Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-159/2023 11.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: yeni məlumat vərəqi əsasında hərbi qulluqçu kimi əmək pensiyasının yenidən hesablanması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxs kimi xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və Müdafiə Nazirinin 0210rt nömrəli, xx.xx.2020ci il tarixli əmri ilə “Mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2-1(120)-325/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya xx.xx.2019-cu il tarixdən hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. Daha sonra 28 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon tərəfindən 2-ci Qarabağ müharibəsinə çağırılmışdır. N nömrəli hərbi hissənin nəzdində Füzuli, Xocavənd döyüşlərində iştirak etmiş xidmətinə görə Müdafiə Nazirliyinin əmri ilə Mayor Rütbəsi və Tabor Komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin olunmuşdur. O, Müdafiə Nazirinin 0210rt nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “Mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, ancaq müraciəti təmin edilməmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, təyin edilmiş MN-12663 nömrəli, 13 dekabr 2019-cu il tarixli “Məlumat vərəqi” əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən daha öncə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni “Məlumat vərəqi”nin adı çəkilən quruma təqdim edilməsi qanuna müvafiq deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə büdcə idarəsinə qarşı “təqaüdün artırılması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx.xx.1977-ci il təvəllüdlüdür Türkiyə Respublikasının Kara Hab Hərbi okulunu 2001-ci ildə bitirmişdir. 2002-ci ildə Azərbaycana qayıtmış və Yevlax rayonu Aran qəsəbəsi N nömrəli hərbi hissədə moto atıcı tağım komandiri vəzifəsində xidmətə başlamışdır. Goranboy rayonu 157-nömrəli hərbi hissədə xidmətini davam etmişdir. Oradan Ağdam rayonu 190-nömrəli hərbi hissədə bölük komandiri olmuş. Gəncə şəhəri 130-nömrəli hərbi hissədə işini davam etmişdir. Təyinatını Tovuz rayonu N nömrəli hərbi hissədə bölük komandirinin müavini vəzifəsini vermişlər. Yenidən təyinatla onu Ağdam rayonu N saylı hərbi hissədə bölük komandirinin müavini vəzifəsinə təyin etmişlər. 2019 noyabr ayında Bölük komandirinin müavini vəzifəsindən ordu sıralarından 22 il əmək faliyyətindən penisiyaya buraxılmışdır. 2020-ci ildə 28 sentyabr tarixində Salyan rayon Hərbi Kamisarlığından hərbi xidmətə çağrış üzrə səfərbərlik və çağırış idarəsi tərəfindən 2-ci Qarabağ müharibəsinə çağırılmışdır. N nömrəli hərbi hissənin nəzdində Fizuli , Xocavənd döyüşlərində iştirak etmiş xidmətinə görə Müdafiə Nazirliyinin əmri ilə Mayor Rütbəsi və Tabor Komandirinin şəxsi heyyətlə iş üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda aldığı rütbənin və vəzifənin əmək təqaüdünə heçbir artımı əlavəsi olmamışdır. Bu barədə Müdafiə Nazirliyinə müraciəti olmuşdur lakin heç bir müsbət nəticəsi alınmamışdır. Ona 8/291 saylı imtina cavabı verilmişdir. O, ailəlidir 4 uşaq atasıdır. İddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. 06 dekabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, iddiaçının olduğu kimi saxlanılaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qəbul edilməsi, iddia tələbinə “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxs kimi xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və Müdafiə Nazirinin 0210rt nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “Mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyini, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və müdafiə nazirinin 021 Orta nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair inzibati işə baxılır. İddiaçı tərəfindən iddia ərizəsində, xx.xx.1977-ci ildə anadan olduğunu, Türkiyə Respublikasının Kara Hab Hərbi okulunu 2001 -ci ildə bitirdiyini, 2002-ci ildə N nömrəli hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsində hərbi xidmətə başladığını, 157,190,130 və N nömrəli hərbi hissələrdə həqiqi hərbi hərbi xidmət etdiyini, 2019-cu ilin noyabr ayında bölük komandirinin müavini vəzifəsindən ordu sıralarından 22-il əmək faliyyətindən pensiya buraxıldığın, 28 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən 2-ci Qarabağ müharibəsinə çağrıldığını, N nömrəli hərbi hissənin nəzdində Füzuli, Xocavənd döyüşlərində iştirak etdiyini, xidmətinə görə müdafiə nazirinin əmri ilə “mayor” hərbi rütbəsini və tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində təyin olunduğunu aldığı rütbənin və vəzifəsinin əmək təqaüdünə heç bir artım əlavəsi olmadığını göstərərək məhkəmədən “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyini, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və müdafiə nazirinin 021 Ort nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli əmri ilə “mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı 1997-ci ildən 2019-cu ilədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, 1902-ci motoatıcı taborun (190 nömrəli hərbi hissə) motoatıcı bölük komandirinin şəxsi heyətlə işi üzrə müavini “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasında “qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən göndərilmiş kapitan İddiaçı Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzivəsinə təyin edilmiş, müdafiə nazirinin 021 Orta nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “mayor” hərbi rütbəsi verilmiş və “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olarar Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmrilə iddiaçı səfərbərlikdən tərxis edilərək qeydiyyat üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(120)-325/2022 saylı qərarı ilə (hakim A.A.Hüseynova) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi qərarın təsviri hissəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 9.6.1 -ci maddəsinə əsasən (maddə 9.6.1 hərbi xidmətə yenidən qəbul edilmiş hərbi qulluqçunun qəbul edildiyi tarixdən ən azı 7N ay xidmət etmiş şəxslərə) aşağıdakı şəxslər istisna olmaqla hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasının yol verilməz olduğunu göstərsədə qərarın “qərara aldı” hissəsində iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək (N ay N gün) N nömrəli hərbi hissənin 3-cü motoatıcı tabor komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində xidmət etməsini nəzərə almayaraq tam əksinə qanunsuz qərar qəbul etməklə iddiaçının iddia tələbini təmin etmişdir. Yuxarda qeyd olunan normaların məzmunundan görünür ki, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 9.6-cı maddəsində göstərilənlər istisna olmaqla Fonda ona dair yenilənmiş məlumat vərəqi göndərilmir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin Məcəllənin 386cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Odur ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellasiya şikayətinin təmin edilməsi, Şirvan inzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2-1(120)- 325/2022 nömrəli qərarının ləğv edilməsi və İddiaçı iddiasının rədd olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər: Apellyasiya məhkəməsində İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2-1(120)- 325/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına hər hansı bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlər imtina məktubu, ərizə və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Qanun Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (13 may 2022-ci il tarixədək qüvvədə olan redaksiya) 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (13 may 2022-ci il №530-VİQD nömrəli Qanun,13 may 2022-ci il tarixdən qüvvədə olan redaksiya) 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 7N ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 7N aydan çox olmamaqla azaldılır; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il №530-VİQD nömrəli Qanun: Maddə 2. Keçid müddəaları 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli qərar “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
9. Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair yenilənmiş məlumat vərəqi göndərilmir.”; İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Bu səbəbdən şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxs kimi xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və Müdafiə Nazirinin 0210rt nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “Mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin qərarı aşağıdakı kimi əsaslandırılmışdır: “...iddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra səfərbərliklə əlaqədar hərbi hissəyə cəlb edilmiş, döyüşlərdə iştirak etmiş, “mayor” hərbi rütbəsi almış və nəhayət “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçının qismən səfərbərlik zamanı orduya cəlb olunduğu dövr onun hərbi xidmət illəri kimi nəzərə alınmışdır. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının ehtiyatda olan zabit kimi iradəsindən asılı olmayan səbəblərdən yenidən orduya cəlb olunması, döyüşlərdə zabit kimi iştirak etməsi və sonradan tərxis olunması halı onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxs kimi xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli əmri ilə “Mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması üçün əsasdır”. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi razılaşmır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. Hazırda onun hüquqi marağı yeni “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinə nail olmaqdan ibarətdir. Başqa sözlə, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxs kimi xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü moto-atıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və Azərbaycan Respublikası müdafiə nazirinin 0210rt nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədilə yeni Məlumat vərəqinin təqdim edilməsini xahiş edir. Eyni zamanda, işin hallarından müəyyən olunur ki, iddiaçının hazırda qüvvədə olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi vardır. Məhkəmə tərkibi qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanununun (13 may 2022-ci il tarixədək qüvvədə olan redaksiya) 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Eyni zamanda həmin Qanunun hazırda qüvvədə olan 9.6.-cı maddəsinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 7N ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, ...“Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin məzmununa əsasən, əmək pensiyası təyin edilmiş hərbi qulluqçu hərbi xidmətini davam etdirdiyi təqdirdə onun əmək pensiyası yenidən son təminat xərcliyi nəzərə alınmaqla hesablanmayacaq. Bu isə ondan irəli gəlir ki, pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçunun əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən son təminat xərcliyinə görə hesablanması, təminat xərcliyinin əvvəlkindən aşağı olduğu halda pensiyaçının pensiya məbləğinin azalmasına səbəb ola bilər.” Məhkəmə tərkibi yuxarıda qeyd olunan hüquq normalarını hazırkı işin faktiki hallarına tətbiq etdikdə belə qənaətə gəlir ki, iddiaçı yeni “Məlumat vərəqi”nin göndərilməsini tələb etməkdə haqlı deyildir. Bu baxımdan cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, işləyən əmək pensiyaçısının pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulmuşdur. İddiaçıya izah edilir ki, əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş və işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. O, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə həm mülki sahədə, həm də hərbi qulluqçu kimi işlədiyi müddətə görə pensiyanın yenidən hesablanmasını tələb edə bilər. Beləliklə, məhkəmə lollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(120)-325/2022 nömrəli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir.
Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İPM-in 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2022-cı il tarixli, 2-1(120)-325/2022 saylı qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.