Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-158/2023 15.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyeva Nərmin Ramiz qızının, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X8 qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(120)-1721/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 23 noyabr 2022-ci il tarixli, 2- 1(120)-1721/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. xx.xx.1984-cü il tarixdən xx.xx.2006cı il tarixə kimi “X9 və İxracı üzrə İstehsalat Birliyi”nin “X6 Doldurma Stansiyası”nda (halhazırda adı “X12” QSC-nin X13 Doldurma Stansiyası) “balondolduran” vəzifəsində işləmişdir. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Qeyd edilən inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli imtina məktubunda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mərkəzi filiala təqdim edilən ИT-İ ******* nömrəli əmək kitabçasında və “X12” QSC-nin iddiaçıya ünvanladığı 17 dekabr 2021-ci il tarixli, RS-01/337 nömrəli arayışında qeyd olunan xx.xx.1984-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində onun işlədiyi “balondolduran” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X8 qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Şirvan şəhəri, Füzuli küçəsi, ev 24-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********8 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi HT-İ ******* nömrəli əmək kitabçasında və “X12” QSC-nin 17 dekabr 2021-ci il tarixli, RS-01/337 nömrəli arayışında qeyd olunan, xx.xx.1984-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi “balondolduran” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı güzəştli iş stajı yoxdur. Ona görə də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. İşdə olan iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X6 Doldurma Stansiyasında “balondolduran” vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası “X12” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, RS-01/337 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı (keçmiş X9 və İxracı üzrə X3-X11 Doldurma satnsiyası) xx.xx.1984-cü il tarixdə 83 nömrəli əmr əsasında “balondolduran” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə 20 nömrəli əmr əsasında işdən azad edilmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 22 il 2 ay təşkil edir. Balondolduran ixtisası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli sayılır. İşdə olan “X12” Qapalı Səhmdar Cəmiyyətinin birinci instansiya məhkəməsinə göndərdiyi xx.xx.2022-ci il tarixli, RS-01/177 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “balondolduran” peşəsində keçmiş X9 və İxracı üzrə X3-X11 Doldurma Stansiyasında (hal-hazırda adı “X12" QSC-nin X13 Doldurma Stansiyası) 83 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən işə başlamış, 20 nömrəli əmrlə xx.xx.2006-cı il tarixdə işdən azad olunmuşdur. Balondolduran peşəsinin əsas funksiyası maye qazın balonlara doldurulması və boşaldılmasından ibarətdir. Eyni zamanda arayışda qeyd edilir ki, İddiaçı işlədiyi “balondolduran” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın X bölməsinin 7 və 8-ci bəndlərinə (kod 2110A020) əsasən güzəştli sayılır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin “X12” QSC-yə və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ünvanladığı 28 aprel 2023-cü il tarixli, 2-1(106)-158/2023 nömrəli sorğusunda qeyd edilmişdir ki, İddiaçı qeyd edir ki, o, xx.xx.1984-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Qazın istehsalı və İxracı üzrə X3-X11 Doldurma stansiyasında (hal-hazırda adı “X12” QSC-nin X13 Doldurma Stansiyası) “balondolduran” vəzifəsində işləmişdir. Onun əmək funksiyası maye qazın balonlara, əsasən avtomobillərin qaz balonlarına doldurulmasından ibarət olmuşdur. Onun iş yeri kimya istehsalatı hesab olunur. Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın X Kimya istehsalatı bölməsinin 2-ci bəndində 2110A020 kodu ilə qeyd edilmiş istehsalatlarla eynilik təşkil edir. Belə ki, maye qaz zərərli kimyəvi məhsul hesab edilir. Həmçinin sorğuda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın X. Kimya istehsalatı bölməsinin 2-ci bəndində 2110A020 kodu ilə qeyd edilmiş əridicilərin rekuperasiyasında və rektifikasiyasında, kinomaterialların gümüş tərkibli tullantılarının regenerasiyasında, 1 nömrəli Siyahıda sadalanmış bərk, maye və qaz halında tullantıların emal olunması və istifadə edilməsi sexlərində (bölmələrdə, sahələrdə); qazogenerator sexlərinin və texnoloji təyinatlı stansiyaların işlərində; 1 nömrəli Siyahıda sadalanmış çənlərin, tutumların və kimyəvi aparatların təmizlənməsində, zərərli kimyəvi məhsulla istifadə olunmuş qaytarılan qabların yuyulmasında və emalında; çirkab sənaye sularının neytrallaşdırılmasında və təmizlənməsində, zərərli buxar və qazların zərərsizləşdirilməsində; 1 nömrəli Siyahıda sadalanmış kağız (polietilen) kisələrdə qablanmış kimya məhsullarının üyüdülməsində, qurudulmasında, qarışdırılmasında, əridilməsində, hazırlanmasında, çəkib qablaşdırılmasında, yüklənməsində, qablaşdırılmasında, tökülməsində; qapalı tutumların və boru kəmərlərin yapışqanlaşdırılmasında; benzinin rekuprasiya olunmasında; 1 nömrəli Siyahıda sadalanmış xlor balonlarının və digər zərərli kimyəvi məhsullar balonlarının təmirində, boşaldılmasında və sınanmasında işlər (2110A020) güzəştli iş stajı hesab edilən istehsalat kimi göstərilmişdir. Qeyd edilənlərə əsasən iddiaçının işlədiyi iş yerləri, vəzifələri, peşələri və tarixləri (gün, ay, il tam dəqiq göstərilsin), həmçinin istehsalatın xüsusiyyətləri (həmin iş prosesində iddiaçının vəzifəsi və sair) tam dəqiq göstərilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə işləməsi və həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş hansı istehsalat, peşə, vəzifə və göstərici ilə eynilik təşkil etməsi barədə məlumat verilməsi xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ilkin olaraq işlədiyi istehsalat, istehsalatın xüsusiyyətləri müəyyən edilməlidir. Ona görə də ilkin olaraq tam dəqiq iddiaçının işlədiyi istehsalat, daha sonra isə peşə, vəzifə və vəzifənin xüsusiyyətləri müəyyən edilməlidir. Tarixlər (gün, ay, il) tam dəqiq göstərilməklə iddiaçının işlədiyi istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarla, peşələrlə, vəzifələrlə və göstəricilərlə eyniliyi müəyyən edilərkən qeyd edəcəklərinizin əsaslandırılmasını, əsaslandığınız sənədlərin, vəzifə təlimatlarının və digər zəruri sənədlərin əslinin və ya təsdiq edilmiş surətlərinin təqdim olunması хаhiş olunur. İşdə olan “X12” QSC-nin Şirvan Apellyasiya Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(106)-158/2023 nömrəli sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, RS01/68 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1984-cü il tarixdə №OK-83 saylı əmrlə Qazın istehsalı və İxracı üzrə X3-X11 Doldurma stansiyasında (halhazırda adı “X12” QSC-nin X13 Doldurma Stansiyası) “balondolduran” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixdə №20-KŞ saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Sorğuda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 2 nömrəli əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 2110A020 kodu ilə qeyd edilmiş istehsalatlarla vətəndaş İddiaçı vəzifəsi heç bir eynilik təşkil etmir. Qeyd olunanlara əsasən bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 64-cü maddəsinə və Nazirlər Kabinetinin 06 mart 2000-ci il tarixli, 38 nömrəli qərarına əsasən 5 ildən bir iş yerlərinin attestasiyadan keçirilməsi ilə əlaqədar olaraq cəmiyyətimizdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən əmək şəraiti üzrə iş yerlərinin, vəzifə və peşələrin növbəti attestasiyası keçirilmişdir. Attestasiyanın nəticələrinə görə zərərli istehsalat sahəsi, vəzifə və peşələr aşkar edilməmişdir. Bütün qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, İddiaçı işlədiyi dövrlər (xx.xx.1984-xx.xx.2006-cı illər arasındakı dövr) ərzində yerinə yetirdiyi vəzifəsi açıq hava şəraitində aparıldığı üçün işlədiyi istehsalat sahəsi və peşəsi zərərli hesab edilmir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ünvanladığı 28 aprel 2023-cü il tarixli, 2- 1(106)-158/2023 nömrəli sorğusuna inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 138382/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, hazırkı mübahisə ilə əlaqədar olaraq İddiaçı “X12” QSC-də işlədiyi dövr üzrə əmək stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə mərkəzi filial tərəfindən həmin müəssisədə adı çəkilən şəxsə aid məlumatlar araşdırılaraq xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirilmişdir. Sözügedən aktda qeyd edilir ki, ”X12” QSC-nin sabiq işçisi İddiaçı xx.xx.1984-cü ildə (Əmr № OK-83) “balondolduran” vəzifəsinə qəbul edilməsi, xx.xx.2006-cı ildə (Əmr №20-KŞ) işdən azad olması faktı öz təsdiqini tapmışdır. Adı çəkilən şəxsə dair qeyd olunan müəssisə tərəfindən xx.xx.2021-ci il tarixli, RS-01/337 nömrəli arayışda işlədiyi “balondolduran” vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi ilə bağlı məsələnin dəqiqləşdirilməsi ilə bağlı aparılan araşdırma zamanı məlum oldu ki, İddiaçı işlədiyi dövrdə işin zərərliliyinə görə əmək haqqına əlavə və əsas məzuniyyətinə əlavə nəzərdə tutulmamışdır. Həmçinin işlədiyi “balondolduran” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş siyahıda nəzərdə tutulmamışdır və həmin siyahıda qeyd olunan vəzifələrlə (peşələrlə) heç bir uyğunluq təşkil etmir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası müəyyən etdi ki, İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018ci il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməli olduğunu əsas gətirərək cavabdeh inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi İddiaçı 20 ildən çox iş stajının olduğunu əsas gətirərək iddia tələbinin təmin edilməsini qərara almışdır. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının xx.xx.1984-xx.xx.2006-cı il tarixlər arasındakı dövr ərzində işlədiyi “X9 və İxracı üzrə İstehsalat Birliyi”nin “X6 Doldurma Stansiyası”nda (hal-hazırda adı “X12” QSC-nin X13 Doldurma Stansiyası) “balondolduran” vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında öz əksini tapmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadın sığortaolunanın azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışsa, 52 yaşına çatdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sosial sığorta stajının müəyyən edilməsi ilə bağlı iddiaçının işlədiyi istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarla, peşələrlə, vəzifələrlə və göstəricilərlə eyniliyi müəyyən edilərkən qeyd ediləcəklərin əsaslandırılması, əsaslanacaq sənədlərin, vəzifə təlimatlarının və digər zəruri sənədlərin məhkəməyə təqdim edilməsi, məhkəmənin müraciətinin iddiaçının, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının və “X12” QSC-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə araşdırılması, araşdırmanın nəticəsi barədə məlumat və zəruri sənədlərin məhkəməyə təqdim olunması xahiş edilmişdir. Lakin aparılmış məhkəmə araşdırması nəticəsində iddiaçının nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə qanunvericiliklə tələb olunan güzəştli sığorta stajı müəyyən edilməmişdir. Eyni zamanda sözügedən Siyahılar üzrə qanunvericiliklə tələb olunan güzəştli sığorta stajının olmasına dair iddiaçı tərəfindən də məhkəməyə hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı İddiaçı güzəştli iş stajının olmaması “X12” QSC-nin xx.xx.2023-cü il tarixli, RS-01/68 nömrəli məktubu və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2023cü il tarixli, 3-1731/2-138382/2023 saylı məktubu və məktuba əlavə edilmiş akt ilə də öz təsdiqini tapmışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Beləliklə, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(120)-1721/2022 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(120)-1721/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-158/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-158/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver