Məhkəmə qərarları › İş №2-1(106)-151/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-151/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-151/2025 27.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə Şirvan İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2-1(120)-830/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərardad qəbul etdi. İ. İşin halları: İddiaçı Cavabdehnə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı ünvan 1 ünvanında yerləşən “Sahil” yeməkxanasının yerləşdiyi torpaq sahəsinin Baş Planı” adlı və ƏMDX-nin yerli təşkilatlarının tərtib etdiyi “Daşınmaz dövlət əmlakının yerləşdiyi torpaq sahəsinin planı” adlı sənədlərin saxta olduğuna görə etibarsız hesab edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Şirvan İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2-1(120)-830/2024 nömrəli qərardadına əsasən İddiaçı Cavabdehnə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı ünvan 1 ünvanında yerləşən “Sahil” yeməkxanasının yerləşdiyi torpaq sahəsinin Baş Planı” adlı və ƏMDX-nin yerli təşkilatlarının tərtib etdiyi “Daşınmaz dövlət əmlakının yerləşdiyi torpaq sahəsinin planı” adlı sənədlərin saxta olduğuna görə etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə icraat X7 İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-1878/2024 nömrəli qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: -Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-830/2024 saylı iş üzrə qəbul etdiyi 24 oktyabr 2024-cü il tarixli qərardadı əsassızdır, ləğv edilməli və məhkəmə baxışı davam etməli və nəhayət mahiyyəti üzrə yekun qərar verilməlidir. -Qərardadda iş üzrə icraatın dayandırılması üçün səbəb kimi Şirvan İnzibati Məhkəmənin digər hakimi cənab H.Nəcəfovun icraatında 2-1-(120)-1878/2024 saylı iş olduğu üçün, bu iş üzrə xx.xx.2024-cü il tarixdə qərar verildiyi göstərilmiş və verilən bu qərarın qanuni qüvvəsini alana qədər icraatın dayandırılmalı olduğu bildirilmişdir. Lakin məhkəmə öz qərardadında icraatın dayandırılmasının zəruri olduğunu doğru-düzgün əsaslandıra bilməmişdir. -2-1(120)-1878/2024 saylı iş üzrə qərar verilmiş olsa da, qərardad ləğv edilməli, icraat davam etməli və iddia tələbi təmin edilməlidir. İddia tələbinin təmin olunması üçün kifayət əsaslar var. -Qərardadda hakim Pərvanə xanımın icraatında olan 2-1(120)-830/2024 saylı işin yekunlaşa bilməsi üçün, hakim H.Nəcəfovun icraatında olan 2-1( 120)-1878/2024 saylı iş üzrə verilən qərarın qanuni qüvvəsini almasını gözləməyi hansı zərurətdən irəli gəldiyi, nə üçün vacib olduğu ümumiyyətlə bildirilməyib. Əgər hansı işinsə nəticəsi digər bir işin nəticəsindən aslıdırsa da, 2-1( 120)-1878/2024 saylı işin nəticəsi 1-2(120)-830/2024 saylı işin nəticəsindən asılı idi. Göstərilənlərə əsasən, Şirvan İnzibati Məhkəməsinin 1 -2-( 120)-830/2024 saylı, 24 oktyabr 2024-cii il tarixli qərardadının ləğv edillməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin əsaslarını müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını, Şirvan İnzibati Məhkəməsinin 1-2-( 120)- 830/2024 saylı, 24 oktyabr 2024-ci il tarixli qərardadının ləğv edillməsini xahiş etmişdir. Cavabdehnə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlərin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; -Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. -Maddə 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. -Maddə 32.1.Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. -Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - Maddə 50.Sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icıasında məhkəmə icraatının dayandırılması və ya təxirə salınması barədə məsələləri həll edir və bununla bağlı müvafiq qərardad çıxarır. -Maddə 82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -Maddə 87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -Maddə 87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -Maddə 87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -Müəyyən olmuşdur ki, iddiaçı Cəlilabad Kooperativ Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon Şöbəsinin 29 may 2014-cü il tarixdə 1360 kv.metr torpaq sahəsinin 3974 nömrə ilə mərhum (2000-ci ildə rəhmətə getmiş) X1 adına “Torpaq sahəsinin planı və ölçüsünün” uçota alınması ilə əlaqədar hərəkətləri qanunsuz hesab edilməsi və mərhum X1 adına 29 may 2014-cü il tarixdə 3974 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi (A№507009) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işi üzrə məhkəmənin digər hakimi Hilal Nəcəfov tərəfindən xx.xx.2024-cü il tarixli, 2-1(120)-1878/2024 nömrəli qərar qəbul edilərək iddia tələbi təmin edilmişdir. Həmin qərardan hazırkı mübahisəli iş üzrə İddiaçı apellyasiya şikayəti vermiş və qeyd olunan 2-1(120)-1878/2024 nömrəli inzibati iş Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. -Hər iki iddia tələbinin əsaslarına görə, mübahisə Cəlilabad şəhəri, S.Vurğun küçəsi 47A ünvanında yerləşən “Sahil” yeməkxana-povliyonunun quraşdırılması üçün ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri ilə bağlıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh Başçısının 18.06.199-cu il tarixli, 45 saylı sərəncamı ilə Cəlilabad şəhərində şimaldan yanacaqdoldurma məntəqəsi ilə, sənubdan qurunt yolu ilə, şərqdən S.Vurğun küçəsi ilə, qərbdən asudə torpaq sahəsində olan şəhərin su təchizatı anbarı ilə sərhədlənən 0,136 hektar torpaq sahəsi kommersiya xidməti məqsədi ilə Cəlilabad şəhər sakini X3 verilmişdir. Həmçinin “Azərittifaq”ın İdarə Heyətinin xx.xx.2013cü il tarixli, 24 saylı qərarı ilə Cəlilabad rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2013-cü il tarixli qərarı ilə razılaşmış və Cəlilabad şəhərinin qərb tərəfində, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 135,0 kv.m “Sahil” yeməkxana binasının payçı X5 1000 manata satılmasına razılıq verilmişdir. Mübahisə ilə bağlı verilmiş ekspeertiza rəyinə əsasən X1 istifadəsinə verilmiş 1360 kv.m torpaq sahəsi mübahisəli torpaq sahəsinin daxilində yerləşir. Göstərilən hallar əsas verir ki, iş üzrə obyektiv və qanunu qərar edilməsi baxımından digər iş üzrə qəbul edilmiş qərarın qanuni olub-olmaması hazırkı mübahisənin hüquqi nəticəsinə bilavasitə təsir edir. Ona görə də Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-1878/2024 nömrəli qərarı qanuni qüvvəyə minənədək hazırkı inzibati iş üzrə icraatın dayandırılması barədə işə baxan hakim düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyinin işdə olan materiallarla qarşılıqlı təhlil etmiş və yuxarıda qeyd olunanlara əsasən hüquqi nəticəni qanuni hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərardad qanuni və əsaslıdır, qərardadın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cii il tarixli, 2-1(120)-830/2024 nömrəli qərardadı dəyişdirilməsin. Qərardad rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar