Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-159/2025 17.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin İnzibati kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-2982/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə 17 fevral 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı “X6 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(120)-2982/2023 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı “X6 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə iddia tələbinin və cavabdehin olduğu kimi saxlanılması, X2 iddiaçı sırasından çıxarılması, İddiaçı qismində tanınması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci ildə anadan olmuşur. X9 və həyat yoldaşı X11 məcburi köçkündür, məcburi köçkün statusu var və məcburi köçkün kimi hər ay çörək pulu və digər kommunal xərcləri alırlar. Övladı İddiaçı da məcburi köçkün kimi hər ay çörək pulu və digər kommunal xərcləri alır, lakin cavabdehə dəfələrlə müraciət etsə belə övladı İddiaçı cavabdeh orqan məcburi köçkün statusu verməkdən boyun qaçırır bu da övladının məcburi köçkün kimi olan hüquqlarını pozmaqla nəticələnir. Övladı 2020-ci ildə ADİU-nin nəzdində olan X16 ödənişli əsaslarla qəbul olunub. Övladının 15 yaşı tamam olmadığı üçün ona qaçqın vəsiqəsi götürməmişlər. Hazırda övladı İddiaçı oxuduğu məktəbdə may ayının sonuna qədər vaxt verilib ki, 2700 manat ödənişi ödəsin. Məcburi köçkündür və qeyd etdiyi vəsaitin onda olması və yaxud tapıb verməsi qeyri mümkündür. Belə ki, cavabdeh orqana sonuncu dəfə övladına qaçqın statusunun verilməsi ilə əlaqədar müraciət etmişdir, lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla ona imtina verərək bildirmişdir ki, ünvan 2i işğaldan tam azad olduğundan, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslər isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədə olduğundan, 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən, qeydiyyatda olduğunuz kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığından övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. Belə ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatlabağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Bununla yanaşı, qeyd olunmalıdır ki, Qaydaların 4.1.6-cı bəndi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərlə də uzlaşmır. Belə ki, hazırkı halda valideynlərinin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, valideynləri respublikanın digər rayonları (şəhərləri) üzrə yaşayış yeri üzrə qeydiyyatda olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin müddəalarının tələbinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14- cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Qeyd olunanlar onu deməyə əsas verir ki, qızının anasının qeydiyyat ünvanının işğal olunmuş (hazırda işğaldan azad olunmuş) rayon və ya şəhər olmaması qızı X12 “məcburi köçkün” statusunun verilməsindən imtina üçün əsas ola bilməz. Bu imtina övladımın konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da onun məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh Azərbaycan Respublikası Qaçqın və X13 üzrə Dövlət Komitəsinin üzərinə övladım İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin iddiaya dair yazılı münasibətində (etirazı) göstərilmişdir ki, iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, övladına məcburi köçkün statusu və məcburi köçkün statusuna dair vəsiqənin verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. İddianın mümkünlüyünə dair: Bildiririk ki, hazırki inzibati iş üzrə iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. Belə ki, xx.xx.2005-ci il təvəlüdlü İddiaçı tam fəaliyyət qabiliyyətli şəxs olduğundan, hazırki iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməli və ya notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında nümayəndə vasitəsilə məhkəmə icraatında təmsil olunmalı idi. Lakin, iddiaçı X9 övladı İddiaçı hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə məhz öz adından müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.1ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2 mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.3-cü maddəsinə əsasən, məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən, 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 15.1 -ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPMin müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. Həmin Qərarın 15.2-ci bəndinə əsasən, tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilibedilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri). Yuxarıda göstərilən qanunvericilik normalarının məntiqi yekunu olaraq qeyd olunmalıdır ki, İddiaçı tam fəaliyyət qabiliyyətli şəxs olduğundan, hazırkı iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməli və ya notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında nümayəndə vasitəsilə məhkəmə icraatında təmsil olunmalı idi (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 noyabr tarixli 2-1(102)- 2114/2020 nömrəli qərarında da analoji yanaşma mövcuddur). İddia tələbinin maddi hüquqi əsaslılığına dair: Bildiririk ki, iddiaçı X2 müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkcmə tərəfindən təmin edilməməlidir. Belə ki, X2 “övladı İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, ünvan 2i işğaldan tam azad kənd olduğundan, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə «bərabərtutuları şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədə olduğundan, 08 noyabr 2020-ci il tarixdən işğalda olan kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığından övladınıza məcburi köçkün vəsiqəsini təsdiq edən sənədin verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, ‘Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. * „ İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası X9 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olaraq, yaşayış yeri üzrə 1994-cü il tarixdə işğaldan azad olunmuş ünvan 1i ünvanında qeydiyyatda olmuşdur. Həmçinin, İddiaçı anası X11 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bildiririk ki, ünvan 1i 1994- cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqeiərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində, cənab X17 də çıxışı zamanı qeyd etdiyi kimi təmas xətti tamamilə ləğv edilmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Göründüyü kimi 1994-cü ildə Böyük Bəhmənli kəndi işğaldan azad olunduqdan sonra kənd sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış verlərini tərk edərək məcburi köçkün düşmə faktı bas verməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı verə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış veri ilə əvəzsiz qaydada təmin edildikdə: bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Göründüyü kimi iddiaçının valideynləri 1994-cü ildə işğaldan azad olunmuş ünvan 2i ünvanına qayıtmaq imkanına malik olduqlarından Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirmişdirlər. X9 və X3 məcburi köçkün statusuna malik olmaları faktı belə onların övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün əsas ola bilməz. Çünki ünvan 1i 1994- cü il tarixdə işğaldan azad olunduğundan, həmçinin X5 sonra təmas xətti ləğv edildiyindən iddiaçı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz. İddiaçı valideynləri işğaldan azad ünvan 1i ünvanında qeydiyyatda olduqlarından və təmas xətti ləğv edildiyindən İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı “övladı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi”nə dair iddia tələbini əsassız olduğu üçün rədd edəsiniz. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı nümayəndəsi X9 gəlmiş, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-2982/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, xx xxx 2005-ci il təvəllüdü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-194/2024 nömrəli, 7 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2982/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli 2-1(102)-2437/2024 saylı qərarı (hakimlər Zakir Quliyev (məruzəçi), Rəsulbəyova Nigar və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə) ilə kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2024-cü il tarixli, 2- 1(106)-194/2024 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, bu barədə hər hansı məlumat verməmişlər. Odur ki, kollegiya İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində, Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-2982/2023 nömrəli qərarının qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanı: Müəyyən edilsin ki: həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;. Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə:
3. Komitənin əsas funksiyaları Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir; “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna, eləcə də “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarlar qəbul etməkdə səlahiyyətlidir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslər isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədə olduğundan, 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra, təmas xətti ləğv edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Birinci instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, iddiaçının atası və anası məcburi köçkün statusuna malikdirlər, iddiaçı onların himayəsindədir. Dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu şəxs qazanmışdır. ünvan 2i işğaldan azad olduğu üçün, 08 noyabr 2020-ci il tarixdən işğaldan azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən qeydiyyatda olduğu kənd sakinlərinə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin əsassız olaraq dayandırılması hüquq normalarının tələblərinə ziddir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-194/2024 nömrəli, 7 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2982/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli 2-1(102)-2437/2024 saylı qərarı (hakimlər Zakir Quliyev (məruzəçi), Rəsulbəyova Nigar və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə) ilə kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2024-cü il tarixli, 2- 1(106)-194/2024 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -İİ-AZ № 007378 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuş, sonuncuya Hüseynova soyadı verilmişdir. -xx.xx.2016-cı il tarixli, seriya AA 378056 nömrəli vəsiqənin surətindən görünür ki, X4 məcburi köçkün statusu verilmişdir. -xx.xx.2015-ci il tarixli, seriya AA 344769 nömrəli vəsiqənin surətindən görünür ki, X7 məcburi köçkün statusu verilmişdir. -636364 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş, ata qrafasında X9, ana qrafasında X11 qeyd edilmişdir. -xx.xx.2021-ci il tarixli, AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş, hazırda ünvan 1ində qeydiyyatdadır. -Füzuli Rayon İcra Hakimiyyətinin Böyük Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 93 nömrəli arayışında bildirilir ki, İddiaçı ünvan 1ində yaşayır. -Füzuli rayon İcra Hakimiyyətinin Böyük Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1977 nömrəli arayışında bildirilir ki, ünvan 1 sakini İddiaçı məcburi köçkün kimi hər ay 60 manat çörək pulu müavinəti alır. -Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 01/1708 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin sədri cənab X20 icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 29 mart 2023-cü il tarixdə keçirdiyi qəbulu zamanı övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi ilə əlaqədar şəxsən təqdim olunmuş ərizənizə Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Regional idarəetmə və status şöbəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, ünvan 2i işğaldan tam azad kənd olduğundan, Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslər isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədə olduğundan, 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən, qeydiyyatda olduğunuz kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığından övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. -Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 01/96 nömrəli məktubunda qeyd edilmişdir ki, Füzuli rayon Böyük Bəhmənli kənd sakini X9 23 avqust 1993-cü il tarixədək ünvan 2ində yaşamış məcburi köçkün olmuşdur. Hazırda məcburi köçkün kimi rayonun Böyük Bəhmənli kəndində məskunlaşıb və yaşayır və vahid aylıq müavinət alır. -Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-43-10/2-1820/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı (Ş/V AA 2652963) Böyük Bəhmənli kənd daimi pasport qeydiyyatındadır və həmin kənddə yaşayır. Məcburi köçkündür xx.xx.2005-ci il tarixdən bu günədək hər ay vahid aylıq müavinət alır. Kollegiya qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisəyə aid sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. İş materiallarından görünür ki, iddiaçı “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının qeydiyyatda olduğu ünvan 2inin işğaldan azad kənd olduğu, eləcə də xx.xx.2020-ci il tarixdən işğalda olan ərazilər azad edildikdən sonra təmas xətti ləğv olunduğu əsas gətirərək müraciətin müsbət həllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını məhkəmə qaydasında mübahisələndirmiş, birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək bildirmişdir ki, iddiaçıya münasibətdə köçkün statusunun itirilməsi halları – məcburi köçkün düşdüyü əvvəlki yerə qayıtma və ya yaşayış yeri ilə təmin edilmə-baş vermədiyindən iddia tələbi əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar işlər üzrə mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2020-ci il tarixdən işğalda olan ərazilərin tamamilə azad edilməsindən sonra təmas xəttinin ləğv olunması, həmin ərazilərdən vaxtilə köçkün düşmüş şəxslərin müstəqil şəkildə həmin yaşayış məntəqələrinə qayıtması və məskunlaşması, bunun üzərindən onların məcburi köçkün statusunun ləğv olunması üçün hüquqi əsasın mövcud olması anlamına gəlmir. Kollegiya hesab edir ki, sözügedən mövqeyə yenidən baxmaq və dəyişiklik etmək zərurəti yaranmışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna, eləcə də “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarlar qəbul etməkdə səlahiyyətlidir. Tam səlahiyyətli inzibati orqan kimi Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilmiş 31 may 2024-cü il tarixli, 42 nömrəli əmri ilə Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndindən (Füzuli rayonunu Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun 2024-cü il 1 may tarixindən İəğv edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, 1993-1994-cü illərdə Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Kolqışlaq və Mirəşellı kəndləri, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar. Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, X14, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dılağarda, Araz Zərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu, Alıxanlı kəndləri və 2016-cı il 4 aprel tarixdə Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi işğaldan azad olunsa da, həmin ərazilər Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə yəni təmas xəttinə yaxın ərazidə yerləşdiyindən, burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkün statusu və məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə dövlət tərəfindən xüsusi qaydada şərait yaradılmışdır, 2020-ci il tarixdə isə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmiş, əhalinin təhlükəsiz və dinc yaşaması təmin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndində (Füzuli rayonunu Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun İəğv edilməsi barədə qərarı mövcud olmasa da hal-hazırda həmin qərar mövcuddur. Belə ki, cavabdeh iddiaçının atası X4 və anası X7 verilmiş məcburi köçkün statusunun ləğv olunması barədə 2024-cü il 31 may tarixli inzibati akt qəbul etmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(120)- 2982/2023 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2982/2023 nömrəli qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2982/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.