Məhkəmə qərarları › İş №2-1(106)-167/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-167/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-167/2024 04.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, iddiaçının və onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2306/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı şəhid statusunun bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X8 şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 23 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-2306/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci insyansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum qardaşının xx.xx.N92-ci il tarixdə həlak olması və xx.xx.N92-ci il tarixdə dəfn olunması barədə məlumatlar olsa da, sonuncunun hansı şəraitdə və hansı səbəbdən həlak olması barədə məlumatlar mövcud deyil. İddiaçının qardaşının N nömrəli hərbi hissəyə qəbul edilməsi və onun xx.xx.N92-ci il tarixdə həlak olması işin mübahisəsiz halı olsa da, məhkəmə araşdrıması zamanı onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması barədə sübutları əldə etmək mümkün olmamışdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, qardaşı X2 Qarabağ müharibəsində İmişli rayonu vətəndaşlarından təşkil edilmiş “Küdrü Qartalları” adı altında Beyləqan korpusunun N saylı hərbi hissəsində xidmət etmiş, N sentyabr N92-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə idarə etdiyi “QAZ-66” markalı avtomobilin minamyotla vurulması nəticəsində kürəyindən yaralanmış, qardaşı Fazil Əliyev əvvəlcə yaralılarla birlikdə Ağcabədi rayonu ərazisində yerləşən Sarıcalı hərbi hospitalına yola salınmış, oradan da Bakı şəhərində yerləşən Hərbi Hospitala göndərilmiş, lakin aldığı xəsarətlərdən 03 sentyabr N92-ci il tarixdə Bakı şəhərində yerləşən Hərbi Hospitalda vəfat etmiş, onun ölümünə səbəb isə “ağciyərin arxa divarının parçalanması, aortanın və yemək borusunun zədələnməsi nəticəsində kəskin qan itirmə” olmuşdur. Qeyd olunanlardan da görünür ki, X13 qəlpə yarası almış, aldığı həmin qəlpə yaralanmaları nəticəsində ölmüşdür. Lakin ona və digər ailə üzvlərinə verilmiş cavablardan görünür ki, həmin ölüm səbəbini xəstəliklə əlaqələndirsələr də, ölümün baş vermə səbəbi dəqiq göstərilməmişdir. Hüquqi xidmətlə bağlı olaraq qardaşı X8 nə vaxt Hərbi Hospitala daxil olması və ölümünün səbəbi barədə Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına müraciət edilmişdir. Həmin sorğuya əsasən verilmiş N yanvar 2023-cü il tarixli 262 saylı arayışdan görünür ki, N saylı hərbi hissənin sabiq əsgəri X13 həqiqətən xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Müdafıə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuş, vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik X10 Arxivinin rəisinin və Tibb İdarəsi rəisinin müavini-Baş Klinik Hospitalın rəisi vəzifəsini icra edənin həmin arayışlarından da görünür ki, xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Müdafiə Naziıiiyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olması və vəfat etməsi göstərilmişdir. Lakin həmin arayışlarda qeyd olunan tarixlərdə sabiq əsgər X8 hansı xəstəlikdən stasionar müayinə və müalicədə olması və ya onun odlu silahdan, o cümlədən idarə etdiyi avtomaşının minamyotla vurulması nəticəsində aldığı xəsarətlə əlaqədar müalicədə və müayinədə olub-olmaması göstərilməmişdir. Halbuki, ölümün qeydə alınması ilə bağlı tərtib edilmiş aktda X8 “ağciyərin arxa divarınm parçalanması, aortanın və yemək borusunun zədələnməsi nəticəsində kəskin qan itirmədən” xx.xx.N92-ci il tarixdə Bakı şəhərində ölməsi birmənalı olaraq təsdiq edilmişdir. Bu baxımdan N saylı hərbi hissənin sabiq əsgəri X8 həqiqətən xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Müdafıə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olması və vəfat etməsinin səbəbinin göstərilməməsi onun hərbi xidmət zamanı aldığı odlu silah yaralanmasının qeyd edilməməsinin ört-basdır edilməsinin bariz nümunəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıə Nazirliyinin İmişli rayon Əhalinin Sosial müdafıəsi idarəsi tərəfindən verilmiş 002451 nömrəli vəsiqənin surətindən də görünür ki, Fazil Əliyevin atası X14 “şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ olmuşdur. Bakı “Göytürk” mətbəəsində N95-ci il tarixdə dərc olunmuş Yusif Cəfərlinin müəllifı olduğu “İmişlinin şəhid oğulları” kitabının 54-cü səhifəsində X8 İ Qarabağ müharibəsində keçdiyi döyüş yolu barədə məlumat verilməklə onun Füzuli rayonu ərazisində gedən döyüşlərdə göstərdiyi döyüş yolundan və həmin döyüşlərdə yaralanaraq şəhid olmasından bəhs edilmişdir. Lakin sonradan ona məlum olmayan səbəbdən əsassız olaraq şəhid adı verilməsindən imtina edilmiş, qardaşı X8 guya “ağciyərin arxa divarının parçalanması, aortanın və yemək borusunun zədələnməsi nəticəsində kəskin qan itirmədən” vəfat etməsi barədə Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Baş Klinik Hospitalının müəmmalı arayışına, yəni müayinə və müalicədə olması, vəfat etməsinin səbəbinin göstərilməməsinə istinad edilmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı iddianı qəbul etmiş və təmin olunmasına etiraz etməmiş, apellyasiya icraatı zamanı isə cavabdeh xx.xx.2024-cü il tarixli məktubla X8 xəstəliklə əlaqədar vəfat etdiyinə görə ona şəhid adı barədə arayışın verilməsinin mümkün hesab edilmədiyini bildirmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Şikayətdə həmçinin bilridilir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, işin faktiki halına uyğun olmayan qərar qəbul etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə qərar çıxarılmalıdır. Prosessual məsələlər İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etdilər, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasının xahiş etdi. Cavabdehin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirinin katibliyinin xx.xx.2023-cü il tarixli, 4/2- 438 nömrəli məktubunda bildirilir ki, İmişli RHK-dan çağırılmış, xx.xx.N72-ci il təvəllüdlü X13 N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 16 №-li əmrilə (əsas: səh-10, sıra-56) xx.xx.N92-ci il tarixdən N №-li hərbi hissənin minaatan batareyasının şəxsi heyətinin siyahısına daxil edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 23 №-li əmrilə (əsas: §-1, səh-29) xx.xx.N92-ci il tarixdən minaatan batareyanın şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 46 №-li əmrilə (əsas: səh-40, sıra-105) döyüş tapşırıqlarını yerinə yetirmək üçün göndərilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 71 №-li əmrilə (əsas: səh 153, § 3, sıra 39) xx.xx.N92-xx.xx.N92-ci il tarixlərində Füzuli döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirib qayıtmış hesab edilmişdir. N №li hərbi hissədən daxil olmuş N №-li hərbi hissənin “Qayıtmaz itginlərin, itgin düşmüşlərinin və yaralananların adbaad siyahıları” qovluğunda (əsas: xx.xx.N93- xx.xx.N93, səh-54, sıra-39, məlumatda atasının adı “Məhəmməd” yazılmışdır) qeyd olunmuş “N №-li hərbi hissənin N92-ci il tarixli Qayıtmaz itginlərinin siyahısında” X4 xx.xx.N92-ci il tarixdə xəstəlikdən vəfat etməsi barədə məlumat vardır. Təşkilat Səfərbərlik İdarəsindən daxil olmuş “Döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətinin siyahısı” qovluğunda (əsas: N94, səh-91, sıra-526) X8 xx.xx.N92-ci il tarixdə hospitalda xəstəlikdən sonra vəfat etməsi və xx.xx.N92-ci il tarixdə İmişli rayonunda dəfn olnması barədə məlumat vardır. N №-li və N №-li hərbi hissə komandirlərinin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində X8 hospitala göndərilməsi və vəfat etməsi barədə məlumat aşkar olunmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli 262 nömrəli arayışına əsasən N №-li hərbi hissənin sabiq əsgəri X13 xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuş, vəfat etmiş, diaqnoz: profuz mədə-bağırsaq qanaxması, posthemorragik şok İİ b mərhələsi kimi qeyd olunmuşdur. -Azərbaycan Respııblikası Müdafıə Nazirliyinin Baş Klinik X10 Arxivinin rəisinin və Tibb İdarəsinin xx.xx.2023-cü il tarixli, 427 saylı əlavə arayışında bildirilir ki, sabiq əsgər X13 barəsində əvvəl verilmiş arayışda mexaniki səhvə yol verilmiş, onun vəfat etmə tarixi xx.xx.N92-ci il tarixi göstərilmək əvəzinə xx.xx.N92-ci il kimi qeyd olunmuşdur. -Azərbaycan Respııblikası Müdafıə Nazirliyi Mərkəzi Arxivinin İmişli RHK-na ünvanladığı 28 avqust 2007-ci il tarixli, 26/2-8032 nömrəli məktubda bildirilir ki, N saylı hərbi hissənin şəxsi heyətinin qayıtmaz itkinlərin, itkin düşənlərin və yaralıların adbaad siyahılarında İmişli RHK-nın çağırışçısı, sürücü, N72-ci il təvəllüdlü X4 xəstəliklə əlaqədar 03 sentyabr N92-ci ildə vəfat etməsi barədə məlumat qeyd edilmişdir (fond-16.siyahı-3, sax.vh-29, sıra-39). N saylı hərbi hissə komandirinin sentyabr N92-ci il tarixə aid olan əmrində X4 vəfat etməsi və yaxud şəhid olması barədə məlumat yoxdur. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-30/2-309/2023 nömrəli məktubunda bildirilmişdir ki, Müdafıə Nazirliyi Mərkəzi Arxivinin 28 avqust 2007-ci il tarixli, 26/2-8032 nömrəli məktubuna əsasən N saylı hərbi hissənin sabiq əsgəri X8 xəstəliklə əlaqədar 03 sentyabr N92-ci ildə vəfat etməsi səbəbindən mövcud qanunvericiliyə əsasən ona şəhid adının verilməsi və ya bərpa edilməsi mümkün deyildir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu İmişli rayon şöbəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktubda İmişli rayonu, Qaragüvəndikli kəndində yaşamış X9 şəhid ailələrinə verilən 100 manat Prezident təqaüdünü 01 iyun 2007-ci ilə kimi alması qeyd edilmişdir. Məhkəmə kollegiyasının sorğularına cavab olaraq: -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli məktublarında bildirilir ki, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazalarında, Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialından əldə olunan məlumata görə X11 şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi ilə bağlı hər-hansı məlumatın aşkar edilmədiyi; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş siyahıda X4 adının aşkar edilmədiyi bildirilir. -X8 atası X11 pensiya təyinatı üzrə sənədlər toplusu əldə edilərək, müəyyən edilmişdir ki, ona şəhid ailəsi kimi hər-hansı müavinət ödənilməmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, X11 şəhid ailəsi statusunun verilməsi barədə hər-hansı məlumat mövcud deyildir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, Xidmətin İmişli rayon şöbəsində mövcud olan uçot sənədlərinə əsasən bildirilir ki, keçmiş İmişli rayon Hərbi komissarlığı tərəfindən X8 şəhid hesab olunması ilə bağlı İmişli rayon Sosial Təminat şöbəsinə ünvanlanmış qoşmada qeyd olunan “Arayış”-ın hüquqi baxımdan verilməsinə əsas ola biləcək arxivuçot sənədi və həmin dövrdə şəhid statusunun verilməsinə əsas ola bilən müvafiq arayış nümunəsi Xidmətin İmişli rayon şöbəsində mövcud deyil. Keçmiş İmişli RHK tərəfindən xx.xx.2007-ci il tarixdə 4/538 nömrəli sənədlə Müdafiə Nazirliyinin Mərkəzi arxivinə sorğu edilmiş, xx.xx.2007-ci il tarixdə daxil olan Mərkəzi Arxivinin xx.xx.2007-ci il tarixli 26/2-8032 nömrəli sənədində X4 xəstəliklə əlaqədar xx.xx.N92-ci il vəfat etməsi qeyd edildiyindən mövcud qanunvericiliyin tələblərinə əsasən ona şəhid adı barədə arayış verilməsi mümkün hesab edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu İmişli rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə mərhum F.İddiaçı atası X9 xx.xx.2007-ci il tarixədək şəhid ailələri üçün nəzərdə tutulan 100 (yüz) manat məbləğində təqaüdün ödənildiyi qeyd olnan sənəd mövcuddur, lakin SHXÇDX- nin İmişli rayon şöbəsində qeyd olunan təqaüdün ödənilməsi və yaxud dayandırılması ilə bağlı heç bir uçot sənədi mövcud deyil. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, mövcud qanunvericiliklə şəhid hesab edilən şəxslərin dəqiq kateqoriyası müəyyən edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N94-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na görə bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin Qaydaların:- 1.1.bəndinə görə Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. N90-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr N88-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında N88-ci ildən N90-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1. bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının N94-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İş materiallarından göründüyü kimi mərhum X4 şəhid, ailə üzvlərinin isə şahid ailəsi hesab edilməsi barədə hər-hansı sübut mövcud deyil. Dövlət Sosial Müdafiə Fondu İmişli rayon şöbəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli arayışda F.Əliyevin atası X9 şəhid ailələrinə verilən 100 manat Prezident təqaüdünü 01 iyun 2007-ci ilə kimi alması qeyd edilsə də, bu hal Dövlət Sosial Müdafiə Fondunun və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumunun yuxarıda qeyd olunan məktubları ilə təkzib edilmişdir. Həmçinin iş materiallarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıə Nazirliyinin İmişli rayon Əhalinin Sosial müdafıəsi idarəsi tərəfindən Fazil Əliyevin atası X9 adına verilmiş 002451 nömrəli vəsiqənin surəti əlavə edilsə də, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Fond tərəfindən bildirilmişdir ki, X11 şəhid ailəsi statusunun verilməsi barədə hər-hansı məlumat mövcud deyildir. Bu baxımdan məhkəmə kollegiyası həmin sənədi (surəti) mötəbər hesab etmir. Qeyd olunanlara əsasən mərhum X6 əvvəllər şəhid statusu verilmədiyindən, mövcud olmamış statusun bərpası ilə bağlı da hüquqi əsas yoxdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2306/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar