Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-154/2025 11.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçı ilə bağlı qəbul edilən əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ə-80365/2023 saylı və xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi, hüququnun yarandığı 65 yaşdan, yəni 03 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2092/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbinin “iddiaçı ilə bağlı qəbul edilən əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ə-80365/2023 saylı və xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi, hüququnun yarandığı 65 yaşdan, yəni 03 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı ildə anadan olmuş, 1973-1979- cu illərdə Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil almış, xx.xx.1975-ci il tarixdə Şıxsalahlı kənd orta məktəbinə müəllim təyin edilmiş, xx.xx.1976xx.xx.1978-ci illərdə X11 hərbi xidmətdə olmuş, 1979-1980 və 1982-1995-ci illərdə Sabirabad rayon Qələbə kolxozunda işləmiş, xx.xx.1995-xx.xx.2001-ci illərdə bufetçi işləmişdir. Qeyd edilən iş stajı əmək kitabçasında, arxiv arayışlarında tam şəkildə öz əksini tapmışdır. Cavabdeh təşkilata müraciət edərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış məktubda sığorta stajının az olması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşma çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Ona hüququnun yarandığı, yəni 03 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Cavabdehə iddia tələbinə qarşı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətinə əsasən onun sığorta stajı 17 il 2 ay 26 gün təşkil edir. Bu illərə xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək olan əmək fəaliyyəti dövrü, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək olan hərbi xidmət dövrü, 1979- 1980 və 1982-1995-ci illərdə kolxozda işlədiyi dövr daxildir. Bundan başqa iddiaçı iddia ərizəsində 1973-1979-cu illərdə Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil aldığını qeyd etsə də, bununla bağlı inzibati orqana hər hansı bir sənəd təqdim etməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək bufetçi işlədiyini qeyd etsə də, hansı müəssisə və ya təşkilatda bufetçi işlədiyini göstərməmiş, bufetçi işlədiyinə dair hər hansı bir sənədi də inzibati orqana təqdim etməmişdir. Həmçinin bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq qeyd edək ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində, xx.xx.2022-ci il tarixdən 180 manat, xx.xx.2023-cü il tarixdən 220 manat yaşa görə sosial müavinət təyin edilib və ödənilir. Məlumat üçün bildiririk ki, iddiaçı tərəfindən əlavə sənədlər təqdim edilərsə, müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajının qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələcəyi təqdirdə onun pensiya təminatı hüququna yenidən baxıla bilər. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yasına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yasa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yasa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyqun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sıqortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan is və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sıqortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Sosial müavinətlər haqqında Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial vardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.2.-ci maddəsinə əsasən yasa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmədən qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2092/2024 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətinə əsasən onun sığorta stajı 17 il 2 ay 26 gün təşkil edir. Bu illərə xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək olan əmək fəaliyyəti dövrü, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək olan hərbi xidmət dövrü, 1979- 1980 və 1982-1995-ci illərdə kolxozda işlədiyi dövr daxildir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2-1(120)-602/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində 1973-1979-cu illərdə Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil aldığını qeyd etsə də, bununla bağlı inzibati orqana hər hansı bir sənəd təqdim etməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək bufetçi işlədiyini qeyd etsə də, hansı müəssisə və ya təşkilatda bufetçi işlədiyini göstərməmiş, bufetçi işlədiyinə dair hər hansı bir sənədi də inzibati orqana təqdim etməmişdir. Həmçinin bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq qeyd edək ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində, xx.xx.2022-ci ii tarixdən 180 manat, xx.xx.2023-cü il tarixdən 220 manat yaşa görə sosial müavinət təyin edilib və ödənilir. İşə birinci instansiya məhkəməsində baxılarkən ƏƏSMN tabeliyində DSMF- nin X3 əməkdaşları tərəfindən iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək bufetçi işləməsi Sabirabad rayon Koorporativ Cəmiyyətində, yerində araşdırılmışdır. Arşadırma zamanı iddiaçının əməkhaqqı aldığını təsdiq edə biləcək əməkhaqqı kitablarının və ya cədvəllərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək bufetçi işləyərkən əmək haqqı aldığını müəyyən etmək üçün Sabirabad Rayon Dövlət Arxivinə sorğu göndərilmişdir. xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Sabirabad rayon Kooperativ Cəmiyyətinin əmək haqqı cədvəlləri və kitabları Sabirabad Rayon Dövlət Arxivində mövcud deyildir. Beləliklə iddiaçının əməkhaqqı aldığı öz təsdiqini tapmamışdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2-1(120)- 2092/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi (iddia tələbi dəqiqləşdirildikdən sonra) “əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ə-80365/2023 saylı və xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi, hüququnun yarandığı 65 yaşdan, yəni 03 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi Sabirabad rayon Kooperativ Cəmiyyətinə məxsus Qaragüney kəndində yerləşən kənd çayçısında işlədiyi illərlə bağlı əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətində əmək fəaliyyəti göstərdiyi dövr ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sorğu cavabına əsasən cavabdeh tərəfindən mübahisəli hal kimi göstərilən xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrünə dair Kooperativ Cəmiyyətinin arxivində saxlanılan sənədlərə baxış keçirilmiş və Fondun Mil-Muğan regional filialı tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Akta əsasən qeyd edilən müəssisədə işə qəbul və işdən azad edilmə əmrləri arxivdə aşkar edilmiş və əsassız olmasına dair heç bir sübut müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrlərdə əmək haqqı alıb-almamasını müəyyən etmək müəssisənin 1995-2001-ci illərinə aid əmək haqqı kitablarının və yaxud cədvəllərinin olmaması iddiaçının təqsiri səbəbilə olmamışdır və həmin halda iddiaçının ziyanına şərh edilməməlidir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. İmtinanın digər əsası iddiaçının Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil aldığını illərlə bağlı olmuşdur. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə qədər Bakı Bədən Tərbiyəsi Texnikumunda “Bədən tərbiyəsi” ixtisası üzrə əyani təhsil aldığı müəyyən edilmişdir. Qeyd edilənləri təsdiq edən diplom (əmr №210, xx.xx.1979-cu il) və Azərbaycan Respublikasının Dövlət X5 Turizm Kolleci X12 arayışı iş materiallarına əlavə edilmişdir. xx.xx.1975-ci ildə təhsili başa vursa da diplomun 1979-cu ildə təqdim edilməsi inzibati orqan tərəfindən şübhəli hal kimi qəbul edilsə də, təqdim edilən arayışda qeyd edilmişdir ki, texnikumun tələbələrinin qəbul və məzun əmrlərinin qeydiyyatı jurnalında tələbənin təhsil dövründə hərbi xidmətdə olduğu və yekun attestasiya üçün təkrar müraciət etdiyi barədə qeydin olması onun normativ təhsil müddətindən artıq - 6 ilə təhsilini bitirməsini izah edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əyani təhsil aldığı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə qədər olan dövrdə onun sığorta stajına əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlı qəbul edilən əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ə- 80365/2023 saylı və xx.xx.2024-cü il tarixli qərarlar onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, 016387 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuş və 1979-ci ildə bədən tərbiyəsi ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin 30.2021-ci il tarixli, 02 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Sabirabad rayon Qaragüney K.C-də Qaragüney kəndində yerləşən kənd çayçısında çayçı- Bufetçi işində işləmişdir. İşdə olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 31 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1979-1980, 1982-1995-ci illərdə Qələbə kolxozunda işləmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-87042/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi əmək kitabçanın və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1976cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 17 il 2 ay 26 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən 180 manata, xx.xx.2023- cü il tarixindən 220 manata çatdırılmaqla ödənişi davam etdirilir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-1176/2021 nömrəli qətnaməsində ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 1979-1980, 1982-1995-ci illərdə Sabirabad rayonu, Qələbə kolxozunda işləməyi barədə Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 64 nömrəli arxiv arayışında qeyd olunan Seyidməmməd və S.Məmməd adlarının ona-yəni İddiaçı məxsus olması faktının müəyyən olunması barədə ərizəsi təmin edilməmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(106)-374/2022 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)- 1176/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3015/2022 nömrəli qərarı ilə ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(106)-374/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(106)-1682/2022 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-1176/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 64 nömrəli arxiv arayışının ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-309273/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixində yaranmışdır. Vətəndaşın təqdim etdiyi sənədlərin surətinə əsasən sosial sığorta stajı xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək əmək fəaliyyəti dövrü, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, 1979-1980-ci illər və 1982-1995-ci illər üzrə kolxoz stajı daxil olmaqla 17 il 2 ay 26 gün təşkil edir. Həmçinin bildiririk ki, vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci ii tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd edək ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən ümumi sosial sığorta stajı qanunla nəzərdə tutulmuş müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildiririk ki, vətəndaşın əlavə sənədiər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxılacaqdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət X5 Turizm Kolleci X12 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-46-13/2- 65/2024 nömrəli məktubuna xx.xx.2024-cü il tarixli, 3-46-1313-2-192/2024 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna tam orta təhsil bazasından (11 illik), əyani təhsil “Bədən tərbiyəsi” ixtisası üzrə qəbul olunmuşdur (əmr №173T xx.xx.1973-cü il). 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurmuş, Dövlət İxtisas Komissiyasının qərarı ilə ona “Bədən tərbiyəsi müəllimi” ixtisası ilə Bakı Bədən Tərbiyəsi Texnikumunu bitirməsi haqqında adi diplom verilmişdir (əmr №210, xx.xx.1979-cu il). Texnikumun tələbələrinin qəbul və məzun əmrlərinin qeydiyyatı jurnalında tələbənin təhsil dövründə hərbi xidmətdə olduğu və yekun attestasiya üçün təkrar müraciət etdiyi barədə qeydin olması onun normativ təhsil müddətindən artıq - 6 ilə təhsilini bitirməsini izah edir. İşdə olan xx.xx.2024-cü il tarixli iddiaçı ilə bağlı əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərara əsasən iddiaçının 25 il sığorta stajı olmadığı əsası ilə pensiyanın təyin edilməsindən imtina olunduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-110704/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Sabirabad rayon Kooperativ Cəmiyyətinə məxsus Qaragüney kəndində yerləşən kənd çayçısında xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrünə dair Kooperativ Cəmiyyətinin arxivində saxlanılan sənədlərə baxış keçirilmiş və Fondun Mil- Muğan regional filialı tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Monitorinq aktına əsasən həmin müəssisənin 1995-2001-ci illərə aid əmək haqqı kitablarının və cədvəllərinin olmaması səbəbindən İddiaçı xx.xx.1995ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyətini yoxlamaq mümkün olmamışdır. Eyni zamanda Sabirabad Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Sabirabad rayon Kooperativ Cəmiyyətinin əmək haqqı cədvəlləri və kitabları Sabirabad Rayon Dövlət Arxivində saxlanılmır. Qeyd olunan səbəblərdən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Təhsil üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-68/2-670/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002ci il tarixli, 47 nömrəli qərarına əsasən Bakı Bədən Tərbiyəsi Texnikumu Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il 45 nömrəli qərarı ilə ləğv olunmuş Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin bazasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutu və Bakı Bədən Tərbiyəsi və X4 şöbəsinin bazasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin X8 yaradılmışdır. İşdə olan DSMF PHŞ X3 və Sabirabad rayon Kooperativ Cəmiyyətinin əməkdaşlarının birgə iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktında qeyd olunur ki, İddiaçı xx.xx.1995-ci il tarixli, 51 nömrəli sərəncamla Sabirabad rayonu Qaragüney kəndində yerləşən obyektdə çayçı bufetçi işinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixli, 12 nömrəli sərəncamla Sabirabad rayonu Qaragüney kəndində yerləşən obyektdə çayçı bufetçi işindən azad edilmişdir. Vətəndaş İddiaçı həmin dövrlərdə əmək haqqı alıb-almamasını müəyyən etmək 1995-2001-ci illərə aid əmək haqqı kitablarının və yaxud cədvəllərinin olmaması səbəbindən mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o 1973-cü ildə “bədən tərbiyəsi” ixtisası üzrə Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olmuş, xx.xx.1975-ci il tarixdə ixtisası üzrə Şıxsalahlı kənd orta məktəbində müəllim təyin edilmiş, daha sonra hərbi xidmətə getmiş, 1978-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra 1979-cu ildə Bakı Bədən Tərbiyəsi Texnikumundan “bədən tərbiyəsi” ixtisası üzrə diplomunu almış, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək isə Sabirabad rayonu Qaragüney kəndində yerləşən obyektdə çayçı bufetçi işləmiş və işlədiyi dövrdə əmək haqı almış və əmək haqqı almadığı dövrlərin olmadığını bildirmişdir. Beləliklə də cavabdehin ilkin imtinasından və yazılı etirazın surətindən görünür ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, 1979-1980 və 1982-1995-ci il tarixində əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən 17 il 2 ay 26 gün is stajı müəyyən edilmişdir. İddiaçının 1973-1979-cu illərdə Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil aldığı dövrlərlə bağlı hər hansı bir sənəd təqdim etməməsi və iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək hansı müəssisə və hansı təşkilatda işləməsini göstərmədiyini əsas gətirərək qeyd edilən dövrləri sığorta stajına daxil etməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin əsasını İddiaçı təhsil aldığı (1973-1979-cu illər) və Sabirabad rayonu Qaragüney kəndində yerləşən obyektdə çayçı bufetçi (xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək) vəzifəsində işlədiyi dövrlər təşkil edir. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən dövrlərdə təhsil almasını və işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən diplom və arxiv arayışları təşkil edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq və işin faktiki hallarına hüquqi qiymət vermək üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə müəyyən edilir:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işinitəşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, işdə olan Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin 30.2021-ci il tarixli, 02 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Sabirabad rayon Qaragüney K.C-də Qaragüney kəndində yerləşən kənd çayçısında çayçı- Bufetçi işində işləmişdir. Bundan başqa işdə olan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Dövlət X5 Turizm Kolleci X12 xx.xx.2024-cü il tarixli, 3- 46-1313-2-192/2024 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna tam orta təhsil bazasından (11 illik), əyani təhsil “Bədən tərbiyəsi” ixtisası üzrə qəbul olunmuşdur (əmr №173T xx.xx.1973-cü il). 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurmuş, Dövlət İxtisas Komissiyasının qərarı ilə ona “Bədən tərbiyəsi müəllimi” ixtisası ilə Bakı Bədən Tərbiyəsi Texnikumunu bitirməsi haqqında adi diplom verilmişdir (əmr №210, xx.xx.1979-cu il). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-110704/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Sabirabad rayon Kooperativ Cəmiyyətinə məxsus Qaragüney kəndində yerləşən kənd çayçısında xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrünə dair Kooperativ Cəmiyyətinin arxivində saxlanılan sənədlərə baxış keçirilmiş və Fondun Mil-Muğan regional filialı tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Monitorinq aktına əsasən İddiaçı xx.xx.1995-ci il tarixli, 51 nömrəli sərəncamla Sabirabad rayonu Qaragüney kəndində yerləşən obyektdə çayçı bufetçi işinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixli, 12 nömrəli sərəncamla Sabirabad rayonu Qaragüney kəndində yerləşən obyektdə çayçı bufetçi işindən azad edilmişdir. Vətəndaş İddiaçı həmin dövrlərdə əmək haqqı alıb-almamasını müəyyən etmək 1995-2001-ci illərə aid əmək haqqı kitablarının və yaxud cədvəllərinin olmaması səbəbindən mümkün olmamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Təhsil üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-68/2-670/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002ci il tarixli, 47 nömrəli qərarına əsasən Bakı Bədən Tərbiyəsi Texnikumu Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il 45 nömrəli qərarı ilə ləğv olunmuş Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin bazasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutu və Bakı Bədən Tərbiyəsi və X4 şöbəsinin bazasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin X8 yaradılmışdır. Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi Sabirabad rayon Kooperativ Cəmiyyətinə məxsus Qaragüney kəndində yerləşən kənd çayçısında işlədiyi illərlə bağlı əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə kollegiyası iddiaçının ziyanına şərh etmir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətində əmək fəaliyyəti göstərdiyi dövr ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sorğu cavabına əsasən cavabdeh tərəfindən mübahisəli hal kimi göstərilən xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrünə dair Kooperativ Cəmiyyətinin arxivində saxlanılan sənədlərə baxış keçirilmiş və Fondun Mil-Muğan regional filialı tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Akta əsasən qeyd edilən müəssisədə işə qəbul və işdən azad edilmə əmrləri arxivdə aşkar edilmiş və əsassız olmasına dair heç bir sübut müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrlərdə əmək haqqı alıb-almamasını müəyyən etmək müəssisənin 1995-2001-ci illərinə aid əmək haqqı kitablarının və yaxud cədvəllərinin olmaması iddiaçının təqsiri səbəbilə olmamışdır və həmin halda iddiaçının ziyanına şərh edilməməlidir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. İmtinanın digər əsası iddiaçının Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil aldığını illərlə bağlı olmuşdur. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə qədər Bakı Bədən Tərbiyəsi Texnikumunda “Bədən tərbiyəsi” ixtisası üzrə əyani təhsil aldığı müəyyən edilmişdir. Qeyd edilənləri təsdiq edən diplom (əmr №210, xx.xx.1979-cu il) və Azərbaycan Respublikasının Dövlət X5 Turizm Kolleci X12 arayışı iş materiallarına əlavə edilmişdir. İddiaçının xx.xx.1975-ci ildə təhsili başa vursa da diplomun 1979-cu ildə təqdim edilməsi inzibati orqan tərəfindən şübhəli hal kimi qəbul edilsə də, təqdim edilən arayışda qeyd edilmişdir ki, texnikumun tələbələrinin qəbul və məzun əmrlərinin qeydiyyatı jurnalında tələbənin təhsil dövründə hərbi xidmətdə olduğu və yekun attestasiya üçün təkrar müraciət etdiyi barədə qeydin olması onun normativ təhsil müddətindən artıq - 6 ilə təhsilini bitirməsini izah edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əyani təhsil aldığı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə qədər olan dövrdə onun sığorta stajına əlavə edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə bağlı qəbul edilən əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ə- 80365/2023 saylı və xx.xx.2024-cü il tarixli qərarlar onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının mübahisələndirilməyən 17 il 02 ay 26 gün sığorta stajı ilə Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil aldığı xx.xx.1973-cü ildən xx.xx.1975ci ilə qədər təhsil müddəti və xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək bufetçi işlədiyi iş stajı dövrünü cəmlədikdə xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 ildən çox ümumi iş stajının mövcud olduğu müəyyən edilir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər hal ilə bağlı məhkəmə kollegiyası bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdeh üzərinə qoymaqla haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2092/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.