Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-169/2025 18.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********175000 saylı, xx.xx.2024-cü il tarixli, **********590400 saylı, xx.xx.2024-cü il tarixli, **********456900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması haqqında qərarların ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2173/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2023-cü il tarixli, **********695900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərarlarının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini elan edərək iddia tələbinin dəyişdirilərək “xx.xx.2023-cü il tarixli, **********695900 saylı və xx.xx.2023-cü il tarixli, **********175000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarların ləğv edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl İddiaçı ilə əvəz edilmiş, iddia tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********175000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "Elite Group of Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xx.xx.2024-cü il tarixli **********456900 saylı və xx.xx.2023-cü il tarixli **********175000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-3136/2024 nömrəli və 2-1(120)-2173/2024 nömrəli inzibati işlər 2-1(120)-2173/2024 nömrəli iş üzrə bir icraatda birləşdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müəssisə mal alışı və satışı ilə əlaqədar olaraq qanunvericiliklə nəzərədə tutulmuş qaydada, qanunvericilik aktlarının tələblərinə uyğun şəkildə müqavilə bağlayan zaman müvafiq araşdırmalar aparmış və məktubda qeyd edilmiş firmalar və ya mal satan təşkilatların heç birinin hər hansı riskli vergi ödəyicisi və ya riskli əməliyyat aparıldığı aşkar edilmədiyi üçün həmin şəxslərlə (müəssisələrlə) müqavilə bağlayaraq əməkdaşlıq etməyə və mal alışının həyata keçirilməsinə başlamışdır. 2023-cü il üzrə əməliyyatların aparıldığı vaxt risklilik barədə vergi orqanının müvafiq sistemində araşdırmalar aparılmış və riskli vergi ödəyici olması barədə hər hansı məlumat aşkar edilməmiş və bu barədə hər hansı qərar olmamışdır. Bu səbəbdən də riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın geri tarixə şamil edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Həmçinin vergi orqanı tərəfindən qeyd edilən risklilik halları ilə bağlı müəssisənin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023cü il tarixli, **********958900 saylı qərar Şirvan İnzibati Məhkəməsinə müraciət edilərək mübahisələndirilmiş və hazırda 2-1(120)- 2174/2024 saylı iş üzrə məhkəmə mübahisəsi davam etməkdədir. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi yuxarıda qeyd olunan qərarlar Azərbaycan Respublikasının "İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Azərbaycan Respublikasının "İnzibati İcraat haqqında” Qanununun 20-ci maddəsinə əsasən inzibati orqana müraciət etmək hüququndan istifadə edərək, hüquq və qanuni maraqlarımıza bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququmuzun olduğunu bildirmişik. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətimizə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borclu idi. Yəni vergi orqanı tərəfindən qeyd olunan hüquqlarımız kobud şəkildə pozulmuşdur. Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən : 3.8-ci maddəsinə əsasən Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 15.1.1 -ci maddəsinə əsasən vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrə qüvvədə olan vergilər və onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ hüquqi aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri haqqında əvəzsiz olaraq yazılı məlumat almaq vergi ödəyicisinin hüququdur. 15.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq vergi ödəyicisinin hüququdur. 15.1.7-ci maddəsinə əsasən vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüququdur. 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək vergi ödəyicisinin hüququdur. 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 15.1.12-ci maddəsinə əsasən vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək vergi ödəyicisinin hüququdur. 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki, Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması (xx.xx.2023-cü il tarixindən qüvvəyə minmişdir, bu tarixdən əvvəl kameral münasibət bildirmə müddətləri 30 iş günü olmuşdur) 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1cimaddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 72. Vergi hesabatının təıtib edilməsi və verilməsi qaydası 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. 72.3. Vergi hesabatını vergi ödəyicisi, yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi imzalamalıdır. 72.4. Qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinin vergi hesabatının tərtib edilməsində müstəqil auditor iştirak edirsə o, vergi hesabatını imzalamalı, möhür vurmalı və öz vergi ödəyicisinin eyniləşdirmə nömrəsini göstərməlidir. Hesabatı bir nəfərdən çox tərtibatçı hazırlayırsa, onu ancaq baş tərtibatçı imzalayır. 72.4-1. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 72.6. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. 83.5. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi müəyyən edildiyi halda, verginin ödənilməsinə dair öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib edilməsi bu cür verginin hesablanması və onun ödənilməsinə dair bildirişdir. 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. 83.8. Vergi ödəyicisinin bu Məcəllənin 83.7-ci maddəsinə uyğun olaraq verginin hesablanması barəsində vergi orqanının qərarından aşağıdakıları əsas tutaraq məhkəməyə müraciət etmək hüququ vardır: 83.8.1. vergi məbləğinin ödənilməli olan miqdarından çox olduğunu; 83.8.2. verginin vaxtından əvvəl hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığını. Maddə 84. Verginin hesablanması haqqında bildiriş. Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi. 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 94.0. Verginin hesablandığının səhv olduğu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu — vergi orqanının üzərinə düşür. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 71.1 -ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vennək hüququna malikdirlər. Həmin Qanunun 72.1 -ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Həmin Qanunun 89.1 -ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Həmin Məcəllənin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2024-cü il tarixli **********456900 saylı və xx.xx.2023-cü il tarixli **********175000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı “X4” MMC (VÖEN **********) cavabdeh 8 saylı Ərazi Vergilər idarəsinə qarşı Azərbaycan Respublikası Şirvan inzibati Məhkəməsində iddia qaldıraraq xx.xx.2023-cü il tarixli **********695900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********590400 nömrəli, xx.xx.2023-cü il tarixli **********175000 nömrəli və xx.xx.2024-cü il tarixli **********456900 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2173/2024 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2019-cu il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “qeyri-yaşayış binalarının o cümlədən: zavod, sex, xəstəxana, məktəb, ofislər, restoran, mağaza, kommersiya mərkəzləri, idman zalları, dayanacaqlar, anbarlar və sairin tikintisi”ndən ibarət olduğu, Bakı şəhəri, Nərimanov rayonu, 2095-2096-cı məhəllə, Dərnəgül şossesində yerləşən xx.xx.2020-cu il tarixdə vergi uçotuna alınmış əsas sahəsi 80 m2 olan (obyekt kodu: **********-15002) “Taxta satışı və anbarı” adlı təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli **********175000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi haqqında tələbi ilə əlaqədar olaraq bildiririk ki, vergi ödəyicisi tərəfindən 2022-ci il üçün hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən gəlir), 201 -ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir), 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) və 203-cü (Əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 12664112,27 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (306375,93 manat), tərəfinizdən ixrac edilmiş (0,00 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (13186793,99 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 13493169,92 manat məbləğdən 829057,65 manat az əks etdirilmişdir, ki, bu hal vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Həmçinin 2022-ci il üçün hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (12568958,75 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0,00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (10801096,15 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0,00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1 -ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0,00 manat) cəmi məbləğindən (10801096,15 manat) bəyannamənin 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş malmaterial qalığının məbləğinin (0,00 manat) çıxılması nəticəsində yaranan (10801096,15 manat) məbləğin müqayisəsi nəticəsində 1767862,60 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər bəyan edildiyi müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalarla əlaqədar olaraq vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********057100 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna cavab olaraq əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə 2022-ci il üzrə 537372,51 manat mənfəət vergisi məbləği hesablanmış və xx.xx.2023-cü il tarixli **********175000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin "Hesabat dövrünün gəlirləri” hissəsində 306604,76 manat pərakəndə satışdan gəlir, 12357507,51 manat topdan satışdan gəlir, 670630,03 manat vergi uçotunun dəyişdirilməsi nəticəsində yaranan keçmiş illərin gəlir olmaqla ümumilikdə 13334742,30 manat gəlir, "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində isə 98476,53 manat əmək haqqı xərci, 18973,40 manat sosial sığorta haqları xərci, 9959920,69 manat malın dəyərinə çəkilmiş xərclər, 361655,79 manat icarə haqqı xərci, 599545,05 manat yanacaq xərci, 20600,02 manat bank xərci, 1350697,98 manat bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, 9967,69 manat amortizasiya xərcləri, 1969,51 manat sığorta üzrə xərclər, 658795,03 manat digər xərclər, 670630,03 manat uçot metodun dəyişməsi nəticəsində yaranan keçmiş illərin xərci və 861,48 manat gəlirdən çıxılan vergilər və yığımlar olmaqla ümumilikdə 13081463,17 manat xərc, bəyannamənin 1 N-li Əlavəsinin 1.3.2-ci (Mallar) sətrində ilin əvvəlinə mal qalığının olmadığı, 2022-ci il ərzində əldə edilmiş 9959920,69 manat dəyərində malların "dövr ərzində daxil olmuşdur" sütununda göstərildiyi, il ərzində 9959920,69 manat məbləğində malların təqdim edildiyi və ilin sonunda heç bir mal qalığı olmadığı göstərilərək 50655,83 manat mənfəət vergisi bəyan edildiyi müəyyən edilmişdir. Vergi orqanının uçotbaza məlumatlarına əsasən aparılan araşdırma zamanı Cəmiyyətin 2021 -ci ilin sonuna mal qalığı olmadığı, 2022-ci il ərzində elektron qaimə faktura ilə 8727427,09 manat məbləğində mallar (Taxta, kafel-metlax, çilçıraqlar, santexnika malları və s.) əldə edildiyi, 2022- ci il ərzində elektron qaimə faktura ilə (geri qaytarma qaiməsi nəzərə alınmaqla) 13186794,01 manat (ƏDV-si 2373622,92), nəzarət kassa aparatı ilə 306378,44 manat (ƏDV-si 55148,11) olmaqla ümumilikdə 13493172,45 manat ƏDV-yə cəlb olunan satış həyata keçirildiyi müəyyən edilmişdir. Bundan əlavə, vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində təqdim edilmiş ƏDV bəyannamələrində "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV-siz)” sütununda ********.26 manat dövriyyə bəyan edildiyi, 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində bəyan edilmiş dövriyyə məbləği ilə fərq yarandığı üçün xx.xx.2023-cü il tarixdə 2022-ci ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi təqdim edilərək "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV-siz)” sütununda bəyan edilmiş dövriyyə məbləğinin əsassız olaraq 926999,61 manat azaldılaraq 4991048,45 manat göstərildiyi müəyyən edilmişdir. Araşdırma zamanı 2022-ci ilin oktyabr ayı ərzində 5893,22 manat (ƏDV-siz) məbləğində nəzarət kassa aparatı vasitəsilə və 5912154,85 manat (ƏDV-siz) məbləğində elektron qaimə-faktura təqdim etməklə ümumilikdə 5918048,07 manat məbləğində mal təqdim edilməsi həyata keçirildiyindən və vergi ödəyicisi tərəfindən 2022-ci ilin oktyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində dövriyyə məbləği heç bir əsas olmadan azaldıldığından xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 5918048,07 manat dövriyyə məbləği bərpa edilmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə səyyar vergi yoxlaması nəticəsində 2022-ci ilin yanvar-iyul ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrində dövriyyə məbləğləri dəqiqləşdirilmiş və nəticədə Cəmiyyətin 2022-ci ilin ƏDV bəyannamələri üzrə illik dövriyyəsi 13583112,26 manat müəyyən edilmişdir. Eyni zamanda uçot-baza məlumatlarına əsasən Cəmiyyətin 2022-ci ilin əvvəlinə və sonuna mal qalığının olmadığı, 2022-ci il ərzində malların və xidmətlərin alışı ilə bağlı 10801096,35 manat (ƏDV-siz) elektron qaimə-faktura əldə edildiyi halda 2022-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində 9959920,69 manat malın dəyərinə çəkilmiş xərc, 599545,05 manat yanacaq xərci, 1350697,98 manat bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, 658795,03 manat digər xərclər olmaqla ümumilikdə 12568958,75 manat xərc məbləği göstərilmişdir ki, nəticədə 1767862,40 manat məbləğində artıq xərc göstərildiyi və qeyd olunan məbləğin vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər və digər xərclər sətrlərində bəyan edilmiş xərclərdən azaldıldığı müəyyən edilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən xərclər bölməsində malın dəyəri olaraq 9959920,69 manat göstərilməsinə baxmayaraq elektron qaimə-faktura əsasında 8727427,09 manat məbləğində mal alındığı, yanacaq xərci olaraq 599545,05 manat bəyan olunmasına baxmayaraq elektron qaimə-faktura ilə 560656,04 manat (9977,63 manat yol vergisi daxil) yanacaq əldə olunduğu, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərc olaraq 1350697,98 manat bəyan edilməsinə baxmayaraq 1056142,45 manat məbləğində elektron qaimə-faktura (rezin şinlər, mühərrik və sürtkü yağı, noutbook və telefon və s. xərcləri) əldə edildiyi, sığorta xərci olaraq 1969,51 manat bəyan edilməsinə baxmayaraq 754,55 manat məbləğində elektron qaimə-faktura əldə edildiyi və digər xərc olaraq 658795,03 manat bəyan edildiyi halda 125503,22 manat məbləğində elektron qaimə-faktura (kompüter xidməti və avadanlıqlar, vebsayt və reklam hazırlanması, auditor xidməti, mühasibatlıq xidməti və s.) əldə edildiyi müəyyən edilmişdir. Bundan əlavə, Cəmiyyət tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) elektron qaimə-faktura əsasında dəyəri 100003,0 manat (ƏDV-si 18000,54 manat) olan Audi Q7 markalı minik avtomobili alındığı, lakin 2022-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 N-li Əlavəsində əsas vəsait olaraq mədaxil olunub amortizasiya normasında xərcdən çıxılmalı olduğu halda birbaşa gəlirdən çıxılan xərclərə aid edildiyi müəyyən edilmişdir. Beləliklə, Cəmiyyətin 2022-ci il üzrə illik dövriyyəsinin təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 13583112,26 manat olduğunu, 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsindəki dövriyyə məbləği ilə fərqi aradan qaldırmaq üçün 2022-ci ilin oktyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə dəqiqləşmə verilərək dövriyyə məbləğinin əsassız olaraq azaldıldığını, 2022-ci il ərzində malların və xidmətlərin alışı ilə bağlı 10801096,35 manat (ƏDV-siz) elektron qaimə-faktura əldə edildiyi halda 2022-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində 12568958,75 manat xərc məbləği göstərilməsi nəticəsində 1767862,40 manat məbləğində artıq xərc göstərildiyini və qeyd olunan məbləğin vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər və digər xərclər sətrlərində bəyan edilmiş xərclərdən azaldıldığını, "DREAM AUTO” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) elektron qaimə-faktura əsasında alınmış minik avtomobilinin, 2022-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 N-li Əlavəsində əsas vəsait olaraq mədaxil olunub amortizasiya normasında xərcdən çıxılmalı olduğu halda birbaşa gəlirdən çıxılan xərclərə aid edildiyini və qeyd olunan elektron qaimə-fakturanın vergi orqanı tərəfindən hesablama aparan zaman xərc kimi nəzərə alındığını, 1767862,40 manat artıq göstərilmiş xərc məbləğləri ilə bağlı heç bir təsdiq edici sənəd təqdim edilmədiyini nəzərə alaraq, vergi ödəyicisinin iddiası mövcud vəziyyətdə təmin edilməməli və 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********175000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. "ELİTE GROUP OF COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü ilin iyun və iyul ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim edilmiş EBDİ seriyalı 288675 nömrəli (2023 iyun), EbDj seriyalı 899973 nömrəli, EBDL seriyalı 045180 nömrəli, EBDL seriyalı 045850 nömrəli, EBDL seriyalı 060864 nömrəli, EBDL seriyalı 046965 nömrəli, EBDL seriyalı 045374 nömrəli, EBDL seriyalı 047164 nömrəli (2023 iyul) elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğu üçün əvəzləşdirilməyə əsas vermədiyindən, həmin elektron qaiməfakturalar üzrə əvəzləşdirmənin aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********751800 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin dekabr ayı üçün ƏDV üzrə 132626.35 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********590400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixli **********590400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. "ElİTE GROUP OF COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü ilin iyun və iyul ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim edilmiş elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğu üçün əvəzləşdirilməyə əsas vermədiyindən, həmin elektron qaimə-fakturalar üzrə əvəzləşdirmənin aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********150400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin mart ayı üçün ƏDV üzrə 110700 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024- cü il tarixli **********456900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixli **********456900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. Əlavə olaraq bildiririk ki, "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VöEN: **********) xx.xx.2024-cü il tarixli qərarla hüquqi şəxs kimi adı dəyişilərək "ELİTE GROUP OF COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 16.1.6- cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1. 1 -ci maddəsinə əsasən vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 37.4-cü və 50.1. 1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.17-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1 -ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 94-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. 104.1 -ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı- vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 130.1 -1 -ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Beləliklə, xx.xx.2023-cü il tarixli **********695900 nömrəli və xx.xx.2023-cü il tarixli **********175000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2173/2024 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia tələbi təmin edilmiş və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********175000 saylı, xx.xx.2024- cü il tarixli, **********590400 saylı, xx.xx.2024-cü il tarixli, **********456900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərarları ləğv edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" əhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən 2022-ci il üçün hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir), 201 -ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir), 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) və 203-cü (Əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 12664112,27 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (306375,93 manat), tərəfinizdən ixrac edilmiş (0,00 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (13186793,99 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 13493169,92 manat məbləğdən 829057,65 manat az əks etdirilmişdir, ki, bu hal vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Həmçinin 2022-ci il üçün hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11 -ci), “Mühafizə xərcləri” (221.12- ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (12568958,75 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0,00 manat) (+) cari il ərzində əldə edilmiş eqaimə-fakturaların və alış aktlarının məbləği (10801096,15 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0,00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0,00 manat) cəmi məbləğindən (10801096,15 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0,00 manat) çıxılması nəticəsində yaranan (10801096,15 manat) məbləğin müqayisəsi nəticəsində 1767862,60 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər bəyan edildiyi müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalarla əlaqədar olaraq vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********057100 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna cavab olaraq əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə 2022-ci il üzrə 537372,51 manat mənfəət vergisi məbləği hesablanmış və xx.xx.2023-cü il tarixli **********175000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin “Hesabat dövrünün gəlirləri” hissəsində 306604,76 manat pərakəndə satışdan gəlir, 12357507,51 manat topdan satışdan gəlir, 670630,03 manat vergi uçotunun dəyişdirilməsi nəticəsində yaranan keçmiş illərin gəlir olmaqla ümumilikdə 13334742,30 manat gəlir, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində isə 98476,53 manat əmək haqqı xərci, 18973,40 manat sosial sığorta haqları xərci, 9959920,69 manat malın dəyərinə çəkilmiş xərclər, 361655,79 manat icarə haqqı xərci, 599545,05 manat yanacaq xərci, 20600,02 manat bank xərci, 1350697,98 manat bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, 9967,69 manat amortizasiya xərcləri, 1969,51 manat sığorta üzrə xərclər, 658795,03 manat digər xərclər, 670630,03 manat uçot metodun dəyişməsi nəticəsində yaranan keçmiş illərin xərci və 861,48 manat gəlirdən çıxılan vergilər və yığımlar olmaqla ümumilikdə 13081463,17 manat xərc, bəyannamənin 1 N-li Əlavəsinin 1.3.2-ci (Mallar) sətrində ilin əvvəlinə mal qalığının olmadığı, 2022-ci il ərzində əldə edilmiş 9959920,69 manat dəyərində malların “dövr ərzində daxil olmuşdur” sütununda göstərildiyi, il ərzində 9959920,69 manat məbləğində malların təqdim edildiyi və ilin sonunda heç bir mal qalığı olmadığı göstərilərək 50655,83 manat mənfəət vergisi bəyan edildiyi müəyyən edilmişdir. Vergi orqanının uçotbaza məlumatlarına əsasən aparılan araşdırma zamanı Cəmiyyətin 2021-ci ilin sonuna mal qalığı olmadığı, 2022-ci il ərzində elektron qaimə faktura ilə 8727427,09 manat məbləğində mallar (Taxta, kafel-metlax, çılçıraqlar, santexnika malları və s.) əldə edildiyi, 2022-ci il ərzində elektron qaimə faktura ilə (geri qaytarma qaiməsi nəzərə alınmaqla) 13186794,01 manat (ƏDV-si 2373622,92), nəzarət kassa aparatı ilə 306378,44 manat (ƏDV-si 55148,11) olmaqla ümumilikdə 13493172,45 manat ƏDV-yə cəlb olunan satış həyata keçirildiyi müəyyən edilmişdir. Bundan əlavə, vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində təqdim edilmiş ƏDV bəyannamələrində “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV-siz)” sütununda 13583112,26 manat dövriyyə bəyan edildiyi, 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində bəyan edilmiş dövriyyə məbləği ilə fərq yarandığı üçün xx.xx.2023-cü il tarixdə 2022-ci ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi təqdim edilərək “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV-siz)” sütununda bəyan edilmiş dövriyyə məbləğinin əsassız olaraq 926999,61 manat azaldılaraq 4991048,45 manat göstərildiyi müəyyən edilmişdir. Araşdırma zamanı 2022-ci ilin oktyabr ayı ərzində 5893,22 manat (ƏDV-siz) məbləğində nəzarət kassa aparatı vasitəsilə və 5912154,85 manat (ƏDV-siz) məbləğində elektron qaimə-faktura təqdim etməklə ümumilikdə 5918048,07 manat məbləğində mal təqdim edilməsi həyata keçirildiyindən və vergi ödəyicisi tərəfindən 2022-ci ilin oktyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində dövriyyə məbləği heç bir əsas olmadan azaldıldığından xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 5918048,07 manat dövriyyə məbləği bərpa edilmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə səyyar vergi yoxlaması nəticəsində 2022-ci ilin yanvar-iyul ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrində dövriyyə məbləğləri dəqiqləşdirilmiş və nəticədə Cəmiyyətin 2022-ci ilin ƏDV bəyannamələri üzrə illik dövriyyəsi 13583112,26 manat müəyyən edilmişdir. Eyni zamanda uçot-baza məlumatlarına əsasən Cəmiyyətin 2022-ci ilin əvvəlinə və sonuna mal qalığının olmadığı, 2022-ci il ərzində malların və xidmətlərin alışı ilə bağlı 10801096,35 manat (ƏDV-siz) elektron qaimə-faktura əldə edildiyi halda 2022-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində 9959920,69 manat malın dəyərinə çəkilmiş xərc, 599545,05 manat yanacaq xərci, 1350697,98 manat bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, 658795,03 manat digər xərclər olmaqla ümumilikdə 12568958,75 manat xərc məbləği göstərilmişdir ki, nəticədə 1767862,40 manat məbləğində artıq xərc göstərildiyi və qeyd olunan məbləğin vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər və digər xərclər sətrlərində bəyan edilmiş xərclərdən azaldıldığı müəyyən edilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən xərclər bölməsində malın dəyəri olaraq 9959920,69 manat göstərilməsinə baxmayaraq elektron qaimə-faktura əsasında 8727427,09 manat məbləğində mal alındığı, yanacaq xərci olaraq 599545,05 manat bəyan olunmasına baxmayaraq elektron qaimə-faktura ilə 560656,04 manat (9977,63 manat yol vergisi daxil) yanacaq əldə olunduğu, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərc olaraq 1350697,98 manat bəyan edilməsinə baxmayaraq 1056142,45 manat məbləğində elektron qaimə-faktura (rezin şinlər, mühərrik və sürtkü yağı, noutbook və telefon və s. xərcləri) əldə edildiyi, sığorta xərci olaraq 1969,51 manat bəyan edilməsinə baxmayaraq 754,55 manat məbləğində elektron qaimə-faktura əldə edildiyi və digər xərc olaraq 658795,03 manat bəyan edildiyi halda 125503,22 manat məbləğində elektron qaimə- faktura (komputer xidməti və avadanlıqlar, vebsayt və reklam hazırlanması, auditor xidməti, mühasibatlıq xidməti və s.) əldə edildiyi müəyyən edilmişdir. Bundan əlavə, Cəmiyyət tərəfindən "xxxx" MəhdudMəsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) elektron qaimə-faktura əsasındadəyəri 100003,00 manat (ƏDV-si 18000,54 manat) olan Audi Q7 markalı minik avtomobili alındığı, lakin 2022- ci ilin mənfəət vergisi bəyannaməsinin 1 N-li Əlavəsində əsas vəsait olaraq mədaxil olunub amortizasiya normasında xərcdən çıxılmalı olduğu halda birbaşa gəlirdən çıxılan xərclərə aid edildiyi müəyyən edilmişdir. Beləliklə, Cəmiyyətin 2022-ci il üzrə illik dövriyyəsinin təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 13583112,26 manat olduğunu, 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsindəki dövriyyə məbləği ilə fərqi aradan qaldırmaq üçün 2022- ci ilin oktyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə dəqiqləşmə verilərək dövriyyə məbləğinin əsassız olaraq azaldıldığını, 2022-ci il ərzində malların və xidmətlərin alışı ilə bağlı 10801096,35 manat (ƏDV-siz) elektron qaimə-faktura əldə edildiyi halda 2022-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində 12568958,75 manat xərc məbləği göstərilməsi nəticəsində 1767862,40 manat məbləğində artıq xərc göstərildiyini və qeyd olunan məbləğin vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər və digər xərclər sətrlərində bəyan edilmiş xərclərdən azaldıldığını, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) elektronqaiməfaktura əsasında alınmış minik avtomobilinin, 2022-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 N-li Əlavəsində əsas vəsait olaraq mədaxil olunub amortizasiya normasında xərcdən çıxılmalı olduğu halda birbaşa gəlirdən çıxılan xərclərə aid edildiyini və qeyd olunan elektron qaimə-fakturanın vergi orqanı tərəfindən hesablama aparan zaman xərc kimi nəzərə alındığını, 1767862,40 manat artıq göstərilmiş xərc məbləğləri ilə bağlı heç bir təsdiq edici sənəd təqdim edilmədiyini nəzərə alaraq, vergi ödəyicisinin iddiası mövcud vəziyyətdə təmin edilməməli və 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********175000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “ELİTE GROUP OF COMPANY’ MəhdıM əsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü ilin iyun və iyul ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim edilmiş EBDİseriyalı 288675 nömrəli (2023 iyun), EBDJ seriyalı 899973 nömrəli, EBDL seriyalı 045180 nömrəli, EBDL seriyalı 045850 nömrəli, EBDL seriyalı 060864nömrəli, EBDLseriyalı 046965 nömrəli, EBDL seriyalı 045374 nömrəli, EBDL seriyalı 047164 nömrəli (2023 iyul) elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğu üçün əvəzləşdirilməyə əsas vermədiyindən, həmin elektron qaimə-fakturalar üzrə əvəzləşdirmənin aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********751800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin dekabr ayı üçün ƏDV üzrə 132626.35 manat məbləğində əlavə vergi m ə b l ə ğ i hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********590400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. “ELİTE GROUP OF COMPANY’ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-Cİji iyun və iyul ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğu üçün əvəzləşdirilməyə əsas vermədiyindən, həmin elektron qaimə-fakturalar üzrə əvəzləşdirmənin aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********150400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin mart ayı üçün ƏDV üzrə 110700 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********456900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Əlavə olaraq bildiririk ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN**********) xx.xx.2024-cü il tarixli qərarla hüquqi şəxs kimi adı dəyişilərək “ELİTEGROUP OF COMPANYMəhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbini əsassız olaraq təmin etmiş, saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********175000 saylı, xx.xx.2024-cü il tarixli, **********590400 saylı, xx.xx.2024-cü il tarixli, **********456900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarları ləğv edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.4-cü, 13.2.69-cu, 13.2.70-ci və 13.2.82-ci maddəlƏrinin Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Birinci instansiya məhkəməsi əsassız olaraq yuxarıda qeyd olunan maddi hüquq normalarını mübahisə predmetinə şamil etmişdir. Belə ki, məhkəmə qərarında cavabdeh orqan vergi qanunvericiliyinin tələblərinə riayət etməyərək Vergi Məcəlləsinin 37-ci maddəsində müəyyən edilmiş müddətdə uyğunsuzluq məktubu göndərmədən qərar qəbul etdiyini, bununla da vergi ödəyicisinin hüquqlarının pozduğunu qeyd edilmişdir. Lakin, vergi ödəyicinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********057100 nömrəli məktub göndərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Məhkəmə qərarında iddiaçının müəssisənin mal alışı və satışı ilə əlaqədar qanunvericiliyə uyğun şəkildə müqavilə bağlayan zaman müvafiq araşdırmalar aparmış və vergi orqanı tərəfindən göndərilmiş məktubda qeyd edilmiş firmalar və ya mal satan təşkilatların heç birinin riskli vergi ödəyicisı və ya riskli əməliyyat aparıldığı aşkar edilmədiyi üçün həmin şəxslərlə müqavilə bağlayaraq əməkdaşlıq etməyə və mal alışının həyata keçirilməsinə başlamışdır. İddiaçı 2023-cü il üzrə əməliyyatların aparıldığı vaxt hər hansı məlumat aşkar edilməmiş və bu barədə müvafiq qərar olmamışdır. Lakin, İddiaçıya riskli əməliyyatların aparılması barədə xx.xx.2023-cü il tarixli **********780700 nömrəli Bildiriş göndərilmişdir və vergi ödəyicisi riskli əməlliyatların aparılması barədə məlumatlandırılmışdır. Məhkəmədə cavabdeh tərəfindən təqdim edilən faktlar və sübutları nəzərə alınmamış və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi əsassız olaraq işə aidiyyəti olmayan maddi hüquq normalarını mübahisə predmetinə şamil etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2173/2024 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 yanvar 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(120)-625/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə İddiaçı nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyen edilməsi qaydaları 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası və sahəsi istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya muhasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçot və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləsdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlak üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin ve xidmətlərin alınmasına çəkilən xərcləri barəd rəsmi məlumatlar; 67.1.4 vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyriəmlak barədə rəsmi məlumatlar; 67.1.5 vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların fiziki həcmi barədə 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7 vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;
67. 1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri barədə məlumatlar; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1.eyni xüsusiyyətli və ya eyni cinsli malların malların istehsalı; 67.2.2.eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3.fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli, **********175000 saylı, xx.xx.2024-cü il tarixli, **********590400 saylı, xx.xx.2024-cü il tarixli, **********456900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, hazırki inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. İşin faktiki hallarına əsasən vergi orqanının xx.xx.2023cü il tarixli, **********175000 saylı “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarı və uyğunsuzluq məktubu xx.xx.2023-cü il tarixində İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2023 tarixli, **********213100 nömrəli təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin tələb edilməsi barədə məktubda (uyğunsuzluq məktubu) əsaslandırılmış hər hansı bənd mövcud deyildir. Sözügedən uyğunsuzluq məktubunun sənədlər hissəsində qeyd edilir ki, “təqdim edilmiş bəyannamə, hesabat üzrə kameral vergi yoxlamasının başa çatıdırılması üçün 5 gün ərzində əsaslandırılmış yazılı izahatı və ya zəruri olan digər sənədləri vergi orqanına təqdim etməyiniz tələb olunur”. Buna baxmayaraq qeyd edilən müddət vergi orqan tərfindən gözlənilməmiş, həmin gün ərzində kameral vergi yoxlaması barədə qərar qəbul edilmişdir. Cavabdeh orqan vergi qanunvericiliyinin tələblərinə riayət etməyərək Vergi Məcəlləsinin 37-ci maddəsində müəyyən edilmiş müddətdə uyğunsuzluq məktubu göndərmədən qərar qəbul etmiş, bununla da vergi ödəyicisinin hüquqlarını pozmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, cavabdehin ƏDV dekabr 2023 dövrü üzrə xx.xx.2024-cü il tarixli, **********590400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarında səbəb olaraq təqdim edilmiş müxtəlif seriyalı qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan ƏDVnin əvəzləşməsinə əsas vermədiyi qeyd edilmişdir. Lakin qeyd edilir ki, iddiaçı müəssisənin mal alışı və satışı ilə əlaqədar qanunvericiliyə uyğun şəkildə müqavilə bağlayan zaman müvafiq araşdırmalar aparmış və vergi orqanı tərəfindən göndərilmiş məktubda qeyd edilmiş firmalar və ya mal satan təşkilatların heç birinin riskli vergi ödəyicisı və ya riskli əməliyyat aparıldığı aşkar edilmədiyi üçün həmin şəxslərlə müqavilə bağlayaraq əməkdaşlıq etməyə və mal alışının həyata keçirilməsinə başlamışdır. İddiaçı 2023-cü il üzrə əməliyyatların aparıldığı vaxt hər hansı məlumat aşkar edilməmiş və bu barədə müvafiq qərar olmamışdır. Cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli, **********456900 saylı qərarında əsas kimi vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövr üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövlərdəndən sonrakı ƏDV bəyannamələrinin 324-cü sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla 110.700,01 manat əlavə ƏDV məbləği hesablanmışdır. İş materiallarından müəyyən edilir ki, inzibati orqanın mübahisələndirilən qərarında hesablanmış məbləğin hansı nömrəli, tarixli və hansı müəssisədən göndərilən elektron qaimələrə istinad edilərək hesablandığı göstərilməmişdir, yalnızca ümumi olaraq qeyd etmiş, hər hansı əsaslandırma aparmamışdır. Məhkəmənin qənaətinə görə, mübahisələndirilən xx.xx.2023-cü il tarixli, **********175000 saylı, xx.xx.2024-cü il tarixli, **********590400 saylı, xx.xx.2024-cü il tarixli, **********456900 saylı inzibati aktlar qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İşdə olan "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin xx.xx.2024-cü il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) adı "X9 Company” olaraq nizamnaməsinə dəyişiklik edilmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********175000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2022-ci il mənfəət vergisi hesabat dövrü üzrə iddiaçıya 537.372,51 manat əlavə vergi hesablanmışdır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********456900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2024-cü ilin mart ayı üçün ƏDV üzrə iddiaçıya 110.700,01 manat əlavə ƏDV məbləği hesablanmışdır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********590400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2023-cü ilin dekabr ayı üçün ƏDV üzrə iddiaçıya 132.626,35 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş təsdiqedici sənədlərə əsasən müəyyən etdi ki, iddiaçının 2022-ci il üzrə gəlirlərinin cəmi 14.285.000,95 manat (topdan satış üzrə 13.204.668,06 manat, pərakəndə satış üzrə 1.080.33289 manat), xərclərinin cəmi 11.130.228,60 manat (satılan malın mayın dəyəri 9.677.492,55 manat, əsas vəsaitin amortizasiyası 158.635,21 manat, bilavasitə xərclər 134.343,78 manat, digər xərclər 59.685,22 manat, yanacaq xərci 571.962,93 manat, bank xərci 20.600.02 manat, əmək haqqı xərci 98.476,53 manat, DSMF xərci 18.480,93 manat, işsizlik üzrə 605,62 manat, icbari tibbi sığorta üzrə 2.107,96 manat, sığorta xərci 754,55 manat, icarə xərci 361.655,80 manat, reklam xərci 1.575,00 manat, təmir xərci 23.862,50 manat) məbləğində olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır. Həmin Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təsdiqedici sənədlərə əsasən iddiaçının 2022-ci il üzrə 3.054.772,35 (14.285.000,95 - 11.130.228,60 = 3.054.772,35) manat mənfəəti müəyyən edilir. İddiaçı tərəfindən qeyd edilən hesablamalara əsasən 50.655,83 manat mənfəət vergisi ödənilmişdir. İş materiallarından müyyən edilir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, **********175000 saylı “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarı və xx.xx.2023 tarixli, **********213100 nömrəli təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin tələb edilməsi barədə məktubu xx.xx.2023-cü il tarixində iddiaçıya təqdim edilmişdir. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, “Vergi Məcəlləsinin 37-ci maddəsində kameral vergi yoxlamasının nəticəsinə dair qərarın qəbul edilməsi üzrə prosedur tələblər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə əsasən vergi orqanı tərəfindən müvafiq qərar qəbul edilməmişdən əvvəl kameral vergi yoxlaması üçün zəruri sənədlərin təqdim edilməsi barədə məktub göndərməlidir. Kameral vergi yoxlaması üçün zəruri sənədlərin təqdim edilməsi barədə məktub göndərildikdən sonra 5 iş günü müddətində məktuba cavab verilmədikdə və ya əsaslı cavab verilmədikdə kameral vergi yoxlanmasının nəticələrinə dair müvafiq qərar qəbul edilir. Cavabdeh orqan vergi qanunvericiliyinin tələblərinə riayət etməyərək Vergi Məcəlləsinin 37-ci maddəsində müəyyən edilmiş müddətdə uyğunsuzluq məktubu göndərmədən qərar qəbul etmiş, bununla da vergi ödəyicisinin hüquqlarını pozmuşdur”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq cavabdeh tərəfindən vergi qanunvericliyinin tələblərini pozmaqla qəbul edilmiş xx.xx.2023cü il tarixli, **********175000 saylı “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarla hesablanmış əlavə verginin əsassız olduğu qənaətinə gəlir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, **********175000 saylı “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarı “İnzibati icraat” haqqında Qanunun tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. “İnzibati icraat” haqqında Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, qeyd edilən Qanunun tələblərinə əsasən inzibati akt əsaslandırılmadığından “İnzibati icraat” haqqında Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz hesab edilir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********590400 saylı və xx.xx.2024-cü il tarixli, **********456900 saylı qərarında əsas olaraq iddiaçı tərəfindən təqdim edilmiş müxtəlif seriyalı qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan ƏDV-nin əvəzləşməsinə əsas vermədiyindən kənarlaşma yarandığını bildirir. Cavabdeh qeyd edir ki, İddiaçı tərəfindən 2023-cü ilin iyun və iyul ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim edilmiş EBDİ seriyalı 288675 nömrəli (2023 iyun), EBDJ seriyalı 899973 nömrəli, EBDL seriyalı 045180 nömrəli, EBDL seriyalı 045850 nömrəli, EBDL seriyalı 060864 nömrəli, EBDL seriyalı 046965 nömrəli, EBDL seriyalı 045374 nömrəli, EBDL seriyalı 047164 7 nömrəli (2023 iyul) elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğu üçün əvəzləşdirilməyə əsas vermədiyindən, həmin elektron qaimə-fakturalar üzrə əvəzləşdirmənin aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd edir ki, işin faktiki hallarına əsasən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********958900 qərara əsasən vergi ödəyicisi xx.xx.2022-xx.xx.2023-cü il tarixində apardığı əməliyyatlara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Bu tarixlərdə iddiaçı tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanının informasiya sistemində hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası müəyyən etdi ki, mübahisəli elektron qaimə-faktura ilə iddiaçı əməliyyatlar həyata keçirən tarixlərdə vergi orqanı tərəfindən göndərilmiş məktubda qeyd edilmiş firmalar və ya mal satan təşkilatların heç birinin riskli vergi ödəyicisi və ya riskli əməliyyat aparıldığı aşkar edilməmişdir. İddiaçı 2023-cü il üzrə əməliyyatların aparıldığı vaxt hər hansı məlumat aşkar edilməmiş və bu barədə müvafiq qərar olmamışdır. İddiaçı həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilməmişdən əvvəl onların riskli vergi ödəyiciləri olmalarını müəyyən edə bilməzdi. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9 və 175.11-ci maddələrinin tətbiqinə əsas verməməlidir. Vergi Məcəlləsinin 109.9 və 175.11-ci maddələrinin tətbiqi ilə bağlı qeyd edilir ki, “ əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər isə əlavə dəyər vergisinin əvəzləşdirilməsinə əsas vermir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Belə ki, malın idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9 və 175.11-ci maddələrinin tətbiqinə əsas verməməlidir. Sözügedən normaların malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2208/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2233/2023 nömrəli xx.xx.2024-cü il tarixli 2-1(102)- 480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-64/2024 nömrəli xx.xx.2024-cü il tarixli 2-1(102)-305/2024 nömrəli qərarları). İşin hallarını araşdıraraq məhkəmə kollegiyası müəyyən etdi ki, cavabdeh “İnzibati icraat” haqqında Qanunun 61-ci maddəsinə uyğun olaraq vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halı sübut edilməmişdir. Məhkəməyə təqdim edilmiş materiallarından sübut edilir ki, mübahisələndirilən qaimələrə faktiki olaraq təqdim edildiyi dövr üzrə kameral münasibət bildirilmiş, həmçinin səyyar vergi yoxlaması keçirilmiş, müvafiq aktla rəsmiləşdirilmişdir. Qeyd edilənlərlə bağlı iddiaçı tərəfindən təsdiqedici sənədlər AVİS elektron uçot bazasında yerləşdirildiyi müəyyən edilmişdir. Həmin əməliyyatlar aparıldığı vaxt müvafiq əməliyyatın riskli hesab edilmədiyinə müəyyən edildiyinə görə əvəzləşmə ilə əlaqədar mübahisələndirilən qərarın qəbul edilməsi əsassızdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Cavabdeh ümumi formal əsaslarla apellyasiya şikayəti vermiş, lakin mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı və bütün ziddiyyətli, o cümlədən aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh etməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
Nəticəvi hissə:
Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2173/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.