşı tətbiq edilən çoxsaylı tərbiyəvi təsir tədbirlərindən heç bir nəticə çıxarmaması, əksinə intizam pozuntularına yol verməkdə davam edərək məxfilik rejiminin qorunması ilə bağlı verilən təlimatları kobud şəkildə pozması, xidmət yoldaşının əsgər yataqxanasında “tik-tok” sosial şəbəkəsində canlı yayım açmasının nəinki qarşısını almış, əksinə özü də həmin yayımda iştirak etmişdir. İddiaçı hərbi xidmətlə uyğun gəlməyən bu əməlləri, eyni zamanda onun digər şəxsi heyətə pis nümunə olması nəzərə alınaraq N nömrəli hərbi hissə komandirinin təqdimatına əsasən N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli, 0N əç nömrəli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Beləliklə, iddiaçının ordu sıralarından ehtiyata buraxılmasında qanunla müəyyən olunmuş heç bir norma və prossedur pozulmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd edilmiş dəlillərlə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında iddianı dəqiqləşdirərək, cavabdehin 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin ləğv edilməsini xahiş etmiş, ərizə icaraata qəbul edilmişdir. İddiaçının vəkili məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin NN-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: -xx.xx.N0NN-ci il tarixli raportdan görünür ki, rabitə bölüyünün telefon taqımının radiorele stansiyasının rəisi Saleh Bayramov 07N nömrəli hərbi hissə komandirinə müraciət edərək rabitə bölüyünün telefon taqımının aparatxanasının aparat rəisi gizir XN0 və rabitə bölüyünün telefon taqımının aparatxanasının baş telefonçusu, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı “Tik-Tok” sosial şəbəkəsində məxfiçilik qaydalarını pozaraq hərbi geyim formasında canlı yayım açdıqlarını bildirmiş və hər ikisinin şərəf məhkəməsində dinlənilməsini xahiş etmişdir. -İddiaçı 07N saylı hərbi hissə komandirinə verdiyi xx.xx.N0NN-ci il tarixli izahatından görünür ki, raportda qeyd olunanları qismən təsdiq etmiş, eyni zamanda özünün hərbi geyim formasında deyil, idman paltarında olduğunu, hərbi geyimdə olmuş olsaydı görüntüyə şərait yaratmayacağını, sosial şəbəkədən istifadənin qadağan olunduğunu bildiyi üçün törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. -XN5 07N saylı hərbi hissə komandirinə verdiyi xx.xx.N0NN-ci il tarixli izahatında bildirmişdir ki, xx.xx.N0NN-ci il tarixdə, gecə saatlarında özünə məxsus mobil telefonla “Tik-tok” sosial şəbəkəsində canlı efirə qoşulmuş, həmin vaxt İddiaçı yatdığı otaqdan idman geyimində çıxaraq ona şirniyyat vermiş, telefona baxmış və su icərək öz yataq otağına qayıtmışdır. -hərbi qulluqçular X7, X5, X6 və XNN 07N saylı hərbi hissə komandirinə verdikləri N6, N7, N9 fevral N0N4-cü il tarixli tam eyni məzmunlu, eyni ifadə tərzində, eyni şriftlərlə yazılmış izahatlarında bildirilmişdir ki, onalar hadisəni şəxsən görməmişlər, XN0 hərbi geyimdə, İddiaçı isə idman geyimində sosial şəbəkədə canlı yayıma qoşulduqlarını eşitmişlər. -xx.xx.N0NN-ci il tarixli xülasədən görünür ki, 07N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə baş leytenantı Ramil Quliyev hərbi hissə komandirinə müraciət edərək gizir XN0 və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı Müdafiə nazirinin xx.xx.N0N4-cü il tarixli N4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi qulluqçuların şərəf məhkəmələri haqqında Əsasnamə”nin 3.N.N-ci maddəsinin tələbinə uyğun olaraq törətdikləri intizam pozuntularına görə şərəf məhkəməsində dinlənilmələrini təklif etmişdir. -07N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.N0NN-ci il tarixli qərarından çıxarışdan görünür ki, xidməti vəzifələrinə laqeyd yanaşması, xidmət etdiyi bölmədə nizam-intizamının və mənəvi-psixoloji durumunun qənaətbəxş olmaması, şəxsi keyfiyyətlərinin zəif olması, həmçinin xx.xx.N0NN-ci il tarixdə sosial şəbəkədə nalayiq hərəkətlərə yol verməsi nəzərə alınaraq “Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi qulluqçuların şərəf məhkəmələri haqqında Əsasnamə”nin 5.N.6-cı maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması qərara alınmışdır. Qərarın məzmunundan görünür ki, iddiaçının hərbi geyim formasında şəxsən özünün canlı yayım açması qeyd edilmişdir. -xx.xx.N0NN-ci il və xx.xx.N0NN-ci il tarixli söhbət vərəqələrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı ilə söhbətlər aparılmış, iddiaçı törətdiyi əmələ görə peşman olduğunu və hərbi xidmətə davam etmək istədiyini bildirmişdir. -Xüsusi Təyinatlı Qüvvələrin komandanının xx.xx.N0NN-ci il tarixli, 0N əç nömrəli əmrdən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.6-cı maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 7N-ci xüsusi təyinatlı briqadanın (07N nömrəli hərbi hissə) müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti Xüsusi Təyinatlı Qüvvələrin komandanının xx.xx.N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Odur ki, cavabdehin mübahisələndirilən əmrinin qanuni olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq sahə üzrə normalar təhlil edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -N-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -N-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -N56-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -N65-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -N68-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin N56-N58-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -N-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94cü maddəsinin İ hissəsinin N8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -4N.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Qeyd edilməlidir ki, hərbi qulluqçulara intizam cəzalarının verilmə qaydası Azərbaycan Respublikasının N994-cü il N3 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X3 ilə müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir. Həmin Nizamnamənin:- -43. bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. -85. bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. -87. bəndinə əsasən komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir. -88. bəndinə əsasən eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır. İşin hallarından görünür ki, iddiaçının hərbi geyim formasında şəxsən sosial şəbəkəyə canlı olaraq qoşulmasını təsdiq edən heç bir mötəbər sübutun olmamasına baxmayaraq, şərəf məhkəməsinin xx.xx.N0NN-ci il tarixli qərarının məzmununda onun hərbi geyim formasında canlı yayım etməsi xüsusatı yer almış, bununla da cavabdeh tərəfindən qeyd olunan qüsurlu hərəkətin edilməsi əsası ilə iddiaçının ehtiyata buraxılması qərara alınmışdır. Belə ki, iddiaçının özünün, xüsusilə də sosial şəbəkəyə qoşulmuş digər hərbi qulluqçunun izahatlarında iddiaçının özündən asılı olmayan şəraitdə sosial şəbəkədə görüntülənməsi ifadə olunmuşdir. Məsələ ilə bağlı digər hərbi qulluqçular XN4, X8, X4 və X9 isə izahatlar hadisədən N il keçdikdən sonra, yəni N6, N7, N9 fevral N0N4-cü il tarixlərdə alınmış, qeyd edildiyi kimi onlar hadisəni görmədiklərini, yalnız eşitdiklərini bildirmişlər. Odur ki, onların izahatları da iddiaçının ehtiyata buraxılmasına əsas verən sübut əhəmiyyəti daşımır. Həmçinin iddiaçının sosial şəbəkədə canlı yayımda görüntülənməsi barədə müvafiq sübutun məhkəmə kollegiyasına təqdim edilməsi ilə bağlı məhkəmə kollegiyasının sorğusuna cavabdeh tərəfindən münasibət bildirilməmiş, sorğuya cavab verilməmişdir. Göründüyü kimi cavabdeh əsaslı dəlil və sübut olmadan Azərbaycan Respublikasının N994-cü il N3 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı XN prinsiplərinə zidd qərar qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.N-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.N-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.N-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.N-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-8N-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin NN sentyabr N0N3-cü il tarixli, N-N(NN0)-303/N0N3 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ehtiyyata buraxılması barədə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin Komandanlığının 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmri ləğv edilsin. Qərardan tam formada təqdim edildiyi gündən N (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar