Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-163/2022 15.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunin 1 saylı X1 qarşı işi üzrə (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 qarşı “ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(120)-245/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx xxxxx 1956-cı ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin 7 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərə əsasən (əmək kitabçası, hərbi bilet) əmək stajı 23 il 11 ay 17 gün təşkil edir. Buna görə də əmək pensiyası təyin etmək qanuna müvafiq deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Lənkəran şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə pensiya çıxmaq hüququnun yaranması və ona əmək pensiyasının təyin olunması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx.xx.1956-cı il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri, ünvan 1 ünvanında yaşayır. İlk əmək fəaliyyətinə 10 iyun 1973-cü il tarixdə Lənkəran “Rayselxoztexnika” birliyində işə başlamış və xx.xx.1974-cü il tarixə kimi həmin birlikdə işləmişdir. 1974-1976cı illər 2 il SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra yenidən xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika” birliyində işləmişdir. Daha sonra xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma Kontorunda işləmişdir. Axırıncı iş yeri "xxxx" MMC-dir. Belə ki, xx.xx.2020-ci il tarixdən hazırkı günədək "xxxx" MMC-də işləyir. Onun yuxarıda qeyd etdiyi yerlərdə işləməyini əmək kitabçası təsdiq edir. Beləliklə, işlədiyi bütün illər onun əmək kitabçasında qeyd edilmişdir. Hazırda o, pensiyaya çıxmaq üçün lazımi sənədləri toplayıb, Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X14 Lənkəran şəhər filialına təqdim etmişdir. Lakin Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X14 Lənkəran şəhər filialı tərəfindən ərizəsinə rədd cavabı verilərək bildirilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərə əsasən (əmək kitabçası, hərbi bilet) əmək stajı 23 il 11 ay 17 gün təşkil edir. Buna görə də əmək pensiyası təyin etmək qanuna müvafiq deyildir. Bunun üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. 19 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14in Lənkəran şəhər Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14in 7 saylı Regional Ərazi Filialının üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Daha sonra 12 yanvar 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14in 7 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran- Astara regional filialı ilə əvəz edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən cavabdehin dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma Kontorunda işləməyinə dair əmr və əmək haqlarını yoxlamaq mümkün olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisələrin mövcudluğunu və iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və xx.xx.1984cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikası X8 filialı tərəfindən təqdim edilmiş 20 oktyabr 2021-ci il tarixli, b/303 nömrəli məktubda Lənkəran “Rayselxoztexnika birliyi”nin və “Lənkəran şəhər İşıqlandırma kontoru”nun sənədləri Azərbaycan Respublikası X8 filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən təqdim edilmiş 22 oktyabr 2021-ci il tarixli, 10-54/7-1239 nömrəli məktubda Lənkəran “Rayselxoztexnika birliyi”ndə və “Lənkəran şəhər İşıqlandırma kontoru”nda işləyib-işləməməsi barədə məlumatların X8 filialında aşkar edilməmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş 20 oktyabr 2021-ci il tarixli, 01/xxxx/5377 nömrəli məktubda 1984-1996-cı illərdə fəaliyyətdə olan "xxxx" ASC-nin adı dəyişdirlərək "xxxx" ASC adlandırılmışdır. Qeyd olunan dövrlərlərdə Cəmiyyətin “Lənkəran şəhər İşıqlandırma kontoru” kimi struktur bölməsi, o cümlədən İddiaçı adında işçisi olmamışdır. İş materiallarından aydın olur ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi faktı əmək kitabçasında qeyd edilsə də qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəlləri, əmək haqqı hesablanması barədə məlumatlar aşkar edilməmişdir. Bu isə iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. Həmçinin, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”nin və xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma Kontorunun faktiki və arxiv sənədlərini saxlanıldığı ünvan məlum olmadığı üçün (müəssisənin fəaliyyət göstərməsinə dair hər hansı bir sübüt yoxdur və sənədləri arxivə təhvil verilməmişdir) həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Buna görə də hesab edirlər ki, həmin dövrlər (xx.xx.1976-xx.xx.1984 və xx.xx.1984-xx.xx.1996) sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh orqan etiraza əlavədə qeyd etmişdir ki, İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və xx.xx.1984cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməyinə dair əmr və əmək haqlarını yoxlamaq mümkün olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həminn Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisələrin mövcudluğunu və iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və xx.xx.1984cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən təqdim edilmiş 21 dekabr 2021-ci il tarixli, 10-54/7-1442 nömrəli məktubda “Lənkəran şəhər İşıqlandırma kontoru”nun yaradılması haqqında Lənkəran Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 18 nömrəli protokolunun və həmin təşkilat üçün “Şəhərin azad büdcə qalığından vəsait ayrılması barədə” Lənkəran Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 19 nömrəli protokolu aşkarlandığı qeyd olunsa da, iddiaçının iddia etdiyi illərdə həmin müəssisədə işlədiyini sübut etmir. Həmin illərə dair əmək haqqı cədvəlləri təqdim olunmamışdır. Həmçinin iddiaçının işlədiyi iddia etdiyi Lənkəran “Rayselxoztexnika birliyi”nə dair məlumat verilməmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş 20 oktyabr 2021-ci il tarixli, 01/xx-xx/5377 nömrəli məktubda 1984-1996-cı illərdə fəaliyyətdə olan "xxxx" ASC-nin adı dəyişdirlərək "xxxx" ASC adlandırılmışdır. Qeyd olunan dövrlərlərdə Cəmiyyətin “Lənkəran şəhər İşıqlandırma kontoru” kimi struktur bölməsi, o cümlədən İddiaçı adında işçisi olmamışdır. İş materiallarından aydın olur ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi faktı əmək kitabçasında qeyd edilsə də qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəlləri, əmək haqqı hesablanması barədə məlumatlar aşkar edilməmişdir. Bu isə iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. Mübahisələndirən illər: xx.xx.1973xx.xx.1974-ci və xx.xx.1976-xx.xx.1984-ci illərdə Lənkəran “Rayselxoztexnika birliyi” xx.xx.1984-xx.xx.1996-cı illərdə Lənkəran şəhər işıqlandırma kontorunda işləməsi faktını yoxlamaq mümkün olmadığından (əmək haqqı cədvəlləri X13 filialına təhvil verilməmişdir). Mübahisələndirməyən illər: xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmət dövrü, xx.xx.1971-xx.xx.1973-ci illərdə Peşə təhsil illəri və "xxxx" MMC-də işlədiyi illər. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Buna görə də hesab edirlər ki, həmin dövrlər (xx.xx.1976-xx.xx.1984 və xx.xx.1984-xx.xx.1996) sosial sığorta stajına daxil edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 06 aprel 2022-cı il tarixli, 2-1(120)-245/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunmuşdur. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. İddiaçının digər iş yerlərində əmək fəaliyyəti məhkəmə araşdırmasının predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən onun sovxozdan başqa işlədiyi illərin araşdırılması və üst-üstə düşən illərin olub-olmamasına dair araşdırma aparılmamışdır. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, təkcə iddiaçının deyil, həm də ümumiyyətlə müəssisənin fəaliyyətinə dair məlumatları iddiaçının onun əmək fəaliyyətinə dair təqdim etdiyi sənədlərdəki məlumatların mötəbərliyinin yoxlanılmasını zəruri edir. Yəni iddiaçının işlədiyini iddia etdiyi illər şübhədən azad sübutlarla təsdiq olunmalıdır. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz. Məhkəmənin funksiyası inzibati orqanlar tərəfindən aparılmış icraatın qanunliyi üzərində məhkəmə nəzarətini həyata keçirməkdən ibarətdir. Eyni zamanda ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, zərurət yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı) əsli və lazımı qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Qeyd edilməlidir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İnzibati Prosessual Məcəllənin 86-cı maddəsinə əsasən sübutların araşdırlması zamanı məhkəmə inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Məhkəmələr zərurət olduqda müəssisənin iddiaçının işlədiyi dövrlərdə mövcud olub-olmamasını yoxlamalı, bununla bağlı müvafiq sorğular verməlidir. Lakin birinci instansiya məhkəmə tərəfindən verilmiş sorğulara gələn cavablardakı ziddiyətlər tam şəkildə araşdırılmamış və sadəcə əmək kitabçasındakı qeydlərə əsaslanaraq iddiaçının iddiası təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarı qəbul edərkən maddi və prosessual pozuntulara yol vermiş, nəticədə əsassız qərar qəbul edilmişdir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(120)-245/2022 nömrəli məhkəmə qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 rəsmi qaydada məlumat verilməsinə (bildirişdə - məhkəmə baxışına gəlmədiyi halda işə baxılaraq, qərar qəbul edilməsi barədə xəbərdarlıq edilmişdir) baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və nümayəndənin iştirak etməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti, cavabdehin imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci İl yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 67-ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İnzibati Prosessual Məcəllə Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, hüququnun yaranığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvercilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2021-ci ildə (65 yaş) yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, ...“xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubla bildirilmişdir ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və xx.xx.1984-cü il tarixdən xx.xx.1996cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsinə dair əmr və əmək haqlarını yoxlamaq mümkün olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. Azərbaycan Respublikasının X8 filialı tərəfindən təqdim edilmiş 20 oktyabr 2021-ci il tarixli, b/303 nömrəli məktubda Lənkəran “Rayselxoztexnika birliyi”nin və Lənkəran şəhər İşıqlandırma kontorunun sənədləri X8 filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş 20 oktyabr 2021-ci il tarixli, 01/xx-xx/5377 nömrəli məktubda 1984-1996-cı illərdə fəaliyyətdə olan "xxxx" ASCnin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. Qeyd olunan dövrlərdə Cəmiyyətin Lənkəran şəhər İşıqlandırma kontoru kimi struktur bölməsi, o cümlədən X6 adına işçisi olmamışdır”. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə aşağıdakıları qeyd edir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 10- 54/7-1442 nömrəli məktubundan görünür ki, X8 filialında “Lənkəran şəhər İşıqlandırma kontoru”nun yaradılması haqqında Lənkəran Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 18 nömrəli protokolu və həmin təşkilat üçün “Şəhərin azad büdcə qalığından vəsait ayrılması barədə” Lənkəran Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 19 nömrəli protokolu aşkarlanmışdır. X8 filialında “Lənkəran şəhər İşıqlandırma kontoru”nun ləğv edilməsi və ya hər hansı bir təşkilata birləşdirilməsi haqqında məlumat yoxdur. Bundan başqa, inzibati işin apellyasiya məhkəməsindəki icraatı zamanı Lənkəran “Rayselxoztexnika” (Lənkəran rayon “Azərkənd təsərrüfatı texnikası”) birliyinin 1973- 1984-cü illərdə qeydiyyatda olması və fəaliyyət göstərməsi barədə məlumatın əldə edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məhkəmə sorğusuna verilmiş 18 noyabr 2022-ci il tarixli, MİHO/1.2-2022-7839 nömrəli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “...sözügedən qurum Kənd Təsərrüfatının X2 Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. “Aqrar sənaye kompleksinin idarə olunmasını daha da təkmilləşdirmək haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 3 dekabr tarixli 392 nömrəli Qərarına əsasən Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının X2 Komitəsi, Nazirlər Soveti yanında X3 Xidmət üzrə Elmi-İstehsalat Birliyi, Nazirlər Soveti yanında Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda Tikinti üzrə Baş Rspublika İdarəsi ləğv edilərək onların bazasında Azərbaycan SSR X16 Komitəsi yaradılmışdır. X16 Komitəsinin 1990-cı il 15 fevral tarixli aktına əsasən Kənd Təsərrüfatının X2 Komitəsinin 1985-ci ilədək olan arxiv materialları Dövlət Yerquruluşu Layihə İnstitutunda mühafizə olunmuş və 1990-cı il 20 yanvar hadisələri zamanı qeyd edilən institut binasının atəşə məruz qalması səbəbindən arxiv sənədləri yararsız hala düşmüşdür. Bununla əlaqədar tələb olunan sənədlərin təqdim edilməsi Nazirliyin imkanı xaricindədir”. Eyni zamanda 15 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, İddiaçı uşaq yaşlarından tanıyır, onunla Lənkəran şəhərində qonşuluqda yaşamışlar, həm də bir yerdə işləyiblər. O, özü Lənkəran şəhərində yerləşən “Rayselxoztexnika birliyi”ndə 1977-1983-cü illərdə çilingər işləmiş və o, işlədiyi illərdə iddiaçı da həmin müəssisədə eyni vəzifədə işləmişdir. İşlədikləri dövrdə əmək haqqı almışlar. 17 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında isə şahid qismində dindirilmiş X11 da ifadəsində bildirmişdir ki, İddiaçı tanıyır, onunla birlikdə Lənkəran şəhərində yerləşən “Rayselxoztexnika birliyi”ndə işləmiş, lakin həmin dövrlər yaş məhdudiyyətinə görə 1973cü ildən barəsində işə qəbul olunma əmri verilmişdir. O, 1987-ci ildə həmin idarədə tornaçı vəzifəsində işləmişdir. Qonşusu İddiaçı isə 1973-1984-cü ilədək “Rayselxoztexnika birliyi”ndə çilingər vəzifəsində işləmişdir. O, işlədiyi dövrdə bütün aylar üzrə əmək haqqı almışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi iddiaçının əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Həmin əmək kitabçasında göstərilmişdir ki, iddiaçı xx.xx.1973-cü il tarixli, 83 nömrəli əmrlə Lənkəran rayon “Azərkənd təsərrüfatı texnikası” MTM-nə İİ dərəcəli çilingər qəbul edilmiş, Sovet Ordusu sıralarına çağırıldığı üçün xx.xx.1974-cü il tarixli, 64 nömrəli əmrlə tutduğu vəzifəsindən azad edilmiş, Sovet Ordusu sıralarından qayıtdığı üçün xx.xx.1976cı il tarixdən İİ dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1976-cı il tarixli, 142 nömrəli əmrlə müvəqqəti olaraq “QAZ-51” markalı, 83-90 nömrəli avtomaşına təhkim edilmiş, xx.xx.1976-cı il tarixli, 155 nömrəli əmrlə təmir emalatxanasına İİ dərəcəli çilingər vəzifəsinə keçirilmiş, xx.xx.1977-ci il tarixli, 151 nömrəli əmrlə İİİ dərəcəli çilingər vəzifəsinə keçirilmiş, xx.xx.1978-ci il tarixli, 1 nömrəli əmrlə Lənkəran rayon “Azərkənd təsərrüfatı texnikası”nın adı dəyişdirildiyindən Azərbaycan SSR kənd təsərrüfatı texnikası dövlət komitəsi adına dəyişdirilərək əvvəlki vəzifəsində saxlanılmış, xx.xx.1984-cü il tarixdən tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1984-cü il tarixdən “Şəhər işıqlandırma” kontoru avtoyükləyici “sürücü” işinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli, 63 nömrəli əmrlə küçənin işıqlandırılması xidməti üzrə üçüncü dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş, Azərbaycan Respublikası mənzil kommunal təsərrüfatı komitəsinin əmri ilə kontorun fəaliyyəti dayandırıldığından xx.xx.1996-cı il tarixli, 37 nömrəli əmrlə işdən azad edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərkibi tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, ...“, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi faktı əmək kitabçasında qeyd edilsə də, qeyd edilən illər, aylar üzrə əməkhaqqı cədvəlləri, əməkhaqqı hesablanması barədə məlumatlar aşkar edilməmişdir. Bu isə iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. İddiaçının işlədiyi dövrlərdə əmək haqqı almamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, iş materillarında olan Azərbaycan Respublikası X8 filialının 27 avqust 2021-ci il tarixli, b/247 nömrəli məktubundan görünür ki, Lənkəran “Rayselxoztexnika” birliyinin və Lənkəran şəhər “İşıqlandırma” kontorunun sənədləri X8 filialına təhvil verilməmişdir. Məhkəmə tərkibinin qənaətinə görə əmək haqqı kitabları və müvafiq əmrlər arxivə təhvil verilmədiyi halda, «iddiaçının əmək haqqı alması və işləməsi təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir. Ümumiyyətlə, iddiaçının işlədiyi müddət üzrə əmək haqqı kitablarının və əmrlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar yalnız ehtimallara əsaslandığından sübutun (əmək kitabçasının) qeyri-mötəbərliyi (saxtalığı), eyni zamanda iddianın əsassızlığı barədə nəticəyə gəlməyə əsas vermir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı əmək kitabçasındakı və xx.xx.2020-ci il tarixdən halhazıradək olan iş illəri, təhsil, hərbi xidmət müddəti nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 06 aprel 2022-cı il tarixli, 2-1(120)-245/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-163/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-163/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver