Məhkəmə qərarları › İş №2-1(106)-163/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-163/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-163/2024 23.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X32 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X14, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “X33 təsərrüfatı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı "xxxx" MMC-yə verilmiş Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 3.07 ha çıxmaq şərti ilə qalan 48.93 ha torpaq sahələrinə icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2-1(120)-49/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı “X33 təsərrüfatı” Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı “X33 təsərrüfatı” Məhdud Məsuliyyəti Cəmiyyətinin icarə və istifadəsinə verilmiş Kürdəmir rayonu Karrar bələdiyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 99 il müddətinə 31 hektar və xx.xx.2008- ci il tarixli 06 saylı qərarı ilə 99 il müddətinə 20 hektar, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə 99 il müddətinə 52 hektar əkin üzrə torpaq sahələrinə ilkin hüququmüəyyənedici sənədlər əsasında icarə hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin iş üzrə 30 mart 2021-ci il tarixli 2-1(120)-615/2021 nömrəli qərardadı ilə Kürdəmir rayonu Karrar bələdiyyəsi və Kürdəmir rayonu Karrar qəsəbə bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin iş üzrə 27 may 2021-ci il tarixli 2-1(120)-615/2021 nömrəli qərardadı ilə X16, X17, X18 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək Final KFT” MMC-yə verilmiş Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 3,07 ha çıxmaq şərti ilə qalan 48,93 ha torpaq sahələrinə icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx"xxxx" MMC qeydə alındığı gündən hal hazıra kimi, Kürdəmir rayonunda mülkiyyətində və icarəsində olan torpaq sahələrində 2006-cı ildən başlayaraq kənd təsərrüfatı bitkilərinin istehsalı ilə məşğul olur, ölkənin ərzaq balansının formalaşmasında fəal iştirak edir. Bu məqsədlə cəmiyyətə Kürdəmir rayonu Karrar bələdiyyəsinin 02 mart 2006-cı il tarixli 04 saylı qərarı ilə 99 il müddətinə 43 hektar, 02 mart 2007-ci il tarixli 04 saylı qərarı ilə 99 il müddətinə 31 hektar və 21 aprel 2008-ci il tarixli 06 saylı qərarı ilə 99 il müddətinə 20 hektar əkin üçün sahələri icarəyə verilmişdir. Həmçinin Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin 24 iyul 2006cı il tarixli 07 saylı qərarı ilə əkin üçün 99 il müddətinə 52 hektar torpaq sahəsi icarə qaydasında əldə edilmişdir. Bildirilir ki, 2019-cu ildən torpaqların əkininə görə dövlət tərəfindən verilən kompensasiyaları almaq üçün icarəyə götürülən əkin sahələrinə mülkiyyət və icarə hüququnu müəyyən edən "Çıxarış" tələb olunur. Bu məqsədlə "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanunun tələblərinə uyğun olaraq icarəyə götütülən torpaq sahələrinə çıxarışın əldə edilməsi üçün həmin torpaqların ilkin hüquqi sənədlərin surətləri əlavə edilməklə xx.xx.2020-ci ildə 16 saylı ünvan 1 ünvanınlarına xx.xx.2020-ci il tarixdə cavab məktubu göndərərək icarəyə götürülən torpaq sahələrinin ilkin huquqi sənədlərin əslinin, dövlət rüsumu və xidmət haqqlarının ödənilməsi çeklərinin təqdim olunması bildirilmişdir. Bundan sonra cavab məktubuna əsasən tərəflərindən ərazi uzrə torpaqların hüquqnuiəyyənedici sənədlərinin əslləri ərazi icarəsinə 17 sentyabr 2020-ci il tarixdə təqdim olunmuş, dövlət rüsumları və xidmət haqlarının məbləğləri ərazi idarəsi tərəfindən tələb etməklərinə baxmayaraq bu ödənişlər üzrə hesab-faktura təqdim olunmadığı üçün ödənişlər baş tutmamışdır. Bundan sonra, yəni 21 oktyabr 2020-cı il tarixli **********85 və **********86 saylı "Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair təqdim olunmuş ərazi üzrə 6 torpaq sahəsinin sənədlərindən ikisinə bildiriş ünvanılarına daxil olur. Daxil olmuş hər iki imtina bildirişi ilə tanışlıqdan sonra onlara məlum olub ki, hər iki imtina bildirişi "Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Qanunun tələblərinin pozulması və bu qanundan irəli gələn tələblərə əməl olunmaması ilə hazırlanmışdır. Bunun aşağıdakı izahını hüquqi aktlara əsaslanaraq bildirir. Təqdim olunmuş sənədlərin icraya qəbul edilməsi ilə əlaqədar bildirilir ki, torpaq sənədlərin əsli rəsmi qaydada 17 sentyabr 2020-ci il tarixdə təqdim olunmasına baxmayaraq həmin sənədlər 18 gündən sonra, yəni 06 oktyabr 2020-ci il tarixdə icraata götürülmüşdür.Sual t lunur 16 saylı ərazi idarəsi rəsmi qaydada təqdim olunmuş torpaq sənədlərini niyə 18 gündən sonra icraya götürür və bu müddətdə qarşı tərəfdən hansı təmənna umulur? Digər tərəfdən cəmiyyətin xx.xx.2006-cı ildən icarə və istifadəsində olan Xınıslı Bələdiyyəsinin ərazisində yerləşən 52 hektar torpaq sahəsi 16 saylı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli **********86 saylı imtina bildirişində digər fiziki şəxslərə məxsus pay torpaqları ilə üst-üstə düşdüyü qeyd edilir. Bu halda sual olunur əgər cəmiyyətin icarə və istifadəsində olan torpaq sahəsi pay torpaqlarıdırsa onda həmin torpaqların sahibləri keçən 22 il ərzində bu torpaqları niyə cəmiyyətdən geri tələb etməmişlər. Digər bir hal həmin imtina bildirişində daha sonra qeyd olunur ki, guya həmin torpaqlar örüş torpaqlarıdır. Bir-birinə ziddəyyətli olan fikirlər. Əgər bu torpaq sahəsi örüşdürsə onda həmin torpaqlar pay torpağı kimi verilə bilməz. Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli **********35 bildirişi uzrə də yuxarıda qeyd olunan nöqsanlar təkrar olunmuşdur. İmtina verilmiş istifadə və icarədə olan torpaq sahələrindən 52 hektarı taxıl altındadır və 31 hektar torpaq sahəsi isə nar bağıdır. Bundan sonra, yəni 03 noyabr 2020-ci il tarixli **********21 saylı "Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair" təqdim olunmuş ərazi üzrə 6 torpaq sahəsinin sənədlərindən üçüncüsü barədə bildiriş ünvanımıza daxil olur. Daxil olmuş üçüncü imtina bildirişi ilə tanışlıqdan sonra məlum olub ki, üçüncü imtina bildirişi "Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Qanunun tələblərinin pozulması və bu qanundan irəli gələn tələblərə -məl olunmaması ilə hazırlanmışdır.Bunun aşağıdakı izahını hüquqi aktlara əsaslanaraq bildirir. Belə ki, bu sənəd əvvəlkilər kimi təqdim olunduğu gündən 18 gün sonra icraya götürülmüşdür. Digər tərəfdən cəmiyyətin xx.xx.2008-ci ildən icarə və istifadəsində olan Karrar Bələdiyyəsinin ərazisində yerləşən 20 hektar torpaq sahəsi 16 saylı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli 2********.821 saylı imtina bildirişində sözügedən torpaq sahəsinin "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli qanuna uyğun şəkildə verilməməsi qeyd olunur və həmin torpaq sahəsinin icarəyə verilməsi bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan aparılması göstərilir. Bununla əlaqədar bildirir ki, Karrar bələdiyyəsinin qərarı xx.xx.2008-ci ildə qəbul edilmişdir. Adı çəkilən qanun isə bələdiyyə qərarından 6 ay sonra, yəni xx.xx.2008-ci ildə qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətin yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bundan sonra, yəni 04 noyabr 2020-ci il tarixli **********26 saylı "Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair" təqdim olunmuş ərazi üzrə 6 torpaq sahəsinin sənədlərindən dördüncü bildiriş ünvanımıza daxil olur. Daxil olmuş dördüncü imtina bildirişi ilə tanışlıqdan sonra məlum olub ki, dördüncü imtina bildirişi "Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Qanunun tələblərinin pozulması və bu qanundan irəli gələn tələblərə əməl olunmaması ilə hazırlanmışdır. Bunun aşağıdakı izahını hüquqi aktlara əsaslanaraq bildirir. Bu sənəd də əvvəlkilər kimi təqdim olunduğu gündən 8 gün sonra icraya götürülmüşdür. Digər tərəfdən cəmiyyətin xx.xx.2007-cı ildən icarə və istifadəsində olan Karrar Bələdiyyəsinin ərazisində yerləşən 43 hektar torpaq sahəsi 16 saylı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli **********26 saylı imtina bildirişində həmin sahəyə aid hüquqmüəyyənedici sənədlərdə kənd təsərrüfatı təyinatı torpaq sahəsi kimi qeyd olunduğu halda elektron kadastr məlumat bazasında həmin torpaq sahəsinin BEF kimi qeyd olunduğu məlum olmuşdur. Digər bır irad X15 torpaq sahələrinin 15 ildən artıq icarəyə verilə bilməməzliyi qeyd olunur. Belə ki, sözügedən torpaq sahəsinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü" dair sənəd ərazi idarəsinə təqdim olunmuşdur və burada həmin torpaq sahəsinin kadastr göstəriciləri və torpaq sahəsinin qaiməsi, yəni sertifikatı açıq aydın qeyd olunmuşdur. Bu göstəriciləri ərazi idarəsi baza məlumatlarına əsaslanmamalı idi, həmin məlumatları torpaq komitəsinin qeydiyyat üzrə arxiv sənədlərinə əsasən müəyyən etməli idi. Bələdiyyə torpaqlarının 15 ildən artıq müddətə icarəyə verilməsinə qoyulan məhdudiyyət 2019-cu ildən qoyulmuşdur. Məlum torpaq sahəsini Karrar bələdiyyəsi onların istifadəsinə 2006-cı ildən vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, “X33 Təsərrüfatı” MMCnin nümayəndəsi X1 rayonu, Karrar kəndində yerləşən 20.0 hektar, Kürdəmir rayonu, Karrar kəndində yerləşən 31.0 hektar, Kürdəmir rayonu, Xınıslı kəndində yerləşən 52.0 hektar, Kürdəmir rayonu, Karrar kəndində yerləşən 43.0 hektar torpaq sahələri üzərində “X33 Təsərrüfatı” MMC-nin icarə hüququnun rəsmləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı ərizəylə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2008-ci iİ tarixli, 6 nömrəli qərarı ilə Karrar kəndi ərazisindən icarəyə verilmiş, 20.0 hektar torpaq sahəsinin xx.xx.2007-ci il tarixli Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələbi pozulmaqla verildiyi, həmçinin torpaq sahəsinin 99 il müddətinə verildiyi məlum olmuşdur. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarına əsasən Karrar kəndi ərazisindən icarəyə verilmiş 31.0 hektar torpaq sahəsinə dair Kürdəmir rayon DT və XK tərəfindən verilmiş AN-004378 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlarla, “X33 Təsərrüfatı" MMC-nin icarəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və konfiqurasiyası fərqli olduğu, sözügedən torpaq sahəsinin əkinçilik məqsədilə ayrılmasına baxmayaraq, elektron kadastr məlumat bazasında həmin torpaq sahəsinin örüş kimi qeyd olunduğu, həmçinin torpaq sahəsinin 99 il müddətinə verildiyi məlum olmuşdur. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Kürdəmir rayonu, Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarına əsasən Xınıslı kəndi ərazisindən icarəyə verilmiş 52.0 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən həmin torpaq sahəsinin digər şəxslərə məxsus pay torpaq sahələri ilə üst-üstə düşdüyü, sözügedən torpaq sahəsinin əkinçilik məqsədilə ayrılmasına baxmayaraq, elektron kadastr məlumat bazasında həmin torpaq sahəsinin örüş kimi qeyd olunduğu, həmçinin torpaq sahəsinin 99 il müddətinə verildiyi məlum olmuşdur. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 saylı qərarına əsasən Karrar kəndi ərazisindən icarəyə verilmiş 43.0 hektar torpaq sahəsinin əkinçilik məqsədilə ayrılmasına baxmayaraq, elektron kadastr məlumat bazasında həmin torpaq sahəsinin X15 torpaq sahəsi kimi qeyd olunduğu, həmçinin torpaq sahəsinin 99 il müddətinə verildiyi məlum olmuşdur. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, “X33 Təsərrüfatı" MMC-nin xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmasına baxmayaraq, Xınıslı kəndi ərazisindən icarəyə verilmiş 52.0 hektar torpaq sahəsi Kürdəmir rayonu, Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarına əsasən, Karrar kəndi ərazisindən icarəyə verilmiş 43.0 hektar torpaq sahəsi Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 saylı qərarına əsasən icarəyə verilmişdir. Yəni torpaq sahələri “X33 Təsərrüfatı” MMC qeydiyyata alınmadan öncə icarəyə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2-1(120)-49/2023 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı verdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə əsaslı olmayan məhkəmə aktı qəbul etmişdir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2-1(120)-49/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(106)-163/2024 nömrəli qərardadı ilə https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2624432X19, https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2624432X9 və https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2624432X10i cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X21 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəyişiklik etdiyini, "xxxx" MMC-yə verilmiş Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 11.03 ha çıxmaq şərti ilə qalan 40.97 ha torpaq sahələrinə icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul edilməsinə etirazlarının olmadığını bildirdilər. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(106)-163/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının nümayəndəsi X14 ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X21 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:

3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il tarixli Qərarı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021cı il tarixli Qərarı.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçının tələbi (dəqiqləşdirildikdən sonra) "xxxx" MMC-yə verilmiş Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 3,07 ha çıxmaq şərti ilə qalan 48,93 ha torpaq sahələrinə icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 3,07 ha çıxmaq şərti ilə qalan 48,93 ha torpaq sahələri icarə müqaviləsi əsasənda icarəyə verilmişdir. Bələdiyyə qərarlarına, tərəflər arasında bağlanmış icarə müqavilələrinə və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçının etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərarlar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Beləliklə, məhkəmə, Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Bələdiyyə qərarları, tərəflər arasında bağlanmış icarə müqavilələri və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri sözügedən torpaq sahəsi üzərində "X33 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan xx.xx.2006-cı il tarixli Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışdan görünür ki, “X33 Təsərrüfatı” MMC xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatı (VÖEN) ********** dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarından görünür ki, “Final LTD” firmasına 43 ha torpaq sahəsi 99 il müddətinə əkinçilik məqsədi ilə verilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 03 nömrəli Torpaq İcarəsi müqaviləsindən görünür ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin sədri Xəqani Qəniyev ilə "xxxx" MMC-nin direktoru Şakir Məmmədov arasında 43 hektar torpaq sahəsinin 99 il müddətinə əkinçilik məqsədi ilə "xxxx" MMC-nə verilməsinə dair torpaq icarəsi müqaviləsi bağlanmışdır. (Torpaq sahəsinin planı və ölçüsü sənədi və digər sənədlərin təsdiq edilmiş surətləi iş materiallarına əlavə edilmişdir) İş materiallarında olan Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarından görünür ki, “Final LTD” firmasına 31 ha torpaq sahəsi 99 il müddətinə əkinçilik məqsədi ilə verilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 03 nömrəli Torpaq İcarəsi müqaviləsindən görünür ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin sədri Xəqani Qəniyev ilə "xxxx" MMC-nin direktoru Şakir Məmmədov arasında 31 hektar torpaq sahəsinin 99 il müddətinə əkinçilik məqsədi ilə "xxxx" MMC-nə verilməsinə dair torpaq icarəsi müqaviləsi bağlanmışdır. (Torpaq sahəsinin planı və ölçüsü sənədi və digər sənədlərin təsdiq edilmiş surətləi iş materiallarına əlavə edilmişdir) İş materiallarında olan Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 06 saylı qərarından görünür ki, "xxxx" MMC-nə 20 ha torpaq sahəsi 99 il müddətinə əkinçilik məqsədi ilə verilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli 01 nömrəli Torpaq İcarəsi müqaviləsindən görünür ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin sədri Xəqani Qəniyev ilə "xxxx" MMC-nin direktoru Şahid Həmidovun arasında 20 hektar torpaq sahəsinin 99 il müddətinə əkinçilik məqsədi ilə "xxxx" MMC-nə verilməsinə dair torpaq icarəsi müqaviləsi bağlanmışdır. (Torpaq sahəsinin planı və ölçüsü sənədi və digər sənədlərin təsdiq edilmiş surətləi iş materiallarına əlavə edilmişdir) İş materiallarında olan Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarından görünür ki, “Final LTD” firmasına 52 ha torpaq sahəsi 99 il müddətinə əkinçilik məqsədi ilə verilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli Torpaq İcarəsi müqaviləsindən görünür ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin sədri X12 ilə "xxxx" MMC-nin direktoru arasında 52 hektar torpaq sahəsinin 99 il müddətinə əkinçilik məqsədi ilə "xxxx" MMC- nə verilməsinə dair torpaq icarəsi müqaviləsi bağlanmışdır. (Torpaq sahəsi ilə bağlı sənədlərin təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Karrar bələdiyyəsinin 04 saylı xx.xx.2006-cı il tarixli, 04 saylı xx.xx.2007-ci il tarixli və 06 saylı xx.xx.2008-ci il tarixli iclas protokolları (qərarları) X5 qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar Ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktunda qeyd edilmişdir ki, Kürdəmir rayonu, Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarına əsasən Xınıslı kəndi ərazisindən icarəyə verilmiş 52.0 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının elektron baza nətamatlarına əsasən üst-üstə düşdüyü torpaq sahələrinin sənədlərinin surətləri məhkəməyə göndərilir. İş materiallarında olan Azərbaycan Respublikası Kürdəmir Rayonu Karrar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, “X33 təsərrüfatı" MMC-ə Karrar bələdiyyəsi tərəfindən 02.03 2006-cı il tarixli 04 saylı 11 qərarı ilə 99 il müddətinə 43 hektar, xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə 99 il müddətinə 31 hektar və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 99 il müddətinə 20 hektar torpaq icarə və istifadəyə verilmişdir. Həmin torpaq sahələrindən Karrar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə 99 il müddətinə icarəyə verilmiş 31 hektar torpaq sahəsi örüş-otlaq sahəsidir və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” qaydasının 13-cü bəndinə əsasən Örüş-otlaq sahələri bir qayda olaraq hüquqi və fiziki şəxslərin icarəsinə 10-ildən 15 ilədək verilə bilər. “X33 təsərrüfatı” MMC-ə Karrar bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli,04 saylı qərarı ilə 99 il müddətinə 43 hektar və xx.xx.2008- ci il tarixli, 06 saylı qərarı ilə 99 il müddətinə icarəyə verilmiş 20 hektar torpaq sahələri isə X15una daxil olan torpaqlardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaçcan Respublikasının qanununun 11.5-ci maddəsinə əsasən X15unun torpaqları fiziki və hüquqi şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. (Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər.) Odur ki, “X33 təsərrüfatı” MMC-ə Karrar bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 hektar. xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə 31 hektar və xx.xx.2008-ci il tarixli ,06 saylı qərarı ilə 20 hektar icarə və istifadəyə verilmiş torpaq sahələrinin Azərbaçcan Respublikas, Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə.Azərbavcan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş "Örüş-otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi" qaydasının 13-cü bəndinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının qanununun 11.5-ci maddəsinə əsasən icarə müddəti bitdiyindən icarə və istifadə hüququna dair çıxarışın verilməsi yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar Ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktuna məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-nə məxsus AA seriyalı, 542822 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin və onların verilməsinə əsas olan sənədlərin təsdiqlənmiş surətləri məhkəməyə göndərilmişdir. İş materiallarında olan JN-0012, KOD 90611048 nömrəli dövlət aktına əsasən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı ilə X7 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,72 ha torpaq sahəsi verildiyi müəyyən edilmişdir. İş materiallarında olan JN-0013, KOD 90611048 nömrəli dövlət aktına əsasən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı ilə X8 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,84 ha torpaq sahəsi verildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən **********28 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən "xxxx" MMC-yə Kürdəmir rayonu Xınıslı kəndi ərazisində 1,43 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verildiyi müəyyən edilmişdir. (qeyd edilən torpaq sahəsinin əvvəllər “Final LTD” firmasının mülkiyyətində olduğu, daha sonra alqı-satqı müqaviləsi əsasında satıldığı müəyyən edilir) Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 10/4245 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: "xxxx" MMC- nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin 02.03. 2007-ci il tarixli, 04 nömrəli qərarı ilə "X33 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 31,0 ha torpaq sahəsinin koordinatları A 004378 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmişdir. Qərardadın ikinci sualı üzrə: "xxxx" MMC- ninAğsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonu Karrar bələdiyyəsinin 02.03. 2007- ci il tarixli, 04 nömrəli qərarına əsasən A 004378 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə "X33 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 31,0 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olduğu və həmin torpaq sahəsində hal-hazırda çoxillik əkmələrin (nar bağı) mövcud olduğun müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə: "xxxx" MMC- nin Ağsu LTİ-ninmütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 06 nömrəli qərarı olə “X33 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 20.057 ha torpaq sahəsinin koordinatları A 041128 nömrəli torpaq sahəsinin planı ölçüsü sənədində qeyd edilmişdir. Qərardadın dördüncü sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonu Karrar bələdiyyəsinin 21,04.2008-ci il tarixli, 06 nömrəli qərarına əsasən A 041128 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə "X33 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 20.057 ha torpaq sahəsinin X15u olmaqla əkin torpaqlarına aid olduğu və həmin torpaq sahəsində hal-hazırda çoxillik əkmələrin (nar bağı) mövcud olduğun müəyyən olundu. Qərardadın beşinci sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 nömrəli qərarı ilə "X33 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 43,0 ha torpaq sahəsinin koordinatları A 000872 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmişdir. Qərardadın altıncı sualı üzrə: “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi"MMC- nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006- cı il tarixli, 04 nömrəli qərarına əsasən A 000872 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə "X33 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 43,0 ha torpaq sahəsinin X15u olmaqla əkin torpaqlarına aid olduğu və həmin torpaq sahəsində hal-hazırda çoxillik əkmələrin (nar bağı) mövcud olduğun müəyyən olundu. Qərardadın yeddinci sualı üzrə: “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarı ilə "X33 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52.0 ha torpaq sahəsinin koordinatları **********000001 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmişdir. Qərardadın səkkizinci sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixli **********6000001 nömrəli torpaq sahəsinin kadastr planı ilə "X33 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52,0 ha torpaq sahəsinin 48,93 ha hissəsinin bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqları, 3,07 ha hissəsinin isə xüsusi mülkiyyətə verilmiş çoxillik əkmələr (üzüm bağı) ilə üst-üstə düşdüyü və həmin torpaq sahəsinin halhazırda əkildiyi müəyyən edildi. Qərardadın doqquzuncu sualı üzrə: "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Kürdəmir rayon Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixli **********6000001 nömrəli torpaq sahəsinin kadastr planı ilə “Final fermer təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52,0 ha torpaq sahəsinin, JN-0012 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X7 mülkiyyətinə verilmiş 1,72 ha torpaq sahəsinin 6.42 ha hissəsi ilə, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006- cı il tarixli, 07 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixli **********6000001 nömrəli torpaq sahəsinin kadastr planı ilə "X33 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52,0 ha torpaq sahəsinin isə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış AA 542822 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar daxilində olan 1.43 ha torpaq sahəsinin 0,33 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan məlum olur ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 3,07 ha çıxmaq şərti ilə qalan 48,93 ha torpaq sahələri icarə müqaviləsi əsasında iddiaçıya icarəyə verilmiş və o, qeyd edilən torpaq sahələri üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan ləğv edilmiş DT və XK-nın imişli rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 268009 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə eyniləşdirilən zaman torpaq sahələri arasında 7.8 km fərqin olmasını, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Beyləqan rayon inzibati ərazisinə düşməsini, torpaq sahəsinin bir hissəsi Beyləqan rayonu, Aşıqalılar kəndində ayrı-ayrı vətəndaşlara məxsus xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə üst-üstə düşməsini, X6 Uçotu informasiya Sistemində sözügedən torpaq sahəsinin faktiki olaraq yerləşdiyi ərazinin məqsədli istifadə növü örüş kimi göstərilməsini və ləğv edilmiş DT və XK-nın imişli rayon şöbəsinin müvafiq rəyinin əlavə edilməməsini əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Apellyasiya Məhkəməsində aparılan icraat zamanı əldə edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-3392/2024 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilən xüsusi mülkiyyətə verilmiş 3.07 ha torpaq sahəsi sözügedən mütəxəssisin tərtib etdiyi sxemdə ayrıca göstərilməmişdir və bu səbəbdəndə cari rəyi tərtib edən mütəxəsis 3.07 ha torpaq sahəsini müəyyən edə bilməmiş, Lakin cari rəyi tərtib edən mütəxəssis tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, Ağsu Layihə- Tədqiqat İdarəsini mütəxəssisi tərəfindən qeyd edilən “X33 təsərrüfatı” MMC- yə məxsus 52.0 ha torpaq sahəsinin (mütəxəssisin sxemində əks etdirdiyi **********61000001 nömrəli kadastr planın koordinatlarına əsasən) sərhədləri daxilində X13 məxsus torpaq sahəsinin 0.42 ha hissəsi və “Azaqro Park“ MMC-yə məxsus torpaq sahəsinin 0.33 ha hissəsindən əlavə "xxxx" MMC-nin **********34 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 3.24 ha torpaq sahəsi və Məlikova Şəhla və Əzizxan qızı və ailə üzvlərinin JN-16A nömrəli Dövlət Aktı ilə mülkiyyətində olan 0.65 ha torpaq sahəsi də mövcuddur, (sxemdə göstərilmişdir) X6 uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) göstərilən "xxxx" MMC-nin **********34 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 3.24 ha torpaq sahəsinin 2.61 ha hissəsi və **********57 reyestr nömrəli çıxarışla X4 mülkiyyətinə verilmiş 0.65 ha torpaq sahəsinin 0.49 ha hissəsi Ağsu LTİ mütəxəssisinin sxemdə göstərdiyi X33 təsərrüfatı” MMC-nin 52.0 ha torpaq sahəsinin sərhədləri daxilinə düşür, (sxemdə göstərilmişdir) idarənin elektron baza məlumatlarında Ağsu LTİ-nin mütəxəssisinin sxemində göstərdiyi “X33 təsərrüfatı” MMC- yə məxsus 52.0 ha torpaq sahəsinin 6.75 ha hissəsinin ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş **********0001 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə üst-üstə düşdüyü məlum olmuşdur. **********0001 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 28 ha torpaq sahəsinin mülkiyyətçsisi və ya icarəçisi barədə elektron baza məlumatlarında hər hansı məlumat aşkar olunmamış, Ağsu LTİ-nin mütəxəssisinin rəyində "xxxx" MMC-yə məxsus **********28 reyestr nömrəli çıxarışla mülkiyətə verilmiş torpaq sahəsinin 0.33 ha hissəsi ilə X33 təsərrüfatı” MMC- yə məxsus 52.0 ha torpaq sahəsinin üst-üstə düşdüyü qeyd edilsədə TEKUİS məlumatlarında göstərilən "xxxx" MMC-yə məxsus **********28 reyestr nömrəli çıxarışla mülkiyətə verilmiş 1.43 ha torpaq sahəsinin 0.76 ha hissəsinin X33 təsərrüfatı” MMC- yə məxsus 52.0 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olmuşdur. Apellyasiya Məhkəməsində icraat zamanı iddia tələbi dəyişdirilərək (həcmi azaldılaraq) "xxxx" MMC-yə verilmiş Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 11.03 ha çıxmaq şərti ilə qalan 40.97 ha torpaq sahələrinə icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə verilmiş 52 ha torpaq sahəsindən 11.03 ha çıxmaq şərti ilə qalan 40.97 ha torpaq sahələrinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Həmçinin qeyd olunan sənədlərin (Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 04 saylı qərarı, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı, xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı və Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ) qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin və Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin özünə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan qərarları həmin torpaq sahələri üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. Cavabdehin iddiaçıya ünvanladığı məktubunda imtinanın əsas səbəbi kimi sözügedən torpaq sahəsinin örüş torpaq sahəsi olması və örüş torpaq sahəsinin 15 ildən artıq icarəyə verilə bilməməsini göstərilmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 10/4245 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC- nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı ilə "X33 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 31,0 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olduğu, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 06 nömrəli qərarına əsasən A 041128 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə "X33 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 20.057 ha torpaq sahəsinin X15u olmaqla əkin torpaqlarına aid olduğu, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 nömrəli qərarına əsasən A 000872 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə "X33 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 43,0 ha torpaq sahəsinin X15u olmaqla əkin torpaqlarına aid olduğu, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixli **********6000001 nömrəli torpaq sahəsinin kadastr planı ilə "X33 təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 52,0 ha torpaq sahəsinin 48,93 ha hissəsinin bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olduğu müəyyən edilmişdir. Həmçinin, işdə olan DT və XK-nin Kürdəmir rayon şöbəsinin rəyindən, torpaq sahəsinin planı və ölçüsü sənədindən, Bələdiyyənin qərarlarından, icarə müqavilələrinin məzmunundan görünür ki, nəzərdə tutulan torpaq sahəsinin həmin məqsəd üçün müqavilədə nəzərdə tutulan müddət üçün icarəyə verilməsi qanunamüvafiqdir. Bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan (DT və XK-nin Kürdəmir rayon şöbəsi) tərəfindən verilmişdir. Tədqiq olunan ekspert rəyindən göründüyü kimi iddiaçının icarə hüquqlarını qeydiyyata almaq istədiyi torpaq sahələri iddiaçının icarəsinə verilən zaman bələdiyyənin mülkiyyətində olması və torpaq sahəsinin həmin məqsəd üçün müqavilədə göstərilən müddət ərzində icarəyə verilməsinin qanunamüvafiq olması müəyyən edilmiş və həmin rəydə əks olunan məlumatlar işdə olan sübutlarla (torpaqayırma sənədləri ilə) eynilik təşkil edir. Məhkəmə kollegiyası tədqiq olunan həmin ekspert rəyi ilə bağlı onu da qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən xx.xx.2022-ci il tarixli 10/4245 nömrəli ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. Cavabdeh tərəfindən isə sözügedən rəyi şübhə altına alan əsaslı sübut təqdim edilməmişdir. Beləliklə də işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, nəzərdə tutulan torpaq sahəsinin həmin məqsəd üçün icarəyə verilməsinin qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Odur ki, 2006-cı ildə, 2007-ci ildə və 2008-ci ildə torpaq sahəsinin bələdiyyə mülkiyyətində oması və icarəyə verilməsinin qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş torpaq sahəsi olması və örüş torpaq sahəsinin 15 ildən artıq icarəyə verilə bilməməsi barədə cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Göründüyü kimi iddiaçının üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında icarəyə verilmişdir və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı 15 ildən artıqdır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində icarə hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Lakin, inzibati orqan qanunun bu tələblərinə əməl etməmişdir. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər isə mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

Nəticəvi hissə:

Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2-1(120)-49/2023 saylı qərarı dəyişdirilsin. Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə 43 ha torpaq sahəsi, xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə 31 ha torpaq sahəsi və xx.xx.2008-ci il tarixli, 06 saylı qərarı ilə 20 ha torpaq sahəsi, Kürdəmir rayonu Xınıslı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 saylı qərarı ilə icarəyə verilmiş 52 ha torpaq sahəsindən 11.03 ha çıxmaq şərti ilə qalan 40.97 ha torpaq sahəsi üzərində iddiaçı "xxxx" MMC-nin icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar