Məhkəmə qərarları › İş №2-1(106)-171/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-171/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-171/2023 19.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi) X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, 98 nömrəli sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(120)-521/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli, 243 nömrəli sərəncamı ilə 5,0 ha torpaq sahəsi ərazisində qum-çınqıl karxanası kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh başçısının 18 noyabr 2005-ci il tarixli, 243 saylı sərəncamı ilə İddiaçı 5,0 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Sonradan Cavabdeh xx.xx.2022-ci il tarixli, 98 saylı sərəncamı ilə İddiaçı rayonun Çaxırlı kəndi yaxınlığında yerləşən dövlət fondundan qum-çınqıl materiallarının çıxarılması üçün 5,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının 18 noyabr 2005-ci il tarixli, 243 saylı sərəncamı və 21 noyabr 2005-ci il tarixli, 92 saylı icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İddiaçı Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 98 saylı sərəncamı ilə razılaşmayaq onun ləğv edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 98 nömrəli sərəncamın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli, 243 nömrəli sərəncamı ilə 5,0 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X2 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti bağlı monitorinq apararaq qum-çınqıl materiallarının çıxarılması zamanı yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X3 İdarə Heyətinin qərarı ilə xx.xx.2017-ci il tarixdə verilmiş 00984 nömrəli dağmədən ayırması ləğv edilmişdir. Bununla bağlı Cavabdeh tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə məktub göndərilmişdir. Cavabdehnə daxil olmuş xx.xx.2021-ci il tarixli, 40276/26477 nömrəli məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına görə torpaq ayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. Onun fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına, dövlət və ictimai maraqlara ziyan vurduğuna görə qum-çınqıl çıxarılması məqsədilə torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının sərəncamı inzibati akt “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edilməlidir. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət (etiraz) təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 15 aprel 2022-ci il tarixli, 98 saylı sərəncamının ləğv edilməsinə dair iddiası əsassızdır. Belə ki, İddiaçı Cavabdeh başçısının 18 noyabr 2005-ci il tarixli, 243 saylı sərəncamı ilə 5,0 ha torpaq sahəsi qumçınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X2 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, İddiaçı qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X3 İdarə Heyətinin qərarı ilə İddiaçı 29 iyun 2017-ci il tarixdə verilmiş 00984 saylı dağ-mədən ayırması ləğv edilmişdir. Bununla bağlı Cavabdeh tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə İddiaçı məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının və o cümlədən İddiaçı fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına görə torpaqayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. İddiaçı fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına, dövlət və ictimai maraqlara ziyan vurduğuna görə qum-çınqıl çıxarılması məqsədi ilə İddiaçı torpaq sahəsinin icarəyə verilməsi barədə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı - inzibati akt “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edilmişdir. Cavabdeh başçısının 15 aprel 2022-ci il tarixli, 98 saylı Sərəncamı verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 15 aprel 2022-ci il tarixli, 98 saylı Sərəncamının ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(120)-521/2023 saylı qərarı ilə (hakim H.N.Nəcəfov) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli, 98 nömrəli sərəncamı ləğv edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və inzibati aktın ləğv edilməsi ilə bağlı İmişli RİH tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 98 nömrəli sərəncamın qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti məhkəməyə təqdim olunmuş yazılı münasibətlə (etiraz) eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, “ Şirvan İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(120)-521/2023 saylı qərarının nəticə hissəsində qeyd edilənləri qəbul etmirik, çünki iş materiallarında təqdim edilmiş sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə hesab etmişdir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv olunması ilə bağlı ibzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə nəzər yetirməlidir. Sözügedən Qanunun tələbləri pozularaq inzibati akt qəbul edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh sərəncamı qəbul edən zaman iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi açıq və aydın olsa da, cavabdehin onun inzibati icraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi heç bir sübutla təsdiqini tapmır. Hesab edirik ki, Məhkəm qanun normalarını mənasına zidd olaraq təfsir etmiş və məhkəmənin İddiaçı 5.0 hektar torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli, 243 saylı saylı Sərəncamının ləğv edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 98 saylı Sərəncamının qanunazidd olduğu üçün ləğv edilməsi hissəsində qəbul etdiyi qərarı tam əsassızdır. AR MPM-nin 88-ci maddəsində qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Buna görə də, hesab edirik ki, məhkəmə tərəfindən AR MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuş, məhkəmə araşdırması düzgün aparılmamış, təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmişdir. Bildiririk ki, 2021-ci ildə Cavabdeh iclas zalında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X3 İdarə Heyətinin sədri, sədrin müavini və Hüquq şöbəsinin müdirinin iştirakı ilə qum-çınqıl materiallarının çıxarılması üçün torpaq sahəsi icarəyə verilmiş hüquqi və fiziki şəxslərin də iştirak etdiyi yığıncaq keçirilmiş və həmin yığıncaqda torpaq icarəçiləri tərəfindən Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərinin pozulduğu onların diqqətinə çatdırılmış və fəaliyyətlərinin dayandırılması ilə bağlı hər birinə xəbərdarlıq olunmuşdur. Bundan sonra Cavabdeh adından 04 oktyabr 2021-ci il tarixdə 2/1511 saylı məktubla İddiaçı və digər torpaq icarəçilərinə rəsmi məktub göndərilərək fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə rəsmi xəbərdarlıq edilmişdir. Bütün bunlar İddiaçı torpaqdan istifadə hüquuqna xitam verilməsi barədə sərəncamda göstərilsə də, məhkəmə əsassız olaraq qərarda göstərmişdir ki, inzibati akt qəbul edilərkən iddiaçının guya bundan xəbəri olmamışdır. Bütün bunlardan görünür ki məhkəmə işdə olan sübutları və qanunu əsas götürməyərək özünün subyektiv fikirlərinə əsaslanmış, ölkə miqyasında bununla bağlı həyata keçirilən vacib tədbirlərə əhəmiyyətsiz bir məsələ kimi yanaşmışdır. Yuxarıda qeyd edilən tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qum-çınqıl karxanalarının qanunsuz fəaliyyəti və bunlarınn qarşısının alınması ilə bağlı 06 dekabr 2021-ci il tarixdə Azərbaycan respublikası Nazirlər Kabinetinə müraciət olunmuş və həmin müraciətin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetindən Cavabdehnə daxil olmuş 10 dekabr 2021-ci il tarixli 40276/26477 saylı məktubunda siyahı üzrə İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının və o cümlədən İddiaçı qum-çınqıl materiallarının çıxarılması ilə bağlı fəaliyyəti nəticəsində ətraf ərazilərin hidroekoloji şəraitinin neqaqativ yöndə dəyişməsinə səbəb olduğu, Yerin təkinin səmərəli istifadəsi və mühafizəsinə dair qanunların tələbləri pozulduğuna görə rayon üzrə qum-çınqıl karxanaları üzrə torpaqayırma sənədlərinin yerli ivcra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tövsiyəsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən torpaqayırma sənədlərinin ləğv edilməsi ilə bağlı müraciəti və Azərbaycan Respublikasının “İnzibati İcraat Haqqında” Qanununun 68.2.3-cü maddəsinin tələblərini rəhbər tutaraq Cavabdeh başçısıxx.xx.2022-ci il tarixində xx.xx.2005-ci il tarixli, 243 saylı sərəncamın ləğv edilməsi barədə yeni sərəncam (inzibati akt) qəbul etmişdir. Həmin sərəncam Azərbaycan Respublikasıınn “İnzibati İcraat Haqqında” Qanununun 62.1-ci maddəsinə əsasən iddiaçı tərəfə xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə təqdim edilmişdir.Poçt qəbzi apellyasiya şikayətinə əlavə edilmişdir.Bütün qeyd edilənləri və Azərbaycan Respublikası MPM-nin 88,216, və 217-ci maddələrini rəhbər tutaraq, Şirvan İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(120)-521/2023 saylı qərarınının ləğv edilməsi və inzibati aktın ləğv edilməsi ilə bağlı Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 98 nömrəli sərəncamın qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş edirik”. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı: İddiaçı cavabdehin apellyasiya şikayətinə etirazında qeyd etmişdir ki, Cavabdeh Şirvan İnzibati Məhkəməsinin həmin qərarından verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Cavabdeh özü müvafiq sənədlərin alınması üçün mənə icazə məktubu vermiş və həmin məktub əsasında mən hüquqmüəyyənedici sənədlər almışam. Əgər Cavabdeh arqumentləri düzgündürsə bəs onda nəyə görə mənə hüquqmüəyyənedici sənədlər almaq üçün məktub vermişdir ki, məndə əhəmiyyətli dərəcədə xərc çəkərək sənədlər almışam. Bildirirəm ki, mənim iddiam mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mən cavabdehin sərəncamı ilə mənim subyektiv hüququma birbaşa müdaxilə edildiyini iddia etmişəm və buna görə də həmin sərəncamı mübahisələndirmişəm.Mübahisəli sərəncam xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. İddia ərizəsində qeyd etmişəm ki, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 98 saylı sərəncamının surəti xx.xx.2022-ci il tarixdə mənə verilmiş və Şirvan İnzibati Məhkəməsində hazırkı iddianı qaldırmışam. Qeyd edirəm ki, inzibati aktın qəbul olunması haqqında məlumatvermə dedikdə inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür. Cavabdeh mübahisələndirilən inzibati aktını (sərəncam) xx.xx.2022-ci il tarixdə qəbul etsə də onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut (poçt qəbzi və s.) təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (“İnzibati İcraat haqqında” Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati akt almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübutetmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Haqkimiyyəti başçısının sərəncamı “İnzibati İcraat haqqında” Qanuna uyğun olaraq ləğv edilməli idi. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişəm. Qanunvericiliyin tələbinə görə, ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququlna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilməkimkanlarının təmin edilməsiinzibati orqanın borcudur. Cavbdehin mübahisəli sərəncamı qəbul edilən inzibati icraat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra hakimiyyətinə daxil olmuş məktubu əsasında başlanılmış, qəbul olunması nəzərdə tutulan inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi açıq və aydın olsa da, mənim inzibati icraatda iştirakımı təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Bildirirəm ki, həmin məktub verilərkən məktubun məzmununda qeyd edilənlərin həqiqətə uyğun olub olmaması cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış və daha sonra mübahisəli sərəncamda göstərilən dəlillərlə bağlı mən və ya nümayəndəm çağırılaraq dinlənilməmiş, məndən həmin dəlillərə dair sübutlar tələb eidlməmiş, mənim iştirakım ilə torpaq sahəsinə baxış keçirilməmiş və həmin məktub əsasında qəbul edilmiş inzibati akt vaxtında ona təqdim edilməmişdir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 8/846 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə mühafizəsinə də qanunların tələblərini pozmuş və bununla əlaqədar Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi yanında X7 X3 İdarə Heyətinin qərarı ilə İddiaçı 29 iyun 2017-ci il tarixdə verilmiş 00984 saylı dağmədən ayırması ləğv edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq cavabdeh tərəfindən 1xx.xx.2022-ci il tarixli, 98 saylı sərəncamla İddiaçı rayonun Çaxırlı kəndi yaxınlığında yerləşən dövlət fondundan qum-çınqıl materiallarının çıxarılması üçün 5.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının 18 noyabr 2005-ci il tarixli, 243 saylı sərəncamı və 21 noyabr 2005-ci il tarixli, 92 saylı icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunur ki, İddiaçı ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icra şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X3 publlik hüquqi şəxsi və Cavabdeh tərəfindən 2018-2021-ci il tarixlərində aparılmış yoxlama (monitorinq) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələbinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyən olunan fapktlardan çıxış etməklə mənim barəmdə məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa ümumiyyətlə mənim icarə müqaviləsi şərtlərinə əməl edib-etməməyim (torpaq sahəsini təyintı üzrə istifadə edibetməməyim) ayrıca məhkəmə mübahisəsinin (mülki məhkəmə icraatı) predmeti olduğundan cavabdehin mübahisələndirilən sərəncamla mənim torpaqdan istifadə hüququma xitam vermək səlahiyyəti olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 73-cü və 75ci maddələrinə müvafiq olaraq torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazırkı işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin 2.14-cü bəndinə görə “tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf müvafiq orqanlar və ya məhkəmə qaydasında iddia qaldırır”. Bütün bu qeyd edilənləri nəzərə alaraq Cavabdeh Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-521/2023 saylı qərarından verdiyi apellyasiya şikayətinin təmin olunmaması və qərarın dəyişdirilmədən saxlanmasına dair qərar qəbul edilməsini xahiş edirəm”. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Apellyasiya məhkəməsində İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(120)- 521/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(120)-521/2023 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, 98 nömrəli sərəncamının ləğv edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edib-etməməsi (torpaq sahəsini təyinatı üzrə istifadə edib-etməməsi) ayrıca məhkəmə mübahisəsinin (mülki məhkəmə icraatı qaydasında baxılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən sərəncamla iddiaçının torpaqdan istifadə hüququna xitam vermək səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh başçısının 18 noyabr 2005-ci il tarixli, 243 saylı sərəncamı ilə İddiaçı 5,0 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Sonradan Cavabdeh xx.xx.2022-ci il tarixli, 98 saylı sərəncamı ilə İddiaçı rayonun Çaxırlı kəndi yaxınlığında yerləşən dövlət fondundan qum-çınqıl materiallarının çıxarılması üçün 5,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının 18 noyabr 2005-ci il tarixli, 243 saylı sərəncamı və 21 noyabr 2005-ci il tarixli, 92 saylı icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Mübahisəli sərəncamın məzmunundan görünür ki, həmin sərəncamın qəbul edilməsinə əsas Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının və o cümlədən İddiaçı fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına görə torpaq ayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. Mübahisəli sərəncamın məzmunundan görünür ki, həmin sərəncamın qəbul edilməsinin digər əsası İddiaçı tərəfindən dövlət və ictimai maraqlara ziyan vurulması halı olmuşdur. Hazırda iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli, 98 saylı sərəncamı ilə razılaşmayaq onun ləğv edilməsini məhkəmədən xahiş edir. Eyni zamanda məhkəmə araşdırması zamanı, iddiaçının və cavabdehin nümayəndəsinin verdiyi izahatlardan, işdə olan sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh başçısının 18 noyabr 2005-ci il tarixli, 243 saylı sərəncamı ilə İddiaçı ayrılmış 5,0 ha torpaq sahəsi hazırda da İddiaçı faktiki istifadəsindədir və həmin torpaq sahəsində ona məxsus əşyaları vardır. İddiaçı sözügedən torpaq sahəsi ilə bağlı onunla cavabdeh arasında bağlanmış icarə müqaviləsinin müddətinin uzadılmasına dair Cavabdehnə müraciət etmiş və həmin müraciəti əsasında torpaq sahəsinin yenidən yerquruluşu xəritəsi tərtib edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi Cavabdeh tərəfindən hər hansı şəxsin istifadəsinə, icarəsinə və ya mülkiyyətinə verilməmişdir. İddiaçı həmin torpaq sahəsində hüquqi marağının olduğunu nəzərə alaraq hazırki iddianı qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. İşdən görünür ki, сavabdehin mübahisəli sərənсamı qəbul edilən inzibati iсraat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubu əsasında başlanılmış, qəbul olunması nəzərdə tutulan inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə kollegiyası müəyyən etdi ki, həmin məktub verilərkən həmin məktubun məzmununda qeyd edilənlərin həqiqətə uyğun olub-olmaması məqsədi ilə cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılmamış, həmin məktubda və daha sonra mübahisəli sərəncamda göstərilən dəlillərlə bağlı iddiaçının özü və ya nümayəndəsi çağırılaraq dinlənilməmiş, iddiaçıdan həmin dəlillərə dair sübutlar tələb edilməmiş, iddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirilməmiş və həmin məktub əsasında qəbul edilmiş inzibati akt vaxtında ona təqdim edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa mübahisəli sərəncamın məzmunundan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X2 mütəxəssiləri tərəfindən İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq (yoxlama) aparılmış və yoxlamada İddiaçı qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X3 İdarə Heyətinin qərarı ilə İddiaçı 29 iyun 2017-ci il tarixdə verilmiş 00984 saylı dağ-mədən ayırması ləğv edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 98 saylı sərəncamla İddiaçı rayonun Çaxırlı kəndi yaxınlığında yerləşən dövlət fondundan qum-çınqıl materiallarının çıxarılması üçün 5,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının 18 noyabr 2005-ci il tarixli, 243 saylı sərəncamı və 21 noyabr 2005-ci il tarixli, 92 saylı icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X3 Publik Hüquqi şəxsi tərəfindən aparılmış yoxlama (monitorinq) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. (Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 05/7424-11 saylı məktuba əsasən) Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa Şirvan Apellyasiya Məhkəməsi tərəfindən mübahisəli sərəncamın qəbul edilməsinin əsaslarında biri olan İddiaçı tərəfindən dövlət və ictimai maraqlara ziyan vurulması faktı ilə bağlı araşdırma aparılmış, lakin həmin faktları təsdiq edən təkzib olunmaz (mötəbər) sübutlar müəyyən olunmamışdır. Belə ki, məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilərək İddiaçı fəaliyyəti nəticəsində dövlətə və ictimai maraqlara ziyanın vurulmasının nədə ifadə olunması, yəni ziyanın hansı formada vurulması (ziyanın dəymə səbəbləri), yaranma əsasları və əgər ziyan dəymişsə ziyanın həcmi barədə məlumatları və həmin məlumatları təsdiq edən subutları, o cümlədən cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahəsinə mütəxəssis cəlb olunmaqla baxış keçirilib-keçirilməməsi, əgər keçirilmişsə bu barədə tərtib edilmiş mütəxəssis rəyini və yerində baxış müayinə aktının əsillərini və ya təsdiq olunmuş surətlərini qısa vaxt ərzində Şirvan Apellyasiya Məhkəməsinə təqdim olunması xahiş olunmuşdur. Lakin, cavabdeh inzibati orqan tərəfindən məhkəmənin tələb etdiyi sənədlər tədim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, hazırda mübahisələndirilən sərəncam Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubu əsasında qəbul olunsa da, həmin faktların (iddiaçının fəaliyyəti nəticəsində dövlətə və ictimai maraqlara ziyanın vurulmasının) araşdırılması məqsədilə əraziyə baxış keçirilməmiş və ziyanın yaranma əsasları və həcmi barədə hər hansı sübut əldə olunmamışdır. Hansı ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 61.1 maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bundan başqa məhkəmə kollegiyasının qənaətinə görə ümumiyyətlə iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edib-etməsi (torpaq sahəsini təyinatı üzrə istifadə edibetməməsi) ayrıca məhkəmə mübahisəsinin (mülki məhkəmə icraatı qaydasında baxılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən sərəncamla bağlanmış icarə müqaviləsinə, o cümlədən iddiaçının torpaqdan istifadə hüququna xitam vermək səlahiyyəti olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazirki işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin mübahisələndirilən inzibati aktda istinad olunan digər normaları (torpaq sahəsindən təyinatı üzrə istifadə etməmə və s.) üzrə də iddiaçının torpaq sahəsi üzərində olan hüququna xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinin bilavasitə cavabdehdə olması, həmin Məcəlləsinin 73 və 75-ci maddələrindən, eləcə də ”Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanından görünmür. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin 2.14-cü bəndinə görə tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf “...müvafiq orqanlar və ya məhkəmə qaydasında iddia qaldırır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Beləliklə, sadalanan normalara əsasən, cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə iddiaçının torpaq üzərində olan müvafiq hüququna xitam verilməsi üçün işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmadan (hüquqi nəticə əldə edilmədən) səlahiyyətlə bağlı qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Belə olan halda isə mübahisələndirilən inzibati akt müvafiq səlahiyyətə malik olmayan inzibati orqan tərəfindən qəbul edilmiş sayılır ki, bu hal da özü-özülüyündə həmin inzibati aktın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Bundan başqa işdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X2 mütəxəssiləri tərəfindən İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı aparılmış monitorinq (yoxlama) zamanı İddiaçı Cavabdeh başçısının 18 noyabr 2005-ci il tarixli, 243 saylı sərəncamı və 21 noyabr 2005-ci il tarixli, 92 saylı icarə müqaviləsi ilə ona ayrılmış torpaq sahəsində deyil, kənar ərazidə hasilat apardığı müəyyən edilmişdir. Məhz bu səbəbdən İddiaçı 29 iyun 2017-ci il tarixdə verilmiş 00984 saylı dağ-mədən ayırması ləğv edilmişdir (iş vərəqi 31). Göründüyü kimi, İddiaçı qum-çınqıl hasilatı ilə məşğul olarkən Cavabdeh başçısının 18 noyabr 2005-ci il tarixli, 243 saylı sərəncamı və 21 noyabr 2005-ci il tarixli, 92 saylı icarə müqaviləsi ilə ona ayrılmış torpaq sahəsinə hər hansı formada ziyan vurulması müəyyən edilmir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı qanunla ona ayrılmış torpaq sahəsinə deyil, kənar torpaq sahəsinə hər hansı zərər vurarsa və sübuta yetirilərsə, bu hala görə həmin torpaq sahəsi ondan geri alınmamalı, buna subyektiv hüququ olan şəxs tərəfindən kənarda aparılmış hasilata görə vurulmuş zərərin ödənilməsi ilə bağlı zəruri tədbirlər görülməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart 975 nömrəli tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin 3.0 və 3.0.109-cü bəndlərinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmini müəyyən etmək və bunun əsasında təqsirkar şəxslərə bu zərərin könüllü ödənilməsinə, habelə pozuntuların aradan qaldırılmasına dair tələb irəli sürmək və ya məhkəməyə iddia təqdim etmək Nazirliyin vəzifələrinə daxildir. Məhkəmə kollegiyasının mövqeyinə görə əlverişli inzibati aktın inzibati orqan tərəfindən ləğv edilməsi xüsusi hallarda mümkündür ki, həmin hallar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 68.2-ci maddəsində yer almışdır. Həmin Qanunun həmin maddəsinin tələbinə görə qanuni əlverişli inzibati akt yalnız inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda ləğv edilə bilər (maddə 68.2.3-cü). Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd edilən faktlar (qanunla ayrılmış torpaq sahəsindən kənarda hasilatın aparılması) sübuta yetirildiyi halda, qeyd edilən normaya əsaslanaraq torpaq sahəsinin ayrılması ilə bağlı İddiaçı verilmiş əlverişli inzibati akt (Cavabdeh başçısının 18 noyabr 2005-ci il tarixli, 243 saylı sərəncamı) deyil, həmin torpaq sahəsində qum-çınqıl hasilatı ilə məşğul ola bilməsi üçün İddiaçı verilmiş 29 iyun 2017-ci il tarixli 00984 saylı dağ-mədən ayırmasının ləğv olunması məsələsi həll oluna bilərdi. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı iş üzrə Cavabdeh tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmiş, sərəncamın qəbul edilməsini şərtləndirən sübutlar məhkəməyə təqdim edilməmiş, nəticədə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(120)-521/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar