Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-160/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası: Həsənov Samir Firdusi oğlunun sədrliyi, Hakimlər Quliyev Ceyhun Əmir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 13 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1739/2024 saylı qərarının ləğv edilməsi və ona 13 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2- 1(120)-1858/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının 13 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1739/2024 saylı qərarının ləğv edilməsi və ona 13 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 13 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1739/2024 saylı qərarının ləğv edilməsi və ona 13 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1858/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 13 aprel 2022-ci il tarixli, **********1 saylı, 27 yanvar 2023-cü il tarixli, 3-17- 4/3-451/203 saylı və 18 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17472/2023 saylı qərarlarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması ” kimi dəyişdirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1858/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-1858/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 13 mart 2024-cü il tarixli, 3-17-4/3- 3-1739/2024 saylı qərarının ləğv edilməsi və ona 13 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Vətən müharibəsində iştirak etmişdir. Vətən müharibəsi iştirakçısıdır. Vətən müharibəsində ağır yaralandıqdan sonra Müdafiə Nazirliyinin hərbi hospitalında müalicə almışdır. Daha sonra isə Hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilimişdir. Əlillik dərəcəsinin təyin edilməsi üçün iki dəfə müraciət etmişdir. Cavabdeh əlillik dərəcəsinin verilməsindən imtina etmişdir. Əlillik dərəcəsinin təyin edilməsi, qanunsuz qərarlarının ləğv edilməsi üçün agentlikdə qəbullarda olmuşdur. Lakin cavabdeh hər dəfə bir bəhanə etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Üzvi (qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlar, dissosiativ daxilolmalar, özünə xəsarət və intihar cədləri ilə. Fəlakət (müharibə (2020-ci ildə)) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi.”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. 19) Cəlilabad rayon sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfındən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzı Hərbi Həkim Komissiyası tərəfındən xx.xx.2022-ci il tarixli, 9843 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi səxsiyyət pozuntusu, psixopatabənzər davranıslarla. Mülayim dərəcədə ifadə olunmuş üzvi mənsəli dissosiativ pozuntu, depressiv əlamətlərlə. Sol qoltuqarxası, başın təpə, sol biləyin ön səthinin, qarının sağ yarısının, sol budun yuxarı 1/3-nin qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xronikı koxlear nevrit, ikitərəfli nevrosensor ağıreşitmə, pıcıltı nitqinin sağ qulaqda 4.5 (dörd tam onda beş) metr, sol qulaqda 3,5 metr məsafədən eşitməsi ilə. Gərginlik tip baş ağrısı” diaqnozlu travmanın səbəb əlaqəsı “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsı zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün sadə hipermetropik astiamatizmi Em və Hm 1.0D nəticəsində görmə itiliyinin sağda 0.5-ə, solda 0.8-ə qədər azalması, korreksiya etmir. 36. 46-cı dislərin kariyesi. Naməlum proteinuriya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2021xx.xx.2021-ci il tarixli 8265/21 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Barotravma nəticəsində baş-beyin kontuziyası, fəlakət (müharibə) kecirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, retroarad amneziya, depressiv sindrom, psixopatabənzər davranışla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-cü il tarixli, 491 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə 2020-ci ildə) kecirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psıxiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-ci il tarixli 10512961 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozgunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, qulaqlarında küydən, eşitmənin zəifləməsindən, baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Verilən sualları cavablandırmayaraq nümayişkar davranış sərgiləmiş və komissiya üzvlərini nalayiq söyüşlərlə təhqir etmiş, bu səbəbdən mütəxəssislər tərəfındən hazırkı psixi vəziyyəti tibbi sənədlərinə uyğun olaraq “Əhvalın üzvi mənşəli (affektiv) pozgunluğu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfındən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-1858/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-1858/2024 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Bundan əlavə, məhkəmə obyektiv həqiqəti müəyyən etmək məqsədilə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq məhkəmə tibbi ekspertizası təyin etməmiş və orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxarmışdır. Etimadın qorunması hüququ mütləq həqiqətin tapılması hüququndan heç bir zaman üstün ola bilməz. Sözügedən hal İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırki vəziyyətini əks etdirməklə yanaşı, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından əlillik dərəcəsinin təyini zamanı ona xx.xx.2022-ci il tarixli 187 saylı Qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Xəstə hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozuntularından, qıcolma tutmalarından şikayətlənmişdir. Özünə xəsarətlər yetirməsini bildirmiş, lakin göstərdiyi çapıq yerləri XHŞ-də qeyd olunan qəlpə yaralanmalarına müvafiq olmuşdur. Ünsiyyətə sərbəst daxil olmuş, bir çox əlaqəsiz şikayətlər bildirmiş, əhvali-ruhiyyəsi dəyişkən, düşüncəsi aydın olmuş, bələdliyi və tənqidi tam saxlanılmışdır. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (barotravmaya əsasən, lakin ötən müddət ərzində baş-beyin instrumental müayinələrlə öz təsdiqini tapmır) dissosiativ pozuntu, aqravasiya elementləri (qəlpə yaralanmalarının bərkimiş dəri çapıqlarını özünə xəsarət kimi təqdim edir)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-1858/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(106)-677/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin, iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəyişiklik etdiyini, tələbinə “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2023-cü il tarixli, C00120042İPR nömrəli göndəriş əsasında xx.xx.2023-cü il tarixindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi 13 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1739/2024 saylı qərarının ləğv edilməsi və ona 13 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı xx.xx.2022-ci il tarixdə Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən aparılmış müayinənin nəticəsi olaraq təyin edilmiş diaqnoz, həmçinin iş materiallarında olan İddiaçı adına tərtib olunmuş “barotravma nəticəsində baş-beyin kontuziyası, fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad amneziya, depsressiv sindrom, psixopatabənzər davranışla” diaqnozu həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamnə”nin üçüncü dərəcə əlilliyin təyin olunmasına əsas verən 2.1.14-cü bəndinin (davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.0, F91-F92.9) və 2.3.9-cu bəndinin (uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar) təsir dairəsinə dşürdü. Həmçinin, xəstəliyi ilə bağlı İddiaçı təyin edilmiş yuxarıda qeyd olunan diaqnozlarda qeyd olunmuş “barotravma nəticəsində baş-beyin kontuziyası” Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyəyn olunması meyarlarının” 6.1, 6.1.1, 6.1.2, 6.1.3, 6.1.4, habelə “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi həmin Meyarların 7.7.1-ci yarımbəndində öz əksini tapmış və 7.7.1.1-ci yarımbəndində həmin hal ilə bağlı orqanizmin funksiyasının pozulması faizi 35-60, orqanizmin pozulması müddəti 1 və ya 2 il müəyyən edilmişdir. İddiaçı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarına dair” Əsasnamənin 7.7.1-ci bəndi - fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (F62.0) müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2020-ci il tarixli, 777 nömrəli arayışından görünür ki, Babayev X9 – Vətən müharibəsi zamanı xəsarət alaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “Sol qolun qəlpə yarası. Barotravma” diaqnozu ilə Füzuli rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuş və xx.xx.2020-ci il tarixdə Zərdab Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunmuşdur. İşdə olan Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli, 2733 nömrəli travma haqqında arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı Cəbrayıl rayonu ərazisində “Barotravma. Sol qolun qəlpə yaralanması” xəsarətini almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 9843 nömrəli xəstəlik haqqında şəhadətnamədə (ehtiyatda olan əsgər İddiaçı, xx.xx.1996-cı il təvəllüdlü, xx.xx.2020-ci il tarixdən SHXÇDXnin Cəlilabad rayon şöbəsi tərəfindən) qeyd edilmişdir ki, iddiaçı Səhiyyə idarəsinin Baş psixiatrı, X10, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, ona “Üzvi mənşəli dissosiativ pozuntu, depressiv əlamətlərlə F06.5” diaqnozu təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Cəlilabad RMX-nın göndərişinə əsasən Respublika Psixatriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixdə Respublika Psixatriya Xəstəxanasında “Üzvi (barotravma) şəxsiyyət pozuntusu, psixopatabənzər davranışlarla” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 7046/22 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. MN BKH-nın nevroloqu ilə konsultasiya olunmuşdur. İşdə olan Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında qeyd olunmuşdur: İddiaçı: DİAQNOZ: ”Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranışlarla. Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli dissosiativ pozuntu, depressiv əlamətlərlə. Sol qoltuqarxası, başın təpə, sol biləyin ön səthinin, qarının sağ yarısının, sol budun yuxarı 1/3 qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4,5 metr, sol qulaqda 3,5 metr məsafədən eşitməsi ilə. Gərginlik tip baş ağrısı”. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. DİAQNOZ:”Hər iki gözün sadə hipermetropik astiqmatizmi Em və Hm 1,0D nəticəsində görmə itiliyinin sağda 0,5-ə, solda 0,8-ə qədər azalması, korreksiya etmir. 36-cı, 46-cı dişlərin kariyesi. Naməlum mənşəli proteinuriya”. İşdə olan Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 6239 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı, xx.xx.2022-cü il tarixdə t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunub Diaqnoz :Üzvi mənşəli dissosiativ pozuntu, depressiv əlamətlərlə F06.5 İşdə olan Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 9313 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı, xx.xx.2022-ci il tarixdə X10, professor Fuad İsmayılov tərəfindən müayinə olunub Diaqnoz: Üzvi (İİ Qarabağ Müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) dissosiativ pozuntu, deprssiv əlamətlərlə F06.5 İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1 İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası" na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərə çatdırılır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı qulluq keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildirilir ki, İddiaçı orqanizmin funksiyalarının pozulma faizinin müəyyən edilməsi məqsədilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının C00120042İPR nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0001 nömrəli Qərarı ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0340003AAZ2G nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0002 nömrəli Qərarı ilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, T00038596SGE nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli Qərarı ilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının C00120042İPR nömrəli, xx.xx.2023-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 17472/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Cəlilabad rayon sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-160/2025 nömrəli qərardadı ilə məhkəmə tibbi-ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, T 253/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1996-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı xx.xx.2025-ci il tarixdə X3 şöbəsində məhkəmə tibbi müayinədən keçirilərkən SN Psixi Sağlamlıq Mərkəzinə müayinəyə göndərildi və həkim-psixiatr Aynur Musayeva tərəfindən ona “F06.3 – Üzvi (qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlar, dissosiativ daxilolmalar özünə xəsarət və intihar cəhdləri ilə” diaqnozu qoyuldu. Xəstəlik müxtəlif səbəblərdən yaranır, o cümlədən də xəstəliyin adından da göründyü kimi qapalı kəllə-beyin travması keçirmiş xəstələrdə müəyyən olunur. Yuxarıda qeyd edilən diaqnoz İddiaçı iş materiallarında adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş sonuncu Forma 088 göndərişində və digər tibbi sənədlərdə olan əsas diaqnoz ilə eynilik təşkil edir. Əlilliklə bağlı məsələlərin həlli isə məhkəmətibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 149 nömrəli məktubda qeyd olunmuşdur ki, Babayev X8 RMX-nın xx.xx.2023-cü il tarixli №2997 saylı göndərişinə əsasən həmən tarixdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanası HPK-na müraciət etmişdir. Aparılan ixtisaslı psixiatrik tibbi müayinələrə və təqdim edilən digər tibbi sənədlərə əsaslanaraq ona F62.0 “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi” diaqnozu təsdiq edən 29 mart 2023-cü il tarixli № 491 saylı tibbi rəy verilmişdir. İddiaçı təyin edilən diaqnoz məktubunuzda qeyd etdiyiniz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli №187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1-ci və 7.7.1.1-ci bəndinə uyğun yazılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Barotravma nəticəsində baş-beyin kontuziyası, fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad anamneziya, depressiv sindrom, psixopatabənzər davranışla. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Baş beynin silkələnməsi. Postkontuzion sindrom” diaqnozu qoyulmuş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin müəyyən olunmasından imtina edilmişdir. Sonradan yəni, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Postkontuzion sindrom. Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu. Üzvi dissosiativ pozuntu. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu qoyulmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi müəyyən edilmişdir. Növbəti qiymətləndirmə üçün iddiaçının müraciətinə əsasən Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən F06.3, F07.0, F06.5, F62.0 "Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu. Üzvi (qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlar, dissosiativ daxilolmalar, özünə xəsarət və intihar cəhdləri ilə” (XBT kodu: F06.3) diaqnozu və “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlar, dissosiativ daxilolmalar, özünə xəsarət və intihar cəhdləri ilə (XBT kodu: F07.0), Üzvi dissosiativ pozuntu. Üzvi (qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlar, dissosiativ daxilolmalar, özünə xəsarət və intihar cəhdləri ilə (XBT kodu: F06.5) Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişiliyi, Fəlakət (müharibə (2020-ci ildə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (XBT kodu: F62.0)" ağırlaşmaları ilə sonuncu dəfə xx.xx.2023-cü il tarixində əlilliyin təyini ilə bağlı C00120042İPR nömrəli göndəriş (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1-ci bəndi: Spesifik şəxsiyyət pozuntuları (F60), fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (F62.0) psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (F62.1) mövcud olduqda əlilliyin qiymətləndirilməsi Əlavənin 7.7.1.1-ci bəndinə əsasən – fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən 35-60 dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski) aparılır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən "Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu. Üzvi (qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlar, dissosiativ daxilolmalar, özünə xəsarət və intihar cəhdləri ilə” (XBT kodu: F06.3) diaqnozu və “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlar, dissosiativ daxilolmalar, özünə xəsarət və intihar cəhdləri ilə (XBT kodu: F07.0), Üzvi dissosiativ pozuntu. Üzvi (qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlar, dissosiativ daxilolmalar, özünə xəsarət və intihar cəhdləri ilə (XBT kodu: F06.5) Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişiliyi, Fəlakət (müharibə (2020-ci ildə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (XBT kodu: F62.0)" ağırlaşmaları ilə sonuncu dəfə xx.xx.2023-cü il tarixində əlilliyin təyini ilə bağlı C00120042İPR (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. İddiaçıda həmin xəstəliklərin və diaqnozun həqiqətən də mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə xx.xx.2025-ci il tarixli, 2-1(106)-160/2025 nömrəli qərardad ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza və X5 tapşırılmışdır. Məhkəmə Psixiatrik Ekspertiza və X6 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, T 253/2025 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “Üzvi (qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlar, dissosiativ daxilolmalar özünə xəsarət və intihar cəhdləri ilə” (F06.3) müəyyən edilir. Xəstəlik müxtəlif səbəblərdən yaranır, o cümlədən də xəstəliyin adından da göründyü kimi qapalı kəllə-beyin travması keçirmiş xəstələrdə müəyyən olunur. Yuxarıda qeyd edilən diaqnoz İddiaçı iş materiallarında adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş sonuncu Forma 088 göndərişində və digər tibbi sənədlərdə olan əsas diaqnoz ilə eynilik təşkil edir. Eyni zamanda Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında ixtisaslaşmış tibb müəssisəsi - Azərbaycan Respublikası Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 149 nömrəli məktubda qeyd olunmuşdur ki, Babayev X8 RMX-nın xx.xx.2023-cü il tarixli №2997 saylı göndərişinə əsasən həmən tarixdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanası HPK-na müraciət etmişdir. Aparılan ixtisaslı psixiatrik tibbi müayinələrə və təqdim edilən digər tibbi sənədlərə əsaslanaraq ona F62.0 “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi” diaqnozu təsdiq edən 29 mart 2023-cü il tarixli № 491 saylı tibbi rəy verilmişdir. İddiaçı təyin edilən diaqnoz məktubunuzda qeyd etdiyiniz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli №187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1-ci və 7.7.1.1-ci bəndinə uyğun yazılmışdır. Beləliklə də müəyyən edilmişdir ki, İddiaçı xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndinə uyğundur və həmin bəndə əsasən (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən 35-60 dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski) onun əlilliyi müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı əsasında ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulan 13 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1739/2024 saylı qərar deyil, xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə cavabdeh inzibati orqanın qərarı onun hüquqi marağına toxunur. Bu səbəblə də məhkəmənin yardım etmək vəzifəsi nəzərə alınmaqla iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım edilmiş və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmə kollegiyasına ərizə təqdim etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixli, C00120042İPR nömrəli göndəriş əsasında xx.xx.2023-cü il tarixindən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, xx.xx.2023-cü il tarixli, C00120042İPR nömrəli göndəriş əsasında xx.xx.2023-cü il tarixindən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-1858/2024 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin, xx.xx.2023-cü il tarixli, C00120042İPR nömrəli göndəriş əsasında xx.xx.2023-cü il tarixindən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-160/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-160/2025
16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver