Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-153/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi) Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi İddiaçı2 cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçılar X8 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə cavabdehin qəbul etdiyi sərəncamların ləğv edilməsi və həmin sərəncamlar əsasında bizim əmək pensiyamızdan tutulmaların aparılmasının qadağan edilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(120)-4031/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçılar X8 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "sərəncamın qanunsuz hesab edilməsi və pensiyadan tutulmanın dayandırılması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçılar X8 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara təyin olunmuş şəhid statusuna görə pensiyalarından tutulmaların dayandırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh inzibati orqanın sərəncamlarının (tarixsiz və nömrəsiz) qanunsuz hesab edilməsi və onların yəni, X4 və İddiaçı2 əmək pensiyasından tutulmaların aparılmasının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(120)-4031/2024 nömrəli qərardadı ilə iddiaçılar X8 və İddiaçı2 tərəfindən verilmiş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu Ramin Abdullayevin "şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir, Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı ilə iddiam təmin edilmişdir. Bundan sonra cavabdeh təşkilat apellyasiya şikayəti vermiş və Apellyasiya məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin qərarı ləğv edilmişdir. Hazırda həmin qərardan kasassiya şikayəti vermişəm. Hazırda kasassiya şikayəti versəm də DSMF Biləsuvar şöbəsi məndən və oğlumun atası İddiaçı2 pensiyasından geri tutmalar aparır. Hesab edirəm bu qanunsuzdur. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-212344/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçılar ərizə ilə Mərkəzi Filiala müraciət edərək əmək pensiyalarından aparılan tutuımaların dayandırılmasını xahiş etmişdirlər. Mərkəzi filial tərəfindən iddiaçılara bildirilmişdir ki, oların pensiya işlərinin tərkibində mərhum övladının vəfat etməsi ilə bağlı şəhid və ya şəhid ailəsi statusu barədə müvafiq icra hakimiyyəti tərəfindən verilən arayış olmadığı halda onların əmək pensiyalarına şəhid ailə üzvü kimi əlavə hesablanaraq ödənildiyi üçün artıqödəmə aşkar edilmişdir. Bu səbəbdən də İddiaçı2 əmək pensiyasından 01,12.2019-cu il tarixdən hazıradək 20.00 manat və İddiaçı1 əmək pensiyasından xx.xx.2019-cu il tarixdən hazıradək 20.00 manat məbləğində hər ay tutulmalar aparılır. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən İddiaçı1 xx.xx.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi tətbiq edilməklə ödənişi davam etdirilir və hazırda pensiyasının məbləği 363,87 manat təşkil edir. İddiaçı2 Qanunun 7-ci maddəsinin xx.xx.2013-cü il tarixdə qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda pensiyasının məbləği 363,87 manat təşkil edir. Qanunun xx.xx.2021 -ci il tarixədək qüvvədə olmuş 19.1.1 -ci maddəsinə əsasən şəhid ailəsi üzvü kimi İddiaçı1 və İddiaçı2 pensiyasının sığorta hissəsinə əlavə ödənilmişdir. Xidməti araşdırma ilə əlaqədar iddiaçıların pensiya sənədlərinə baxış keçirilərkən onların mərhum övladları X2 vəfat etməsi ilə bağlı şəhid və ya şəhid ailəsi statusu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən arayış aşkar olunmamışdır. Bu səbəbdən də onların əmək pensiyalarının sığorta hissəsinin üzərinə şəhid ailə üzvü kimi hesablanan əlavənin ödənişi xx.xx.2019cu il tarixdən dayandırılmışdır. Fondun keçmiş Biləsuvar rayon şöbəsinin müvafiq sərəncamlarında İddiaçı2 xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 6817.00 manat məbləği, İddiaçı1 01.01,2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 11683.50 manat məbləği pensiyalarından tutularaq büdcəyə bərpa ediləcəyi barədə qeyd edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumatlara görə İddiaçı2 əmək pensiyasından 01 dekabr 2019-cu il tarixdən hazırədək 20.00 manat, İddiaçı1 əmək pensiyasından 01 noyabr 2019-cu il tarixdən hazıradək 20.00 manat məbləğində hər ay tutulmalar davam edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ‘‘pensiyalardan tutulmaların dayandırılması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(120)-4031/2024 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına (bundan sonra - Mərkəzi Filial) qarşı “sərəncamın qanunsuz hesab edilməsi və pensiyadan tutulmanın dayandırılması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)- 4031/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıların əmək pensiyasından tutulmaların aparılması Mərkəzi Filiala qadağan edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1 -ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd edirik ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-4031/2024 nömrəli qərarı Vahid Elektron Məhkəmə Portalına xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Mərkəzi Filial tərəfindən iddiaçılardan mərhum X3 şəhidlik statusunun verilməsi ilə əlaqədar şəhid ailəsi üzvü kimi əmək pensiyalarına ödənilmiş əlavələrin geri qaytarılması ilə bağlı lazımi inzibati icraat aparılmamış, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, Mərkəzi Filial artıq ödənilmiş məbləğin iddiaçılardan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçıların razılığını almamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Mərkəzi Filialın qəbul etdiyi qərar qanunsuzdur. Fləmçinin məhkəmə qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Belə ki, səhv nəticəsində R.Abdullayevə şəhid statusunun verilməsi və bunun nəticəsində şəhid ailəsi üzvü kimi iddiaçıların pensiya məbləğinə əlavələrin hesablanması ilə bağlı Mərkəzi Filialın hərəkətləri, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçılar üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onlar üçün əlverişli xarakterə malik olduğundan, pulun geri qaytarılması üçün əsas yoxdur. Yuxarıda qeyd olunanları əsas götürərək məhkəmə yekun qərar çıxarmış və iddiaçıların iddia tələbini təmin etmişdir. Hesab edirik ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)- 4031/2024 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçılar ərizə ilə Mərkəzi Filiala müraciət edərək əmək pensiyalarından aparılan tutulmaların dayandırılmasını xahiş etmişdilər. Mərkəzi filial tərəfindən iddiaçılara bildirilmişdir ki, oların pensiya işlərinin tərkibində mərhum övladının vəfat etməsi ilə bağlı şəhid və ya şəhid ailəsi statusu barədə müvafiq icra hakimiyyəti tərəfindən verilən arayış olmadığı halda onların əmək pensiyalarına şəhid ailə üzvü kimi əlavə hesablanaraq ödənildiyi üçün artıqödəmə aşkar edilmişdir. Bu səbəbdən də İddiaçı2 əmək pensiyasından xx.xx.2019-cu il tarixdən hazıradək 20.00 manat və İddiaçı1 əmək pensiyasından xx.xx.2019-cu il tarixdən hazıradək 20.00 manat məbləğində hər ay tutulmalar aparılır. Bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Sözügedən Məcəllənin 38.1 -ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından göründüyü kimi, iddiaçıların əmək pensiyalarının sığorta hissəsinin üzərinə şəhid ailə üzvü kimi hesablanan əlavənin ödənişi 2019-cu il tarixdən dayandırılmış və İddiaçı2 xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 6817.00 manat məbləği, İddiaçı1 xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 11683.50 manat məbləği pensiyalarından tutularaq büdcəyə bərpa edilməsinə başlanılmışdır. Buna baxmayaraq iddiaçılar yalnız 2024-cü ildə Mərkəzi Filiala qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara təyin olunmuş şəhid statusuna görə pensiyalarından tutulmaların dayandırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, mübahisələndirmə haqqında iddia üçün müəyyən edilmiş 30 günlük müddət buraxılmışdır. Məhkəmə bu məsələyə dair öz qərarında münasibət bildirməmişdir. Məhkəmə öz qərarında əsassız olaraq “inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçılardan gözlənilməsi məntiqsiz olar” qeyd etsə də, bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göründüyü kimi, yuxarıda istinad olunan qanunvericilik normasına əsasən inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda iddiaçıların etimadının qorunması hüququna istinad edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(1201-4031/2024 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 12.1 -ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından aydın olur ki, Bakı İnzibati Məhkəməsi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ona təqdim edilən sənədlərlə kifayətlənmiş, həmin sənədlərin mötəbər olub-olmamasını aydınlaşdırmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(120)-4031/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı2 məhkəmə kollegiyası tərəfindən edilmiş hüquqi yardımı nəzərə alaraq tələbin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apardığını bildirmiş və tələbinə "artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə cavabdehin qəbul etdiyi sərəncamların ləğv edilməsi və həmin sərəncamlar əsasında bizim əmək pensiyamızdan tutulmaların aparılmasının qadağan edilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması" kimi baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X12 iddia tələbinin dəqiqləşdirilməsinə dair İddiaçı2 ərizəsinin icraata qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası yerində müşavirə edərək iddia tələbinin dəqiqləşdirilməsinə dair İddiaçı2 ərizəsini icraata qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(120)-4031/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(120)-4031/2024 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçı X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə iddiaçı X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıların tələbi “artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə cavabdehin qəbul etdiyi sərəncamların ləğv edilməsi və həmin sərəncamlar əsasında bizim əmək pensiyamızdan tutulmaların aparılmasının qadağan edilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçılardan mərhum X3 şəhidlik statusunun verilməsi ilə əlaqədar şəhid ailəsi üzvü kimi ödənilmiş əlavələr hissə-hissə sonuncuların əmək pensiyasından tutulmuşdur. Lakin əmək pensiyalarına ödənilmiş əlavələrin geri qaytarılması ilə bağlı cavabdeh tərəfindən lazımi inzibati icraat aparılmamış, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Cavabdeh inzibati orqan artıq ödənildiyi iddia edilən məbləğinin geri qaytarılması barədə məsələni həll edən zaman, cavabdeh müvafiq qanunvericilik normasının müddəaları ilə yanaşı həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçılardan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçıların razılığını almamışdır. İşdən iddiaçıların belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçılar hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarında olan İddiaçı2 və X5 xx.xx.1997-ci il tarixdə verilmiş ******* və ******* №-li vəsiqələrin surətindən müəyyən olunur ki, sonunculara Biləsuvar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhid ailəsi üzvü olduqlarını təsdiq edən vəsiqələr təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı2 aid 042332 №-li pensiya işindən çıxarışdan müəyyən olunur ki, sonuncuya xx.xx.2013-cü il tarixdən yaşa görə pensiya təyin olunmuşdur. İş materiallarında olan X5 məxsus 041471 №-li pensiya işindən çıxarışdan müəyyən olunur ki, X5 xx.xx.2006-cı il tarixdən yaşa görə pensiya təyin olunmuşdur. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(120)-381/2023 saylı qərarının surətindən müəyyən olunur ki, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, X2 şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(120)-381/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-381/2023 saylı qərarının ləğv olunması, iddianın təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2011/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-31/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17- 1/2-168462/2024 saylı, xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin sərəncamın (tarixsiz və nömrəsiz) surətindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 6817,00 manat məbləğ pensiyadan tutularaq bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən pensiyanın aylıq məbləği 200,00 manat müəyyən edilməklə həmin məbləğdən ayda 20,00 manatla tutulma aparılması (artıq ödənilmiş şəhid əlavəsi) barədə sərəncam qəbul edilmişdir. İş materiallarında olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17- 1/2-168462/2024 saylı, xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin sərəncamın (tarixsiz və nömrəsiz) surətindən müəyyən olunur ki, X6 xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 11 683,50 manat məbləğində pensiyadan tutularaq bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən pensiyanın aylıq məbləği 200,00 manat müəyyən edilməklə həmin məbləğdən ayda 20,00 manat tutulma aparılması ( artıq alınmış şəhid əlavəsi tutulur) barədə sərəncam qəbul edilmişdir. İş materiallarında olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17- 1/2-206501/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X4 və İddiaçı2 əmək pensiyalarından tutulma Fondun keçmiş Biləsuvar rayon şöbəsinin sərəncamlarına əsasən aparılmışdır. İddiaçılara məxsus pensiya işinə dair sənədlərdə onların razılıq ərizəsi aşkar edilməmişdir. Beləliklə də yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilir ki iddiaçı X5 xx.xx.2001-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixindən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi tətbiq edilməklə ödənişi davam etdirilir və hazırda pensiyalarının məbləği 363,87 manat təşkil edir. Digər İddiaçı2 xx.xx.2013-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda pensiyasının məbləği 363,87 manat təşkil edir. Qanunun xx.xx.2021 -ci il tarixinədək qüvvədə olmuş 19.1.1-ci maddəsinə əsasən şəhid ailəsi üzvü kimi onların pensiyasının sığorta hissəsinə əlavə ödənilmişdir. Şəhid ailə üzvü statusunun olması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən arayış olmadığından Fondun keçmiş Biləsuvar rayon şöbəsinin hazırda mübahsiələndirilən müvafiq sərəncamlarına əsasən əlavənin ödənişi dayandırılmış və iddiaçı X4 əmək pensiyasının məbləğində xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək, İddiaçı2 əmək pensiyasının məbləğində xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Hazırda həmin sərəncamlar əsasında pensiya məbləğindən həmin əlavələr tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçılardan artıq ödənilmiş pensiyanın tutulmasına əsas Fondun keçmiş Biləsuvar rayon şöbəsinin hazırda mübahsiələndirilən müvafiq sərəncamları (qərarları) olmuş və artıq hesablanmış həmin vəsaitinin iddiaçılardan geri tutulması ilə bağlı onların razılığı olmamışdır. Hazırda iddiaçılar X8 və İddiaçı2 cavabdehin tarixsiz və nömrəsiz sərəncamları (qərarları) ilə razılaşmayaraq, həmin sərəncamların ləğv edilməsini və həmin sərəncam əsasında pensiyadan pulun tutulmasının qadağan edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu və ya hesablandığı hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Bununla bağlı qiymət verilməli məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İddiaçının pensiya işindən iş materiallarında olan digər sənədlərdən görünür ki, Fondun keçmiş Biləsuvar rayon şöbəsi tərəfindən iddiaçı X4 əmək pensiyasının məbləğinə xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək, İddiaçı2 əmək pensiyasının məbləğinə xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək əlavənin verilməsinə əsas övladları mərhum X3 şəhidlik statusunun verilməsi ilə əlaqədar olmuşdur. Yəni, iddiaçılara əlavə övladları X2 şəhid statusunun olmasına görə verilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, X2 şəhid olması ilə əlaqədar müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(120)-381/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. Lakin, həmin qərar cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış və Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin şikayətinin təmin edilmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-381/2023 saylı qərarının ləğv olunması, iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini almışdır. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıların övladı mərhum X7 şəhid olmamışdır. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, həqiqətən də iddiaçılar X5 və İddiaçı2 xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək övladları mərhum X2 şəhid olması ilə əlaqədar əlavənin verilməsi əsassız olmuşdur. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Belə ki, həmin sərəncamların məzmunundan görünür ki, həmin sərəncam ilə iddiaçılar X5 və İddiaçı2 xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək övladları mərhum X2 şəhidlik statusunun olması ilə əlaqədar verilmiş əlavənin onların pensiyasından tutulması qərara alınmışdır. Halbuki, artıq ödənilmiş pul vəsaitinin iddaçılardan tutulması barədə cavabdehin mübahisələndirilən sərəncamları qəbul olunarkən “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 39.1-ci maddəsinin redaksiyası nəzərdə tuturdu ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulsun. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, əmək pensiyasını təyin edən orqan yalnız əmək pensiyaçısının razılığı olduqda artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması barədə qərar qəbul edir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının belə razılığının (nə şifahi nədəki yazılı) olması müəyyən olunmamışdır. Başqa sözlə, burada pensiya təyin edən cavabdeh orqanın diskresion səlahiyyətinin mövcudluğu müəyyən edilmir. Məhkəmənin sorğusu əsasında Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/2-206501/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X4 və İddiaçı2 əmək pensiyalarından tutulma Fondun keçmiş Biləsuvar rayon şöbəsinin sərəncamlarına əsasən aparılmışdır. İddiaçılara məxsus pensiya işinə dair sənədlərdə onların razılıq ərizəsi aşkar edilməmişdir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almadan, iddiaçıları inzibati icraata cəlb etmədən və onların razılığını almadan, öz təşəbbüsü ilə sərəncamlar (qərarlar) qəbul edərək, iddiaçılardan artıq ödənilmiş pul adı altında pensiya məbləğinə əlavəni geri almış, bununla da pensiya qanunvericiliyinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası fikrini daha aydın ifadə edərək qeyd edir ki, hazırda mübahisələndirilən inzibati aktların (sərəncamların) qanunsuzluğu xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək iddiaçılara ödənilən əlavənin dayandırılması və pensiya məbləğinin həcminin müəyyən edilməsi ilə bağlı deyil, artıq ödənilmiş pensiya vəsaitinin iddiaçıların razılığı olmadan həmin inzbati aktlar (sərəncamlar) əsasında tutulması ilə bağlıdır. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda, İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İşə apellyasiya qaydasında baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia tələbində dəyişiklik etdiyini, tələbində “artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı cavabdehin qəbul etdiyi sərəncamların ləğv edilməsi və həmin sərəncamlar əsasında onların əmək pensiyasından tutulmaların aparılmasının qadağan edilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yeni (dəqiqləşdirilmiş) iddia tələbi qanuna və iddiaçıların hüquqi marağına uyğun olduğundan, o cümlədən birinci və apellyasiya məhkəməsi tərəfindən məhz hazırki tələb üzrə inzibati məhkəmə araşdırması aparıldığından həmin tələb üzrə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, bu məzmunda tələbin təmin olunması gələcəkdə qərarın icrasında yarana biləcək anlaşılmazlığın və çətinliklərin baş verməsinin qarşısını alacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsi tərəfindən qəbul edilmiş sərəncamlar (tarixsiz və nömrəsiz) ləğv edilməli və və həmin sərəncamlar əsasında iddiaçılar X8 və İddiaçı2 əmək pensiyasından tutulmaların aparılmasının qadağan edilməsi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1031/2024 saylı qərаrı dəyişdirilsin. Artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsi tərəfindən qəbul edilmiş sərəncamlar (tarixsiz və nömrəsiz) ləğv edilsin və həmin sərəncamlar əsasında iddiaçılar X4 və İddiaçı2 əmək pensiyasından tutulmaların aparılması cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilsin. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-153/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-153/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver