Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-167/2023 27.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(120)-2837/2022 nömrəli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı X2 Şirvan şəhəri, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək X2 Şirvan şəhəri, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 14 dekabr 2022-ci il tarixli, 2-1(120)-2837/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, üçüncü şəxs X2 Şirvan şəhəri, ünvan 4 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan üçüncü şəxs X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, ünvan 4 saylı yaşayış evi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında onun, yəni İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxsin həmin yaşayış evində qeydiyyatda olması formal xarakter daşıyır. O, üçüncü şəxsin ona məxsus yaşayış evindən pasport qeydiyyatından çıxarılması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilərək məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan həmin şəxsin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, X9 ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikah münasibətlərinə girib ailə həyatı qurmuş və gəlin kimi qeydiyyatda olduğu yaşayış evinə (Şirvan şəhəri, ünvan 2 ünvanına) gəlin köçmüşdür. Onların rəsmi nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Ailə nikah münasibətləri X4 təqsiri ucbatından dağılmışdır. O, Şirvan şəhəri, ünvan 2 ünvanında yerləşən qeydiyyatda olduğu yaşayış evinə gəlin köçərkən X9 həmin yaşayış evində qeydiyyatda olmuşdur. Hazırkı iş üzrə İddiaçı Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyətinə keçirərkən o, həmin yaşayış evində qeydiyyatda olmuşdur. O, nikah münasibətlərinə girərkən həmin dövrün qanunvericiliyinə əsasən ailə üzvü hesab edilirdi. İşdən görünür ki, İddiaçı iddia tələbini tam əsaslandırmamışdır. Prosessual məsələlər İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, üçüncü şəxs X3 onun qardaşı Feyzullanın keçmiş arvadı olmuşdur. Üçüncü şəxs X3 2006-cı ildə qardaşı Feyzulla ilə evlənmiş, 2006-cı ilin aprel ayında onların toyu olmuş, üçüncü şəxs X1 şəhəri, Heydər Əliyev prospekti 26A/24 saylı ünvanda yerləşən başqa bir yaşayış evinə gəlin köçmüş və 2006-cı ilin dekabr ayında həmin evə qeydiyyata düşmüşdür. Qardaşı Feyzulla və üçüncü şəxs X3 2012-ci ilə qədər həmin evdə yaşamışdırlar. 2012-ci ildə qardaşı Feyzulla sahibkarlıqla məşğul olmaq üçün pula ehtiyacı olduğundan həmin evi satmış və bir müddət arvadı ilə birlikdə kirayə mənzildə qalmışdırlar. O, mübahisəli yaşayış evini 2011-ci ildə tikib qurtarmış və xx.xx.2011-ci il tarixdə həmin yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin bağ evinin yerləşdiyi torpaq sahəsini isə 1992-ci ildə əldə etmişdir. Qardaşı Feyzulla və onun arvadı üçüncü şəxs X3 2012-ci ilin yay aylarında mübahisəli yaşayış evinə köçmüşdürlər. Onun özünün (yəni iddiaçının) dövlət tərəfindən ona verilmiş başqa evi də var. Üçüncü şəxs X3 2018-ci ilin sentyabr ayında mübahisəli yaşayış evini tərk etmişdir. Üçüncü şəxs X3 ilə qardaşı Feyzullanın nikahları Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Üçüncü şəxs X3 hazırda Hacıqabul şəhəri 10 saylı məktəbin direktoru vəzifəsində işləyir və Hacıqabul şəhərində yaşayır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən Cavabdeh nümayəndəsinin və üçüncü şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Qazı Məmməd şəhərində doğulmuş, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 19, mənzil 55-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan İddiaçı ünvanlanmış Əli Bayramlı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 87 nömrəli sərəncamının surətindən görünür ki, “Telemexanika” İstehsalat Birliyinin 150 nəfər işçisinin növbədə olduğunu nəzərə alaraq şimal sənaye zonasında “Sənayemənzil tikinti” trestinin şimalında bağçılıq, bostançılıq məqsədilə 09 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşdə olan Əli Bayramlı Şəhər “Telemexanika” İstehsalat Birliyinin xx.xx.1992-ci il tarixli, 5 nömrəli protokolundan çıxarışın surətində qeyd edilmişdir ki, Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 87 nömrəli qərarı ilə və “Telemexanika” İstehsalat Birliyinin xx.xx.1992-ci il tarixli, 5 nömrəli protokolu əsasında bağçılıqbostançılıq məqsədilə 350 m2 torpaq sahəsinin İddiaçı verilməsi qərara alınmışdır. İşdə olan Şirvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli bağ evi tikintisinə dair icazənin surətindən görünür ki, Əli Bayramlı Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 29 nömrəli qərarı, Cihazlar zavodunun xx.xx.1986-cı il tarixli, 8 nömrəli protokoluna müvafiq olaraq Şirvan şəhərində, Naxçıvan küçəsində Şirvan Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən İddiaçı bağ evi tikintisinə icazə verilmişdir. İşdə olan Şirvan Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli aktın surətində qeyd edilmişdir ki, Əli Bayramlı Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 29 nömrəli qərarı, Cihazlar zavodunun 06 iyun 1986-cı il tarixli, 8 nömrəli protokoluna müvafiq olaraq İddiaçı tərəfindən Şirvan şəhərində, Naxçıvan küçəsində 350 m2 torpaq sahəsində tikinti aparılması barədə akt tərtib olunmuşdur. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA ******* nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, ünvan 4 ünvanında yerləşən 0,0311 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 120,6 m2 olan bağ evinə İddiaçı tam pay üzrə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan Cavabdeh tərəfindən “Femida” Vəkil Bürosunun direktoru Pənah Məmmədova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 305-437-1222 nömrəli məktubda qeyd edilmişdir ki, X3 xx.xx.2006-cı il tarixdə H.Əliyev küçəsi, ev 26 A, mənzil 24-ünvanına, xx.xx.2012-ci il tarixdə ünvan 6 olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 305-12903S-3122 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, X2 Şirvan şəhəri, ünvan 4 nömrəli evdən qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. İşdə olan Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 837 nömrəli məktubda qeyd edilmişdir ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan məlumata əsasən X1 şəhəri, ünvan 4 nömrəli evdə yaşamır. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(032)-55/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdeh X7 qarşı gəlin köçdüyü Şirvan şəhəri, ünvan 1-ə köçürülməklə istifadə hüququnun verilməsi və bir mətbəxdən, ümumi birgə istifadədə olan evin girişindən, sanitar qovşağından istifadə etməsi qaydalarının müəyyən edilməsi hissəsində iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(106)- 1599/2022 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı X2 Şirvan Şəhər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(032)-55/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinasının qəbul edilməsi, iddiaçı X2 Şirvan Şəhər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(032)-55/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşdə olan Şirvan Şəhər Məhkəməsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1-1873/2023 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı Salmanova Samirə Pirverdi qızının cavabdeh X7 qarşı nikahın pozulması və aliment barədə iddia tələbinə dair iddia ərizəsi Şirvan Şəhər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(032)-96/2019 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(106)-303/2020 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(102)-340/2021 nömrəli qərarı ilə iddiaçı Salmanova Samirə Pirverdi qızının kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı Salmanova Samirə Pirverdi qızının cavabdeh X7 və X5 qarşı cehiz əmlakı, birgə nikah dövründə əldə olunan əmlakın bölünməsi barədə iddia tələbinə dair iddia ərizəsi Şirvan Şəhər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(032)-55/2022 nömrəli qətnaməsi ilə təmin edilməmiş, iddiaçı Salmanova Samirə Pirverdi qızının Şirvan Şəhər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(032)- 55/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(106)-1599/2022 nömrəli qərardadı ilə icraata xitam verilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin faktiki hallarından görünür ki, mübahisəli Şirvan şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. İddiaçının xx.xx.2011-ci il tarixdə həmin fərdi yaşayış evinə tam pay üzrə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin tarixə qədər isə iddiaçının həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olmuşdur. Belə ki, Əli Bayramlı Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 29 nömrəli qərarı, Cihazlar zavodunun 06 iyun 1986-cı il tarixli, 8 nömrəli protokoluna müvafiq olaraq Şirvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli bağ evinin tikintisinə dair icazənin surətindən görünür ki, Şirvan şəhərində, Naxçıvan küçəsində Şirvan Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən İddiaçı bağ evi tikintisinə icazə verilmişdir. Həmçinin işin faktiki hallarından görünür ki, üçüncü şəxs X3 iddiaçının qardaşı X9 ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, 2012-ci ilin yay aylarında mübahisəli yaşayış evinə köçmüş, 2018-ci ilin sentyabr ayında mübahisəli yaşayış evini tərk etmiş və xx.xx.2019-cu il tarixdə onların nikahı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə pozulmuşdur. İddiaçı üçüncü şəxs X2 faktiki olaraq həmin evdə yaşamadığını, onun həmin evdə qeydiyyatının formal xarakter daşıdığını əsas gətirərək hazırkı iddianı qaldırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin dairəsi müəyyən edilmişdir. Üçüncü şəxs X3 (iddiaçının qardaşı arvadı) İddiaçı ailə üzvü olmamışdır. Həmçinin üçüncü şəxs X3 İddiaçı digər qohumu da hesab edilə bilməz. Bu səbəbdən üçüncü şəxsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində qeyd edilən keçmiş ailə üzvü hesab etmək olmaz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Həmin maddəyə əsasən qanunverici ailə üzvü və ya keçmiş ailə üzvü olmasa belə, şəxsin yaşayış sahəsindən istifadə etmək imkanını mülkiyyətçi ilə həmin şəxs arasında razılaşmanın olması ilə şərtləndirmişdir. Belə razılaşma da, mülki qanunvericiliyə əsasən yazılı şəkildə bağlanmalı, notariat qaydasında təsdiq edilməli və həmin razılaşma ilə verilən istifadə hüququ da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Sözügedən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı ilə aralarında belə razılaşmanın olmasına dair də üçüncü şəxs X3 tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin aparılmış məhkəmə araşdırması nəticəsində üçüncü şəxsin sözügedən fərdi yaşayış evinə istifadə və ya digər əmlak hüququ müəyyən edilməmişdir. Həmçinin Şirvan Şəhər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(032)-55/2022 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X7 qarşı gəlin köçdüyü Şirvan şəhəri, ünvan 1ə köçürülməklə istifadə hüququnun verilməsi və bir mətbəxdən, ümumi birgə istifadədə olan evin girişindən, sanitar qovşağından istifadə etməsi qaydalarının müəyyən edilməsi hissəsində iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı X3 həmin qətnamədən verilmiş apellyasiya şikayətindən imtina etmiş və Şirvan Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(106)-1599/2022 nömrəli qərardadı ilə iddiaçı X2 apellyasiya şikayətindən imtinasının qəbul edilərək apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin sözügedən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata düşmüş olması onun uçota alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq məqsədi daşıyan bir vasitədir və heç bir halda onun sözügedən fərdi yaşayış evindən istifadə hüququnun olması anlamına gəlmir. Beləliklə, sözügedən fərdi yaşayış evinin mülkiyyətçisi kimi iddiaçı üçüncü şəxsin sözügedən fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(120)-2837/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-167/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-167/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver