Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-170/2025 15.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, 36 saylı əmrin ləğv edilərək, Cavabdeh Başçısının Quruzma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)- 965/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, 36 saylı əmrin ləğv edilərək, Cavabdeh Başçısının Quruzma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Cavabdeh inzibati orqanın əmri ilə razılaşmayan İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, 36 saylı əmrin ləğv edilərək, Cavabdeh Başçısının Quruzma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh başçısının 55 saylı, 24 may 2021-ci il tarixli əmrinə əsasən “Yerli İcra Hakimiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş əsasnamənin 4.18-ci və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 ay müddətinə stajçı kimi rayon İcra Hakimiyyətində Qulluğa qəbul olunaraq rayon İcra Hakimiyyəti başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Cavabdeh başçısının 157 saylı, 24 noyabr 2021ci il tarixli əmrinə əsasən Cavabdeh başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, 2021-ci ilin 24 noyabr tarixindən 2022-ci ilin 24 fevral tarixinədək 3 (üç) ay sınaq müddətinə dövlət qulluğuna qəbul edilmişdir. Cavabdeh başçısının 16 saylı, 24 fevral 2022-ci il tarixli əmrinə əsasən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə uyğun olaraq rayon İcra Hakimiyyəti başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi 24 fevral 2022-ci il tarixdən daimi dövlət qulluğuna qəbul olunaraq ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Cavabdeh başçısının 36 saylı, 04 aprel 2023-cü il tarixli əmrinə əsasən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən Cavabdeh başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi mən 04 aprel 2023cü il tarixindən dövlət qulluğundan azad edilərək mənim dövlət qulluğuma xitam verilmişdir. Yuxarıda qeyd edilən 36 saylı, 04 aprel 2023-cü il tarixli əmrin surətini halhazıra kimi almamışdır. Əmək kitabçasının surətini isə uzun və gərgin danışıqlardan sonra 01 may 2023-cü ildə almışdır. Səhəri günü də bununla bağlı qanunvericiliyin tələbinə uyğun olaraq xx.xx.2023-cü ildə mediasiyaya müraciət etmişdir. Oradan ona ilkin mediasiya sesiyasında iştirak edilməməsi (cavabdeh tərəfin) barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Yuxarıda qeyd edilən əmrlərlə bağlı bildirirəm ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək Sabirabad konsultativ poliklinika şöbəsində ambulator müalicədə və xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan müddətdə isə Bakı şəhərində yerləşən X4 stasionar müalicədə olmuşdur. Göründüyü kimi stasionar müalicədə olduğu müddətdə yəni, xx.xx.2023-cü ildə dövlət qulluğundan azad edilərək dövlət qulluğuna xitam verilmişdir. Həmişə öz vəzifəsini lazımı qaydada yerinə yetirmişdir. Bir sözlə özünün əmək funksiyasını Azərbaycan Respublikasının Qanunları çərçivəsində qurmuşdur. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamış, əmək və icra intizamını pozmamış, dövlət qulluqçusunun adına xələl gətirən hərəkətlərə də yol verməmişdir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası İPM-nin 8.1.3-cü və “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddələrini rəhbər tutaraq barəsində olan Cavabdeh Başçısının 36 saylı, 04 aprel 2023-ci il tarixli əmrini ləğv edərək onu əvvəlki işinə, yəni, Cavabdeh Başçısının Quruzma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-965/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)- 965/2024 saylı qərarı ilə İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, 36 saylı əmrin ləğv edilərək, Cavabdeh Başçısının Quruzma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi qərara alınmışdır. Aşağıdakı səbəblərdən Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-965/2024 saylı qərarının ləğv edilməsini zəruri hesab edirəm. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh Quruzma Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixdə kiçik dövlət qulluğçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2023-cü il tarixdə dövlət qulluğundan azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. 04 aprel 2023-cü il tarixli, 36 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında “Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən Cavabdeh başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı 04 aprel 2023-cü il tarixdən dövlət qulluğundan azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. İnzibati is materiallarının bütün halları ilə hakim tərəfindən inzibati is üzrə natamam araşdırılma aparılması açıq-aşkar görünür. Xüsusilə vurğulayıram ki, iddiaçı tərəfindən hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının hazırkı iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır. Qeyd olunanları nəzərə alaraq İnzibati Prosessual Məcəllənin 81-ci maddəsini, Mülki Prosesual Məcəlləsinin 384.0.2; 385.1.1; 385.1.3-cü maddələrini rəhbər tutaraq xahiş edirik ki, Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-965/2024 saylı qərarının düzgün, ətraflı və hərtərəfli araşdırılaraq, həmin qərarın ləğv edilib iddia tələbimizin təmin edilməsini, bu mümkün olmadığı halda yəni iş natamam olduğu halda ləğv edilərək yenidən araşdırılması üçün 1 -ci instansiya məhkəməsinə qaytarılmasını Sizdən xahiş edirəm. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (...) 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (...) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; ... Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; ... Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar ... ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması ... Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər
«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-965/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, 36 saylı əmrin ləğv edilərək, Cavabdeh Başçısının Quruzma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən əmrdə yol verilən pozuntu kimi istinad olunan Cavabdeh başçısı aparatının Ərazi idarə etmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsi tərəfindən 03 aprel 2023-cü il tarixdə nümayəndəlikdə əmək intizamı yoxlanılan zaman İddiaçı Sabirabad Rayon X3 Hüquqi şəxs tərəfindən Ambulator rejimdə əmək qabilyətinin olamaması barədə ambulator şəraitdə müalicə müddətinin 31 mart 2023-cü il tarixdə bitməsinə baxmayaraq iş vaxtı yerində olmamış, İddiaçılə telefon əlaqəsi saxlayan zaman heç bir üzürlü səbəb göstərmədən Bakı şəhərində olduğu bildirmiş və bunla bağlı nümayəndəlikdə akt tərtib edilməsi bildirilsədə İddiaçı xx.xx.2023-cü il tarixdə X5 Yanıq şöbəsinə qəbul olunmasını, diaqnozunun keçirilmiş yanıqdan sonrakı vəziyyət hər iki əl və əl barmaqlarının çoxsaylı kobud və hipertrofik dartıcı çapıqları, ağrı sindromu, hissiyyat pozğunluğu, barmaqların kombinə olunmuş konturaktuları, barmaqlarda hərəkət məhdudluğu olmasını, xəstənin xx.xx.2023-cü il tarixdə evə yazılması cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmadan araşdırılmamış və iddiaçının xx.xx.2023-cü il tarixdə stasionar müalicədə olmasına baxamayaraq cavabdeh inzibati orqan tərəfindən əmr verilmişdir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, 36 saylı əmrin ləğv edilərək, Cavabdeh Başçısının Quruzma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, mübahisənin predmeti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Belə ki, iş materiallarında olan Cavabdeh Quruzma Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-70-27/2-805/20203 nömrəli arayışından görünür ki, Babayev X2 rayonunun Quruzma kəndində yaşayır. İş materiallarında olan TQS 027 nömrəli ambulator kitabçadan çıxarışdan və əmək qabiliyyətinin olmaması barədə seriya SN 00008, ******* nömrəli vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ambulator müalicə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X7 Cavabdehnə ünvanladığı xx.xx.2023-cü il tarixli, 418 nömrəli məktubdan görünür ki, Sabirabad RMX-nin Poliklinika şöbəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək onun adına Ambulator rejimdə əmək qabiliyyətinin olmaması vərəqəsi açılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X9 Şəxsi Sabirabad RMX-nin X1 18 noyabr 2023-cü il tarixli, 14 nömrəli tibbi arayışından görünür ki, Babayev X2 rayon Poliklinikasında xx.xx.2023-cü ildə ambulator müalicə olmuşdur. xx.xx.2023-cü il tarixdə əlavə müayinə üçün X6 göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X9 Şəxsi “X8” X7 məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 18-1-19/2-1108/2023 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə X5 Yanıq şöbəsinə qəbul olunmuşdur. Diaqnoz keçirilmiş yanıqdan sonrakı vəziyyət hər iki əl və əl barmaqlarının çoxsaylı kobud və hipertrofik dartıcı çapıqları, ağrı sindromu, hissiyyat pozğunluğu, barmaqların kombinə olunmuş konturaktuları, barmaqlarda hərəkət məhdudluğu. Xəstə xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 ******* nömrəli xəstəlik tarixi ambulator kitabçasından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yanıq şöbəsində müalicə almışdır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh Quruzma Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixdə kiçik dövlət qulluğçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2023-cü il tarixdə dövlət qulluğundan azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan Cavabdeh Başçısının 04 aprel 2023-cü il tarixli, 36 nömrəli əmrindən görünür ki, “Dövlət qulluğu haqqında “Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən Cavabdeh başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı 04 aprel 2023-cü il tarixdən dövlət qulluğundan azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan Cavabdeh Başçısının xx.xx.2023- cü il tarixli, 5-70-2/2- 1466/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia tələbinə dair 2-1(120)- 3421/2023 nömrəli iş üzrə Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 36 nömrəli əmrinin surətinin İddiaçı təqdim edilməsi qaydası barədə sənədlərin, o cümlədən onun qulluq etdiyi dövrlərdə intizam məsuliyyətinə cəlb edilib-edilməməsi, mükafatlandırılması barədə məlumat və sənədlərin təsdiq edilmiş surətinin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə məktubunuza rayon icra hakimiyyətində baxılmışdır. Məlum edirik ki, sizin 16 iyun 2023-cü il tarixli, 2-1 (120)-3421/2023 nömrəli məktubunuza əsasən İddiaçı vəzifəsindən azad edilməsi barədə rayon icra hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 36 nömrəli əmrinin surətini İddiaçı poçt vasitəsi ilə göndərilməsini təsdiq edən poçt qəbzinin təsdiq edilmiş surəti və intizam-tənbeh tədbiri olaraq ona verilmiş töhmət əmrinin surəti 07 sentyabr 2023-cü il tarixdə 5-70-2/2-1249/2023 nömrəli məktubla Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularının kollektiv mükafatlandırılması barədə rayon icra hakimiyyəti başçısının 09 mart 2022-ci il tarixli 36 nömrəli, 10 may 2022-ci il tarixli, 70 nömrəli və 6 mart 2023-cü il tarixli 30 nömrəli sərəncamlarına əsasən Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə çalışan dövlət qulluqçularına kollektiv mükafat verilən zaman nümayəndəliyin mühasibatlığı tərəfindən İddiaçıdə 1 aylıq vəzifə maaşı məbləğində mükafatlar verilmişdir. Əlavə olaraq İddiaçı vəzifəsindən azad edilməsi barədə rayon icra hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 36 nömrəli əmrinin surətini poçt vasitəsi ilə şəxsən 11 sentyabr 2023-cü il tarixdə təhvil almasını təsdiq edən poçt göndərişinin verilməsi haqqında sifarişli xəbərnamənin surəti Sizə göndərilir. Beləliklə də məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh Quruzma Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixdə kiçik dövlət qulluğçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2023-cü il tarixdə Cavabdeh Başçısının 04 aprel 2023-cü il tarixli, 36 nömrəli əmri ilə dövlət qulluğundan azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Sabirabad rayon Poliklinikasında ambulator müalicə almış, xx.xx.2023-cü il tarixdən əlavə müayinə üçün X6 göndərilmiş və işdən azad olunduğu xx.xx.2023-cü il tarixindən o, “keçirilmiş yanıqdan sonrakı vəziyyət hər iki əl və əl barmaqlarının çoxsaylı kobud və hipertrofik dartıcı çapıqları, ağrı sindromu, hissiyyat pozğunluğu, barmaqların kombinə olunmuş konturaktuları, barmaqlarda hərəkət məhdudluğu” xəstəliyi diaqnozu ilə X5 Yanıq şöbəsinə qəbul olunmuş və həmin Tibbi Mərkəzində xəstə kimi xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş və xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. Həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı əmək fəaliyyəti dövründə cəmi bir dəfə yəni, xx.xx.2022-ci il tarixli 46 nömrəli əmr ilə töhmət verilmiş, lakin, həmin töhmət əmrindən əvvəl və sonra üç dəfə - xx.xx.2022-ci il tarixli 36 nömrəli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli əmrlərlə mükafatlar verilmişdir. Hətta, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən “mükafat ödəniləcək işçilərin siyahısından” görünür ki, həmin mükafatlar barələrində intizam-tənbeh tədbiri görülməmiş işçilərə verilmişdir və həmin siyahıda İddiaçı adı qeyd edilmişdir (bax iş vərəqi 55). Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normalaraı daxilində qiymətləndirməyi zəruri hesab edir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 25.2-ci və 25.2.6-cı maddələrinə əsasən Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi barədə intizam tənbeh tədbirləri tətbiq edilə bilər. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Həmin Qanunun 33.1-ci və 33.1.6-cı maddələrinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən dövlət qulluğu keçmənin digər məsələləri bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin a) bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır. Həmin Məcəllənin 72-ci maddəsinin ə) bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 187-ci maddəsinin 3-cü bəndinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Həmin Məcəllənin 189-cu maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 190-cı maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Həmin Məcəllənin 190-cı maddəsinin 4-cü bəndinə əsasən intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi, dövlət qulluqçusu vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə dövlət qulluğundan azad edilə bu əsasla dövlət qulluğuna xitam verilə bilər. Həmin normalara görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır. Həmin hüquq normaları imperativ qaydada tələb edir ki, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər və intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına təıtbiq edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan hazırda mübahisələndirilən inzibati aktı qəbul edərkən sadalanan hüquq normalarının tələblərinə əməl etməmiş və bununla da iddiaçının hüquqlarına əsassız müdaxilə etmişdir. Belə ki, cavabdeh hazırda mübahisələndirilən əmrdə iddiaçının dövlət qulluğuna xitam verilməsi əsasları kimi ona əvvəllər edilmiş şifahi xəbərdarlıqlardan və intizam tənbeh tədbiri olaraq verilmiş töhmətdən nəticə çıxartmamağı göstərmişdir. Halbuki, işdə olan sənədlrədən görünür ki, İddiaçı əmək fəaliyyəti dövründə cəmi bir dəfə yəni, xx.xx.2022-ci il tarixli 46 nömrəli əmr ilə töhmət verilmiş, lakin, həmin töhmət əmrindən əvvəl və sonra üç dəfə - xx.xx.2022-ci il tarixli 36 nömrəli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli əmrlərlə mükafatlar verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur və işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir. Həmçinin, İddiaçı töhmət verilməsinə əsas olan xx.xx.2022-ci il tarixli 46 nömrəli əmrin məzmunundan görünür ki, həmin əmrdə töhmətin verilməsinə əsas olan pozuntu hazırki mübahisələndirilən əmrdə olan pozuntu ilə eynilik təşkil etmir. Bu isə iddiaçının hazırda mübahisələndirilən əmrdə olan pozuntuların əvvəllər etməsi halını istisna edir. Başqa sözlə, iddiaçı tərəfindən eyni xarakterli pozuntuların davamlı və mütəmadi olaraq etməsi halı müəyyən edilmir. Bundan başqa qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsi yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. Mübahisələndirilən əmrdə bununla bağlı (pozuntunu “kobud” kimi qiymətləndirən) hər hansı açıqlama və ya əsas göstərilməmişdir. Bundan başqa, cavabdehin hazırda mübahisələndirilən əmrindən görünür ki, iddiaçının dövlət qulluğuna xitam verilməsi əsaslarından biri kimi 04 aprel 2023-cü il tarixdə rayon icra hakimiyyətinə kənd sakinləri tərəfindən İddiaçı fəaliyyətindən narazılıqları barədə fərdi qaydada 8 ədəd şikayət xarakterli teleqram daxil olması və həmin müraciətlərdə əks olunan pozuntulara iddiaaçı tərəfindən yol verilməsi olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, həmin müraciətlərdə olan pozuntuların həqiqətən də olub-olmamadığı, olduğu halda hansı tarixdə yol verildiyi barədə cavabdeh orqan tərəfindən hər hansı dəqiqləşmiş və araşdırmaya əsaslanan mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər və intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Eyni qayda “Dövlət qulluğu haqqında” Qanununda da yer almışdır. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Bundan başqa dövlət qulluğuna xitam verilməsinin hüquqi əsası kimi əmrdə istinad olunan “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinin tətbiq edilməsinə imkan verən qanunla müəyyən edilmiş prosedur qaydalara da əməl edilməmişdir. Hansı ki, həmin qaydalara əməl edilmədən “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi yolverilməzdir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Göründüyü kimi qanunverircilik imperativ qaydada tələb edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edilmə ilə bağlı intizam tənbehi tədbirinin tətbiq edilməsi üçün mütləq müvafiq dövlət orqanının rəhbərinin əmri olmalı, bununla bağlı araşdırma aparılmalı və dövlət qulluqçusundan yazılı izahat alınmalıdır. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçıya “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində nəzərədə tutulmuş intizam tənbehi tətbiq etmək üçün araşdırma aparılması məqsədilə müvafiq dövlət orqanı rəhbərinin əmri olmamış, bununla bağlı araşdırma aparılmamış və ümumiyyətlə dövlət qulluqçusundan yazılı izahat alınmamışdır (ən azından bu faktları təsdiq edən sübutlar cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsinə nə də apellyasiya məhkəməsinə təqdim edilməmişdir). İşdə olan “iddiaçının izahat verməkdən imtina olunması” ilə bağlı tərtib edilmiş aktdan görünür ki, həmin akt xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və məzmununda imza etmənin mümkünsüzlüyünü iddiaçının Bakı şəhərində olması ilə əlaqləndirilmişdir. Hansı ki, işin müəyyən edilmiş hallarına görə iddiaçı xx.xx.2023-cü il tarixdə xəstəliyi ilə əlaqədar ambulator və daha sonra stasionar müalicədə olmuşdur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh qurum “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə (dövlət qulluğundan azad edilməsinə) əsaslanıb, iddiaçının dövlət qulluğuna xitam verə bilməzdi. Bundan başqa və ən əsası işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Sabirabad rayon Poliklinikasında ambulator müalicə almış, xx.xx.2023-cü il tarixdən əlavə müayinə üçün X6 göndərilmiş və işdən azad olunduğu xx.xx.2023-cü il tarixindən o, “keçirilmiş yanıqdan sonrakı vəziyyət hər iki əl və əl barmaqlarının çoxsaylı kobud və hipertrofik dartıcı çapıqları, ağrı sindromu, hissiyyat pozğunluğu, barmaqların kombinə olunmuş konturaktuları, barmaqlarda hərəkət məhdudluğu” xəstəliyi diaqnozu ilə X5 Yanıq şöbəsinə qəbul olunmuş və həmin Tibbi Mərkəzində xəstə kimi xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş və xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan qeyd edilən hüquq normalarını pozaraq əsassız olaraq iddiaçını dövlət qulluğundan azad etmiş və onun dövlət qulluğuna xitam vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan 04 aprel 2023-cü il tarixli, 36 nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmamış və düzgün tətbiq etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-965/2024 saylı qərarı dəyişdirlmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-965/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.