Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-156/2023 19.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(120)-2056/2022 nömrəli qərarından cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 2022-ci il əlavə dəyər vergisi üzrə xx.xx.2022-ci il tarixli, **********257900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 22 dekabr 2022-ci il tarixli, 2-1(120)-2056/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı 2022-ci il əlavə dəyər vergisi üzrə xx.xx.2022-ci il tarixli, **********257900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında vəsatət verərək bildirdi ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə (artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda) əsasən xx.xx.2022-ci il tarixli, **********161889 nömrəli qərarla İddiaçı MMC-nin (VÖEN **********) sahibkarlıq fəaliyyəti üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması nəticəsində İddiaçı MMC-yə 2022-ci il əlavə dəyər vergisi üzrə 104932,56 manat artıq vergi məbləği hesablandığı müəyyən edilmiş və həmin 104932,56 manat İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinindən silinmişdir. Göründüyü kimi, İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, **********257900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarla 2022-ci ilin yanvar ayı üçün hesablanmış 104932,56 manat məbləğ İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinindən silinmişdir. Beləliklə də, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********257900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar öz hüquqi qüvvəsini itirmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində xx.xx.2022-ci il tarixli, **********257900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarla İddiaçı MMC-yə yanvar 2022-ci il əlavə dəyər vergisi üzrə 104932,56 manat əlavə vergi məbləği hesablanmışdır və iddiaçı da həmin qərarın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********161889 nömrəli qərarına əsasən keçirilmiş səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, **********161954 nömrəli səyyar vergi yoxlaması aktı ilə və həmin akt əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********171201 nömrəli vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyə cəlb edilməsi haqqında qərarla İddiaçı MMC-yə 2022-ci il əlavə dəyər vergisi üzrə 104932,56 manat artıq vergi məbləği hesablandığı müəyyən edilmiş və həmin 104932,56 manat İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən silinmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMCnin 2022-ci il (xx.xx.2022-ci il tarixədək) əlavə dəyər vergisi üzrə vergi borcunun olmadığı müəyyən edilmiş və mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********257900 nömrəli qərarla İddiaçı MMC-yə hesablanmış 104932,56 manat artıq vergi məbləği onun şəxsi hesab vərəqəsindən silinmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunması barədə məlumatını iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində isə cavabdehin vəsatəti təmin edilməməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmaması əsası ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən icraata xitam verilərkən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə zərurət qalmır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin vəsatəti qismən təmin edilsin. İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı 2022-ci il əlavə dəyər vergisi üzrə xx.xx.2022-ci il tarixli, **********257900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin vəsatəti qalan hissədə təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-156/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-156/2023
19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver