Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-157/2025 08.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən olunması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-2394/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin xx.xx.2023-cü il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən olunması” öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Ekspertiza və Rebilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “ Əlilliyin təyin edilməsinin 17 may 2022-ci il tarixdən müəyyən edilməsi və 17 may 2022-ci il tarixdən, 03 avqust 2023-cü il tarixə qədər buraxılmış müddət üçün pensiyanın hesablanaraq mənə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(120)-2394/2024 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əvəz edilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “17 may 2022-ci il tarixdən, 03 avqust 2023-cü il tarixə qədər buraxılmış müddət üçün pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması nəzərdə tutulmuşdur. Şirvan İnzibati Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2-1(120)-2394/2024 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Ekspertiza və Rebilitasiya Agentliyinə qarşı”ona əlilliyin təyin edilməsinin 17 may 2022-ci il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmiş və Biləsuvar rayon Mərkəzi Xəstəxanası adi cəlbetmə qaydasında 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-2394/2024 nömrəli qərardadı ilə İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Ekspertiza və Rebilitasiya X4rşı “cavabdehin 03 avqust 2023-cü il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin 24 may 2022-ci il tarixdən müəyyən olunması” kimi baxılmasına davam etdirilərək inzibati iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, şəhid atasıdır. Oğlu X3 uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Özü İ Qarabağ Müharibəsi iştirakçısı və müharibə əlilidir. Əvvəllər etdiyi müraciət əsasında ona əlillik təyin edilmişdi. Həmin əlilliyin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi üçün o, yenidən müvafiq qaydalara uyğun olaraq müraciət etmişdir. Həmin vaxtdan ona dəfələrlə müxtəlif bəhanələrlə imtina edilmişdir. Hər dəfə imtinanın əsası olaraq göstərilən halları aradan qaldlraraq, yenidən müraciət etmişdir. Sonuncu müraciətdən sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar ona 2 il müddətinə (xx.xx.2025-ci ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə əlilliyin təyin edilməsindən sonra o, əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, yenidən əlliliyin təyin edildiyi tarixədək buraxılmış müddət üçün ona ödənilməmiş pensiyanın hesablanaraq ona verilməsi ilə əlaqədar ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla ona imtina cavabı vermişdir. Həmin sənədi ərizəsinə əlavə edir. Cavabdehin imtinasında göstərib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" AR Qanununun 3.3-1 -ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay sonra ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (qanunun qüvvəyə mindiyi tarix yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir". Hesab edir ki, ona verilmiş imtina əsassızdır. Belə ki, əvvəllər təyin edilmiş əlillik müddətinin bitdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər müddətdə ona əlilliyi təyin etməyən cavabdehin özüdür. O, həmin müddətdə əlilliyin təyini üçün müraciətlər etmişdir. Müddətin daha çox keçməsində səbəkar məhz cavabdeh özüdür. Burada onun heç bir təqsiri yoxdur. Əgər o, l7.05.2022-ci il tarixədək əlil olmuşdursa və xx.xx.2023-cü il tarixdə yenidən əlillik təyin edildiyi müddətdən sonra da əlil hesab edilmişsə, onda deməli məntiqlə həmin arada da o, sağlam olmamışdır. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-2394/2024 saylı (hakim Pərvanə Qurbanova) qərarı ilə iddia təmin edilmiş və Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına İddiaçı aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən olunması öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması nəzərdə tutulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-2394/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin xx.xx.2023-cü il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 12 mart 2024cü il tarixli, qərardadı ilə iddianın dəyişdirilməsi və cavabdehin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərardad qəbul olunmuşdur. Məhkəmənin 31 iyul 2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “ona əlilliyin təyin edilməsinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” və Biləsuvar rayon Mərkəzi Xəstəxanası adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin 26 noyabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən olunması” kimi davam etdirilməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Qeyd edilənləri qəbul etməyərək bildirmək istəyirik ki,iddia düzgün cavabdehə qarşı verilməmişdir, ümumiyyətlə cavabdehin kim olması belə qərarla müəmmalıdır. Belə ki, qəbul edilən qərarda cavabdehin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının göstərilməsi özü əsassızdır. Belə ki əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi olamlı idi. Hazırki işdə isə düzgün olmayan cavabdeh seçilmiş və əsl olmayan cavabdeh tərəfindən iddiaya qarşı etiraz bildirilmişdir. Halbuki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hazırkı iddiaya qarşı etiraz vermək hüquqları pozulmuşdur. Bu isə məhkəmə tərəfindən kobud prosessual pozuntudur. Bundan əlavə məhkəmə işin faktiki və hüquqi hallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməli olduğunu tələb etməkdə haqlıdır.Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman almış olduğu xəsarətlər nəticəsində əlil olmuşdur. Məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən sübutlardan məlum olmuşdur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə xx.xx.2022-ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar ümumi səbəbdən 2-ci qrup əlillik dərəcəsi almışdır. Daha sonra xx.xx.2023- cü il tarixdə qəbul edilmiş qərarla eyni diaqnoz və eyni səbəblə əlillik təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, həm əvvəlki əlillik təyinatı zamanı, həmçinin də sonuncu təyinat zamanı əlilliyin səbəbi və diaqnozu eyni olaraq qalmışdır. Onun xəstəliyi sağalmaz xəstəlikdir. Qeyd edilənləri qəbul etməyərək bildirmək istəyirik ki, hazırda iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinin müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün olmamışdır. Bildirmək istəyirik ki, məhkəmənin yuxarıda qeyd edilən halları ilə razılaşmır və eyni zamanda hakim məhkəmənin gedişində diaqnozu aşkara çıxarmaq məqsədilə ekspertiza təyin etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İş üzrə əyani müayinənin aparılması barədə qərardad və məhkəmə tibbi ekspertizanı aparılmasına barədə qərardad çıxarılmalı olduğu halda çıxarmamış, məhkəmə inzibati orqanın diskresion səlahiyyətlərini mənimsəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarına və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun müvafiq tələbləri baxımından Şirvan İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şirvan İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1. maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İPM-nin 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunanların nəzərə alınaraq Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2- 1(120)-2394/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasının hüquqi yardımına əsasən tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbinə "əlilliyin təyin olunmasından imtina ilə bağlı cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi və xx.xx.2022-ci il tarixli, 0234003AA566 nömrəli göndəriş əsasında ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-2394/2024 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş ermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Belə ki, iddiaçı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən olunması” öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 03 avqust 2023-cü il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməli olduğunu tələb etməkdə haqlıdır. Həm əvvəlki əlillik təyinatı zamanı, həmçinin də sonuncu təyinat zamanı əlilliyin səbəbi və diaqnozu eyni olaraq qalmışdır. Onun xəstəliyi sağalmaz xəstəlikdir. Belə olan halda həmin dövrlərə münasibətdə iddiaçının müraciətindən cavabdehin imtinası qanuni olmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə şəxsin (hazırki halda iddiaçının) əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən (hazırki halda xx.xx.2022-ci il) 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilməli idi. Belə ki, alt sistemdən çıxarışdan müəyyən olunur ki, Biləsuvar rayon Mərkəzi Xəstəxanasının göndərişi xx.xx.2022-ci il tarixdə mərkəzləşdirilmiş elektron sistemə daxil olaraq qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri pozularaq, iddiaçıya beş il müddətinə təyin olunmuş əlillik müddətin bitməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə göndərilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmiş, daha sonra isə təkrar baxılaraq eyni diaqnozla və eyni səbəblə əlillik təyin edilmişdir və bununla da iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sosial təminat almaq hüququ pozulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: İş materiallarında olan Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, Sizə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 2 il müddətinə (xx.xx.2025-ci ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Qeyd edək ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Odur ki, əlilliyin son bitmə tarixi xx.xx.2022-ci il tarixinə təsadüf etdiyindən və əlilliyin bitmə tarixi ilə yeni təyinat tarixi arasında qanunvericilikdə müəyyən edilmiş 6 aylıq müddət ötürüldüyündən Sizə əvvəlki dövrə dair ödənişin verilməsi mümkün deyildir. Müraciətiniz ilə bağlı əlavə sualınız yaranacağı təqdirdə; "142 Çağrı mərkəzi" ilə əlaqə saxiaya bilərsiniz; Qeydiyyatda olduğunuz ərazi üzrə Tibbi-sosial ekspert komissiyalarına müraciət edə bilərsiniz.Tibbi-sosial ekspert komissiyalarının ünvanları və qəbui qrafikləri barədə ətraflı məlumat www.dtsera.gov.az saytında qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə əsasən İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixindən yenidən müayinədən keçmiş və ona 2 il müddətinə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə təkrar əlillik təyin edilmişdir. Məlumat üçün bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1 ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bildiririk ki, iddiaçı YK.Rüstəmovun əlillik müddəti bitdiyi 17 may 2022-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyinin yenidən müəyyən edildiyi xx.xx.2023- cü il tarixədək 6 ay müddət ötürülmüşdür. Buna görə də iddiaçıya həmin dövr üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X21 əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı ümumi əsaslara görə əmək pensiyası xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildiririk ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının U00119157JVF nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbilə 2 il müddətinə (xx.xx.2025-ci ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, 071662 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Birinci Qarabağ müharibəsi iştirakçısı və müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şəbəsinin xx.xx.2023-cü il tarixli, 287 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı məktubda qeyd edilmişdir ki, sizin müraciətinizlə bağlı müvafiq qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək ARƏBM ilə əlaqədar əlil kimi təqaüd təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 Biləsuvar Rayon Mərkəzi X16 Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində xx.xx.2023-cü il tarixində "Forma-88” tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, Sizə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 2 (iki) il müddətinə (xx.xx.2025-ci ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Qeyd edək ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Odur ki, əlilliyin son bitmə tarixi xx.xx.2022-ci il tarixinə təsadüf etdiyindən və əlilliyin bitmə tarixi ilə yeni təyinat tarixi xx.xx.2023-cü il arasında qanunvericilikdə müəyyən edilmiş 6 aylıq müddət ötürüldüyündən Sizə əvvəlki dövrə dair ödənişin verilməsi mümkün deyildir. Müraciətiniz ilə bağlı əlavə sualınız yaranacağı təqdirdə; "142 Çağrı mərkəzi” ilə əlaqə saxlaya bilərsiniz; Qeydiyyatda olduğunuz ərazi üzrə Tibbi-sosial ekspert komissiyalarına müraciət edə bilərsiniz.Tibbi-sosial ekspert komissiyalarının ünvanları və qəbul qrafikləri barədə ətraflı məlumat www.dtsera.gov.az saytında qeyd edilmişdir. Yuxarıda göstərilən mənbələrdən aldığınız məlumatlar Sizi qane etmədiyi təqdirdə iş günləri ərzində www.dtsera.gov.az saytından "online növbə” əldə etməklə ünvan 2 ünvanına qəbul üçün müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 Biləsuvar Rayon Mərkəzi X16 Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı "T90.5-Keçirilmiş qapalı KBT-nın dərin qalıqları” diaqnozu ilə tibbi sənədləri E- təbibin "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” proqramına daxil edilib və xx.xx.2023-cü il İmtina edilib. Səbəb: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Xüsusi səbəbdən- Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar- Əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12ci maddəsinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2022-ci ii tarixində əlillik müddəti bitdiyi üçün pensiya ödənişi dayandırılmışdır. '*Əlillik" altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2023cü il tarixindən əlilliyi müəyyən edildiyi üçün Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixindən pensiya ödənişi bərpa edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, **********1 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 26 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 26) Biləsuvar rayon sakini xx.xx.1974cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-ci il tarixli 616 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sol arxa ənsə nahiyəsində bir ədəd, başın arxa-orta ənsə nahiyəsində bir ədəd, sol baldırın aşağı 1/3-nin ön-içəri səthində bir ədəd çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zaman şəkərli diabetdən əziyyət çəkdiyini ifadə etmiş, oğlunun şəhid olduğunu bildirərək ağlamağa başlamış, verilən suallara formal cavab vermiş, anamnestik məlumatlarda inthara cəhd etdiyini bildirmişdir. Psixi statusunun həkim mütəxəssis tərəfindən araşdırılması zamanı əhval-ruhiyəsi enik olmuş, ünsiyyətə çətinliklə daxil olmuş, daxili aləmini tam açmamışdır. Anamnestik məlumatlarda vəziyyətinin oğlu şəhid olduqdan sonra pisləşdiyini ifadə etmiş, intihar fikirlərinin olduğunu bildirsə də, ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmamışdır. Yanaşı olaraq şəkərli diabetdən əziyyət çəkdiyini ifadə etdiyi üçün şəkərli-diabetin ağırlaşmaları araşdırılmış, atrerial təzyiqi A/T-İ30/90 mm civə süt, puls-88 vurğu, saturasiya SpO2-99% olmuş, hər iki aşağı ətrafda tük örtüyü saxlanılmış, periferik nəbz kafi olmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “VİS OD=0,1 VİS OS=0,1 k/etmir. OU-Qeyri-proliferativ diabetik retinopatiya, başlanğıc kataraktda” kimi, həmin müəssisədə Aşağı ətraf arteriaların dopplerografiyası müayinəsinin nəticəsi "Bilateral-A.Femoralis communis, a.femoralis superficialis, a.femoralis profunda, a.poplitea-hemodinamik əhəmiyyətli daralmalar izlənilmir. Baldırda arteriyalarda intimamedia kompleksi qalınlaşıb, mənfəz daralıb. Pik sistolik sürətlər zəif izlənilir” kimi, Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Çıxan aorta genişlənib (3,6 sm). Sol qulaqcıq genişlənib (4,3 sm). Septumun cüzi hipertrofiyası (1,2 sm). Sol mədəciyin sistola- diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=58%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Baş beyin qan dövranının xroniki pozulması. Baş beyin atrofiyası. Kəskin ifadəli asteno-nevrotik hal. Nevrozabənzər sindrom. Şəkərli diabet tip_2’ kimi qeyd edilmiş, ekspertiza üçün əhəmiyyətli baş beyin instrumental müayinə sənədi təqdim edilməmişdir. Hazırkı vəziyyətin müayinəsi zamanı ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə sənədlərinin yetərsiz olduğunu nəzərə alaraq rəsmi göndəriş verilmiş və bu zamana kimi nəticə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2726/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyası (bundan sonra- Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda adı göstərilən 24 nəfər vətəndaşların müarciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 5). Biləsuvar rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0234003AAS66 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. (ESDAS **********0). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 616 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sol arxa ənsə nahiyəsində bir ədəd, başın arxa-orta ənsə nahiyəsində bir ədəd, sol baldırın aşağı 1/3-nin ön-içəri səthində bir ədəd çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş Hərbi bilet təqdim etməmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zaman şəkərli diabetdən əziyyət çəkdiyini ifadə etmiş, oğlunun şəhid olduğunu bildirərək ağlamağa başlamış, verilən suallara formal cavab vermiş, anamnestik məlumatlarda inthara cəhd etdiyini bildirmişdir. Psixi statusunun həkim mütəxəssis tərəfindən araşdırılması zamanı əhval-ruhiyəsi enik olmuş, ünsiyyətə çətinliklə daxil olmuş, daxili aləmini tam açmamışdır. Anamnestik məlumatlarda vəziyyətinin oğlu şəhid olduqdan sonra pisləşdiyini ifadə etmiş, intihar fikirlərinin olduğunu bildirsə də, ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmamışdır. Yanaşı olaraq şəkərli diabetdən əziyyət çəkdiyini ifadə etdiyi üçün şəkərli-diabetin ağırlaşmaları araşdırılmış, atrerial təzyiqi A/T-130/90 mm civə süt, puls-88 vurğu, saturasiya SpO2-99% olmuş, hər iki aşağı ətrafda tük örtüyü saxlanılmış, periferik nəbz kafi olmuşdur” kimi qeyd olunmuş, Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, qıcolmadan şikayətlənmişdir. Anamnezində oğlunun şəhid olması, Şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi, ürək əməliyyatı olunması ifadə olunmuşdur. Medikamentoz preparatlardan Kardiomagnil, Depakin, Finlepsin və s. qəbul etdiyini bildirmişdir. Müayinə zamanı nitqində çətinlik müşahidə olunmuşdur. Komissiyaya dəvət olunmuş həyat yoldaşının verdiyi məlumatlarda “Yuxusuzluq, qıcolma tutmaları olur. Əlləri, ayağı yığılır, Relanium vurulduqdan sonra özünə gəlir. Tutmaları ~5-10 dəqiqə davam edir. Bir neçə dəfə intihara cəhd edib. Bəzən saatlarla danışmır” ifadə olunmuşdur. Həkim mütəxəssislər tərəfindən tutmaları konversion tutmalar kimi qiymətləndirilmişdir. AR SN 1 Saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli Çıxarışda diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travması baş beyin əzilməsindən sonrakı vəziyyət. Yuxu pozğunluğu ilə” kimi qeyd edilmişdir. AR SN Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 010281 nömrəli Çıxarışda diaqnoz “Baş beyin qan dövranının xroniki pozulması. Baş beyin atrofiyası. X18. Sabit gərginlik stenokardiyası. Koronar angioplastikadan sonrakı vəziyyət (2021). Arterial lupertenziya İİ dərəcə. Şəkərli diabet tip 2” kimi qeyd edilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının PHŞ xx.xx.2023-cü il tarixli Baş beyin KT müayinəsinin nəticəsi “İntrakranial həcimli prosses, qanama və ya işemiya aşkar edilmir” kimi qeyd olunmuş, Kəllə-beyin travması öz təsdiqini tapmamışdır. Əlillik təyinatına əsas verən psixi pozuntuların hərbi səbəb əlaqəsi öz təsdiqini tapmamışdır, travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 Biləsuvar Rayon Mərkəzi X16 Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində xx.xx.2023-cü il tarixində “Forma- 88” tərtib edilmişdir. Məlumat üçün bildiririk ki, “Tibbi-Sosial Ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssəsisələri”nin X6 siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 sentyabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənmişdir. Həmin siyahıya əsasən göndəriş vermək hüququ olan TƏBİB tabeli tibb müəssisələrinin siyahısından “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X24in tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ siyahısından çıxarılmışdır və xx.xx.2024-cü il tarixdən etibarən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ yoxdur. “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X24in tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olmadığı üçün “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” proqramına daxil olaraq məlumatları Sizə təqdim edə bilmir. Əlavə məlumat üçün bildiririk ki, Biləsuvar rayonu üzrə tibbi qeydiyyatda olanlar TQS № 088-in yazılması məqsədilə “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X24inə göndərilir. İş materiallarında olan İddiaçı adına tərtib edilmiş 17 may 2017-ci il tarixli, xxxxxxx0004 nömrəli aktdan görünür ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 01 may 2017-ci il tarixli, 0234003AAF37 nömrəli göndərişi əsasında İddiaçı Vİİ Sinif sinir sistemi xəstəlikləri, G40-G47-Epizodik və paroksizmal pozğunluqlar, G40 Epilepsiya, G40.3 Generalizə olunmuş idiopatik epilepsiya, epileptik sindromlar təsnifatı və qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 8-10 dəfə) diaqnozu ( 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) qıcolma tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);) müəyyən edilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 17 may 2017-ci il tarixdən 17 may 2022-ci il tarixə qədər 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan İddiaçı adına tərtib edilmiş 03 iyun 2022-ci il tarixli, xxxxxxx0005 nömrəli aktdan görünür ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 24 may 2022-ci il tarixli, 0234003AA566 nömrəli göndərişi əsasında 03 iyun 2022-ci il tarixdə İddiaçı əlillik vəziyyəti ilə bağlı təkrar müayinə aparılmış və onda XİX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərinin təsirinin bəzi digər nəticələri, T90-T98-Travmaların təsnifatı, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri, T-90-Başın Kəllədaxili travmaları nəticələri, Keçirilmiş (xx.xx.1994) qapalı kəllə beyin travmasının davamlı qalıqları diaqnozu müəyyən olunmuş və “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan İddiaçı adına tərtib edilmiş 11 fevral 2022-ci il tarixli, xxxxxxx0005 nömrəli aktdan görünür ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 01 fevral 2023-cü il tarixli, G00070499VER nömrəli göndərişi əsasında 11 fevral 2022-ci il tarixdə İddiaçı əlillik vəziyyəti ilə bağlı təkrar müayinə aparılmış, müayinə nəticəsində üzvi mənşəli şəxsiyyət pozuntusu, keçirilmiş qapalı KBT-nin dərin qalıqları, tez-tez baş verən qıcolma tutmaları(ayda 6-8 dəfə) nəticəsində şəxsiyyət dəyişkənliyi diaqnozu qoyulmuş və “göndərişin natamam doldurulması” əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan 24 iyul 2021-ci il tarixli, U00119157JVF nömrəli göndərişdən görünür ki, İddiaçı “psixi davranış pozuntuları, üzvü o cümlədən simptomatik psixi pozğunluqlar, üzvü mənşəli şəxsiyyət pozğunluğu, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin ehtiyacın olması (məsələn yüksək intihar riski daşıması) diaqnozu qoyulmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının verdiyi izahatdan, yuxarıda qeyd edilən sübutlardan müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman almış olduğu xəsarətlər nəticəsində əlil olmuşdur. Məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən sübutlardan məlum olmuşdur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik dərəcəsi almışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla eyni diaqnoz və eyni səbəblə əlillik təyin olunmuşdur. Müəyyən edilmişdir ki, təyinat müddətinin bitdiyi xx.xx.2022-ci ildən sonra Mərkəzləşdirlmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə üç göndəriş (Forma-088) daxil olmuşdur. Həmin göndərişlərdən xx.xx.2022-ci il tarixli göndəriş üzrə “Əlavə müalicəyə ehtiyacın olması”, əsası ilə xx.xx.2020-ci il tarixdə, xx.xx.2023-cü il tarixli göndəriş üzrə isə “Göndərişin natamam doldurulması” əsası ilə xx.xx.2023-cü il tarixdə əlilliyin təyin olunmasından imtina edilmişdir. Lakin sonuncu yəni xx.xx.2023-cü il tarixli göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyəti təkrar qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixdən iki il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, hər üç göndəriş üzrə (xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli göndərişlərdə) təyin edilmiş diqnoz eynilik təşkil etmişdir. Hazırda iddiaçı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar təyin edilmiş əliliyin təyinat tarixinin xx.xx.2023-cü il tarixdən (sonuncu göndəriş əsasında) deyil, xx.xx.2022-ci il tarixdən müəyyən edilməsini istəyir. Bu baxımdan İddiaçı məhkəmə kollegiyasının hüquqi yardımına əsasən tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbinə "əlilliyin təyin olunmasından imtina ilə bağlı cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi və xx.xx.2022-ci il tarixli, 0234003AA566 nömrəli göndəriş əsasında ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı verdiyi etiraz ilə eyni məzmunda olan apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının ona əlillik təyinatının aparılmalı olduğunu iddia etdiyi tarixdə ona əlillik təyinatının aparılmasının hüquqi əsası olmamışdır. Məhkəmə kollegiyası iş materiallarında olan və şifahi məhkəmə baxışı zamanı tətqiq olunan sübutlardan çıxış edərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həm əvvəlki əlillik təyinatı zamanı, həmçinin də sonuncu təyinat zamanı əlilliyin səbəbi və diaqnozu eyni olaraq qalmışdır. İddiaçının xəstəliyi sağalmaz xəstəlikdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçıya beş il müddətinə təyin olunmuş əlillik müddətin bitməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə göndərilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirmə aparmış və əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə xx.xx.2022-ci il tarixdə qərar qəbul edərək əlilliyin təyin olunmasından imtina etmişdir. Başqa sözlə, cavabdehin iddiaçıya təkrar əlillik təyinindən imtinasının əsaslarından biri kimi Qaydaların 1.5.1-ci bəndindəki şərt təşkil edir. Məhkəmə kollegiyası həmin əsasla qəbul edilən imtina qərarına münasibətdə onu qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”-nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Belə olan halda isə, cavabdehin müalicə müddətinin yetərli olmaması, müalicənin davam etdirilməsi, şəxsin əlavə müalicəyə və ya ixtisaslaşmış müalicəyə ehtiyacı olması əsası ilə iddiaçıya təkrar əlillik təyinindən imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticə “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi mövqe ilə eynilik təşkil edir. Həmin icmal məktubunda qeyd edilir: Əvvəldə də qeyd edildiyi kimi, əlilliyin qiymətləndirilməsi üçün tibbi-sosial ekspert komissiyasına göndərişlərin verilməsi, dolayısı ilə əlilliyin müəyyən edilməsi üçün şəxsin eyni xəstəliklə uzunmüddətli ambulator və ya stasionar müalicə alması şərti mövcuddur ki, bu şərtin ödənilməsi yalnız əlilliyin ilkin qiymətləndirilməsində tələb edilir, hətta əqli pozuntular, anatomik çatışmazlıqlar və bəzi ağır gedişatlı xəstəliklərin mövcudluğu müəyyən edildiyi hallarda əlilliyin ilkin qiymətləndirilməsi olsa belə, heç bir qeyd-şərtsiz şəxsə göndərişin müddət gözlənilmədən verilməsi nəzərdə tutulmuşdur (“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1 və 1.5.2-ci bəndləri) (bənd 24). Buna rəğmən, təcrübədə inzibati orqan tərəfindən təkrar qiymətləndirmə zamanı da müalicə günlərinin yetərsizliyi səbəbi ilə imtinalar verilməsi halları mövcuddur və bəzi hallarda məhkəmələr inzibati orqanın göstərilən mövqeyinə uyğun qərarlar qəbul edir. Bu zaman, inzibati orqanın irəli sürdüyü əsas arqument ondan ibarət olur ki, təkrar əlillik üçün müraciət edən şəxsin əvvəlki əlilliyi dövründə müayinə və müalicə alması təsdiq edilmir. Bu kontekstdə qeyd edilməlidir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə, tibbisosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin fərdi reabilitasiya proqramını tərtib etmək və onun icrasına nəzarət etmək həmin qurumun fəaliyyət istiqamətlərinə və vəzifələrinə aid edilmişdir və həmin vəzifənin həyata keçirilməsi “X7 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi” Qaydası ilə tənzimlənir. Dolayısıyla, əvvəlki əlillik dövründə müayinə və müalicə almanın təsdiq edilmədiyinə dair cavabdeh tərəfindən bildirilən dəlil, Fərdi reabilitasiya proqramı və onun icrası nəzərə alınmaqla qiymətləndirilməlidir. Çünki sözügedən Qaydanın tələblərinə görə, TSEK əlilliyi müəyyən edilmiş hər bir şəxs barəsində Fərdi reabilitasiya proqramını tərtib etmək, eləcə də müəyyən edilmiş tədbirlərin effektivliyinin və ya hər hansı əlavə və dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə isə altı ayda bir dəfə aidiyyəti üzrə tədbirlərə yenidən baxmaq öhdəliyi daşıyır. Bundan başqa, fərdi proqram üzrə müəyyənləşdirilmiş tədbirlərin həyata keçirilməsi üçün Fərdi proqramdan çıxarış bu tədbirlərin icraçısı kimi müəyyənləşdirilmiş icraçılara göndərilməli, öz növbəsində, tədbirlər üzrə görülmüş işlərə dair məlumat icraçılar tərəfindən rübdə bir dəfədən az olmayaraq elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda kağız daşıyıcıda TSEK-ə təqdim edilməlidir. Adıçəkilən Qaydada həmçinin təsbit olunmuşdur ki, təkrar əlilliyin müəyyən olunmasından sonra Fərdi proqramın hazırlanması zamanı əvvəlki Fərdi proqramda nəzərdə tutulmuş tədbirlərin icrası, effektivliyi, eləcə də aparılan tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyasının və sosial bacarıqların inkişafı üzrə görülmüş müvafiq tədbirlərin nəticələri TSEK tərəfindən qiymətləndirilməlidir. Beləliklə, təkrar qiymətləndirmə zamanı yalnız müalicə günlərinin yetərsizliyi səbəbinə istinadla əlilliyin müəyyən edilməsindən imtina qanunvericiliyin tələbləri ilə uyğunlaşmır, cavabdeh əvvəlki əlillik dövründə müayinə və müalicə almanın təsdiq edilmədiyinə dair dəlillərini Fərdi reabilitasiya proqramı, onun icrası üçün nəzərdə tutulmuş tədbirlər, eləcə də həmin tədbirlərin icrası istiqamətində icraçıların və əlilliyi müəyyən olunmuş şəxsin özünün davranışları ilə əlaqəli şəkildə təqdim etməlidir (bənd 25). Həmçinin o da vurğulanmalıdır ki, əlilliyi müəyyən edilmiş şəxsin əlilliyi, əlillik müddəti bitmədən TSEK tərəfindən ləğv edilmişsə və inzibati orqanın həmin hərəkətinin qanuniliyi mübahisələndirilməmişsə, bununla, əvvəlki statusa bağlı olan bütün təminatlara dair hüquqlar da aradan qalxır. Bu mənada, həmin şəxsin əlilliyin müəyyən edilməsi ilə bağlı yeni müraciətinə təkrar qiymətləndirmə kimi deyil, məhz əlilliyin ilkin qiymətləndirilməsi kimi baxılmaqla, müalicə müddəti şərtinin ödənilməsi yoxlanılmalıdır (bənd 26). Sadalananlardan başqa, işlərin təhlili onu da göstərmişdir ki, məhkəmələr tərəfindən bəzi hallarda “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinin tələbləri nəzərə alınmadan, müalicə müddəti ilə bağlı şərtin ödənib-ödənilməməsi yoxlanılmadan diaqnozun əlilliyə əsas verib-verməməsi istiqamətində araşdırma aparılır, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə əyani müayinə olunması və ya tibbi ekspertiza təyin edilməsi barədə qərardadlar qəbul edilir. Halbuki, həmin Qaydanın 1.5.1-ci bəndində təsbit edilən müalicə müddəti ilə bağlı şərt aşkar mövcud olmadığı hallarda, diaqnozun dəqiqləşdirilməsi ilə bağlı araşdırma zərurəti aradan qalxır (bənd 27). Bundan başqa cavabdeh xx.xx.2023-cü il tarixli göndəriş üzrə “Göndərişin natamam doldurulması” əsası ilə iddiaçıya xx.xx.2023-cü il tarixdə əlilliyin təyin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası həmin əsasla qəbul edilən imtina qərarına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”n 1.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Həmin Qaydaların 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci maddəsinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. Həmin Qaydaların 2.3-cü maddəsinə əsasən göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü maddəsinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.9-cu maddəsinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, tibbi göndərişin natamam doldurulması əlillik təyinatından imtina üçün əsas vermir və bu məsələ səlahiyyətli qurumlar tərəfindən aradan qaldırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, “Göndərişin natamam doldurulma" əsası ilə iddiçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdeh qurumun qərarı qanunsuz olmudur. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası bununla bağlı “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə nəzərə yetirilməsni zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Normanın məzmunundan da bəlli olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir (bənd 18). Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə isə, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər. Nəticə etibarilə, məlumatların natamam və ya yanlış olması səbəbindən cavabdeh əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir (bənd 20). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin qəbul etdyi xx.xx.2022-ci il tarixli və xx.xx.2023ü il tarixli imtina qərarları qanunsuz olmuş və xx.xx.2022-ci il tarixli 0234003AA566 göndəriş əsasında əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, dəqiqləşdirilmiş tələb üzrə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-2394/2024 saylı qərarı dəyişdirilsin. Əlilliyin təyin edilməsindən imtina olunması barədə cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-ü il tarixli qərarları ləğv edilsin və xx.xx.2022-ci il tarixli 0234003AA566 nömrəli göndəriş əsasında İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-157/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-157/2025
08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver