Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-17/2025 26.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “2017 və 2018-ci illərdə İmişli rayon 4 saylı tam orta məktəbində işlədiyi müddətdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(120)-308/2023 saylı qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 2017 və 2018-ci illərdə İmişli rayon 4 saylı tam orta məktəbində işlədiyi müddətdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sosial sığorta hesabından başqa şəxsin adına köçürülmüş sığorta kapitalının fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə iddiaçı və iddia tələbinin olduğu kimi saxlanılmasını, cavabdeh kimi Mil-Muğan Regional Təhsil İdarəsinin tanınmasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin üçüncü şəxs qismində cəlb edilmələrini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı və iddia tələbinin olduğu kimi saxlanılması, cavabdeh kimi Mil-Muğan Regional Təhsil İdarəsinin tanınması, digər cavabdehlərin cavabdehlər sırasından çıxarılması, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Bundan əlavə, məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin hazırkı inzibati məhkəmə icraatında üçüncü şəxs kimi prosessual iştirakına xitam verilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “2017 və 2018-ci illərdə İmişli rayon 4 saylı tam orta məktəbində işlədiyi müddətdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 22 aprel 2020-ci il tarixdə 65 yaşının tamam olması ilə əlaqədar pensiyaya çıxmışdır. Pensiyası hesablananda məlum olmuşdur ki, onun 2012, 2013, 2016, 2017 və 2018-ci illərdə yığdığı sığorta kapitalı başqa adamın sığorta kartında toplanlanmışdır. Məsul idarələrin bu səhvlərinə görə onun pensiyası hər ay 59 manat az hesablanmışdır. O, 2 ilə yaxın müddətdə dəfələrlə Təhsil Nazirliyinə, İmişli Rayon Təhsil Şöbəsinə, Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsinə baxmayaraq bu ədalətsizlik həllini tapmamışdır. Halbuki, hər iki dövlət idarəsinin - Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin məlumatlarında onun SSN-i **********492 sosial sığorta hesabından X8 adlı şəxsin SSN-i **********092 hesabına sosial sığorta kapitalı işlənməsi təsdiq olunur. Buna baxmayaraq, ona verilən cavabların hamısında qeyri-müəyyən formada bunun əlavə araşdırılacagı bildirilir. Aiddiyyəti orqanların belə süründürməçiliyi, öz səhvlərini düzəltmək istəməmələri onu çox narazı salır və dövlətçiliyin nüfuzuna xələl gətirir. Cavabdehin təqsirindən o, hər ay əlavə zərərə düşür. Cavabdeh dövlət qurumları öz vəzifələrini yerinə yetirmirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaya qarşı 16 sentyabr 2022-ci il tarixli, **********7 nömrəli etirazı məhkəməyə daxil olmuşdur. Etirazda qeyd olunmuşdur ki, İddiaçı 22 aprel 2020-ci il tarixdə pensiyaya çıxdığını, lakın pensiyasının hesablanmasında onun 2012, 2013, 2016, 2017 və 2018-ci illərdə yığdığı sosial sığorta kapitalının nəzərə alınmadığını və başqa adamın hesabında toplandığını iddia edərək, onun sosial sığorta hesabından başqa şəxsin adına köçürülmüş sığorta kapitalının fərdi şəxs hesabına köçürülməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi asağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, X15 Məhkəməsinə ünvanlanan **********6 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunduğu kimi, sığortaedən “İmişli rayon Təhsil Şöbəsi” (SUN: **********5) tərəfindən təqdim edilmiş 2006-2011, 2014-2015-ci illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lara (Forma B3) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi” (SUN: **********2) tərəfindən təqdim edilmiş 2019-2021-ci illərin İ-İV rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları **********492 nömrəli fərdi şəxsi hesabında öz əksini tapmışdır. Qeyd olunur ki, Nazirliyin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən sığortaedənlər “İmişli rayon Təhsil Şöbəsi” tərəfindən 2012, 2013, 2016-cı illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığı üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Məlumat üçün bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsidir. Eyni zamanda X15 Məhkəməsinə ünvanlanan **********6 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2012, 2013, 2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda X5 (FİN: 3CQPH7H) fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabında qeyd edilməsi üçün sığortaedən “İmişli rayon Təhsil Şöbəsi” tərəfindən təqdim edilmiş yoxlanılmasına zərurət yaranan sənədlərdə qeyd olunmuş məlumatlar əsasında müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı təqdim edilmiş sənədlərə əsasən İddiaçı 2012, 2013, 2016-cı illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının H.Əhmədovun fərdi şəxsi hesabında qeyd edildiyi öz təsdiqini tapmış və düzəlişlərin olunmasına Fondda müsbət rəy verilmişdir. Həmin illər üzrə uyğunsuzluqlar aradan qaldırılaraq H.Əhmədovun fərdi şəxsi hesabında qeyd olunan məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabında əks olunması üçün Nazirliyin aidiyyəti struktur bölməsinə müraciət edilmişdir. “X7 Mərkəzi’’ MMC-dən Fonda ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********5 nömrəli xidməti məktubda qeyd edilmisdir ki, sığortaedən İmisli rayon Təhsil şöbəsi tərəfindən 2012, 2013. 2016-cı illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığortası üzrə hesabat”lar Nazirliyin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində H.Əhmədovun fərdi şəxsi hesabında əks olunan məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının digər sığortaolunan İddiaçı fərdi şəxsi hesabında əks olunması təmin edilmişdir. Habelə nazirlik tərəfindən iddiacı F.K.Pasayevə ünvanlanmıs xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubda da qeyd olundugu kimi iddıaçının 2017-2018-ci illərin İ-İV rübləri üzrə məlumatlarının fərdi səxsi hesabında əks olunması üçün dəqiqləsdirilmis “Məcburi dövlət sosial sıportası üzrə hesabat”lar sıgortaedən Azərbaycan Respublikası Təhsil Nazirlivinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən müvafiq icra hakimiyyəti orqanına təpdim edilməlidir. Bundan sonra həmin məlumatların iddiacının fərdi səxsi hesabında əks olunması təmin ediləcəkdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(120)-308/2023 saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, vətəndaşın hüquq və mənafeyinə uyğun çıxarılmış qətnamədir, lakin Mil-Muğan Regional Təhsil İdarəsi yeni yaradılmış bir qurumdur, əvvəlki dövrlərdə fəaliyyət göstərmiş 12 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin yol verdiyi nöqsanlara görə cavabdehlik daşımamalıdır. Belə ki, iş materiallarında da qeyd olunan sənədlərdən (məktublardan və arayışlardan) görünür ki, qeyd olunan hadisənin baş verməsinə Mil-Muğan Regional Təhsil İdarəsinin heç bir aidiyyəti yoxdur. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbləri pozulmuşdur. Lakin qeyd olunan tələblər Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən pozulmamışdır. Sığorta olunanlar haqqında məlumatlar dürüst və müəyyən olunmuş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsidir. Göründüyü kimi yeni yaradılmış qurum kimi qeyd olunan nöqsanlara birbaşa və ya bilavasitə Mil-Muğan Regional Təhsil İdarəsinin cavabdehliyi müəyyən edilmir. Hesab edirik ki, iddiaçının hüquqları Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən pozulmadığından birinci instansiya məhkəməsinin cavabdehin üzərinə öhdəlik qoyması əsassızdır. Belə ki, iş üzrə bütün hallar araşdırıldıqdan sonra qeyd olunan nöqsanın digər təşkilatlar tərəfindən aradan qaldırılmasının daha səmərəli olması müəyyən olunardı. İş üzrə bütün hallar araşdırılmamış və iş materiallarında olan sənədlərə əsasən qərar qəbul olunaraq əsassız olaraq Mil-Muğan Regional Təhsil İdarəsinin üzərinə öhdəlik qoyulmuşdur. Məhkəmə “Əmək pensiyaları haqqında” və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanunlarının müdəalarına əsaslansa da, qeyd olunan müddəalarda nəzərdə tutulmuş hallar Mil-Muğan Regional Təhsil İdarəsinin hərəkət və hərəkətsizliyi nəticəsində baş verməmişdir. Odur ki, qarşılıqlı şəkildə qeyd olunan dövrdə əlaqəli olmuş qurumların üzərinə öhdəlik qoyulması daha məqsədəuyğun olardı. “Əmək pensiyaları haqqında” və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanunlarının müdəalarına əsaslanması işin faktiki hallarına uyğun gəlsə də, həmin halların cavabdehin təqsiri nəticəsində yaranması düzgün olaraq araşdırılmamış və məhz qeyd olunan iş üzrə Mil-Muğan Regional Təhsil İdarəsinin cavabdehliyi düzgün olaraq müəyyən edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-308/2023 saylı qərarının ləğv edilməsi və Mil-Muğan Regional Təhsil İdarəsinin qeyd olunan mübahisə üzrə cavabdehliyinə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X8 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(120)-308/2023 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(120)-308/2023 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Üçüncü şəxsin nümayəndəsi Nigar Tağızadə apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirirərək Şirvan İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(120)- 308/2023 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4. Fərdi uçotun həyata keçirilməsi qaydası 4.1. Fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır. 4.2. Fərdi uçot sahəsində elektron xidmətlər (sığortaolunanın və sığortaedənin uçota alınması, sığortaolunana fərdi şəxsi hesabı barədə məlumatların təqdim olunması, sosial sığorta nömrəsinin öyrənilməsi və s.) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X2 sistemi vasitəsilə həyata keçirilir. Maddə 9. Sığortaedənin hüquq və vəzifələri 9.1. Sığortaedən aşağıdakı hüquqlara malikdir: 9.1.1. sığortaolunandan bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatların təqdim edilməsini tələb etmək, sığortaolunanın təqdim etdiyi məlumatları dəqiqləşdirmək; 9.1.2. sığortaolunanlara dair təqdim edilmiş fərdi uçot məlumatlarında aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dürüstləşmiş məlumatları elektron, habelə yazılı formada təqdim etmək. 9.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır: 9.2.1. sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək; 9.2.2. sığortaolunan haqqında bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları aşağıdakı müddətdə sığortaçıya təqdim etmək. Maddə 10. Sığortaçının hüquq və vəzifələri 10.1. Sığortaçı aşağıdakı hüquqlara malikdir: 10.1.1. Sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək; 10.1.2. Sığortaedənin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq; 10.1.3. Sığortaedənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək. 10.2. Sığortaçının vəzifələri aşağıdakılardır: 10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq; 10.2.2. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək; 10.2.4. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi “2017 və 2018-ci illərdə İmişli rayon 4 saylı tam orta məktəbində işlədiyi müddətdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı İmişli rayon 4 saylı tam orta məktəbin müəllimi İddiaçı (SSN **********492) sosial sığorta hesabatı üzrə 2012-ci, 2013-cü, 2016-cı, 2017-ci və 2018-ci ilin 3-cü rübünədək sosial sığorta kapitalı səhvən X5 (SSN **********092) hesabına işlənmiş, İmişli rayon Təhsil şöbəsi tələb olunan sənədləri təqdim etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək qeyd olunan illər üzrə sosial sığorta kapitalının İddiaçı sığorta hesabına köçürülməsinə köməklik göstərilməsini xahiş etmiş, araşdırma zamanı təqdim edilmiş sənədlərə əsasən İddiaçı 2012, 2013, 2016-cı illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının H.Əhmədovun fərdi şəxsi hesabında qeyd edildiyi öz təsdiqini tapmış və düzəlişlərin olunmasına müsbət rəy verilmiş, həmin illər üzrə uyğunsuzluqların aradan qaldırılaraq H.Əhmədovun fərdi şəxsi hesabında qeyd olunan məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabında əks olunması üçün Nazirliyin aidiyyəti struktur bölməsinə müraciət edilmiş, 2017-2018-ci illər üzrə isə məlumatların iddiaçının fərdi şəxsi hesabında əks olunması üçün dəqiqləşdirilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabat”ların sığortaedən “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi” tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli olduğu, dəqiqləşdirilmiş hesabatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nazirliyə ötürüldükdən sonra məlumatların iddiaçının fərdi şəxsi hesabında əks olunmasının təmin ediləcəyi bildirilmişdir. Göründüyü kimi, nəticə etibarı ilə iddiaçının 2017-2018-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabında əks olunması təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan xx.xx.2013-cü il tarixli seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə İmişli rayonunun Əlipənahlı kəndində doğulmuş, yaşayış yeri İmişli rayonunun Ağamallar kəndidir. İş materiallarında olan İmişli rayon Təhsil Şöbəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı xx.xx.2020ci il tarixli, x-371, xx.xx.2020-ci il tarixli, x-373 və 18 avqust 2021-ci il tarixli, 139 nömrəli məktublarında İmişli rayon 4 saylı tam orta məktəbin müəllimi İddiaçı (SSN **********492) sosial sığorta hesabatı üzrə 2012-ci, 2013-cü, 2016-cı, 2017-ci və 2018-ci ilin 3-cü rübünədək sosial sığorta kapitalının səhvən X5 (SSN **********092) hesabına işləndiyi bildirilmiş, həmin əmək haqlarının yenidən İddiaçı sığorta hesabına köçürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan İmişli rayon Təhsil Şöbəsinin Mərkəzi Sosial Sığorta İdarəsinə ünvanladığı 02 iyul 2020-ci il tarixli, 175 və 18 avqust 2021-ci il tarixli, 138 nömrəli məktublarında İmişli rayon 4 saylı tam orta məktəbin müəllimi İddiaçı (SSN **********492) sosial sığorta kapitalının düzəliş edilərək onun hesabına işlənilməsinə dair tələb olunan bütün sənədlərin göndərildiyi, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və Fərdi uçot üzrə Mərkəzi filialına müraciət edilsə də, İddiaçı sosial sığorta kapitalının düzəliş olunması ilə əlaqədar heç bir tədbir görülmədiyi, bunun vətəndaşın ciddi narazılığına səbəb olduğu bildirilmiş və köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin Mərkəzi Sosial Sığorta İdarəsinə ünvanladığı məktubunda İmişli rayon 4 saylı tam orta məktəbin müəllimi İddiaçı (SSN **********492) sosial sığorta hesabatı üzrə 2012-ci, 2013-cü, 2016-cı, 2017-ci və 2018- ci ilin 3-cü rübünədək sosial sığorta kapitalının səhvən X5 (SSN **********092) hesabına işləndiyi bildirilmiş, həmin əmək haqlarının yenidən İddiaçı sığorta hesabına köçürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin 5 saylı Ərazi Vergilər İdarəsinə ünvanladığı 07 dekabr 2021-ci il tarixli 630 nömrəli məktubunda İmişli rayon 4 saylı tam orta məktəbin müəllimi İddiaçı (SSN **********492) 2017-ci və 2018-ci illər üçün sosial sığorta kapitalının səhvən X5 (SSN **********092) hesabına işləndiyi bildirilmiş, məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin düzəliş olunaraq İddiaçı sığorta hesabına işlənilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı 02 dekabr 2021-ci il tarixli **********2 nömrəli məktubunda qeyd olunmuşdur ki, Sizin Azərbaycan Respublikası X1 və Əhaiinin Sosial Müdafiəsi Nazırliyinin (Bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş müraciətinizə baxılmışdır. Sığortaedən “İmişli rayon təhsil şöbəsi” (SUN: **********5) tərəfindən təqdim edilmiş 2012, 2013, 2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) sığortaolunan X5 fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabınızda qeyd edilməsi üçün sığortaedən İmişli rayon təhsil şöbəsi tərəfindən təqdim edilmiş yoxlanılmasına zərurət yaranan sənədlərdə qeyd olunmuş məlumatlar əsasında müvafiq araşdırma aparılır. Eyni zamanda bildirilmişdir ki, araşdırma zamanı təqdim edilmiş sənədlərə əsasən 2012, 2013, 2016-cı illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinizin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarınızın H.Əhmədovun fərdi şəxsi hesabında qeyd edilməsi öz təsdiqini tapdıqdan sonra həmin il üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabınızda qeyd edilməsi üçün müvafiq işlər aparılacaqdır. İşlər yekunlaşdıqdan sonra bu barədə əlavə məlumat veriləcəkdir. Əlavə olaraq bildirilmişdir ki, 2017-2018-ci illərin İ-İV rübləri üzrə məlumatlarınızın fərdi şəxsi hesabınızda əks olunması üçün dəqiqləşdirilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar sığortaedən “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi” (SUN: **********2) tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nazirliyə ötürüldükdən sonra məlumatlarınızın fərdi şəxsi hesabınızda əks olunması təmin ediləcəkdir. Qeyd olunanları nəzərə alaraq, məsələ ilə bağlı sığortaedən “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi”nə müraciət etməyiniz məqsədəuyğundur. Məlumat üçün bildirilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1360- VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı 01 avqust 2022-ci il tarixli, **********6 nömrəli “Sığortaolunanların fərdi şəxsi hesabında yaranmış uyğunsuzluqların aradan qaldırılması haqqında” məktubunda bildirilmişdir ki, sığortaedən “İmişli rayon Təhsil Şöbəsi” (SUN: **********5) tərəfindən təqdim edilmiş 2006-2011, 2014-2015-ci illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lara (Forma B3) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi” (SUN: **********2) tərəfindən təqdim edilmiş 2019-2021-ci illərin İ-İV rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”lara əsasən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları **********492 nömrəli fərdi şəxsi hesabında öz əksini tapmışdır. Nazirliyin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edüən məlumatlara əsasən sığortaedənlər “İmişli rayon Təhsil Şöbəsi” tərəfindən 2012, 2013, 2016-cı illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığı üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Məlumat üçün bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsidir. Eyni zamanda bildiririk ki, 2012, 2013, 2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda X5 (FİN: 3CQPH7H) fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabında qeyd edilməsi üçün sığortaedən “İmişli rayon Təhsil Şöbəsi” tərəfindən təqdim edilmiş yoxlanılmasına zərurət yaranan sənədlərdə qeyd olunmuş məlumatlar əsasında müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı təqdim edilmiş sənədlərə əsasən İddiaçı 2012, 2013, 2016-cı illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının H.Əhmədovun fərdi şəxsi hesabında qeyd edildiyi öz təsdiqini tapmış və düzəlişlərin olunmasına Fondda müsbət rəy verilmişdir. Həmin illər üzrə uyğunsuzluqlar aradan qaldırılaraq H.Əhmədovun fərdi şəxsi hesabında qeyd olunan məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabında əks olunması üçün Nazirliyin aidiyyəti struktur bölməsinə müraciət edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, cavabdehin nümayəndəsinin, o cümlədən iddiaçı və üçüncü şəxsin nümayəndəsinin izahatından müəyyən edilmişdir k, hazırkı iş üzrə İddiaçı İmişli rayon 4 saylı tam orta məktəbdə müəllim işləmişdir. Onun işlədiyi 2012, 2013, 2016, 2017-ci illər və 2018-ci ilin 3-cü rübünədək olan dövr üzrə sosial sığorta kapitalı səhvən başqa şəxsin – X5 fərdi şəxsi hesabında uçota alınmışdır. Bu uyğunsuzluğun aradan qaldırılması məqsədilə İmişli rayon Təhsil şöbəsi müvafiq sənədləri təqdim etməklə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində edilmiş səhv aradan qaldırılaraq 2012, 2013 və 2016-cı illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin və ödənilmiş sığorta haqları H.Əhmədovun hesabından götürülərək İddiaçı hesabınan köçürülmüşdür. Lakin 2017-2018-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə edilmiş səhvlər aradan qaldırılmamışdır. Belə ki cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsi bunu texniki səbəblərlə (elektron imzanın olmaması) əlaqələndirmişdir. Başqa sözlə cavabdeh elektron imzanın olmaması səbəbindən 2017 və 2018-ci illər üzrə məcburi dövlət sosial sığorta haqlarının Hüseyn Əhmədovun hesabından İddiaçı hesabına köçürülməsinin təmin edilməsi (dürüstləşmiş hesabatları təqdim edilməsi) mümkün olmamışdır. Bu hesabatların təqdim edilməməsi səbəbindən göstərilən dövrlər üzrə sığorta haqları iddiaçının fərdi şəxsi hesabında əks olunmamışdır. Hazırda iddiaçının hüquqi marağı 2017 və 2018-ci illərdə ona məxsus məcburi dövlət sosial sığorta haqlarının Hüseyn Əhmədovun hesabından götürülərək onun fərdi şəxsi hesabına işlənməsi ilə bağlıdır. Məhkəmə kolegiyası müəyyən etdiyi işin faktiki hallarına hüquqi qiymət verilməsi üçün aşağıdakı hüquq normalarına nəzərə yetirməyi zəruri hesab edir. Belə ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu 9.2.1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək sığortaedənin (hazırki iş üzrə cavabdehin) vəzifələrinə daxildir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə sığortaolunanlara dair təqdim edilmiş fərdi uçot məlumatlarında aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dürüstləşmiş məlumatları elektron, habelə yazılı formada təqdim etmək sığortaedənin hüquqlarına daxildir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya tam və düzgün təqdim etmək sığortaedənin vəzifəsidir və bu vəzifəni düzgün icra etmədiyi və yaxud səhvlər olduğu halda sığortaedən həmin səhvlərin aradan qaldırılması məqsədilə dürüstləşmiş məlumatları elektron, habelə yazılı formada səlahiyyətli orqana təqdim etmək hüquqlarına malikdir. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq isə sığortaçının vəzifəsi kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə Mil-Muğan Regional Təhsil İdarəsi iddiaçının əmək haqqı üzrə sosial sığorta hesabatlarını təqdim edən qurum olaraq, sığortaedən tərəf kimi çıxış edir. Həmin İdarənin xx.xx.2025-ci il tarixli, 3-29-41/2-495/2025 nömrəli məktubu ilə bildirilmişdir ki, sığortaolunanlara dair məlumatlar 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin fəaliyyət dövründə səhvən yerləşdirilmişdir ki, sözügedən qurum 25 fevral 2022-ci il tarixdən ləğv edilmiş və hüquqi varisi kimi Mil-Muğan Regional Təhsil İdarəsi yaradılmışdır. Həmin dövrlərə dair dürüstləşmiş hesabatların elektron şəkildə təqdim edilməsinə cəhd olunsa da 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi adından mövcud elektron imza vasitəsi ilə zəruri əməliyyatın yerinə yetirilməsi texniki olaraq mümkün olmamışdır. Beləliklə İdarə tərəfindən 2017-2018-ci illər üzrə məlumatların səhv yerləşdirildiyini açıq şəkildə etiraf edilərək həmin səhvin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin fəaliyyəti dövründə baş verdiyi bildirilmişdir. Sığortaedən tərəf (cavabdeh) bu öhdəliyi texniki səbəblərlə (elektron imzanın olmaması) icra edə bilmədiyini bildirmişdir. Halbuki yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi hesabatların (dürüstləşmiş məlumatların) təqdim edilməsi sığortaedənin (hazırkı iş üzrə cavabdehin) vəzifəsidir və texniki imkanlarının olmaması bu vəzifənin icra edilməsindən azad etmir. Cavabdeh tərəfindən vaxtilə yol verilən səhvlərin texniki səbəblərə görə düzəldilməməsi vətəndaşın sosial təminat hüququnun pozulması ilə nəticələnə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işin hallarından da göründüyü kimi 2012, 2013 və 2016-cı illər üzrə əvvəlki sığortaedən İmişli rayon təhsil şöbəsi tərəfindən müvafiq məlumatlar (məcburi dövlət sosial sığortası üzrə hesabatlar) təqdim olunduğundan həmin səhvlər aradan qaldırılmışdır. İşdə iştirak edən üçüncü şəxsin iddiaya qarşı verdiyi yazılı münasibətində və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında da bildirilmişdir ki, 2017-2018-ci illər üzrə düzəlişin edilməsi yalnız sığortaedən (hazırkı iş üzrə cavabdeh - Mil-Muğan Regional Təhsil İdarəsi) tərəfindən dürüstləşdirilmiş hesabatlar təqdim olunacağı halda mümkündür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşıraq hesab edir ki, iddiaçı İddiaçı 2017 və 2018-ci illərdə İmişli rayon 4 saylı tam orta məktəbində işlədiyi müddətdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabına işlənməsinin təmin edilməməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Lakin qeyd edilməlidir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı H.Əhmədovun fərdi şəxsi hesabında səhv olaraq qeyd olunan iddiaçıya məxsus məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına işlənməsi ilə bağlıdır. Bunun üçün də ilkin olaraq hazırkı iş üzrə cavabdeh (sığortaedən) Mil-Muğan Təhsil İdarəsi tərəfindən fərdi uçot məlumatlarında aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dürüstləşmiş məlumatlar müvafiq orqana təqdim edilməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının məzmunundan da məlum olduğu kimi məcburi dövlət sosial sığorta haqlarının məqsədilə dürüstləşmiş məlumatların (hesabatların) təqdim edilməsi sığortaedənin, həmin məlumatların fərdi şəxsi hesabına işlənməsi isə sığortaçının öhdəliyi kimi nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, gələcəkdə iddiaçının hüquqi marağına uyğun qərarın qəbul edilməsi və əvvəlki qərarın icrasında yarana biləcək anlaşılmazlığın və çətinliklərin baş verməsinin qarşısını alınması məqsədi ilə birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsi dəyişdirilməlidir. Yəni iddiaçının 2017 və 2018-ci illərdə İmişli rayon 4 saylı tam orta məktəbində işlədiyi müddətdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına işlənməsi məqsədilə dürüstləşmiş məlumatların (hesabatların) səlahiyyətli orqana təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(120)-308/2023 saylı qərarı dəyişdirilsin. İddiaçı 2017 və 2018-ci illərdə İmişli rayon 4 saylı tam orta məktəbində işlədiyi müddətdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına işlənməsi məqsədilə dürüstləşmiş məlumatların (hesabatların) səlahiyyətli orqana təqdim edilməsi öhdəliyi cavabdeh Mil-Muğan Təhsil İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-17/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-17/2025
26.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver