Məhkəmə qərarları › İş №2-1(106)-165/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-165/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-165/2025 18.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli, 0284003AAQAT nömrəli göndərişə əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, ”Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarına dair” Əsasnamənin 3.1.11-ci bəndinə müvafiq olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci dərəcəli əlilliyin təyin edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2-1(120)-319/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarına əsasən, “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması, bu barədə məlumatların Tibbi-Sosial Ekspertiza və Reabilitasiya altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(112)-319/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, xx.xx.2022-ci il tarixli, 0284003AAQAT nömrəli göndərişə əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, ”Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarına dair” Əsasnamənin 3.1.11-ci bəndinə müvafiq olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması barədə qərardad qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı. xx.xx.1983-cii ildə Lənkəran şəhərində anadan olmuşdur. 2000-ci ildə C.Naxçıvanski adma hərbi litseyində ixtisas təhsili almışdır. Bakı şəhəri Xətai RHL tərəfindən 11.08.200-ci illərdə həqiq hərbi xidmətə çağrılmışdır. Bundan sonra 2011- ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 065 nömrəli. xx.xx.2007-ci il tarixli əmri ilə ona baş leytenant hərbi rütbəsi verilmişdir. O, xx.xx.2005-ci ildən xx.xx.2010-cıı ilədək tank bölüyünün taqım komandiri vəzifəsində işləmişdir. “Hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-ci maddəsinə əsasən, xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmət keçdiyim müddət ərzində 2006-ci ildən bəri onun səhhətində epiqastral nahiyədə ağrı, qıcqırma və qusma ilə müşayiət olunan nasazlıq yaranmışdır. İlk vaxtlar ambulator müayinə və müalicə olunmuşdur. 2007- ci ilin yanvar-fevral aylarında xəstəliyi anidən kəskinləşmiş və o, hərbi hissə həkimi tərəfindən müayinə olunaraq MHKHə göndərilmişdir. 2007-ci ildə iki dəfə xora xəstəliyi ilə stasionar müalicə almışdır. 2008-ci ilin may ayında sağlamlığı haqda çıxarış epikrizləri HHK-na təqdim edilərək, “Xəstəliklər cədvəlinin” 57B maddəsinin 3-cii qrafasına əsasən, şəhadətləndirilmiş və “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. 2009-cu ildə xətəlik dəfələrlə kəskinləşmiş, ambulator və stasionar müalicə almışdır. Bu səbəbdən hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığı müəyyən olunması üçün MHKH -a göndərildi. xx.xx.2007xx.xx.2007,xx.xx.2007-xx.xx.2008,xx.xx.2008-xx.xx.2008, xx.xx.2009, xx.xx.2009, xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasında MHKH-da, xx.xx.2009- xx.xx.2009-cu il tarixləri arasında isə MN MHKH-da müayinədə və müaliəcədə olmuşdur. Ona "Xora xəstəliyi, tez-tez residiv gedişli natamam remissiya mərhələsində. Barmaq bağırsağın sağanağının çapıqlaşmış xorasından sonrakı kobud çapıq deormasiyası, həzm funksiyasının mülayim dərəcədə pozulması, Xroniki erroziyalı qastroduodenit, yoğun bağırsağın disbakteriozu" diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasam Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə əsasən. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı ilə ona əlillik təyin olunması barədə göstəriş verilmişdir. O, xx.xx.2015-cu il tarixdə Lənkəran MRX-nın Poliklinikasında müayinə olunduqdan sonra klinikadan aldığı 0284003AAD1L nömrəli, xx.xx.2015-ci il tarixli göndəriş vərəqəsi ilə TSEK-ə müraciət etdi. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarının icra olunması ilə əlaqədar cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0004 nömrəli, xx.xx.2016-ci il tarixli qərarı ilə “həzm orqanlarının residivili gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpacaq dərəcədə zəfıləməsi” diaqnozu ilə “hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilmişdi. Bundan sonra o, hər il davamlı olaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasında müayinədən keçərək, xx.xx.2021-xx.xx.2021. xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021 tarixləri arasında müayinədən və müalicədən keçmiş və bununla bağlı ona müvafiq çıxarış epikrizi stasionar müalicə barədə məlumatlarda uyğunsuzluq aşkar edilmişdir. O, yenidən Lənkəran Mərkəzi Rayon X3 Komissiyası tərəfindən müayinə olunduqdan sonra bu barədə 0248003AAQAT nömrəli göndəriş xx.xx.2022- ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasına təqdim olundu. Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş qanaxma ilə onikibarmaq bağırsağın tez-tez kəskinləşən xroniki xora xəstəliyi diaqnozu ilə müraciət etdiyi bu göndərişə cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Əsas olaarq isə qoyulan diaqnoz və ağırlaşmanının əlilliyin təyininə əsas verməməsi göstərilmişdir. Cavabdeh orqanın imtinası əsassızdır. Çünkü o, müvafiq göndərişi tamamilə dolğun şəkildə dolduraraq Tibbi-Sosial Ekspert Komissiyasına göndərdiyini düşünür. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə cavab məktubunda təqdim etdiyi tibbi sənədlər və əyani müayinələrim əsasında “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmiş, bildirilmişdir ki, onun səhhəti ilə bağlı qoyulan diaqnozlar anamnestik məlumatlar və obyektiv müayinələrdə öz əksini tapmamışdır. Cavabdeh orqanın xəstəliyinin ağırlıq dərəcəsinə bu cür laqeyd yanaşması və belə bir cavab verməsi fikrincə heç obyektiv bir qərar deyildir. X7 “XTİNM” PHŞ-da ondan 23 iyul 2022-ci il tarixində alman anazliz nəticəsində nəcisdə gizli qanaxma müəyyən olunmuşdur. Düşünürəm ki, bu xəstəliyimin kifayət qədər ağır olduğu və verilən imtina cavabının əsassız olduğunun ən əsas sübutudur. Bu səbəbdən cavabdehin imtinasının əsassız hesab olunmasının, bu barədə haqqında müvafiq tədbirlər görülməsinin daha ədalətli olacağını, pozulmuş konstitutision hüquq və azadlıqlarının bərpa olunmasının obyektli şəkildə həyata keçiriləcəyini düşünərək, məhkəməyə müraciət etdi. "Əlilliyi olan şəxslərin hüquqları haqqında ” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Göründüyü kimi, inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» AR Qanununun müddəaları pozulmuşdur. Eyni zamanda, əlillik meyarlarının müəyyən olunması AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl ləğvi və ya etibarsız hesab olunması halları qeyd olunmamışdır. Göründüyü kimi, xidmət tərəfindən hüquqlarım kobudcasına pozulmuş və onun sosial təminat hüquqları məhdudlaşdırılmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. təqdim olunmuşdur. Lənkəran Mərkəzi Rayon Xəstəxanasında xx.xx.2022-ci il tarixində müayinədən keçdikdən sonra 0284003AAPFH nömrəli göndərişlə cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdi. Lakin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ona əlillik təyin olunmasından imtina edilmişdir. Əsas olaraq isə bildirilmişdir ki, göndərişdə qeyd olunmuş stasionar müalicə barədə məlumatlarda uyğunsuzluq aşkar edilmişdir. O, yenidən Lənkəran Mərkəzi Rayon X3 Komissiyası tərəfindən müayinə olunduqdan sonra bu barədə 0248003AAQAT nömrəli göndəriş xx.xx.2022- ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasına təqdim olundu. Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş qanaxma ilə onikibarmaq bağırsağın tez-tez kəskinləşən xroniki xora xəstəliyi diaqnozu ilə müraciət etdiyi bu göndərişə cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Əsas olaarq isə qoyulan diaqnoz və ağırlaşmanının əlilliyin təyininə əsas verməməsi göstərilmişdir. Cavabdeh orqanın imtinası əsassızdır. Çünkü o, müvafiq göndərişi tamamilə dolğun şəkildə dolduraraq Tibbi-Sosial Ekspert Komissiyasına göndərdiyini düşünür. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə cavab məktubunda təqdim etdiyi tibbi sənədlər və əyani müayinələrim əsasında “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmiş, bildirilmişdir ki, onun səhhəti ilə bağlı qoyulan diaqnozlar anamnestik məlumatlar və obyektiv müayinələrdə öz əksini tapmamışdır. Cavabdeh orqanın xəstəliyinin ağırlıq dərəcəsinə bu cür laqeyd yanaşması və belə bir cavab verməsi fikrincə heç obyektiv bir qərar deyildir. X7 “XTİNM” PHŞ-da ondan 23 iyul 2022-ci il tarixində alman anazliz nəticəsində nəcisdə gizli qanaxma müəyyən olunmuşdur. Düşünürəm ki, bu xəstəliyimin kifayət qədər ağır olduğu və verilən imtina cavabının əsassız olduğunun ən əsas sübutudur. Bu səbəbdən cavabdehin imtinasının əsassız hesab olunmasının, bu barədə haqqında müvafiq tədbirlər görülməsinin daha ədalətli olacağını, pozulmuş konstitutision hüquq və azadlıqlarının bərpa olunmasının obyektli şəkildə həyata keçiriləcəyini düşünərək, məhkəməyə müraciət etdi. "Əlilliyi olan şəxslərin hüquqları haqqında ” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Göründüyü kimi, inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» AR Qanununun müddəaları pozulmuşdur. Eyni zamanda, əlillik meyarlarının müəyyən olunması AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl ləğvi və ya etibarsız hesab olunması halları qeyd olunmamışdır. Göründüyü kimi, xidmət tərəfindən hüquqlarım kobudcasına pozulmuş və onun sosial təminat hüquqları məhdudlaşdırılmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 04.10.201 O-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20- K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: 12b.b.xr. xora xəstəliyi tez-tez kəs-lə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə..” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: 12b.b. xr.xora xəstəliyi xr. qastroduodenit; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİ Sinif - Həzm sisteminin Şirvan İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(120)-350/2023 saylı qərarı (F.Abbasov) ilə iddia təmin edilmişdir. xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K25 Mədə xorası; Diaqnozun mətni: On ikibarmaq bağırsağın xorası,xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə.Bağırsaqda sorulmanın digər pozğunluqları. Həzm funksiyasının pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20- K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K25 - Mə’də xorası; Diaqnozun mətni: On ikibarmaq bağırsağın xorası,xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə.Bağırsaqda sorulmanın digər pozğunluqları.Həzm funksiyasının pozulması.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə.” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, 12 b/bağırsağın tez - tez kəskinləşən xroniki xora xəstəliyi .; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 302 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiva mərhələsində. Onikibarmaq bağırsağın soganagının capıglasmıs xorasından sonrakı kobud çapıq deformasiyası, həzm funksiyasının mülayim dərəcədə pozulması ilə, (BÇl- 17,5). Xroniki erozivalı gastroduodenit, natamam remissiva mərhələsində. Yoğun bağırsağın disbakteriozu. Dərin dişləm (selikli qisalara toxunmayan).’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri mədə nahiyyəsində olan ağrılardan, turşuluğun artmasından, üşütmədən ibarətdir. Dərisi və selikli qişaları adi rəngdədir. Dili nəm, ərplidir. Skleraları normaldır. Astenik bədən quruluşludur. Çəkisi 52 kq, boyu 173 sm-dir. BÇİ-17,3-dür. 17.05.22 tarixdə DTSERA- da qanın ümumi analizi (analiz №20) edildi və HB 133q/l təyin olundu. Tənəffüsü sərbəstdir. Ürək tonları aydındır. Dilinəm, təmizdir, qarnı yumşaq ağrısızdır. Pasternatski sınaqları hər iki tərəfdə mənfi (-)-dir. Əyani müayinənin nəticələrinə əsasən şəhadətnamədə qeyd olunan “Xora xəstəliyi, tez- tez residiv gedişli, natamam remissiva mərhələsində. Onikibarmaq bağırsağın soganagının capıglasmıs xorasından sonrakı kobud çapıq deformasiyası, həzm funksiyasının mülayim dərəcədə pozulması ilə. (BCİ-17,5). Xroniki eroziyalı gastroduodenit, natamam remissiva mərhələsində"xəstəliyinin ağırlaşması əlillik səviyyəsində öz təstiqini tapmır və əlillik təyininə əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci ildə imtina verilsədə, o, 2022-ci ilin sentyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, verilən əlillik təyinatından imtina qərarından iddiaçının İPM-nin 38-ci maddəsinin tələbinə əsasən, mübahisələndirmə haqqında iddiadan inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində və İPM-in 39-cu maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin sentyabr ayında, yəni təxminən 7 ay sonra xx.xx.2022-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümükünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi iddiçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi- sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul etməyinizi xahiş etmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2-1(120)-319/2024 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı on iki barmaq bağırsağında narahatlıq, mədədə yanğı hissi, ürəkbulanmadan şikayətlənmişdir. Müayinə zamanı soltərəfli qasıq yırtığına görə aparılmış əməliyyata məxsus çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Palpasiyada qarnı yumşaq, epiqastral nahiyədə ağrı hiss etməmiş, dili nəm və təmiz, görünən selikli qişaları çəhrayı rəngli olmuş, çəkisi 56 kq, boyu 175 sm BÇİ 18,66 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verə biləcək xroniki həzm pozğunluğu əlamətləri aşkarlanmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 6 nömrəli Qanın ümumi analiz nəticəsi “WBC-Levkositlərin sayı 5.4 x10A91, HGB- Hemoqlobin 122 g/l, EÇS-Erit.Cökmə sürəti 8 mm/s” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2-1(120)-319/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2-1(120)- 319/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “xx.xx.2022-ci il tarixli, 0284003AAQAT nömrəli göndərişə əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, ”Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarına dair” Əsasnamənin 3.1.11-ci bəndinə müvafiq olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2010-cu il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2010-cu il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz xx.xx.2010-cu il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixli göndərişlər əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnozlar (K26, K29) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı barəsində “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik (2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə) təyin edilmişdir. TSEK-in diaqnozu: 12 b.b.xr.xora xəstəliyi tez-tez kəs-lə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı barəsində “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik (2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə) təyin edilmişdir. TSEK-in diaqnozu: 12 b.b.xr.xora xəstəliyi xr.qastrodudenit qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli, xxxxxxx0003 saylı qərarı ilə İddiaçı barəsində “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müddətə təkrar ikinci dərəcəli əlillik (2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə) təyin edilmişdir. TSEK-in diaqnozu: on iki barmaq bağırsağın xorası, xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə. Bağırsaqda sorulmanın digər pozğunluqları. Həzm funksiyasının pozulması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, xxxxxxx0004 saylı qərarı ilə İddiaçı barəsində “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək müddətə təkrar ikinci dərəcəli əlillik (2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmaın nəzərə çarpan dərəcədə zəifləməsi ilə) təyin edilmişdir. TSEK-in diaqnozu: on iki barmaq bağırsağın xorası, xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə. Bağırsaqda sorulmanın digər pozğunluqları. Həzm funksiyasının pozulması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0005 saylı qərarı ilə “diaqnoz əlillik əlamətinin təyin edilməməsi” səbəbi ilə İddiaçı barəsində əlillik verilməsindən imtina edilmişdir. İşdə olan 302 saylı, xx.xx.2009-cu il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən, Hərbi Həkim Komissiyası qərara almışdır: “Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiya mərhələsində. Onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı kobud çapıq deformasiyası, həzm funksiyasının mülayim dərəcədə pozulması ilə, (BÇİ-17.5). Xroniki croziyalı qastroduodenit, natamam remissiya mərhələsində. Yoğun bağırsağın disbakteriozu. Dərin dişləm (selikli qişalara toxunmayan). Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır”. İşdə olan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının müayinə vərəqələri, tibbi sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı barəsində K.26.4, K90.8, K79.8 daqnozları ilə xəsətəliklər müəyyən edilmişdir. İşdə olan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 0284003AAPFH saylı TQS 088 göndərişə əsasən, İddiaçı barəsində XBT10 kodu üzrə əsas diaqnoz K 26.4 –onikibarmaq bağırsağın xorası. Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə tez-tez kəskinləşən xroniki xora xəstəliyi, ağırlaşma K90.8; D50.0; yanaşı xəstəliklər N20.0, K86.1, N40, K81.1, N28.1, F45.3, K44.9 qeyd edilmişdir, əsas olaraq “Hərbi xidmət dövrü ilə əlaqədar” göstərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2440/2022 saylı qərardadı ilə məhkəmə tibbi-ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 xx.xx.2023-cü il tarixli, T578/2023 saylı ekspert rəyinə əsasən, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edib göndərilmiş forma 088 göndərişində qeyd edilmiş “Onikibarmaq bağırsağın xorası. Xroniki və ya dəqiqləşdirilməmiş qanaxma ilə, onikibarmaq bağırsa kəskinləşən xroniki xora xəstəliyi” diaqnoz xəstənin anamnestik, kliniki laborator- instrumental müayinələri əsasında qoyulmuş, müal. xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş və buna görə də TSEK- də zamanı əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə müalicə müalicəsini davam etdirməyə) ehtiyacı yoxdur, lakin xəstəliklərin kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib ediib göndərilmiş Forma 088 göndərişi tam doldurulmuşdur. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə Tibbi-Sosial Ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-916/2023 saylı qərardadı ilə iddiaçı xx.xx.1983-cü ildə Lənkəran rayonunda anadan olmuş və Lənkəran rayonu, Lənkəran şəhəri, H.Əliyev pospekti, 3/15 ünvanında qeydiyyatda olan İddiaçı (şəxsiyyət vəsiqəsi seriya AZE********) əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17- 4/2-5829/2024 saylı məktubuna əsasən, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 0284003AAQAT nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-319/2024 saylı qərardadı ilə məhkəmə tibbi-ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 xx.xx.2024-cü il tarixli, T523/2024 saylı ekspert rəyinə əsasən, İddiaçı adına “Lənkəran rayon mərkəzi xəstəxanası” Phş tərəfindən tərtib edilmiş xəstəlik tarixinin çıxarış epikrizindən görünür ki, o, 27.08- xx.xx.2024-cü il tarixlərdə “K26.4 - 12 barmaq bağırsaq yarası, qanaxma, tez-tez residivləşmə, D63.8-xroniki xəstəlik anemiyası, həzm pozğunluğu; K29.1-kataral qastrit, böyrək daşı xəstəliyi (sağ), N20-diafraqma qida borusu yırtığı” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Hazırda müəyyən olunan diaqnoz əvvəlki diaqnozla ümumən eynilik təşkil edir. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş “Onikibarmaq bağırsağın xorası, xroniki və ya dəqiqləşdirilməmiş qanaxma ilə, onikibarmaq bağırsağın tez-tez kəskinləşən xroniki xora xəstəliyi” diaqnoz xəstənin anamnestik, kliniki, laborator - instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş və buna görə də TSEK-də müayinələri zamanı əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən də müalicəsini davam etdirirdi. Vətəndaş İddiaçı barəsində “Lənkəran rayon mərkəzi xəstəxanası” Phş tərəfindən Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş xx.xx.2022-ci il tarixli, 0284003AAQAT saylı göndəriş tam doldurulmuşdur. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, icraat zamanı iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsindən ötrü cavabdehin nümayəndəsinin iştirakı olmadan, iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, İddiaçı adına əlillik vəziyyətinin tibbi- sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş müayinə aktlarında qeyd olunan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.2-ci və 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün “Lənkəran rayon mərkəzi xəstəxanası” PHŞ tərəfindən 0284003AAPFH saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, vəziyyətində yaxşılaşma olmamışdır, xəstənin ümumi vəziyyəti orta ağırlıqdadır. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2010-cu il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eynilik təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlara etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2010-cu il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. Təsadüfi deyildir ki, “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunun 48-ci bəndinə görə “bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən diqqət yetirilməli məqam şəxsin əvvəlki əlilliyinin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz ilə xx.xx.2010-cu il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixli göndərişlər əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnozlar (K26, K29) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-234/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2-1(120)-319/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar